Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

Rüblük ädäbiyyat därgisi
155
 
İndi mən nə edim? Necə ifadə edərsəni
Hər yerdən topladığın çiçəklər olmadan bu dünya
Necə mübarizə aparmaq olar, səni nümunə görmədən
Sənin xəlqi müdrüklüyün və böyük şair şərəfin olmadan.
Təşəkkür belə olduğun üçün! Təşəkkür o atəş üçün
Türkülərinlə sonsuz alovlandırdığın.
 
Tərcümə: ZöhrəPoladlı                              
NAZİM  
HİKMƏT
İyimsər  adam 
Çocukken sineklerin kanadını koparmadı
teneke bağlamadı kedilerin kuyruğuna
kibrit kutularına haps etmedi hamam böceklerini
karınca yuvalarını bozmadı
büyüdü
bütün bu işleri ona ettiler
ölürken baş ucundaydım
bir şiir oku dedi
güneş üstüne deniz üstüne
atom kazanlarıyla yapma aylar üstüne
yüceliği üstüne insanlığın
 Bakü, 6 Aralık 1958
MİLAN  KUNDERA
ROMAN SƏNƏTİ VƏ NƏSLİN 
DAVAMI
(“Le Monde” qəzeti, Fransa)
“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni 
qəribə bir hiss bürüdü, məgər bütün böyük roman 
qəhrəmanları övladsız olur?
Gerçək həyatda  əhalinin cəmi bir faizinin uşağı 
olmadığı halda, məşhur roman qəhrəmanlarının mini-
mum əlli faizi özündən sonra nəsil qoymadan səhifələr 
arasında itib gedir.
İstər Pantaqruel olsun, istər Panurq, istər Don Ki-
xot, heç birisinin övladı yox idi. Təkcə onlarınmı? Heç 
“Təhlükəli Əlaqələr” filmindəki Valmonunun da, Mar-
kiza de Merteyin də, xeyirxah prezident arvadı madam 
de Turvelin də uşağı yoxdur.
Ya da Henri Fildinqin ən məşhur personajı olan 
Tom Consun, həmçinin Hötenin gənc Verterinin də 
uşaqları yox idi.
Stendalın az qala bütün roman qəhrəmanları uşaq-
sızdır (ya da heç vaxt uşaqlarının üzünü görməyiblər), 
eyni şeyi Balzakın və Dostoyevskinin qəhrəmanlarının 
əksəriyyətinə aid etmək olar.
Əgər keçən əsrə baxsaq, “İtmiş zamanın axtarışın-
da” əsərinin baş qəhrəmanı haqqında da və əlbəttə ki, 
Robert Muzilin əsas qəhrəmanları olan Ulrix, onun ba-
cısı Aqata, Valter və onun arvadları Klarisse və Diotim 
haqqında da, Qaşekin qəhrəmanı  Şveyk və Kafkanın 
bütün qəhrəmanları haqqında da eyni şeyi demək olar.
Doğrudur Kafkanın qəhrəmanı olan Karl Ross-
manı istisna etmək lazımdır, ancaq o da xidmətçi qızı 


N1(6) mart 2013
156
hamilə qoyduqdan sonra doğulacaq uşağı  həyatından 
silmək üçün başını götürüb Amerikaya getmiş  və ar-
dınca belə bir romanın yaranmasına rəvac vermişdir.
Haqqında bəhs olunan sonsuz qəhrəmanlar heç də 
yazıçıların şüurlu məqsədindən doğmayıb, roman sənə-
tinin öz mahiyyəti  (yaxud da bu sənətin şüuraltı tərəfləri) 
nəslin davametməsi ideyasıyla heç cür barışmır.
Haydeqqerin dediyi: “Roman ayrı-ayrı şəxsiyyət-
lərin yaratdığı “Yeni dövr”ün təşəkkülü ilə ortaya çıx-
dı” fikri hər şeyin əsasında dayanır.
Romanın sayəsində Avropada insan şəxsiyyət kimi 
hökmünü göstərməyə başladı.
Əslində, valideynlərimizin bizdən öncə necə yaşa-
dıqları haqqında çox az şey bilirik, bizim yaxınlarımız 
haqqında biliklərimiz səthidir, sadəcə onların dünyaya 
necə  gəlib getdiklərinə  şahid oluruq, onlar dünyadan 
silinən kimi yerlərini başqaları tutur, onlar böyük bir 
əvəzlənmə qatarı yaradıblar.
  Məhz roman kütlə içindən bir nəfəri seçib başdan-
başa onun həyatını, fikirlərini, duyğularını danışır, onu 
əvəzedilməz edir, o hər şeyin mərkəzində dayanır.
Don Kixot ölür və roman sona çatır, bu, birdəfəlik 
sondur, çünki Don Kixotun uşaqları yoxdur, əgər uşaq-
ları olsaydı, onun həyatının bir davamı ola bilərdi, 
bəlkə onu yamsılayan, ya da onu mühakimə edən birisi 
olacaqdı, bəlkə onu müdafiə edəcək, ya da ona xəyanət 
edəcəkdilər.
Atanın ölümü qapının arasını açıq qoyur, lap uşaq-
lıqdan başlayaraq biz dəfələrlə  məhz bunu eşidirik
sənin həyatın uşaqlarında davam edəcək, sənin uşaqla-
rın sənin ölümsüzlüyündür.
Ancaq əgər mənim həyat hekayətim, şəxsi həyatım 
başa çatdıqdan sonra belə davam edə bilirsə, deməli, 
mənim  şəxsiyyətim yetkin bir şəxsiyyət deyil, onda 
hələ başa çatmamış nələrsə var, o təklikdə tam məna 
ifadə edə bilmir.
Belə anlaşılır ki, fərdin içində  -əriyib yoxa çı-
xan, öz kimliyinin unudulmasına  şərait yaradan ailə, 
nəsil, söy-kökü, millət kimi tamamilə konkret, dünyəvi 
şeylər var.
Bu “hər şeyin əsası” olan fərdin bir neçə əsrdir Av-
ropanın bəslədiyi, illüziyadan, xəyaldan başqa bir şey 
olmadığı anlamına gəlir.
Qarsia Markezin “Yüz ilin tənhalığı” kitabının 
sayəsində roman artıq fərdiyyətçilik xülyasıyla vida-
laşıb və indi diqqət mərkəzində ayrıca bir fərd deyil, 
fərdlərin bir-birini əvəz etdiyi uzun bir zəncir dayanır.
Onlar hamısı özünə görə unikal, təkrarsız olmaqla 
bərabər əsərin axınında ötəri bir işıq zolağı kimi gözə 
görünüb yox olurlar, hər bir fərd unudulmalıdır və 
onların hər biri bu haqda düşünür, heç bir qəhrəman 
əvvəldən axıra kimi romanın əsas siması olmur.
Romandakı  qəhrəmanların ulu nənəsi olan qoca 
Ursula yüz iyirmi yaşında dünyasını dəyişsə də, roman 
bu hadisədən xeyli gec qurtarır.
Burada diqqəti çəkən başqa bir məqam  da var ki, 
bütün surətlərin adları bir-birinə  bənzəyir, məsəlçün: 
Arkadio Xose, Xose Arkadio, ikinci Xose Arkadio, 
Aureliyano Buendia, ikinci Aureliyano.
Müəllifin bunu etməkdə  məqsədi surətləri bir-
birindən fərqləndirəcək cəhətləri dumanlı şəkildə təsvir 
edib oxucunun onları qarışıq salmasına nail olmaq-
dır. Onlar bütün cəhətləri ilə Avropanın fərdiyyətçilik 
dövrünə yaddırlar.
Bəs görəsən onlar hansı dövrə aiddirlər? Ameri-
kanın hindu keçmişinəmi? Ya da ayrı-ayrı fərdlərin in-
san cinsi içərisində əriyib yoxa çıxacağı gələcəyəmi? 
Mənim fikrimcə bu roman, romançılıq sənətinin zirvə 
nöqtəsi olmaqla bərabər, ənənəvi roman dövrü ilə vi-
dalaşmadır.
Çeviri: Namiq Hüseynli


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə