Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

N1(6) mart 2013
42
Maşından düşən kimi də səsi çay boyunca dalğa-
dalğa yayılır.
- Kaz….yo…ollll!!!
Geyinib gedirəm, çatan kimi də  üstümə qışqırır, 
hardasan, mən burdan çıxan kimi sən də  əkilirsən. 
Çimməyə vaxt tapıbsan? Mən də özümü hirslənmiş 
kimi göstərirəm, bəs neyləyim, sən burda olanda məni 
bir yerə buraxırsan? Nədi, çayda yuyunanda xətrinə 
dəyir? Qoy heç olmaya üst-başımın zəhərini yuyum.
Daha bir söz demir. Deyəsən razı da qalıb, arva-
dının yanında oturmamışam, yuyunmağa getmişəm. 
Qadın bizi səsləyir, gəlin, çay için. Gedirik, qadın 
stəkanlarımıza çay süzür, mənim gözlərimə baxmama-
ğa çalışır, ani baxanda da yanaqları qızarır və   onun 
bizi ələ verəcəyindən ehtiyatlanıram. Yaxşı ki, ayının 
başı nəlbəkidən çayı üfürərək içməyə qarışıb. 
Bu günlük bəsdir, ayı deyir, iki-üç gündən sonra 
ikinci yığıma başlarıq. Çıxıb gedirlər,   çayın sahilində 
tək qalıram.
 Sarı cığırla çardağa gedib ocaq qalayır, qəhvədanı 
qaynadıram. Hələ də özümə inana bilmirəm. Qadının 
mənimlə kolların  arasındakı talaya getməsi,  təslim 
olması, mənə yuxu kimi gəlir. O anları təzədən xatır-
layır, ixtiyarsız gülümsəyirəm, bədənimə həyəcandan 
uçunma düşür.  
***
Meşənin ortasından yol çəkirdik, ağacları  qı-
rır, qol-budaqlarını  təmizləyib, ağır yük maşınlarına 
yükləyirdik. Mühəndisimiz institutu təzəcə bitirmiş ca-
van qız idi, gözləri dəniz suyu kimi mavi, saçları qızılı 
rəngdəydi,    zərif, incə qız idi. Bir dəfə dedim gedək 
meşəyə, bir söz demədən razılaşdı, birlikdə ağcaqayın 
ağaclarının arasıyla gedib, balaca bir təpənin arxasında 
ayaq saxladıq. Qızın koftasının düymələrini açmağa 
başladım, baxışlarında sonsuz heyrət ifadəsi var idi:
- Neyləyirsən? – soruşdu.
- Neylədiyimi görmürsən? 
- Görürəm, - başıyla təsdiqlədi. - Niyə belə elədi-
yini bilmirəm. 
- Demək, bilmirsən, - hirslənmişdim, mənimlə 
təpənin arxasına gəlir, koftasının düymələrini  yarıya 
kimi  açıram, yalnız indi neylədiyimi soruşur. – Əvvəlcə 
koftanı çıxaracağam, sonra şalvarını, sonra da şortikini. 
- Niyə? - qız ciddiləşdi. 
- Necə yəni niyə? Sən belədə oğlanların neyləmək 
istədiklərini bilmirsən? Heç indiyə kimi səni soyundu-
ran olmayıb?
Niyə olmayıb,  deyir, soyunmuşam da, soyundu-
rublar da, amma sənin bu hərəkətin azından barbar-
lıqdı. Bəs səncə mənim fikrimi soruşmaq lazım deyil? 
Bəlkə heç   məni soyundurmağını,  səninlə sevişməyi 
istəmirəm? Olmaya sən elə güman eləyirsən  kim gəldi 
məni meşəyə aparıb soyundura, istədiyini eləyə bilər? 
Mən fahişəyəm, ya küçə qızı? 
Icazəsini də soruşdum, yalvardım da, yox deyib 
durdu, koftasını düymələyib məni təpənin arxasında  
qoyaraq iş yerinə qayıtdı. Dilxor oldum, utandığımdan 
iş yoldaşlarımın yanına qayıda bilmirdim. 
Daha qız mənə üz göstərmir, soruşduqlarıma belə 
qısa, könülsüz cavab verirdi. Hətta axşamçağı, işdən 
sonra çadırımızın həyətində araq içəndə belə qədəhini 
mənim qədəhimlə toqquşdurmurdu. Möhkəm incimiş-
di, bir-iki dəfə barışmağa  cəhd elədim, amma yaxın 
buraxmadı.
Bizimlə orta yaşlı    bir  sürücü  işləyirdi, həmişə 
qaşqabaqlı olur, sərxoşluq eləyirdi.  Qızı meşəyə apar-
mağımı görübmüş,  məni bir tərəfə çəkdi, dedi, xətrini 
çox istəyirəm, ona görə də sənə bəzi şeyləri danışaca-
ğam. Təsadüfi görüşlərdən qaç, birini sev, onunla da 
ailə qur, uşaqlarının kim olduğunu bil. Deyir, bir dəfə 
qışda  Moskvada bir qızla tanış oldum, gecəni onunla 
ke çirtdim,  səhər yuxudan oyananda gördüm divarlar -
dan çərçivələrdə  şəkillər asılıb. Diqqətlə  fikir ver-
dim, bunlar mənim cavanlıq  şəkillərim idi, əskərilik 
şəkillərim! Yanımdakı  qızı da tanıdım, Olqaydı. 
Sverdlovskidə  əskərilikdə olurdum, orda      tanış 
olmuşdum, bir qızımız da oldu. Amma əskərilikdən 
sonra Olqadan ayrılıb öz şəhərimizə qayıtdım. Başa 
düşmədim   bu şəkillər qızın otağında neyləyirdi?
Qızdan soruşdum, dedi, atamla-anamın şəkilləridi. 
Atam əskəriliyini bizim şəhərdə keçirib, orda anamla 
tanış olublar, mən anadan olmuşam. Sonra da atam 
anamı atıb gedib. Mən instituta girəndən  sonra  anam       
evimizi satdı, Moskva kənarından bu evi aldıq. Indi 
anamla ikimiz oluruq, anam bir həftəliyə anasının ya-
nına gedib.
Dünya başıma hərləndi, qalxıb geyindim, qız niyə 
belə tələsməyimin səbəbini başa düşmədi. Birdən mənə 
diqqətlə baxdı, sonra da şəkillərə: “Olmaya sən mənim 
atamsan?” – qorxu içində soruşdu.
Cavab vermədən qapını çırpıb çıxdım. O gündən 
sonra da özümü insan hesab eləmirəm, özümə də, bü-
tün qızlara-qadınlara da nifrət eləyirəm. Təskinliyi 
araqla tapıram.  Başa düş,  bu hər adamın başına gələ 
bilər.
Danışdıqları  məni möhkəm təsirləndirdi, amma 
elə də fikir vermədim. Qız məni yaxın qoymuşdu, hələ 
bir uşağımız da ola və sonra da mən onunla hansısa 
yolda rastlaşam.  


Rüblük ädäbiyyat därgisi
43
Yenə meşədə işləyirdik,  yazın ortaları idi, selləmə yaz 
yağışından sonra yağışda çimmiş  şam, küknar ağacları,  
yamyaşıl otlar, meşə çiçəkləri üzə gülümsəyirdi.  Nahar 
fasiləsində ağcaqayın, şam budaqları yığıb ocaq qaladıq, 
hisli qəhvədanı ocağın üstündən asdıq. Bizim meşələrin 
ağacları yananda xəfif qoxuları olur, rus meşələrinin ağac-
ları yananda isə qoxuları uzaqlara yayılır, tərkiblərində 
qətran, yağ çoxdu. Xüsusi ilə də şam, küknar ağacları ya-
nanda qətran qoxusu adamın başını gicəlləndirir. 
Oturmuşam ocağın kənarındakı kötüyün üstündə, 
alovun dilləri hisli qəhvədanı yalayır, yuxarılara doğru 
can atır. Qarışqa sürüsü sarı torpağın üzəriylə yaxınlıq-
dakı çürük kötüyə doğru tələsir. 
Ocaq qalamağı, qəhvədanı qaynadıb çay dəm-
ləməyi, kabab bişirməyi, külə kartof basdırmağı hamı-
dan yaxşı bacardığım üçün qız belə işləri mənə tapşırır. 
Hələ arada tərifləyir də, sən olmasan biz neylərdik.
Başımı qucaqlamışam, gözlərimi ocaqdan və qa-
rışqa sürüsündən çəkə bilmirəm, gözlərimi yumdum 
və birdən yenə də çöllərmizdə oxuyan  balaca  çobanın 
mahnısını eşitdim. Elə aydın eşidirdim, sanki yanımda   
oxuyurdu:
İndi nədən,
Qəlbi didən,
Xatirəsən sən!
- Bu nə mahnıdır belə? – qızın qəfil səsindən dik-
sindim.
- Mənim xalqımın mahnısıdı.
- Kim oxuyur?
- Balaca çoban.
Başımı qaldırıb baxıram  və birdən dəhşətə gəlirəm, 
bu qız nə danışırdı? Doğrudanmı o da eşitmişdi balaca 
çobanın mahnısını? 
- Sən də eşitdin? – inamsızlıqla soruşuram.
- Hə, - təsdiq eləyir.
- Ola bilməz!
- Aydın eşitdim, yad dildə oxuyurdu.
Qıza deyirəm, sən əməlli düşün, axı o mahnını, səsi 
bu torpaqlarda təkcə mən eşidə bilirəm.  Qız da çaşıb 
qalıb, ətrafa boylanır, bir şey başa düşə bilmir. Deyir, 
mənə elə gəldi, kimsə lap yanımızda oxuyur, sözlərini 
başa düşmürdüm. Amma olduqca qüssəli mahnıydı. 
Sonralar qızla bu haqda çox danışdıq, amma bir 
nəticəyə gələ bilmədik, belə düşündük yəqin bizi qara 
basıb, min kilometrlərlə uzaqda oxunan mahnını eyni 
vaxtda ikimiz də  eşidə bilməzdik. Həm də o gündən 
sonra nə  mən, nə  də  qız daha   balaca çobanların 
mahnılarını  eşitmədik. Rus meşəsində yanan ocağın 
kənarındakı kötüyün üstündə oturub qulaq asdığım 
mahnı, rus torpağında eşitdiyim sonuncu mahnı oldu.
İyun ayının sonlarında, gün meşənin arxasına 
əyiləndə qız yanıma gəlib dedi, gedək meşəyə. Getdik. 
Iş yoldaşlarımızdan bir qədər uzaqlaşandan sonra kük-
nar kollarının yanında   ayaq saxladı, gözləri gülürdü. 
Dedi, səndən nəsə xoşum gəldi,   xətrin nə istəsə eləyə 
bilərsən, istəyirsən koftamı  çıxart, istəyirsən  şortiki-
mi.
Koftasını da çıxartdım, şortikini də.
Sonra tez-tez meşəyə çəkilirdik.
Bəzən  gecələr qız məni çadırına çağırırdı.
Sonra da qız hamilə olduğunu dedi, onda mən arva-
dımdan ayrılmışdım, dedim, bir halda belədi, evlənək. 
Qız isə başını yırğaladı, dedi, sən burda olsan da, ruhun 
öz çöllərinizdədir, o torpaqların həsrəti ilə yaşayır,   o 
çöllərdə oxunan mahnılara qulaq asırsan. Gec-tez çıxıb 
gedəcəksən, elə isə niyə evlənək? 
Çox təkid eləsəm də, razılaşmadı  və günlərin 
birində mənimlə vidalaşmadan, hara getdiyini demədən 
çıxıb getdi.
Bu mənə çox toxundu, incidim, amma əlimdən nə 
gəlirdi? 
Bir anlığa sürücünün dedikləri səsləndi qulaqla-
rımda, onda mən onun danışdıqlarını nağıl zənn elə-
miş dim, amma indi mən də  həyatın sərt, acı üzü ilə 
qarşı-qarşıyaydım. Hardasa, nə vaxtsa evladım olacaq-
dı,  oğlum   ya qızım olacağını da bilmirdim. Bəlkə elə 
günlərin birində  rastlaşacaqdıq?
Bir-birimizi tanıyacaqdıqmı?
Mən bu haqda düşünmək istəmirdim, amma özüm-
dən asılı deyildi.                 
***
Yağış yağır, amma tez də kəsir, göyün üzü açılır, 
şərqdə göy qurşağı görünür. Uşaqlıqda göy qurşağına 
qarı nənənin cəhrəsi deyərdik, taxtaları bozarmış, cır-
cırıldayan cəhrə ilə  rəngbərəng göy qurşağı arasında 
nə oxşarlıq olduğunu görə bilməzdim. Yalnız indi bu 
oxşarlığı görürəm, doğrudan da göy qurşağı  nəhəng 
cəhrəyə oxşayır, rəngləri ilə göz oxşayan cəhrə! 
Gözlərimi göy qurşağından, qarı  nənənin cəh rə-
sin dən çəkə bilmirəm. 
Səsə geri dönürəm, ayı maşını bostanın kənarında 
saxlayır, kabinanın qapısı açılır və   bacısı kabinadan 
yerə tullanır,  əlindəki zənbilləri yelləyir. Qızı bir də 
görəcəyimə inamımı itirmişdim, qəlbimə sevinc dolur.  
Hələ uzaqdan mənə əl eləyir, bir az yaxınlaşandan son-
ra ucadan salamlayır, salam, ətcəbala, necəsən?
Demək artıqdır, ətcəbalası xətrimə möhkəm dəyir, 
bu nə sözdü qız tapmışdı? Nəyə görə  mənə  ətcəbala 
deyirdi. Yaxınlaşır, sifətindən işıq, gülüş yağır. De-


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə