Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   62

238 
 
və bunların ardınca dövlətləri, şəhərləri, kilsələri, binala-
rı rasionalist-realist düşüncə, məntiq, harmoniya, estetik 
zövq, yaradıcılıq enerjisi və bunların ardınca yeni yaşayış 
məskənləri,  mədəniyyət  ocaqları,  məktəblər,  xəstəxana-
lar formasında bir-bir dirçəltməyə başladı. Beləcə, varlıq 
və  tarix  bəşəriyyətin  mədəni-intellektual,  fəlsəfi-estetik 
düşüncə  tərzinə  növbəti  müdaxilədə  bulundu  və  faktiki 
olaraq onu xilas etdi. Dünya mədəniyyəti bu müdaxiləni 
düzgün qiymətləndirdi və qəbul etdi. Çünki... 
...ardınca  postmodern  deyilən  fenomen  meydana 
gəldi...  Eko  ironiya  ilə  deyirdi  ki,  “hətta  Homeri  də 
postmodernist elan etmək cəhdləri olub”... niyə?.. hər şey 
və  hər  kəs  nəyinsə  və  kiminsə  “post”udur  (sonrasıdır)... 
postmodernizm  isə  yalnız  modernizmin  yox,  bütün 
klassik  və  qeyri-klassik  fəlsəfi,  ədəbi-estetik  cərəyan  və 
metodların “post”udur... bədbinsiz, həm də inqilabçı?.. ay 
canım, elə bilirsiz inqilab edəndən sonra hansısa ədalətli 
cəmiyyət  qurulacaq?..  ha-ha-ha...  nə  bədbinəm,  nə  də 
inqilabçı,  amma  çoxdandı  belə  gülməmişdim...  siz 
ənənəyə, tarixə, varlığa qarşı çıxırsız?.. o zaman mən sizə 
qarşı  “post”am...tarixə  düşmən  deyiləm,  çünki  o,  “bizi 
buraxmır, şantaj edir” (U. Eko)... ona görə tarixə, ənənəyə 
qarşı  çıxırsız  ki,  yenilik  etmək  iddiasındasız...  amma 
yenilik  deyilən  şey  yoxdur...  hər  şey  nə  vaxtsa,  hardasa 
baş  verib... hər şey artıq daha öncə yazılıb, deyilib,  oxu-
nub... biz yalnız təkrar edirik... yəni, Deja-vu... siz realist-
siniz?.. onda  mən sizə qarşı da “post”am... reallıq deyilən 
heç nə yoxdur... hər şey illüziyadır, mistikadır, magiyadır, 


239 
 
mifdir...    bax  bu  sirli  məkan  reallıqdan  fərqli  olaraq  çox 
zəngindir, təbəqəlidir, dumanlıdır, nə qədər istəyirsiz ya-
zın,  sənətkarlığınızı  göstərin,  hətta  bol-bol  yazsanız  və 
təbliğ  olunsanız  Nobel  mükafatı  almaq  şansınız  böyük-
dür... ümumiyyətlə, əsər yoxdur, mətn var... əsərin məna-
sını yox, dilin, səsin, yazının, simvolun mənasını tutmağa 
çalışın, təhlil edin, köklərinə qədər enin... reallığın məna-
sına isə çox da baş qoşmayın, o, bu gün bir cürdür, sabah 
başqa cür... həqiqət, vicdan, şərəf, əxlaq?.. gəlin bu sözlə-
rin  sırf  etimoloji-linqvistik  tərəflərini  araşdıraq...  müha-
ribə,  hakimiyyət,  var-dövlət?..    bunların  hamısı  boş  şey, 
“simulyakr”dır  (J.  Bodriyar)...  işinizlə  məşğul  olun,  evi-
nizdə  oturun,  ailənizə,  arvad-uşağınıza  baxın...  insan?.. 
hansı  insandan  danışırsız?..  sadə  insan  artıq  yoxdur... 
postinsan  var,  bax,  bundan  danışın,  deyim  hə!..  mənası 
nədir?..  dedim  axı,  məna  axtarmayın,  gözəgirən  simvol 
axtarın, alatoranlıq yaradın, mümkün qədər çox şeyi bir 
yerə yığın və nə qədər qarışıq olsa, bir o qədər dahisiz...            
XX  əsr  postmodern  strukturalist  fəlsəfənin  tanınmış 
nümayəndəsi, ədəbiyyatşünas, dilçi alim J. Derrida yazır 
ki,  “mütləq  bilikdə  olma  və  özolma  kimi  varlığın  tarixi... 
qapanır.  Varolma  tarixi  qapanır,  çünki  tarix  heç  vaxt 
Varlığın  prezentasiyasından,  idrak  və  hökmranlıq  kimi 
varolmanın  əsəri  və  xatırlanmasından  savayı  heç  bir 
məna  daşımayıb”  (“Голос  и  феномен:  введение  в 
проблему знаков в феноменологии Гуссерля”, 1967). 
Tarix  özü  varlığın  əsəridir.  Biz  şüurlu  insanlar  da,  ətraf 
gerçəklik  də,  bu  gerçəkliyin  doğurduğu  incəsənət  və 


240 
 
ədəbiyyat da, onun bu və ya digər metodları da. Hər şeyi 
Varlıq müəyyən edir, ayrı-ayrı insanların (nə qədər dahi 
olsalar  belə)  subyektiv  düşüncələri  deyil.  Müasir  Qərb 
sivilizasiyası bir çox böhranlardan sonra bunu dərk etdi, 
zamanı və yeri gəldikdə varlığın ictimai həyata müdaxilə 
etməsinə  imkan  tanıdı.  Bəs  bizdə  bu  sahədə  vəziyyət 
necədir?   
Azərbaycan  artıq  25  ildir  müstəqildir  və  bu  illər  ər-
zində  millət  olaraq  bir  çox  faciələr  yaşamışıq:  torpaqlar 
işğal olunub, insanlar qırılıb, əsir düşüb, işgəncələrə mə-
ruz  qalıb,  ev-eşiklərindən,  doğma  dədə-baba  yurdların-
dan didərgin düşüblər; siyasi təbəddülatlar, burulğanlar 
baş  verib,  generallar  torpaq  uğrunda  vuruşmaq  əvəzinə 
siyasətə girişiblər, siyasətçilər ən yüksək səviyyədə döv-
lətin  müstəqilliyini  və  ləyaqətini  qorumaq  əvəzinə,  öz 
canlarını, bəzən isə ciblərini qorumaq hayına qalıblar; zi-
yalılar xalqın maraqlarını güdməkdənsə, vəzifə, şan-şöh-
rət, orden-medal, fəxri ad maraqlarını güdüblər; məmur-
lar vətəndaşlara xidmət əvəzinə xarici bank hesablarının 
artırılmasına xidmət ediblər, din xadimləri aşı görüb, Qu-
ranı  yaddan  çıxarıblar,  “qara”  camaat  isə  arvad-uşağın 
yumruq boyda mədəsini doldurmaq üçün ruhunu bəzən 
şeytana da satmağa hazır olub... hələ bunlardan da iyrənc 
hadisələr  görmüşük  bu  illər  ərzində...  fəqət,  deyiləsi  de-
yil. Bəs bu sadaladığım və sadalamadığım varlıq əlamət-
ləri  əcaba  müasir  Azərbaycan  ədəbiyyatının,  incəsənəti-
nin obyektinə çevrilə bilibmi? Çevrilibsə də, hansı dərə-
cədə? Məncə, çevrilə bilməyib. Çevrilibsə də, çox kiçik öl-


241 
 
çüdə. Keçmiş bolşevik ideologiyasının dağılması ardınca 
ədəbiyyatımız  da  digər  sahələr  kimi  müəyyən  azadlığa 
qovuşdu  və  ilk  işi  köhnə  sosialist  realizmi  metodunun 
məngənəsindən birdəfəlik qurtulmaq oldu. Zatən o qədər 
də  çətin  deyildi,  60-cı  illərdən  sonra  bu  metodun  təsiri 
demək olar yox səviyyəsində idi. Boşalan yeri doldurmaq 
məqsədilə istər-istəməz ətrəfa boylandıq və məhz bu za-
man  dünya  ədəbiyyatında  tez-tez  adı  hallanan  postmo-
dernizm diqqətimizi cəlb etdi. Biriləri də “niyə bu əjdaha-
dan bizdə yoxdu?” deyib, başladı boş yerdə postmodern 
ədəbiyyatı  yaratmağa.  Yarada  bildilərmi?  Formal  yanaş-
saq,  bir  sıra  nümunələri,  bəli,  bu  ədəbiyyatın  bəzi  ele-
mentlərini ehtiva edir. Bəs, formal yanaşmasaq? Postmo-
dern  fəlsəfənin  digər  görkəmli  nümayəndəsi  J.  Bodriyar 
“Şərin  şəffaflığı”nda  (“Прозрачность  Зла”,  1990)  yazır 
ki,  postmodern  dünya  “orgiyadan  sonrakı”  vəziyyətdir. 
Bütün siyası, istehsal, tənqidi, seksual və digər qüvvələr 
azad  edilmiş,  bütün  utopiyalar  həyata  keçirilmiş,  bunun 
ardınca bəşəriyyət “orgiya” yaşamış və postmodern dün-
ya meydana gəlmişdir. Sual yaranır: bizdə buna oxşar və-
ziyyət  yaranıbmı?  Görəsən  bizdə  yuxarıda  adı  çəkilən 
qüvvələrdən  hansı  biri  azad  edilib,  hansı  “utopiya-
lar”ımız həyata keçib? Çox düşünməyə dəyməz – heç biri! 
Bizdə yalnız dəhşətli faciəllər yaşanmışdır, o qədər. O fa-
ciələrin  də  səbəbi  heç  də  bizim  öz  mütləq  azadlığımızı 
dərk etməyimiz deyil, bəlkə tam əksinə - ətraf gerçəklik 
qarşısında  mütləq  gücsüzlüyümüzü,  zəifliyimizi,  yazıqlı-
ğımızı dərk etməyimiz olmuşdur. Bəs onda niyə postmo-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə