Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə74/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
161
SEYMUR  
BAYCAN
XOŞBƏXT  ETMƏK  HAQDA
O zaman şagirdlər  İsanın yanına gəlib dedilər: 
«Səmavi Səltənətdə  ən böyük kimdir? İsa da yanı-
na bir körpə uşaq çağırdı və onu ortaya qoyub dedi: 
«Sizə doğrusunu deyirəm,  əgər siz dönüb körpə 
uşaqlar kimi olmasanız, Səmavi Səltənətə  əsla girə 
bilməzsiniz. Beləliklə, bu uşaq qədər özü-özünü al-
çaldan, Səmavi Səltənətin ən böyüyüdür. Və kim belə 
bir körpəni Mənim namimə qəbul edərsə, Məni qəbul 
etmiş olur». 
Publisistik yazılar yazmağa başlayandan yazıla-
rımda zaman-zaman uşaqları valideynlərin yadına sal-
mağa çalışmışam. Başa düşmüşəm ki, bu gün onlara 
velisiped lazımdı, sabah böyüyəndə beş maşınları da 
olsa, bu günkü velisipedin verə biləcəyi xoşbəxtliyi 
yaşaya bilməyəcəklər. Bu gün onları xoşbəxt etmək 
bizim üçün asandı. Bəs sabah necə? Biz onları xoşbəxt 
edə biləcəyikmi? Buna gücümüz çatacaqmı? Özü də 
belə ağır bir ölkədə, belə qəddar şərtlər altında...
Deyirlər heç kim öz uşaqlığını axıra qədər da-
nışa bilməz. Uşaqlıq kosmosdur. Yaxşı, biz hadisəni 
danışdıq, bəs o dadları, o hissləri necə ifadə edək? 
Gəlin xatırlayaq, bizi nələr xoşbəxt edirdi? Ən adi 
hərəkətlər,  ən adi jestlər. Məsələn, nənəm təndirdə 
çörək yapanda ən axırda bizə balaca çörək (kökə) ya-
pırdı. Xəmir eyni olsa da, niyyət başqa idi və biz bu 
balaca çörəkləri (kökələri) tam fərqli hisslərlə yeyir-
dik. 
Hardan başlayasan, nəyi danışasan, harda biti-
rəsən... Kinoteatra getməyimi danışasan, yoxsa velo-
siped hədiyyə aldığın gün necə sevindiyini yazasan? 
Bu gün bizim kənardakı yüngülvari xərcimiz böyük bir 
xoşbəxtliyə səbəb ola bilər və olur da. Hardan bilmək 
olar, bəlkə  də bu, onların elə  ən işıqlı xatirəsi ola-
raq qalacaq. Elə isə niyə onları az miqdarda pul 
xərcləməklə xoşbəxt etməyək? Birini xoşbəxt etmək 
şansı varkən, bunu etməmək əclaflıqdı. 20, 30, 40 ma-
nat mənim heç bir problemimi həll etmir, amma bu 
pulla bir uşağa xoşbəxt anlar yaşatmaq mümkündür. 
Bəlkə  ədəbiyyatdan danışaq. «Səfillər»  əsərini oxu-
yan hər bir kəs yəqin ki, Jan Valjanın Kozettaya oyun-
caq almasını xatırlayır. Bu, Kozettanın həyatında ar-
tıq dönüşün başlanğıcı idi.  
Biz həyat adlı  əjdahanın sərt sifətini gördükcə, 
hisslərimiz itiləşdikcə, başa düşürük ki, xoşbəxt ol-
maq elə  də asan deyil və  hətta ümidini itirmədən 
xoşbəxtliyin özünü gözləmək xeyli çətiniymiş. Biz 
dillema qarşısında qalırıq - bu, alın yazısı idi, yoxsa 
bu yazını mən özüm yazdım? Bu suala dəqiq cavab 
vermək olmur. 
Əgər biz xoşbəxt olmağın necə  çətin olduğunu 
anlayırıqsa, elə isə  nədən uşaqların xoşbəxt olma-
sına çalışmayaq? Bu həm də ürəkgenişliyi nümayiş 
etdirməkdir. Bu mənada mənim üçün ən gözəl ibadət 
uşaqlara pul xərcləməkdir. Bununla, həm də bir növ 
tovbə etmiş, günahlarımı yumuş oluram. Mən hər han-
sı bir məkanda və yaxud bioqrafiyası  şübhəli  şəxsin 
qaşısında tövbə etməkdənsə, konkret hərəkətlərlə 
uşaqların qarşısında tövbə etməyi daha məqbul sayı-
ram. Xoşbəxtlik nədir sualı böyük cavab tələb etmir. 
Xoşbəxtlik - dondurmadı, karuseldi, sizin onlarla ki-
noteatra getməyinizdi. Tolstoyun təbirincə desək, qənd 
yalnız uşaqlar üçün şirindir, böyüklər üçün isə çay 
içmək vasitəsidir. 
Hardan bilmək olar, bəlkə də mən öz xatirələrimdən 
nəticə çıxararaq, belə düşünürəm. Ola bilsin vəziyyət, 
şərtlər dəyişib. Bununla belə, bütün hallarda qaydalar 
dəyişsə də, prinsiplər dəyişməzdir.
 
 
 
BAXIŞ BUCAĞI
 


N1(6) mart 2013
162
 
NİYAZİ  MEHDİ              
DIL ÖZRƏ DÖŞÖNCƏ 
SƏPƏLƏNTILƏRI
«Ayaqyolu», ya «tualet»?
Sözlərdən açılan dil dünyası
Təmiz dil
Mənim yazılarımın dili kimlərdəsə narazılıq doğu-
rur. Məsələn, birisi qınayır ki, niyə fəxr edirəm yerinə 
«öygü duyuram» yazmışam. Çox maraqlıdır, hamı, 
bəlkə  mənə irad tutan da «uje», «voobşe» işlədəndə 
bunda dil üçün pis heç nə görmür, ancaq «öymək» 
kimi əski sözümüzü işləkləşdirəndə öfkələnir. 
İndi isə gəlin, belə bir sual qoyaq: nədən dilimi-
zin düşüncə mədəniyyəti üçün önəmli olan sözlərinin 
sırasında öz sözlərimizin sayını, gücümüz çatan qədər, 
artırmalıyıq? Bu o deməkdir ki, «lakin»lə yanaşı «an-
caq», «tələbat»la yanaşı «gərəklər», «müvəffəqiyyət»lə 
yanaşı «uğur», «əlaqə» ilə yanaşı «ilişgi», «şüur»la 
yanaşı «bilinc»i də tez-tez yazımıza, danışığımıza 
gətirməliyik.
Buna «purizm», yəni  dili arındırmaq deyirlər. 
Purizmin azman kampaniyası Türkiyədə olub. Purizm 
işini indi fars dilində, fransız dilində, erməni, xorvat, 
ivrit dillərində  də aparırlar. Çoxları üçün bu qürur 
məsələsidir. Xorvat istəyir ki, onun dili «doğma» serb 
dilindən fərqlənsin, fars istəyir ki, ərəb sözlərinin yer-
siz olanlarının əvəzinə Avesta sözlərini işlətsin, Ana-
dolu türkləri isə dillərini təmizləmişdilər ki, qondarma 
suahili dilinə oxşamasın. Suahili ərəb, ingilis, afrikan 
kökənli sözlərdən yığılmış Liman dillərinə oxşayır. 
Purizmdən öncə Anadolu türkcəsində  təxminən 20% 
öz sözləri idi, yerdə qalanlar ərəb-fars kəlmələri idi. 
İndi isə təxminən 70-80% öz sözləridir. Dedim ki, bu 
təmizləmənin ilk ağıla gələn motivi milli qürurla bağlı 
idi: niyə başqasının tör-töküntüsü olaq?! 
Mən isə, bax, «təmiz dil» demirəm, «düşüncə 
mədəniyyəti üçün gərəkli olan sözlər sırasında öz 
sözlərinin payı balaca olmayan dil» deyirəm, belə dilə 
gərəyi qürura görə yox, başqa cür açıqlardım. 
Sözlər “vaqon”olmayanda
Sözlər əgər vaqon kimdirlərsə, cümlə isə qatardı-
sa və dilin də vəzifəsi bir düşüncəni bir başdan başqa 
başa daşımaqdırsa, doğrudan da nə fərqi var, «cisim» 
deyirsən, yoxsa «nəsnə»?! Axı, vaqonun qara, sarı ol-
masının daşımağa təsiri yoxdur!
Ancaq sübutlar var ki, dil təkcə vasitə deyil, 
həm də kosmosdur, ümmandır, çox dərin biliklərin 
qaynağı, yəni mənbəyidir. Qəsdən kobud bir örnək: 
azərbaycanlıların «ayaqyolu» sözündən çıxarmaq olar 
ki, bu yer iyinə, funksiyasına görə elədir ki, evin, bina-
nın içində yox, həyətin o başında olmalıdır. Söz sanki 
ona gedən cığırdakı ayaq izlərini canlandırır. Fransızla-
rın «tualet» sözü isə özünü, üst-başını, üz-gözünü qay-
daya salmağı bildirir. Göründüyü kimi, bir nəsnənin 
iki ayrı-ayrı adı həmin nəsnəyə iki mədəniyyətdə fərqli 
baxışı, konsepsiyanı açır. Bundan sonra demək olar 
ki, qloballaşma bizdə ayaqyolularının tualetləşməsinə 
gətirib çıxarıb. Ancaq tələsməyək bu düşüncəni tam 
doğru saymağa. Elə hallar olur ki, Azərbaycanda 
«ayaqyolu»nun yerinə «tualet» işlədəndə təsəvvürlərdə 
ayaqyolu tualetləhşmir, tualet ayaqyolulaşır. Nədən 
fransız qızı asanlıqla «mən tualetə gedirəm» deyə bilir
azərbaycanlı qızların çoxu isə bunu deməkdən utanır? 
Çünki fransız belə deyəndə onun başında canlanan 
birinci anlam, məna o olur ki, «mən üst-başı qaydaya 
salan yerə gedirəm», azərbaycanlı qızı isə qorxur ki, o, 
«tualet» deyəndə oğlanların gözü qabağına murdar bir 
yer  gələcək və onun «imici» ləkələnəcək. 
ESSEESTETİKA


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə