222
bunun əvəzində obrazlar qalareyası daha da zənginləşir,
mürəkkəbləşir, dolğunlaşırdı. Son attik dövr, ellinizm
dövrü ədəbiyyatında və ondan sonrakı Roma dövrü antik
dramaturgiyasında biz artıq “qədim” faciə və komediya-
lardakı ciddi ictimai problematikaya rast gəlmirik. Hadi-
sələr bir qayda olaraq bu və ya digər məişət mövzusu ət-
rafında cərəyan edir. Buna baxmayaraq, bu dövr drama-
turgiyasının obrazları özlərinin
mənəvi-psixologi dolğun-
luğuna görə, heç də müasir dünya ədəbiyyatının ən məş-
hur obrazlarından geri qalmırlar. Antik dram, belə de-
mək mümkünsə, ideya-məzmunca itirdiyini, obraz-bədii
keyfiyyətcə qazanırdı. Məhz obrazların getdikcə daha
yüksək bədii keyfiyyətdə işlənməsi nəticəsində bütövlük-
də antik ədəbiyyat və o cümlədən antik dramaturgiya
özündən sonrakı Avropa ədəbiyyatına və dolayısı ilə
dünya ədəbiyyatına güclü təsir göstərmiş, Kornel
(“Edip”), Volter (“Edip”), Hofmanstal (“Edip və Sfinks”,
“Elektra”), Brext (“Antiqona”) və b.-larının yaradıcılığın-
da bir sıra bənzərsiz xarakterlərin meydana gəlməsinə
səbəb olmuşdur. Antik dramaturgiya Yeni dövr müasir
dramaturgiyası üçün istər formaca, istərsə bədii sənət-
karlıq xüsusiyyətlərinə görə həmişə bitib-tükənməyən il-
ham mənbəyi rolunda çıxış etmişdir. Təsadüfi deyil ki,
Hegel Sofoklun “Antiqona” əsərini bütün zamanlar üçün
faciə janrının ideal nümunəsi adlandırmışdır.