Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

Rüblük ädäbiyyat därgisi
151
istəməyən tənqidçilər Volteri “plagiatçılıqda” qınama-
ğa da çalışmışlar.
25  Denye – əski çağlarda  fransız gümüş pulu olmuşdur.
26  Desterxam – burada Volter İranla, Türkiyə sarayların-
da baş xəzinədarlara verilən “dəftərdar” titulunu yan-
lış olaraq işlətmişdir.
27  Hürmüzd – Zərdüşt inancında Yaxşılıqları doğuran 
tanrı sayılmışdır.
28  Bibliyanın “İkinci Qanun” kitabında belə bir qadağa 
vardır, Volter bunu ələ salıb gülür.
29  Teurq – yunan dilindən hərfi  tərcümədə “tanrıyara-
dan” anlamı verir, əski çağlardan başlamış özlərində 
tanrı mahiyyətini daşıdıqlarını deyən mistiklər belə 
adlanmışlar.
30  İyebor – Volter bu adla onunla qatı yağlıq elə yən Mo-
ren yepiskopu Jan-Fransua Buayeni anmışdır.
31  Burada yenə Bibliyanın “İkinci Qanun” kitabında ev 
dovşanları yeməyin yasaqlanması ələ salınır.
32  Burada fransız moralist yazıçısı Mişel Monteyanın “Sı-
naqlar” kitabında yazdığı: “Hansısa yüksək mövqeyə 
çata bilmədinsə çalış onu tuta bilənlərə qara yaxasan” 
deyimi anılmışdır.
33  Hirkan  –  əski çağlarda  İran dövlətinin içində, Xəzər 
sahillərində yerləşən vilayət olmuşdur.
34  Burada ola bilsin Prussiya kralı II Fridrix anılmışdır, 
həmin vaxtlar onunla Volterin arası dəymişdi.
35  Povestin 1747-ci il çapında bunun ardınca da bir parça 
olmuş, sonradan Volter onu kitabdan çıxarmışdır.
36  Aksidensiya – orta yüzillərdə sxolastların işlətdiyi 
termin olub, dəyişkən, keçici anlamlarında işlənmiş
dəyişməz, ölümsüz mahiyyətə qarşı qoyulmuşdur.
37  Burada Volter alman filosofu Leybnisin baxışlarını ələ 
salmışdır. Bu bölmə povestə sonradan, 1752-ci ildə 
artırılmışdır. Öncə Leybnisin fəlsəfi baxışlarına bağlı 
olan Volter sonradan onları yanlış saymağa başlamış, 
Leybnisə qarşı kəskin çıxışlar eləməyə başlamışdır. 
38  Burada ilk çaplarda olan bir böyük epizodu, Volter 
sonradan kitabdan çıxarmışdır.
39  Mitra  –  əski çağlar  İran mifologiyasında Günəş, 
müqəddəs od tanrısı sayılmışdır.
40  Burada  Volter  Bibliyanı yamsılamışdır. Bibliyada ya-
zılan: “Dağlar qoyunlar, təpələr onların quzuları kimi 
atılıb düşürdülər” sayağı deyimlər lağa qouyulmuşdur.
41  Bibliyadakı: “Dəniz onu görüb geri çəkildi” deyimi 
anılmışdır.
42  Bibliyadakı: “Sən göylərdən endin, ey işığın oğlu olan  
iblis” deyimi anılmışdır.
43  Yenə Bibliyadakı: “Dağlarla sular özülündən tərpənib 
yürüdülər, daşlar muma döndü, sənin üzün əriməyə 
başladı” deyimi anılımışdır.
44  Burada “gözyaşı tökən komediya” janrı anılır, belə ko-
mediyaları ilk olaraq Fransız dramuturqu Nivel de La-
şosse yazmışdır. Volter dramuturgiyada janrların belə 
qarışdırılmasına qarşı çıxırdı, onun düşüncəsinə görə 
komediya güldürmək, faciə ağlatmaq üçündür, onları 
qarışdırmaq bayağılıqdır.
45  Zendavesta – burada Volter kitabın adını zər düş tülük 
tanrısı ilə qarışıdrmışdır.
46  Xoriv  səhrası – çağdaş Misirin Rəs-Qərib  şəhə rinin 
yaxınlığındadır.
47  Qanqaridlər ölkəsi deyiləndə Qanq çayının yaxınlığın-
da yaşayan xalq anılır.
48  Burada, İraqın güneyində, Dəclə çayının Fars körfəzinə 
töküldüyü yerdə yerləşən  indiki Bəsrə şəhərindən söz 
açılır. 
49  Xatay – Avropada Çinin doğu bölgəsini belə adlandı-
rırdılar. 
50  Brahma – hinduizmin ən baş tanrılarından biri olaraq, 
yaradıcı, qoruyucu tanrı sanılmışıdr.
51  Apis – əski çağlarda misirlilərin tapınaraq müqəddəs 
saydıqları öküzə deyilmişdir.
52  Oannes – xaldeylərin müqəddəs sayıb tapındıqları ba-
lığın adıdır.
53  Doğrudan da xaldeylərin yaratdıqları  təqvim, yer 
üzündəki ən əski təqvimlərdən biri olmuşdur.
54  Kambalu – əski çağlarda indiki Pekin şəhəri belə ad-
lanmışdır.
55  Çin  dilində Li – işıq, anlaq, Tyan – göy anlamlarını 
bildirir, bunların birgə işlənməsindən “tanrı” sözü alı-
nır.(Volterin öz yozumu)
56  Teytat – əski çağlarda qalların tanrılarından bir olmuş-
dur.
57  Öksəotu – palıd ağacında bitən parazit bitkidir, əski çağ-
larda qallar onu müqəddəs sayar, bütün xəstəlikləri sağalt-
dığını düşünər, onun adına bayram keçirərdilər.
58  Volterin çağında keltlərlə skiflərin bir kökdən oldu-
ğunu düşünürdülər, indiki elmi baxışlara görə onların 
kökbirliyi yoxdur.
59  Ulduz kahinləri – bu adla ərəb ruhaniləri anılmışdır.
60  Burada Volter Bibliyanı yamsılayır, orada “Mahnılar 
mahnısı” bölməsində belə bir deyim vardır: “Sənin 
burnun, Dəməşqə sarı tuşlanan Livan qülləsidir”.
61  Bu başlıqdan öncə daha iki başlıq olmuşsa da, sonra-
dan Volter onları povestdən çıxarmışdır.
62  Yunan mifologiyasına görə bu canlının baxışları kişilər 
üçün öldürücü olmuş, qadınlara isə qorxulu olmamışdır.
63  Bu epizodda “Min bir gecənin” 11-12-ci gecələrdəki 
nağıllarının izləri duyulmaqdadır.
64  Bu  yarışmanın görsənişlərini Volter Ariostonun 
“Çılğın Orlando” kitabından götürmüşdür, bu ki-
tabda Dəməşqdə buna bənzər döyüş yarışmalarının 
keçirildiyindən söz açılmışdır.
65  Volterin yağılarından biri, tənqidçi Freron(1718-1776), 
bu başlığa görə Volteri plgiatçılıqda suçlamış, onun  
bu başlığı ingilis şairi Tomas Parnelin poemasından 
köçürdüyünü yazmışdır. Ancaq araşdırıcıların yazdı-
ğına görə burada uyğunluq çox azdır, belə süjetlər əski 
çağların çoxlu ədəbiyyat örnəklərində də olmuşdur.
Rus dilindən Araz Gündüz çevirmişdir.
Qaynaq (rus dilində):  Вольтер.  Философские  по-
вес ти.  Издательство  “Художественное  литература”, 
1978 г.
 


N1(6) mart 2013
152
ÇARLZ  
BUKOVSKİ
BİR DOLLAR İYİRMİ SENT
(Hekayə)
O ən çox yayın sonunu sevirdi, yox payızı, daha 
çox payızı. Elə ya belə fərq etməz, artıq çimərliklərdə 
sərinlik düşür və belə günlərdə gün batımından sonra 
suyun kənarı ilə gəzmək onun xoşuna gəlirdi. Ətrafda 
bircə canlı da tapa bilməzsən, su isə insanların atıb get-
diyi hər cür zir-zibillə çirklənmiş, üfunət iyi verirdi. 
Tərs kimi qağayılar da belə vaxtda yatmaq istəmirdilər, 
yatmaqdan zəhlələri gedirdi, onlar havaya qalxır, yerə 
düşür, onun üzərindən uçub keçir, bədəninə hücüm 
çəkir, canından qalan son həyat işartısını da əlindən al-
maq istəyirdilər. Əgər canında lap az da olsa həyat sev-
gisi qalıbsa və sən bundan xəbərdarsansa deməli hələ 
sənin məsələn həll olunmayıb, hələ vaxtına var.
O qumun üstdə oturub suya baxardı. Suya baxarkən 
nəyinsə həqiqətən var olduğuna inanmaq çətin gəlir ada-
ma, sanki hər şey qəribə bir fanilik pərdəsi altında yoxa 
çıxmışdı. Sanki yer üzündə nə Çin, nə Birləşmiş Ştatlar, 
nə Vyetnam adlı bir yer vardı, ya da sanki o heç vaxt 
uşaq olmayıb. Yox uşaqlığının var olduğuna şübhə yox-
dur, bunu unutmazdı, həm də gənclik dövrünü, nə vaxt-
sa işlədiyi yerlərin, qadınlarının, sonra qadınsız keçən 
illərinin və indiki işsiz günlərinin var olduğunu bilirdi. 
Altmış yaşlarında heç kimə lazım olmayan, dibinə 
qədər tükənmiş bir səfil idi o. Cibində bir dollar iyiri-
mi sent nəğd pulu və  əvvəlcədən verdiyi bir həftəlik 
kirayə haqqından başqa heç nəyi yox idi. Okean ada-
mın içinə işləyir... O indiyə kimi qarşılaşdığı qadınla-
rın hamısını bir-bir yada saldı. Bəziləri ilə özünü yaxşı 
hiss etmişdi, amma çoxu əsl ifritələr, ağıldan yüngül, 
yolunu azmış,  şivənlik salıb cırmaq atan başdan xa-
rablar idi. Gördüyü bütün otaqlar, çarpayılar, yeni il 
bayramları, iş yerləri, mahnılar, xəstəxanalar və bir-
birindən məzmunsuz günlər, gecələr, nəticəsiz, hamısı 
nəticəsiz. Məna əksikliyi, fürsət əksikliyi və bu da alt-
mış ilin qarşılığı, bir dollar iyirmi sent
Az keçməmiş o arxasında gülüşmə səsi eşitdi. On-
ların isti ədyalları vardı, yanında da butulkaları, banka 
pivələri, kofeləri, buterbrodları. Gülüşürdülər, mazaq-
laşırdılar. İki oğlan iki qız idilər. Boylu-buxunlu, şux, 
qayğısız, kefləri də yerində. Sonra onlardan biri dənizin 
sahilində səssiz oturduğu yerdə onu hədəfə aldı. 
- Ey bir baxın nə tapmışam ?
- Ay allah belə də adam olar, o heç qımıldamır da.
- Əminsən ki, bu adamdır ?
- Bax gör o nəfəs alır ? “Durur” ?
- Bu yaşda adamda necə “dursun” ?
Onlar gülməkdən uğundular.
O butulkasını götürüb başına çəkdi, dibində nəsə 
qalmışdı, vurmağın tam vaxtıydı.
- O tərpənir! Baxın tərpənir.
O ayağa qalxdı, şalvarına yapışmış qumları silkələdi.
- Onun əlləri və ayaqları var ! Sifəti də var !
- Sifəti ?
Sonra yenidən gülüşdülər. O baş  çıxara bilmir-
di. Gənclər belə deyildi axı, onları heç vaxt belə pis 
görməmişdi. Onda bunlar nəydi ?
Yaxınlarına gəlib dedi : 
- Qocalıqda utanılası bir şey yoxdur bala.
Oğlanlardan biri pivəni axıra kimi içib, bankasını 
kənara atdı.
- Boşuna tükənmiş ömür utanılasıdır, day-day. 
Mənimçün boş yerə tükənmiş bir adamsan sən.
- Elə deyil. Hələ də düz adamam mən, yolumdan 
azmamışam bala. 
- Bəs bu qızlardan biri altına girsə zorun çatar?  
- Rod ağlına gələni danışma! 
Deyə uzun, kürən saçlı gənc qız dilləndi. O saç-
larını küləyə verirdi, külək uçuşan saçlarını darayrıdı 
sanki, ayaqlarını quma elə dirəmişdi ki, sanki indicə 
bütün bədənini də külək alıb aparacaqdı.
- Nə deyirsən a kişi ? Qızlardan biri altına girsə, 
işini görə bilərsən? Hə? Necə baxırsan?
  O, başını alıb ordan getməyə üz qoydu, ədyalların 
yanından ötüb, yoxuşa doğru qalxan cığırla irəlilədi.
- Gör yazıq adamla necə danışdın Rod, bəzən 
səndən zəhləm gedir !
- Çox danışma, gəl yanıma quzum !
- Yox istəmirəm !
 O gedərkən arxaya çevrilib Rodun qızın arxa-
sınca necə yüyürdüyünü gördü. Qızın  şən çığırtıları, 
gülüş  səsləri  ətrafı bürümüşdü. Rod qızı tutub yerə 
yıxdı, onlar qumun üstündə gülərək boğuşdular, son-


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə