Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə77/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
167
anladım. O göstərmişdi ki, heykəltəraş üçün hansı ma-
terialla işləmək elə-belə şey deyil, material sənətçiyə 
müqavimət göstərməklə həm də hansı formanı, hansı 
estetikanı seçməyi diktə edir. 
Bax, o zaman anladım ki, düşüncə ilə asanca 
şütümək üçün rus elmi dili çevik və rahat formalar ve-
rir. Buna manyerizmdə demək olar. Rusca elmi məqalə 
yazmaq yaxşı yağlanmış velisoped sürmək kimi bir 
şeydir. Azərbaycanca çağdaş elm səviyyəsində düşüncə 
yazmağa isə dil öz müqavimətini göstərir, ona görə də 
bu müqavimətlə əlləşə-əlləşə yazmaq daha ləzzət verir, 
nəinki ruscada süzə-süzə şürüşmək.
Dilimizə yenə «nədən» sualı
Ancaq qayıdaq öncəki soruya: nəyə görə düşüncəni 
daşımaq üçün yetərincə söz və qrammatik formalar 
verən Azərbaycan türkcəsi ruscaya baxanda yoxsul, 
soysuz (nəsli-nəcabətsiz) dil təsiri bağışlayır?
Bax, bu sualın cavabında mənim ağlıma belə bir 
deyim gəldi:
- Dilnə  qədər ağıllı kitabların, ağıllı söhbətlərin 
dili olursa, o qədər çox ağıllaşır, yəni ağıllı dil olur. 
Mənə ruscanın «бытие» sözü ona görə içi dopdo-
lu gəlir ki, bu sözə Hegelin kitablarının min yerində rast 
gəlmişdim. Bu söz rusca Platondan, Kantdan, Şellinqdən, 
Şopenhauerdən  oxuduğum  mətnlərdən keçə-keçə duyğu 
və ağılla dolaraq mənə gəlib çatmışdı. Eləcə də o sözü məni 
rusların ağıllı filosoflarının TV debatlarından eşitmişəm. 
«Varlıq» sözünü isə mən çox azağıllı kitabda oxumuşam. 
Daha azağıllı söhbətlərdə eşitmişəm.
Onu da deyimki, gürcülərlə, ermənilərlə söhbətdə 
soruşanda aydın oldu ki, onların dil qavrayışlarında da 
eyni problem var.
Dil necə «ağıllanır»?
Dünyada heç bir ulusun ağıllı adamları o qədər çox 
olmurki, onların mətnləri sözlərə  təpər vermək üçün 
sayca yetərli olsun. Hamının dadına çatır o başqa ulus-
ların filosoflarından və gözəl yazarlarından tərcümələr. 
Elə onun üçündə «бытие» sözü ilə ilgili ruscada oxu-
duğum Batı filosoflarının adını çəkdim. Bu filosofları 
ruscaya çevirməsəydilər rusun «бытие» sözü də bizim 
«varlıq» sözünün günündə olardı. 
Bizdə  tərcümələr azdır, yaxşı  tərcümələr isə 
lap azdır (nə yaxşı ki, Bakı Slavyan Universitetində, 
“Qanun” nəşriyyatında “dünya okeanından” nələrsə 
dilimizə gətirilir). O biri yandan, bütün uluslar kimi, öz 
ağıllı kitablarımızda o qədər deyil ki, milliresursladili-
mizi ağıllandıraq. Bax, bu nədənlə də dilimiz humani-
tar elm üçün belə boyat, belə çəlimsiz görünür.
Nəsirəddin Tusi maddi sərvətlə  mənəvi sərvəti 
belə ayırmışdı: maddi sərvət işləndikcə azalır, mənəvi 
sərvət isə işləndikcə artır (sonralar, bu dediyə yunanlar-
da da rast gəldim). İndi Tüsidən itələnib söyləyə bilərik 
ki, sözlərimiz nə qədər çoxağıllı kitablarda işlənirsə o 
qədər də ağıllanır.
Sözlərimiz təkcə fəlsəfi kitablarda işləndikcə ağıl-
lanmır. Ağıllı adamların Tok-şoularında işləndikcə də 
ağıllanır.  Şeirlərdə insanpsixolojisi ilə bağlı çalarları, 
dramatik ikitirəliyi, üçtirəliyi anlatdıqca da ağıllanır:
Sənə deyiləsi deyil,
Sənə deyiləsi sözüm.
***
Allah, mən içimi yedim qurtardım,
bu dəri süfrəni yığışdır indi 
(Salam Sarvan).  
Dilimiz peşəkar çəkilmiş  filmlərdə danışanların 
dili olduca da ağıllanır. 
İttihamımız
İndi baxaq bizim sosial məkana. TV-lərdə ilginc 
və çoxsaylı Tok-şoular getmir, deməli, bu söhbətlərdə 
ağıllanmalı olan dilimiz 20 illik TV və Radio kanalla-
rından ziyan çəkib və ağıllı olmaq şansını filan qədər 
itirib.
Türk serialları da o biri seriallar kimi məni heç 
ilgi ləndirmir. Ancaq onların peşəkar qurulmuş söh-
bət mədəniyyəti vardı.  İndi onlar da  TV-lərdən get-
di, deməli, gənclərimiz dillərinə bu seriallardan 
enerji almayacaqlar. Alacaqlar o zaman, haçan ki, 
özümüzünkülər yaxşı serial çəkməyi öyrənəcəklər.
Beləcə, dilimiz Sovet doqmatizmindən qurtularaq 
ağıllanmaq şansını təzəcə qazanmışdı ki, yenidən da-
rıxdırıcı, sıyıq tekstlərin burulğanına düşdü.         
01.05.2012
Şahbazgilin dil debatına bir qatqı
(Dilin naqisliyi və asimmetriya)
Naqis dil sözünün ilkin anlamından itələnəndə
Bu günlərdə «Azadlıq» radiosunda dil üzrə 
aparı lan  dartışma (
http://www.azadliq.org/content/
article/24880305.html
) məni yenidən dil qonusuna 
qaytardı. Orada səslənən bir düşüncə  Əli  Əkbərdən 
gəlir: «Azərbaycan dili naqis dildir». 


N1(6) mart 2013
168
Ərəbcə «naqis»in bir anlamı tam olmayandır. Əgər 
deyim bu anlamda işlənirsə, bütün dillər (bəlkə də ölü 
dillərdən başqa) naqisdir, yəni tam deyil, bitməyib. 
Bilirsiniz, nədən dirininki tək, ölününkü cüt güldür? 
Çünki dirilik tamamlanmamaq, yeni gələnlərə açıq 
olmaqdır. Ölü isə «bitmişlikdir», «qapanmaqdır». Tək 
gül cütə baxanda yarımçıqdır, asimmetrikdir. Əslində, 
ciddi elmdə deyim var: asimmetriya canlı orqanizmin 
prinsipidir! 
Asimmetriya gözəlliyin də prinsipidir, qızın üzün də 
qımışıqdan bir az asimmetriya, əyrilik  yaran ma sa,  ölgün 
görünər – çertyojdakı ev kimi. İndiki dəb lər də asimmet-
riya şalvarların ciblərindən, boyaların pay lanmasından 
min dəfə görünür. Asimmetriya post-modernist memar-
lıqda da var. Yapon estetikası müsəlman estetikasına 
baxanda naqislikdən, yəni asimmetriyadan bol istifadə 
edirdi. Bizdə öz estetik gələnəklərimizin etgisi altında 
vazanı dolabın üstünün düz ortasına qoyurlar. Yapon-
lar isə  qıraqda qoyardılar.  İkabana güllərin dəstəsini 
düzəldəndə asimmetriya ilə oynamaqdır. 
Buradan dillə bağlı çıxardığım sonuc: 
ƏSAS PROBLEM DİLİN NAQİSLİYİNİ AÇIQ, 
CANLI SİSTEMƏ ÇEVİRMƏKDİR. BİZDƏ ÇA-
TIŞMAYAN CƏHƏT DİLİMİZİN NAQİSLİYİNİ 
CANLI ASSİMMTERİYAYA ÇEVİRƏN  İŞLƏR 
GÖRMƏMƏYİMİZDİR. NECƏ? MƏSƏLƏN, 
SİM FONİK MUSİQİNİN ARASINDA SÜKÜT 
LƏZZƏT VERDİYİ  KİMİ YAZAR DA TEKSTİNİ 
ELƏ QURMALIDIR Kİ, DEYƏ  BİLMƏDİKLƏRİ 
DEYİLMƏMİŞDİK KİMİ  LƏZZƏT VERSİN. BU, 
FƏLSƏFİ TEKSTLƏRƏ DƏ AİDDİR.
Yoxsa, qorxuram, bizim naqislikdən şikayət edən 
bəzi yazarların ürəyində dəli bir istək var: söz çox ol-
saydı,  nə doyunca danışardım (düdüləyərdim)!!! Bu 
anlamda Fəxrəddin bəylə razıyam: elə olur ki, dilin 
naqisliyi kimi görünən nəsə düşüncənin, üslubun na-
qisliyidir.
Bir sözlə, dilimizdən naqislik narazılığı  şikayət 
bəhanəsi olanda elə ilginc deyil. İlgincdir o kəslərə ki, 
gic özünəvurğunluğa sataşmaq üstündə imiclərini qurur-
lar, ya da görürlər ki, qıcıqlandırmasan, diril mə yə cək.
«Azadlıq»dakı dartışmada naqisliyin işlədilməsinin 
bütün bu növlərinin hamısına əl atılıb.
Dillər bir-birinə əngəl ola bilər
Doğma dillə bağlı naqislik duyğusu çatışmazlıq, 
kəsir anlamında başqa dili yaxşı biləndə  də yaranır. 
Azərbaycanda rus dilini yaxşı bilənlərin çoxu (içi mən 
qarışıq) nədən bizdəki dublyajlardan əsəbiləşir? Çün-
kirus dilini yaxşı bilir və tərcüməni onunla tutuşdurur. 
Ancaq biz bəyəm öz filmlərimizi rusca görəndə ətimiz 
tökülmür? «Vanya, bir dayan, gəl bura» nə  qədər  ət 
tökənsəslənirsə, «Мирзагусейн,  смилуйтесь» də 
elədir. İnanın mənə, ingiliscəni yaxşı bilənlər Holldi-
vud filminin rusca dublyajına qulaq asanda eyni duyğu-
lar keçirir. Bu dediklərimdən nə çıxır, onu söyləyim:
a) Dublyaja çox baxanda öyrəşirsən;        
b) Öyrəşəndə isə yaxşı bildiyin dillə tutuşdur-
maq sənin tənqidi düşüncəni əlavə olaraq yükləmir və 
onda sən gerçəkdən tərcümə uğursuzluqlarını seçməyə 
köklənirsən.
Dillərdən universal şikayət
Biz rus ədəbi dilinin kübarman yerizminə öyrəş-
mişik. Bumanyerizmin fonunda Dədə Qorqudun, 
«Oğuznamə»nin dil qaba, kəndçi dilləri kimi görünür. 
Ancaq onların ruscaya tərcümələrinə baxanda tər-
cümədəki budaq cümlələr, ideya anladan sözlər kiməsə 
ruscanın, tərcüməçinin abırasalması kimi görünər. Mənə 
isətər cümənin orijinaldakı kübar manyerizmi açması 
kimi görünür. Yəni biz tərcümənin sayəsində görürük 
ki, türkdünyasına gömülsən, başqa dünyalara boylan-
masan, burdada kübarsayağı manyerizmi görəcəksən. 
Hələ onu demirəmki, rusların kübarmanyerizmindən 
çiy rənməsi idiki, Şukşin, Rasputin dilinə sevgi yaran-
mışdı.
Çin dilini qrammatik imkanlarına görə elə  də 
yük sək saymırlar, ancaq fəlsəfi traktatlarını, şeirlərini 
tərcümədə oxuyanda görürsənki, hər düşüncə, duyğu 
incəliklərini söyləyə biliblər.
Bütün bunları nə üçün dedim? 
ONUN ÜÇÜN Kİ, DİLİMİZİ QINAYANDA 
GERÇƏK ÇATIŞMAZLIQLARI TAPIB QINAMAL-
YIQ, YOXSA ÖZ ŞƏXSİ ÇATIŞMAZLIQLARIMI-
ZIN TÖRƏTDİYİ ALDANIŞLARA GÖRƏ YOX.
Sonluq  
Burda naqisliyə yol verib yarımçıq saxlayıram. 
Ancaq irəlidə açdığım kimi, istərdim yazımın naqis-
liyi açıqlığa, diriliyə, davamlılığa qulluq etsin. Mən 
«Azadlıq»dakı debata «sən düz demirsən», «elə sən də 
düz demirsən» prinsipində qoşulmadım, «ancaq bu da 
var, o da var» prinsipində qoşuldum.
25.01.2013.


Rüblük ädäbiyyat därgisi
169
(Bir müsahibənin 
http://kulis.az/news/3421
 qara-
sınca)
Bilmirəm Rasim Qaracanın yadında olar, ya yox, 
təxminən on il əvvəl YeniSi olaraq AYO-ya nöqsan tu-
turduq ki: 1960-1980-ci illər  ədəbiyyatını, məxsusən 
də Anarı  tənqid hədəfi, özlərinə  rəqib seçməklə, 
əslində, bu ədəbiyyatı “dirildir”, gündəmə  gətirir
“köhnəlməyə” qoymurlar... Halbuki, deyirdik, həmin 
ədəbiyyat başlıca dəyərlərində “tarix” kimi maraqlıdır, 
“bugün” kimi yox! 
İndi həmin iradı daha əsəbi və kəskin şəkildə Ra-
sim Qaraca Qan Turalıya yönəldir, bəs:  “Qan Tura-
lının bu davranışı  ən yaxşı halda təslimçilikdir, artıq 
sovetlərdə qalmış köhnə simaları diriltmək, dolayısıyla 
yeni ədəbi gücləri aşağılamaq, onları gözdən salmaq-
dır ...” (“Şərq” qəzetinə müsahibəsindən) “Əsəbi” – 
yəqin ona görə ki, Qan Turalı, necə olsa da, AYO-dan 
çıxıb bugünə gəlmişdir; “kəskin” – ona görə ki: necə 
bir zamanlar biz zənn edirdik, az qala Rasim Qaraca 
da  əmindir ki, ədəbiyyatda “Anar epoxası”nı  məhz 
onlar (AYO) qapatmışdır... İndi təzə ədəbi nəsil, keç-
miş AYO-çu Qan Turalının səyi ilə əvvəlcə gündəmə 
gətirib, sonra da “Anar epoxası”nı  təzədən qapatırsa, 
əsəbiləşməyəsən neyləyəsən... 
Oyunun olsun, Azərbaycan  ədəbiyyatı!; post-
modern simulyakrlar istehsalında Qərb hələ sənin əlinə 
çox sular tökməli olasıdır... Deyim ki, bizim “Anar 
epoxası”nı qapatmaq ehtirasımız-istəyimiz-səyimiz 
daha əsaslı idi; çün biz Ədəbiyyata məhz bunun içindən 
keçib gəlmişdik: müqaviməti qırmasaq, ola-oluşa 
bilməzdik! Sonralar “Anarı anlamaq zamanı” adlı 
yazımda həmən 1990-cı illər çabalarım – “Ədəbiyyat 
söhbəti”, 1995-1997 barəsində yazırdım:  “Sonra-
sı ayrı, sonrası Anarı gömmək sənəti gəlir, tarixə, 
Ədəbiyyata gömmək istəyi, iştahası...” (“Tənqid.net” 
jurnalı, № 5, 2008) Bir az sonra Rasim Qaracanın: “İn-
kar mübarəkdir!” şüarı altında başlatdığı AYO hərəkatı 
isə (2002) daha radikaldı; ona görə ki: 1960-1980-nin 
“tarixləşməsi”ndən artıq on il ötsə də, ədəbi qovğalar 
eyzən, eyni estetik sevdalar üzərinə dayanıb-dururdu: 
Anar – Əkrəm Əylisli – Elçin... – olsunlarmı, olmasın-
larmı?!
Üstündən daha on il, yəni bütövlükdə müstəqillik 
illərinin 20 ili ötür, amma Qan Turalının simasında təzə 
nəsil  Ədəbiyyatla söhbətini yenə bizim başladığımız 
yerdən, “Anar epoxası”ndan başlayır... Amma o (bu 
nəsil Qanturalının simasında) həmin dövrün içindən 
gəlmir ki; əksinə, “sonra”nın (yəni bugünün) növbənöv 
post-modern hədəfləri ardınca qoşub da (o sıradan 
AYO-çu Qan Turalının Anara kortəbii məsxərələri ya-
dınızdamı?!), bura – 1960-1980-ci illər  ədəbiyyatına 
hələ indi gəlib-çıxır. O bu ədəbiyyatı bilmir, hələ indi 
“oxuyur”, o cümlədən guya postmodernistcəsinə (yəni 
soyuq ironiya qataraq) kəşf eləyir özüyçün... Alınırmı? 
– başqa məsələdir...
Yazıdan görünür ki: müsahibə boyu (
http://kulis.az/
news/3421

http://kulis.az/news/3428

http://kulis.az/
news/3440
) özünü ciddi tutmuş Qan Turalının sualları-
replikaları müqabilində Anar bir xeyli dəfə “gülür”... 
Bilirsizmi, nədən? O bu cavan uşağın kəşf edirmiş 
kimi toxunduğu məqamları azı yüz dəfə açıqlamışdır 
ictimaiyyətə, bu da olsun yüz birinci! Bəli, Qan Tura-
lının sanki o həqiqətləri qazıb-çıxardığı yazılarında da, 
çoxsaylı müsahibələrində də... Bu, yazıçının 1968-ci il 
Praqa hadisələrinə qədər “sosializm ideyalarına hələ 
də inanması” məsələsidir;  Ədəbiyyatın qadağalarla 
inkişafı barəsində fikirləridir; “Qobustan” jurnalında 
N.Nərimanovun  şəklinin Orconikidze və Mikoyandan 
azca öndə getməsinə görə KQB-yə çağrılması faktıdır; 
əsərlərinə senzura məsələsidir; “Anlamaq dərdi” es-
    
 
 
 
 
TEHRAN ƏLİŞANOĞLU
YAXIN TARIXIN DƏRSLƏRI
 
  


N1(6) mart 2013
170
sesinin çapı  məsələsidir;  şəhər-kənd nəsri, “Kaman-
ça” pyesi haqqında mülahizələridir,  İsa Hüseynovun 
Çingiz Aytmatov ola bilməməsi məsələsidir; Sabir 
Əhmədlinin Fəxri xiyabanda basdırılmaması, Ramiz 
Rövşənin xalq şairi adını almaması qayğılarıdır və s. 
Xoşdur, başucalığıdır; amma nə əcəb cavan nəsil bütün 
bu “tarixi xidmətləri” bilmir?! Anar ədəbiyyatımızda 
epoxadır axı... 
Doğrudur, müsahibədən sonra “Yeni Müsavat”a 
P.S-də Qan Turalı təzəcə kəşf elədiyi həmin epoxanı: 
“ədəbiyyatın keçmişi”, “qapanmış dövr” kimi təqdim 
eləməyə  tələsir; amma söhbətin özündən heç də bu 
görünmür. Nəylə “keçmişdir” axı Anar, Vudi Alleni 
tanımaması iləmi?, türk filmlərinəmi baxması ilə, ya 
bəlkə serial ssenarisi yazmağa hazır oması ilə? Diqqət 
etsəniz, müsahibədə məhz “son 20 ilin Ədəbiyyat su-
alları”, o cümlədən Qan Turalının da oluşduğu AYO 
sualları çatışmır,  əskikdir, sönükdür... O şəkildə ki, 
müsahibədə Rasim Qaraca, Murad Köhnəqala barəsində 
sorulur (bu məqamda R.Qaracanın etirazı yerindədir): 
elə bil 1980-lərin sonlarıdır və bu da təzə imzalardır, 
heç ortada AYO deyilən son on ilin hadisəsi, içi Qan 
Turalı qarışıq yoxmuş... 
Bəlkə doğrudan da, heç yoxmuş... Axı o şəkildə 
ki, Qan Turalı sabiq həmfikirlərini (Elnur Astanbəyli, 
Aqşin Yenisey) sual altda qoyub, “müdafiəsi”nə heç 
bir cəhddə-mövqedə bulunmur , ən azı  fikirləşirsən: 
növbəti sual QanTuralının özü barəsində olmalı, bəs 
görək, Anar müəllim həmən bu keçmiş radikal oppo-
nenti haqqında nə deyəsidir... Belə olmur; və filan qədər 
imzalar paradının Xalq yazıçısı qarşısında nümayişi-
nin mənası ora dirənir ki: məsələn, Elçin Hüseynbəyli, 
Qismət, Cavid Zeynallı məhz AYB-də olduqlarına görə 
“layiqli”dirlər, digərləri, o cümlədən Qan Turalı isə 
orda olmadıqlarına görə bu şansdan məhrumdurlar...     
Rasim Qaraca Qan Turalını “təslimçilik”də suç-
layır; nəyi təslimçilikdə - Ədəbiyyatımı, AYO-numu, 
AYO  ədəbiyyatınımı? Və ordaca əlavə edir: “Qan 
Turalı «qurtaraq bu davaları» deyir, təəssüf ki bu 
günə  qədər başa düşməyib, bizim davamız  şəxsi de-
yil, ictimai davadır...” Allah, Allah!, QanTuralımı bil-
mir “ictimai dava” nədir, qəhrəmanı az qala dünyanı 
çevirməyə hazırlaşan “Mustafa” romanının müəllifimi 
bilmir? Yəni belə  çıxır ki: sabiq AYO-çu Qan Turalı 
durmadan AYB-nin və Anarın hər addımına məsxərə 
qoşurkən də bilmirmiş neyləyir?! Məncə, belə deyil; 
məncə, Qan Turalı  həmişə  nə etdiyini, nə istədiyini 
yaxşı bilənlərdəndir... 
Yadınıza salıram: düz iki il öncə AYO MKM-i 
boykot etmişkən, AYO yoxsa MKM dilemmasında 
Qan Turalı MKM-i seçdi; bu da mı “təslimçilik” idi? 
Ya bir az da əvvəl Qan Turalı  qəfil Adyazar saytını 
buraxıb, Abzas.net yaradarkən yenə  də Rasim Qara-
canın möhkəm qınağına gəlmişdi; “təslimçilik”dimi? 
Təxminən, 6-7 il öncə, Qan Turalının AYO-da təzə-
qızğın çağlarıydı  hələ, yanılmıramsa, Rəşad Məcid 
525-də ona səhifə aparmağı  həvalə etmişdi, heç 
“təslimçiliy”ə  bənzəmirdi amma... O da yadımdadır 
ki: vaxtilə bizim YeniSi saytda da (2002-2005), Rafiq 
Tağıdan sonra bircə Qan Turalı AYO-nun “qısqanclıq” 
sindromunu qırıb, təmsil olunmuşdu... 
Diqqət çəkdiyim odur ki: bütün bu halların 
hər birində, adına bəlkə “təslimçilik” deməyək, 
“təmsilçilik” deyək, Qan Turalının özü var; bəlkə özü-
nü, Ədəbiyyatını, ya nəsə başqa şəkildə, məhz “ictimai 
ideal”ını axtarıcılığı var... Yəni,  əslində, Qan Turalı 
üçün heç fərqi yoxdur: dünən Rasim Qaracanın yanın-
da, sabah Rəşad Məcidin, Anarın, ya bəlkə də Kamal 
Abdullanın yanında olsun (Anara qəfil sualı xatırla-
yırsızmı:  “- Kamal Abdulla necə sizin yazıçınızdır, 
yoxsa yox? Borxesdən söz düşüb deyə soruşuram…”
Əsas o nöqtələrdir ki: “hamı”nın və “hamı” da onun 
yanında, yəni daim “əfkari-ümumiyyə”nin diqqətində 
olsun... Elə ordan götürün ki: məgər bu gün Kulis.az 
kimi, Ədəbiyyat dairələrində “əfkari-ümumiyyə”ni ələ 
almağa çalışan bir saytın dalında durmaq asanmıdır?! 
Gəlib-çıxdıq məsələnin kökünə. Baxın, Kulis.az 
kimi ədəbi-mədəni gündəmə iddialı bir sayt, Qan Tu-
ralının sözlərini çevirsək, Anar kimi Ədəbiyyatın canlı 
“keçmişi” olan bir epoxa ilə dialoqa girir... Və sanki 
“keçmiş” bugündən çəkinməli ikən (necə ki, R.Məcidin 
Anarı müsahibəyə razı salması faktında görürük), 
müsahibədən sonra əksinə şahid oluruq... Müsahibənin 
dərcindən əvvəl Qan Turalının “Ədəbiyyata xəyanət”də 
suçlanacağı barədə narahat anonsunu yada salaq və 
sonrası isə: müsahibəni sanki Ədəbiyyat adına deyil, 
jurnalist kimi, Kulis.az-ın yönəltməni kimi götürdüyü 
barədə alibisini... Guya ki, Anar kimi Ədəbiyyat adamı 
ilə söhbətdə Kulis.az-ın  Ədəbiyyatdan kənar hansısa 
başqa (jurnalist!) mövqeyi ola bilərmiş...
Əvvələ qayıdaq. Dedik: Anarla Qan Turalının 
söhbətində nəinki həmən o tərs “AYO sualları” yoxdur, 
heç son 20 ilin özü də, üstünlüyü də hiss olunmur. O 
post-modernist miqyas və əhatə ki, guya bugünün üstün 
(müstəqillik, plüralizm) nöqteyi-nəzərindən səslənib, 
“keçmiş”i dekonstruktə edəsi, çoxsaylı aydın sitatlara 
çevirəsiymiş: bu – Mirzə Fətəli-Mirzə Cəlil irsidir; bu 
sovet dönəmi ədəbiyyatı və 1960-cıların mövqeyidir; bu 
– dünya mədəniyyətinə Azərbaycanın gözüylə baxışdır; 
ən nəhayət bu – müstəqillik illərinin gəlişmələridir... 


Rüblük ädäbiyyat därgisi
171
Ki,  əksinə, hər yerdə, bütün məqamlarda məhz  Ku-
lis.az Anara, gündəm isə o möhtəşəm “keçmişimiz”ə, 
“Anar epoxası”na uduzur (bir daha müsahibə boyu 
müşaiyət olunan sürəkli gülüşləri yada salmaq yerinə 
düşər)... 
O post-modernist platforma ki: şüurlumu, ya ins-
tinktiv – zəmanənin tələbi ilə Qan Turalının Kulis.
az çabalarında formalaşdırılmağa səy olunur (“Bu 
dövr qapanıb, biz yeni səhifə açmalıyıq...»), Anarla 
söhbətdə ucu belə görünmür... Hətta birbaşa tarana get-
diyi məqamda belə, kənara çəkilib, nəsildaşlarını (Şərif 
Ağayarı, Nərmin  Kamalı) “zərbə altı”na salmaqla 
kifayətlənir Qan Turalı... Əslində, yolu yarı-modernist, 
yarı post-modern AYO-dan keçib gələn Qan Turalının 
“yeni səhifə”, yeni dövr başlatmaq sevdaları yerində, 
başadüşüləndir... Post-modern zəmanə öz övladlarını 
yetirir və istəyir! Amma Qan Turalının səhvi ondadır 
ki: platform yapırkən dekonstruktəyə ən yaxın sələfi, 
içindən çıxdığı AYO-dan deyil, belə uzaqlardan baş-
layır... 
Axı prinsipcə Rasim Qaraca haqlıdır; indi nə elə 
də AYB məsələsi aktualdır, nə  də Anar yaradıcılı-
ğı (məsələn, müsahibədə  də Anarın son 20 ildə yaz-
dıqlarından heç nə söhbət predmeti olmur: nə “Otel 
otağı”, nə “Ağ qoç, qara qoç”, nə  də “Unudulmaz 
görüşlər”)...  Əksinə, 1960-1980-ci illər  ədəbiyyatının 
dekonstruktəsində yaxşı, ya pis müəyyən iş gör-
müş (M.Köhnəqala  şeirdə, H.Herisçi publisistikada-
nəsrdə, R.Qaraca və N.Kamal fikir mövqeyində...) 
AYO-çuların isə gündəmə hacəti var: niyə və nəyi düz 
eləyirdilər, nəyi yanlış... – bunu çözmək daha mühüm 
və Qan Turalının gücündə olan məsələdir...
Yoxsa ki: Anar kimi qosqocaman bir Ədəbiyyat 
epoxası ilə oxuduğun kitablardan adda-budda sitatlarla 
kəllə-kəlləyə  gəlmək son halda profanasiyadan özgə 
nəsə verməyəsidir; necə ki, olmuş. Ədəbiyyatda yeni 
epoxaları kitablardan başlatmırlar, içindən keçib bura 
gəlirlər. O sıradan: Mirzə  Fətəli-Mirzə  Cəlildən bu 
yana uzun bir yol gələn  Ədəbiyyatımız o qədər belə 
“pərdəarxası”lar (“Kulis”lər) görmüş ki ... 
16-21 dekabr 2012
BSU Yaradıcılıq fakultəsində


N1(6) mart 2013
172
    
 SU  KİMİ...  
(Amerikalı  gənc rəssam Erika Kreykin sualtı 
rəsmləri üzərinə)
Dərgimizin üz qabığında və içərilərində gördüyü-
nüz qadın rəsmləri Kaliforniyadan olan (ABŞ) gənc 
rəssam Erika Kreykə  məxsusdur. Rəssam xanımın 
çəkdiyi rəsmlərin özəlliyi orasındadır ki, xanım Kreyk 
bu işlərini su altındakı kimi təsəvvür edir. Yəni bu 
çirklənən, tarazlığı pozulan dünyamızın nicatı suda-
dır əslində. Çirkin, hisin, pasın, kirin, pasağın  su ilə 
təmizə  çıxdığı  kimi, qadın gözəlliyinin də suya çox 
ehtiyacı var. Zərif qadın suda daha zərif, daha incə 
olur. Şəkillərdən də bunu görmək mümkündür.
“Su ki sərkardan gəzər başında vardır bir hava...” 
deyirdi Füzuli. “Sucan ömrün olsun” deyib ulularımız. 
“Su murdarlıq götürməz” deyimi də var. “Sözün də su 
kimi lətafəti var...” bu da Nizaminin deyimidir. Sözü-
müzün canı ondadır ki, Erika xanımın su altı rəsmləri 
əslində “cənnət rəsmləri” kimidir. Suyun özü kimi arı, 
duru, təmiz.
Su kimi...
 Azad Q.
PALİTRA


Rüblük ädäbiyyat därgisi
173
  
 
                 
YENİ NƏŞRLƏR

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə