Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

N1(6) mart 2013
44
yir,  ətcəbala, biz qərara almışıq orqanik tərəvəzlərlə 
keçinək.
- Orqanik nədi? – gözlərimi döyürəm.
- Yəni kübrəsiz, zəhərsiz.
- Kübrəsizdilər, amma zəhərləri dozadan artıq-
dı. Ayı, hər gün buraları  zəhərləyir. Görmürsən, ona 
görədi də, xiyarların yarpaqları saralır.
Qızsa sanki məni eşitmir, yanıma çatanda, sən nə 
qəşəng ətcəbalasan, deyə alnımın ortasından çırtma ilə 
vurur. Lənətə  gəlmiş beyin, himə  bəndmiş, dayanır,   
hərəkət eləyə, danışa  bilmirəm, eşitmirəm. Qız ağzı-
nı açıb yumur, heyrətlə mənə baxır, sonra geri dönür, 
yəqin qardaşını səsləyir. Ayı maşının arxasından çıxır, 
mənə baxır, nəsə deyir, addımlarını iri-iri ataraq pami-
dor kollarının arasıyla mənə doğru qaçır. Sanki səssiz 
filmə baxıram. Ayı çatan kimi də başımı əllərinin arası-
na alıb sıxır, beynim işə düşür.
- Sən buna neylədin? – ayı bacısından soruşur.
- Alnından çırtma ilə vurdum, - qız   çiyinlərini 
çəkərək etinasız halda deyir.
- Çırtma ilə?
- Hə.
- Ay qız, sən bunun alnına niyə çırtma ilə vurma-
lısan?
- Elə belə. Xoşum gəldi. Niyə də vurmamalıymı-
şam? Çırtma ilə vuranda gülü üzülür, ya zəri tökülür?
Ayı ürəyini tutur, bir müddət danışmır, para-
voz kimi fısıldayır, sonra isə hər sözü xüsusi tələffüz 
eləyərək bacısını məzəmmətləyir. Ay qız, sən bir soruş, 
öyrən, sonra çırtma vur da. Sən bura pamidor yığmağa 
gəlibsən, ya çırtma vurmağa? Gülü üzülsəydi, ya zəri 
tökülsəydi nə vardı, deyərdim axşama kimi çırtmala. 
Bunun beyni dayanır, alnına vurdunmu, beyni dayana-
caq. Bir az özümü gec yetirsəydim, öləcəkdi, zibilinə 
düşəcəkdim. 
Qız inana bilmir, inamsızlıqla dodaqlarını büzür, 
ayı da əlavə izahat verməyib deyir, nə  yığırsan yığ, 
doldur zənbillərini, amma bu adamın alnına çırtma-
filan vurma. Kazyol, sən də kömək elə. 
Sözünü deyən kimi də maşının yanına gedir. 
Qəribə  işdi, arvadını  mənə  hədsiz qıçqanırdı, danış-
mağımız belə acığına gəlirdi, bacısını isə  zərrəcə  də 
qısqanmır. Yəqin mənim bu idmançı  qıza nəsə eləyə 
biləcəyimi ağlına da gətirmir.
Qızla birlikdə özümüz üçün əkdiyimiz sahəyə ge-
dirik, qərara alırıq qız xiyar yığsın, mənsə pamidor.  
Mən pamidor yığıram, qız isə xiyar yığmaq  fikrində 
deyil,    xiyar  dərib ləzzətlə yeyir, hələ bir sualları ilə 
məni də işləməyə qoymur. Sənin   beynin nədi, mator-
du, sən ona mator  yağı tökürsən? Harasından tökürsən, 
olmaya burğu ilə bir yerlərini deşibsən? Mən tibb ins-
titutunun tələbəsiyəm, insan beyni ilə   tanışlığım var, 
mənim bildiyimə görə   insanın beyni dayandımı, xo-
sun vay olmalıdı. Ətcəbala, amma səndə dayanır, sonra 
da işə düşür.  Qız ətcəbalası ilə məni yandırır.
Deyirəm, eh, olmurdu ayı burda! Qız xiyara bir 
diş  də vurub soruşur, neylərdin, mən neyləyəcəyimi 
deməmiş  də özü əlavə eləyir. Bilirəm, yerə uzadar-
dın, mələdərdin, amma uzada bilmirsən və yanırsan! 
“Elədi, - təsdiq eləyirəm, - yanıram”. 
Ayı  məni çağırır, deyir, kazyol, benzin vurub 
gəlirəm, ona kimi zənbilləri doldurun. Ayı gedəndən 
sonra qız deyir, arzuna çatdın, ayı burda olmasaydı, 
nələrsə eləyəcəkdin. Elə görüm, nə eləyə bilərsən, 
göstər fərasətini. Baxışlarından davakarlıq yağır, bu 
qıza neyləyə bilərəm, qalmışam kəsilə-kəsilə,   məni 
ikicə dəqiqənin içində şil-küt elər. 
Dedim də, ətcəbalasan, qız deyir və xiyar yığmağa 
başlayır. Hər aşağı əyiləndə koftasının açıq yaxasından 
döşləri, döşlərinin çuxuru görünür, bədənimə titrətmə 
düşür. Qız başını yuxarı qaldırır, gözlərində öcəşkən 
ifadə var.
- Nəyə baxırsan?
- Səncə nəyə baxa bilərəm?
- Məncə? – əlini sinəsinə qoyur.- Nəyə baxdığını 
bilirəm, amma niyə baxdığını bilmirəm. 
- Gözümün qurdunu öldürmək istəyirəm.
- Barı öldürə bilirsənmi? –   gülür.
- Yox, - deyirəm, - ölmür.
- İstəyirsən öldürüm?
- Nəyi? – təşviş içində soruşuram.
- Gözünün qurdunu!
- Nə cür öldürəcəksən?
- İndicə nə cürünü görərsən.
Qız  belini düzəldir, mənə göz vurur,  şalvarının 
düyməsini açır, şalvarını, sonra da şortikini aşağı çəkir 
və qarşımda çılpaq dayanır. Hə, deyir, indi öldür gözü-
nün qurdunu. Mən bu mənzərənin qarşısında hansısa 
qurdun tab gətirəcəyinə inanmıram. Nə cür qurd olsa
ölməlidi. Bax doyunca!
Gözümün qurdu ölür, ölmür, bilmirəm, amma 
özüm ayaq üstəcə donub qalır, qısası ölürəm. Heç vaxt 
qızın belə eləyəcəyini təsəvvür eləməzdim. Bir topa 
alov dırnaqlarımın ucundan girib başımdan çıxır. Qız 
mənə baxır, şalvarını yuxarı çəkib düyməsini bağlayır, 
yanıma qaçıb,  başımı əllərinin arasına alıb sıxır. Yəqin 
beynimin dayandığını güman eləyir, beynimsə saat 
kimi işləyir. Çənəm qızın daş kimi bərk döşlərinə to-
xunur, qızın bədənindən adamı bihuş eləyən xoş qoxu 
gəlir. 


Rüblük ädäbiyyat därgisi
45
Qızın belindən yapışıb özümə  tərəf sıxmaq is-
təyirəm, ancaq əlimi geri itələyir. Nə oldu, beynin işə 
düşən kimi  əllərin də işə düşdü. 
Deyirəm, mən aşağıda bir yer bilirəm, kolların 
arasında, gedək ora.
- Ora niyə getməliyik? – dəcəlcəsinə gülümsəyir. 
- Orda sənə bir şey göstərəcəyəm.
- Burda göstər, - başını yırğalayır, yaşıl rəngli uzun 
sırğaları titrəşir.
- Burda olmaz.
- Elə bilirsən məni ora niyə aparmaq istədiyini 
bilmirəm?
- Bilirsən?
- Bilirəm. Sənə dedim axı, məni çox oğlanlar elə 
yerlərə aparmaq istəyiblər, amma   apara bilməyiblər 
və ciyərləri yanıb. Sənin də ciyərin yanacaq.
- Yalan deyirsən, - etiraz eləyirəm, - amma hər hal-
da biri aparır. Istədiyini də eləyir.
- Aparır da, eləyir də, - qız təsdiq eləyir, - çünki o 
mənim həyatımdı!  
Qız xiyar ləklərinin kənarındakı çayırla örtül-
müş  təpəcyin üzərində oturur. Aşağıdan yuxarı  mənə 
heyrətlə baxır. Deyir, düzünü de, heç mənim kimi qız 
görübsənmi? Məni sınayıcı baxışlarla süzür, mənimsə 
bayaqkı mənzərə yadıma düşdüyündən bir müddət da-
nışa bilmirəm, dilim söz tutmur. Əllərindən yapışıb 
dartıram, Qəmzənin də əllərindən yapışıb beləcə dart-
mışdım və qadın mənimlə ora getmişdi, bəlkə elə bu 
da gedəcəkdi.
- Neyleyirsən? – heyrətlə soruşur.
- Gedək ora.
- Əllərimi burax, - məni eşitmirmiş kimi deyir.
- Gedək, hər şey yaxşı olacaq.
- Burax! – hirslə deyir.
Amma mən buraxmır, dartıram,  idmançı bədənli, 
qollarının əzələləri oynayan  qızı yerindən tərpətməkmi 
olar? Mənsə ümid eləyir, qızı yerindən qaldıracağı-
mı düşünürəm, məndə belə əminlik var ki, qız ayağa 
qalxsa, mənimlə ora gedəcək. Qız isə ayağa qalxmır, 
birdən soruşur, sənin harandan vuranda beynin daya-
nır? Deyirəm, əslində məni vuranda beynim dayanmır, 
uşaqlıqda çox döyülmüşəm, bircə  dəfə  də dayandığı 
olmayıb, yalnız son günlər kimsə alnımdan çırtma ilə 
vurursa, dayanır.
Onda qorxusu yoxdu,  qız gülür, sən ayaqlarını 
balaca arala. Dediyi kimi eləyir, ayaqlarımı aralayıram 
və qız altdan yuxarı  qıçlarımın arasından təpiklə necə 
vurursa, sancıdan ikiqat bükülüb çayırlığa yumala-
nıram. Alnımı  tər basır, yerdə  qıvrılıram, sancı içimi 
doğrayır.
Qız yanıma qaçır, günah özündə oldu, deyir, yox-
sa mən səni incitmək istəmirdim. Nədi, məni zorla ora 
aparmaq istəyirsən? Ətcəbala, bu işdə zor olmur.
Sancı az da olsa sakitləşir,   tamam həvəsdən 
düşmüşəm, hələ bir özümü qınayıram da. Ağılsız adam, 
sən kimi talaya aparmaq istəyirsən? Vurub öldürmədi, 
Allahına şükür elə. Özümə gəldiyimi görən qız da se-
vinir, deyir, sən məni bağışla, bir də sənə əl qaldırma-
ram, amma sən də gərək özünü adam kimi aparasan. 
Ətcəbala,   mənə də bax, özünə də bax, lap elə məni ora 
apardın, qoşuldum sənə, getdik ora, neyləyəcəksən? 
Danışa, dinə bilmirəm, ürəyimdə isə deyirəm, gedəirdik 
ora, onda sənə neyləyəcəyimi göstərərdim.
Daha qıza baş qoşmamağı  qərara alıram, hətta 
atmacalarına, soruşduqlarına da cavab vermirəm, qız 
da məndən əl çəkib işini görür. Tezliklə zənbilləri dol-
durur, sahənin kənarındakı çayırlığa aparırıq. Burdakı 
fıstıq ağacının kölgəsində otururuq. Qız məni sınayıcı 
baxışlarla süzüb soruşur:
- Sən  ora kimisə aparıbsan?
- Hara?  
- Kolların  arasına.
- Hə, - deyirəm.
- Kimi?
- Demərəm.
- De, de! – təkid eləyir.
Mənsə başımı  yırğalayıram, qız nə  qədər təkid 
eləyirsə, demirəm. Qız da nəhayət əl çəkir, altdan yu-
xarı mənə baxır. Deyirəm, məni nahaq vurdun, səni ora 
aparmaqda  özgə fikrim yox idi, sadəcə orda sənə bül-
bül yuvası göstərəcəkdim.
- Bülbü…ül? – inamsızlıqla səslənir.
- Hə, - təsdiq eləyirəm.
- Bəs niyə dərhal demədin? Bülbül göstərəcəkdinsə, 
niyə qıvırırdın? Gedək, bir şey göstərəcəyəm. Mənim 
də  ağlıma sarsaq şeylər gəldi. Gedək, göstər. Bülbül 
yuvasını görməyi elə istəyirəm!
- Yox, - boyun qaçırdıram.
- Gedək, gedək! – qız təkid eləyir.
Deyirəm, bekara özünü yorma, gedən deyiləm, 
aparım,  göstərim, sən də altdan yuxarı təpik at, az qala 
şikəst eləmişdin. Qız and-aman eləyir, bir çırtma da vur-
mayacağına söz verir, amma ona inanmıram. Deyirəm, 
heç yerə gedən deyiləm, heç nə də göstərməyəcəyəm.
Qız ayağa qalxıb  əlimdən yapışır, dartır, başa 
düşürəm, getməsəm də  zorla aparacaq. Qıza qoşulub 
gedirəm. Fıstıq pöhrəliyinin yanında ayaq saxlayır, 
qıza talaya necə keçməyi başa salıram. Yaşıl, zərif yar-
paqlı budaqları aralayaraq talaya keçirik. Heyrətdən 
qızın gözləri geniş açılır, nə gözəl yermiş, doğrudan 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə