226
Bəlkə ona görə ki, keçmişin yarıallah qəhrəmanları
ilə müqayisədə öz dövrünün insanlarını, yaxud ətrafında
baş verənləri o qədər cılız sayırdı ki, onları əbədiləş-
dirməyə layiq bilmirdi? Homerin bu aristokratizmini
sonrakı dövrlərdə bütün tədqiqatçılar qeyd etmiş, hətta
bəzi sovet klassik filoloqları onu “saray şairi” belə
adlandırmışlar. Homer müxtəlif bədii vasitələrlə öz
arxaikləşdirilmiş və ideallaşdırılmış qəhrəmanlarını adi
insan obrazlarından fərqləndirir. Onlar həmişə himayəçi
allahları ilə bilavasitə əlaqədədirlər, lazım gəldikdə
onlardan məsləhət alır, yardımlarından istifadə edirlər.
Məs., ilahə Afrodita Menelayla təkbətək savaşda məğlub
olan Parisi döyüş meyadanından qaçırır (“İlliada”, III
nəğmə), yaxud Briseidanın əlindən alınmasına qəzəb-
lənən Axilles qılncı ilə Aqamemnonun üstünə atılmaq
istərkən, ilahə Afina onu sakitləşdirir (“İlliada”, I nəğmə).
Allahlarla əlaqədə olmamaq, onlardan məsləhət və
göstəriş almamaq insanın əsil-nəcabətsizliyindən, yük-
sək zümrəyə mənsub olmamasından xəbər verir. Məs.,
Fersitin döyüşçüləri öz evlərinə geri qayıtmağa səsləyən
məşhur çıxışı onun öz alçaq təbiəti ilə əlaqələndirilir
(“İlliada”, II nəğmə).
Məncə, müəllif öz müasiri olduğu dövrünün fersitləri
ilə uğraşmamaq üçün mifoloji qəhrəmanlar dünyasına
müraciət edir, həmin dövrün geniş epik mənzərəsini
yaratmaqla müasirlərinə nümunə üçün lazım bildiyi
istiqaməti göstərirdi. Zatən fersitlər hər zaman olmuş və
yəqin hələ bundan sonra da olacaq. Müasir dövrümüzün
227
savaşlarında onların prototiplərinə bol-bol rast gəl-
mişik... Homeri bütün dövrlərdə müasir edən cəhətlər-
dən biri də bu deyilmi?.. Əsərləri klassik insan xislət-
lərinin antik, həm də müasir qalereyasıdır desək, çoxmu
yanılmış olarıq?...
“İlliada” və “Odisseya”da Homerin yaşadığı dövrdən
ən azı 4 əsr əvvəlki zamanın hadisələri canlandırılmışdır.
Həvəskar arxeoloq Henrix Şlimanın 1870-ci ildə başladı-
ğı və ölümündən sonra da müəyyən fasilələrlə II dünya
müharibəsinə qədər davam etdirilən qazıntılar nəticəsin-
də aşkarlanmışdı ki, eposlarda Troya kimi adlandırılan
qala-şəhər e.ə. 1250-ci ildə dağıdılaraq yandırılmış, son-
ra həmin ərazidə Avropadan gələn insanlar məskunlaş-
mışlar. Homerə qədər keçən dörd yüz illik zaman ərzində
həmin tarixi hadisələr mifə çevrilmiş, daha sonra o mif-
lərdən şifahi xalq ədəbiyyatının epik nəğmələri bəstələn-
miş, nəhayət xioslu kor aed o nəğmələrdən öz eposlarını
yaratmışdır. Belə çıxır ki, o zamana qədər yazılı ədəbiy-
yat nümunələri olmamışdır?..
Qərbdə ədəbiyyat tarixinə dair dərsliklərdə hələ də
Homeri yazılı dünya ədəbiyyatının banisi kimi təqdim
edirlər. Görəsən həqiqətənmi bu belədir? Axı eposlarda
istifadə olunan bədii-sənətkarlıq xüsusiyyətləri, əsərin
dili, ədəbi yazı texnikası, üslub özəllikəri aşkar sübut edir
ki, poemalar özündən əvvəlki kifayət qədər zəngin ədəbi
ənənəyə dayaqlanır. Niyə bu ənənənin heç bir izləri qo-
runub saxlanmamışdır? Nəinki qorunub saxlanmamış,
onların mövcudluğu haqqında hətta qədim dövrün filo-
228
loqları belə heç nə bilməmişlər. Bu da Homer haqqında
müəmallı suallardan biridir və bu müəmmalar zaman-za-
man bir yerə toplanaraq, qərb klassik filologiyasında bö-
yük “Homer sualı”nı yaratmışdır.
Hələ antik dövrün özündə “İlliada” və “Odisseya”nın
bir müəllif tərəfindən yazılmasından şübhələnən, hətta
bunun mümkünsüzlüyünü bildirən müəlliflər (Ksenon,
Hellanik və b.) olsa da, ilk dəfə antik nəğməkar haqqında
bütün cavabsız suallara sistemli şəkildə aydınlıq gətir-
məyə çalışan alim alman klassik filoloqu Fridrix Avqust
Volf idi. “Homerə giriş” əsərində (1795) alim hesab edir-
di ki, poemalar improvizator nəğməkarlar – aedlər tərə-
findən əsrlər boyu nəğmələr şəklində şifahi şəkildə yayıl-
mış və yalnız e.ə. VI əsrdə Afina hökmdarı Pisistratın rəh-
bərliyi altında xüsusi olaraq bir yerə toplanaraq, ciddi re-
daktədən sonra yazıya köçürmüşdür.
Daha bir alman filoloqu Karl Laxman Volfun dediklə-
rini təsdiq edərək daha da irəli getmiş, Homer eposları-
nın əsasında duran və ayrı-ayrı naməlum müəlliflər tərə-
findən yaradılmış 18 nəğməni ayırmışdır. Laxman hesab
edirdi ki, məhz bu nəğmələr sonradan aedlərin improvi-
zəsi nəticəsində eposlara çevrilmiş, VI əsrdə isə onların
müəllifliyini Homer (onun da aed olması istisna edilmir-
di) adlı birisinə aid etmişlər.
Lakin heç də bütün tədqiqatçılar Homer əsərlərini
kollektiv yaradıcılıq məhsulu hesab etmirdilər. Onların
arasında “unitarlar” adını almış qrup da vardı ki, bura
daxil olan filoloqlar hər iki eposun ayrıca bir fərdə məx-
229
sus olması fikrini müdafiə edirdilər. Yeri gəlmişkən de-
mək lazımdır ki, alman klassik fəlsəfəsinin zirvəsi olan
G.V.F. Hegel də “unitarlar”dan biri idi və hesab edirdi ki,
“Homer poemalarında həqiqi, daxilən məhdudlaşdırılmış
epik bütövlük var ki, bunu da yalnız ayrıca fərd yarada
bilər”. “Volfçular”dan fərqli olaraq, “unitarlar”da yalnız
hər iki eposun eyni şəxsə aidliyi mübahisəli qalırdı.
Son dövrlərin tarixi araşdırmaları nəticəsində aşkar-
lanmış daha bir məlumat “unitarlar”ın arqumentlərini
möhkəmləndirmişdir. Sübut olunmuşdur ki, Homerin ya-
şadığı VIII əsrdə İoniya ərazisində geniş yayılmış yazı
mədəniyyəti mövcud idi. Bununla “volfçular”ın əsaslan-
dıqları “yazı olmayan yerdə irihəcmli əsərlər yaradıla bil-
məz” arqumenti puç olmuşdur. Bu yerdə şəxsi fikrimi də
söyləyim...
Ulu Zevs qış fəslində səmadan qar yağdıranda,
Qüvvətini-qüdrətini insanlara göstərməkçün
Lopa-lopa qarla çulğar yer üzünü hər bir yanda.
Küləkləri yatırdaraq, fasiləsiz səpər qarı –
Dik dağlara, dənizlərə uzanan dar burunlara,
Bərəkətli zəmilərə, gül-çiçəkli çəmənlərə...
Dənizlərin sahilində körpüləri bürüyər qar,
Yalnız coşub-daşan dalğa udar onu bircə anda,
Qalan hər yer qar altında...- Zevs belə qar yağdırar.
İndi burda hər tərəfdən daş yağırdı qar yağantək.
(“İlliada”, XII nəğmə)
Dostları ilə paylaş: |