246
sözləri ilə qarşılaşırsan ki, onların zən-
gin dünyagörüşü bir kənara qalsın,
parlaq bədii düşüncə istedadına heyrət
etməyə bilmirsən. Əslində, dövlət baş-
çılarının ictimai-siyasi, hərbi fəaliyyət-
lə yanaşı, eyni zamanda bədii, fəlsəfi və
didaktik ədəbiyyatla məşğul olması
ənənəsi məhz antik dövrdən başlayır.
Qay Yuli Sezar, Mark Avreli, Neron,
Klavdi və b. dövlət başçıları yalnız siya-
si fəaliyyətləri ilə deyil, həm də zamanında və yerində
dedikləri iti sözləri ilə yaddaşlara həkk olmuşlar.
“İnsanın özünün əldə edə biləcəyi şeyi allahlar-
dan istəməsi axmaqlıqdır”. (Epikür). İnsanın tayfa, ic-
ma, dövlət, cəmiyyət və din basqısı altından çıxaraq, spe-
sifik dəyərlər sisteminə malik şəxsiyyətə çevrilməsi pro-
sesi antik dünyada xüsusi aktiv hal alır. Biz dünya ədə-
biyyatı tarixində ilk dəfə məhz antik bədii ədəbiyyatda
ənənəyə, bu ənənənin arxasında dayanan və ondan fay-
dalanan güc sahiblərinə qarşı çıxan üsyankar obrazlara
rast gəlirik (məs., Esxilin “Zəncirlənmiş Prometey”i). An-
tik ədiblərin bu ideya axını isə boş yerdə yaranmır. Onlar
ilk növbədə antik filosofların əsərlərinə dayaqlanırlar. Bu
əsərlərin içində isə yuxarıda gətirilmiş aforizm tipli hik-
mətli sözlər az deyil. Demək mümkündür ki, antik afo-
rizm insanın şəxsiyyət kimi formalaşmasına, fiziki və mə-
nəvi-əxlaqi qüvvəsinə inanmasına öz əhəmiyyətli töhfə-
sini vermiş və bu gün də verməkdədir. Bu da az deyil. Be-
Qay Yuli Sezar
247
lə ki, inanc mövzusunda deyilmiş hər kəlmə o dövrdə or-
todoksal ideologiya tərəfdarlarının qəzəbinə tuş gəlir və
çox ağır formada cəzalandırılırdı. Antik fəlsəfənin iki bö-
yük nümayəndəsi Sokrat və Aristotelin acı taleyi buna
nümunə ola bilər. Ənənəvi dini ənənəni rədd etdiyinə gö-
rə, birincisi edam edilmiş, ikincisi isə doğma şəhərindən
qaçmaq məcburiyyətində qalmışdı.
“Söz işin kölgəsidir” (Demokrit). Antik sivilizasiya
bütünlükdə bəşər sivilizasiyasının keçdiyi bir neçə minil-
lik tarixi ərzində sözə ən yüksək dəyər verən ilk siviliza-
siyalardandır (ilkdir demirəm ki, şərqşünaslar inciməsin-
lər). Buna baxmayaraq, söz işdən sonraya keçirilir. Səbə-
b? Söz beynin məhsuludur, beyin isə insan fəaliyyətinin,
zəkasının. Fəaliyyət nə qədər çoxşaxəli və keyfiyyətli
olarsa, zəka və onun ardınca gələn söz də bir o qadər də-
rin və gərəkli olar. Təsadüfi deyil ki, antik aforizmlərin
özü də kifayət qədər rəngarəgdir. İnsan fəaliyyətinə, ağlı-
na, istedadına, elmə və biliyə, vətənpərvərliyə, humaniz-
mə, dostluğa, sevgiyə və nifrətə, tərbiyəyə, haqq və əda-
lətə, şərəf və layaqətə, təvazökarlığa və təkəbbürə, tənqi-
də və tərifə, igidliyə və qorxaqlığa aid müxtəlif hikmətli
sözlər mövcuddur. Antik dövrün müdriki öz kəlamları ilə
insan və cəmiyyət həyatının demək olar bütün sahələrini
ehtiva etmişdir və həmişə, hər yerdə boş-boş danışığı de-
yil, konkret fəaliyyəti, yaradıcılığı təbliğ etmişdir.
“Həmişə bildiyini danışma, amma həmişə nə da-
nışdığını bil” (Klavdi). Məsələ ondadır ki, elmi-texniki
tərəqqinin işıq sürəti ilə inkişaf etdiyi müasir zəmanə-
248
mizdə ədəbiyyata, jurnalistikaya yeni-yeni imzalar az qa-
la eyni sürətlə daxil olur, özlərinin “parlaq istedad”larını
dürlü-dürlü yollarla ədəbi cameəyə nümayiş etdirməyə
çalışırlar. Bir tərəfdən də gündəlik həyatımızın ayrılmaz
tərkib hissəsinə çevrilən, tədricən ictimai şüura və rəyə
bir çox elmi-kütləvi ədəbiyyatdan daha güclü təsir gös-
tərməyə başlayan virtual media, sosial şəbəkə nümayən-
dələri statuslarının sanbalını artırmaq (eyni zaman-
da“layk”ların sayını çoxaltmaq) naminə hər gün nəsə ye-
ni-yeni fikir, cəlbedici ideya icad etmək məcburiyyətin-
dədirlər. Fəqət… onların bir çoxunda özlərindən nəsə ya-
ratmaq, yeni fikir ortaya çıxarmaq üçün, etiraf etmək la-
zımdır ki, nə vaxt, həvəs, ən acınacaqlısı isə, nə ağıl, sa-
vad və istedad var. Bu cür heç də ürəkaçan olmayan və-
ziyyətdə köməyə gələn ən asan çıxış yolu nədir? Ay sağ ol
– plagiat. Təəssüflə bildirmək istəyirəm ki, son zamanlar
oxuduğum istər elmi və bədii əsərlərdə, istərsə də virtual
media yazılarında antik müəlliflərin dədə malı kimi özü-
nünküləşdirilmiş xeyli aforizmlərinə rast gəlmişəm. Hət-
ta ədəbi prosesdə kifayət qədər tanınan və hörmət sahibi
olan yazarlar və tənqidçilər də bu işdən çəkinmirlər. İs-
tər-istəməz belə təəssürat yaranır ki, xalqın təfəkkürünə
və zövqünə təsir edən bu “məşhur” müəlliflərimiz ya
dünya ədəbiyyatından tamamilə bixəbərdirlər, ya da 2
min il bundan öncə yaşayıb-yaratmış mütəfəkkirlərin in-
tellektual mülkiyyətini mənimsəməkdə qəbahətli heç nə
görmürlər. Hər iki hal onlar üçün böyük ayıbdır! Axı an-
tik ədiblərin yaradıcılığı hansısa dövlət qurumu tərəfin-
249
dən intellektual mülkiyyət kimi rəsmi şəkildə qorunmur-
sa, bu hələ heç kimə onu oğurlamağa əsas vermir. Bu ya-
xınlarda tanınmış filoloq-alimlərimizdən birinin yazısın-
da antik aforizmi bəh-bəhlə öz adına çıxarmasını görən-
də, açığı, bilmədim gülüm, yoxsa ağlayım… amma yenə
də bunların heç birini etmədim, əvəzində belə bir yazı
yazmaq qərarına gəldim. Məncə atalarımızın məscid qa-
pısı və itin vicdanı ilə bağlı məşhur aforizmi burda lap
yerinə düşər və bəzilərinin pozulmuş yaddaşını təzələ-
yər... Axı 2500 ildən artıq yaşı olan yazılı dünya ədəbiy-
yatından az-çox xəbərdar olan hər kəs yaxşı bilir ki, ora-
da həyatımızın bütün sahələrinə aid ən müxtəlif hikmətli
fikirlərə rast gəlmək mümkündür və normal bəşəri də-
yərlərin daşıyıcısı olan müasir yazar yaradıcılıq prose-
sində ağlına hansısa yeni bir fikir gəldiyini iddia edirsə,
ilk növbədə zəhmət çəkib onun orijinallığını dəqiqləşdi-
rir, üstəlik araşdırmalardan sonra orijinallığı ortaya çı-
xarsa belə onu böyük ehtiyatla öz adından təqdim edir.
Bir gün bizə də aforizmləri bu tərz təqdimetmə mədəniy-
yətinin gələcəyinə bəslədiyim ümidlərlə...
Dostları ilə paylaş: |