Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

Rüblük ädäbiyyat därgisi
149
ancaq bugünkü yığıncağa yarışa qatılanlardan başqası 
qoşula bilməzdi. Zadiq yığışanlara üz tutub dedi:
– Mən də bu yarışlara qatılmışdım, ancaq burada-
kılardan biri mənim paltarlarımı oğurlayıbdır; mən bir 
azdan onun kimliyini açıqlayacaq, bu oğurluğun üstü-
nü açacağam, ancaq çox istərdim bu işi görənə kimi 
mənim buradakı tapmaca yarışına qoşulmağima qarşı 
çıxmayasınız.
Onun bu çağırışını  səsverməyə  çıxardılar: bura 
toplaşanların çoxu Zadiqin necə doğrucul bir adam ol-
duğunu unutmamışdılar deyə, onun çağırışına səs verib, 
Zadiqi bu yarışmaya qoşulmağa buraxmağı kəsdirdilər. 
Baş maq birinci olaraq yarışçılardan soruşdu:
– Deyin görək o nədir: dünyada ən uzun da, ən 
qısa olan da odur, o, ən yeyin, ən yavaşgəldir, sonsuz 
kiçik kəsimlərə qolayca bölünəndir, tezcə artıb sonsuz-
luğa kimi böyüyəndir,  insanların çox tez gözdən saldı-
ğı, çox tez oxsındıqları da odur, o olmadan heç nə baş 
vermir, o, bütün önəmsiz nəsnələri unutduran, bütün 
böyük nəsnələri dirildəndir?
Birinci olaraq İtobad cavab verməli oldu. O, özü-
nün heç vaxt belə tapmacalarla başını yormadığını 
deyib, döyüşdə  qılıncla, nizə ilə hamıya üstün gələn 
birisi kimi belə şeylərə baş qoşmaq istəmədiyini dedi. 
Başqalarından biriləri, burada uğurdan, o biriləri tor-
paqdan, üçüncüləri işıqdan danışıldığını dedilər. Zadiq 
isə bu tapmacanın açmasının zaman olduğunu dedi: 
– Dünyada ondan uzun olan heç nə yoxdur, axı o 
əbədiliyin ölçüsüdür, ondan qısa da heç nə yoxdur, axı 
umacaqlarımıza çata bilmək üçün o heç vaxt yetənəkli 
olmur; nəyinsə baş verəcəyini gözləyənlər üçün ondan 
yavaşgəli olmur, dadlı əyləncələrə dalanlar üçün ondan 
yeyin keçib gedən də olmur; O hər an artmaqda davam 
eləyib sonsuzluğa gedir, buna baxmayaraq ən kiçik an-
ları belə keçərək bu böyüklüyə çatmalı olur; insanlar 
onun qədrini bilmir, sonradan buna görə oxsınnmalı 
olurlar; hər şeyin baş verməsi üçün vaxt gərək olur; bü-
tün önəmsiz olan nəsnələri unutduran da, bütün böyük 
işləri gələcəyə aparıb ölümsüzlük qazandıran da odur.
Hamı Zadiqin yozumunun düz olduğunu dedi.
Sonrakı tapmaca belə idi:
– O nədir elə: insanlar onu aldıqlarına görə kimsəyə 
sağ ol deməzlər, ondan çox vaxt düşünüb-daşınmadan 
yararlanarlar, onu başqaları üçün qoyub gedəndən son-
ra yaddaşlarını itirərlər, onu itirəndən sonra bir də heç 
vaxt tapa bilməzlər.
Yenə  də  hərə öz yozumunu dedi, amcaq yenə  də 
Zadiqin yözumu düz çıxdı, o bu deyilənin yaşam(həyat) 
olduğunu demişdi. Eləcə də başqa tapmacaların da cava-
bını Zadiq qolayca düzgün tapıb deyə bildi. Bunu görən 
İtobad Zadiqin bilgəliyini gözdən salmaq üçün, istəsə 
özünün də bir azca düşünüb tapmacalara cavab tapa 
biləcəyini dedi. Zadiqin məhkəmə,  ən böyük yaxşılıq, 
dövləti yönətmək bacarığı ilə bağlı deyilən tapmacalara 
verdiyi cavablar da düz çıxdı. Onda hamı bir səslə dedi:
– Nə yazıq, belə bilgin bir kimsə yaxşı döyüşçü 
deyil, yoxsa yarışı udub bizim çarımız ola bilərdi.
– Ey adlı-sanlı kişilər! – Zadiq onlara üz tutub 
dedi. – Mən bu yarışmaya başlanğıcdan sona kimi 
qatılıb birincilik də qazanmışdım. Mən bu yarışmada 
ağ geyimlə döyüşürdüm. Bu gördüyünüz İtopad mən 
yuxuda ikən paltarlarımı  oğurlayıb geyinmiş, mənim 
üçün özünə yaraşdırmadığı yaşıl paltarlarını qoyub 
getmişdi. Mən indi sizin gözlərininzin qabağında zi-
reh geyinmədən bu ağ zirehə bürünmüş yalançını öz 
qılncımla yenib, o yarışmada böyük igid Otamı mənim 
yenib birincilik qazandığıma sizi inandıra bilərəm. 
İtobad özünün dəmir geyiminə arxayın olaraq, 
Zadiqin çağırışını qəbul elədi. O, Zadiqlə savaşda çox 
yüngülüklə üstün gələcəyinə inanırdı, onun qarşısında 
yüngül xalat geyinib, keçə papaq qoymuş birisi dayan-
mışdı, özü isə təpədən dırnağacan zirehə bürünmüşdü. 
Zadiq qılıncını qından çıxarıb, öncə bayaqdan burada 
baş verənləri həm sevinc, həm də qorxu ilə izləyən 
çariçaya baş endirdi. İtobad qılıncını sıyırıb, kimsəyə 
baş endirmədən döyüşə atıldı. O, Zadiqin üstünə elə 
çəkinmədən cumdu, deyirdin əlsiz-ayaqsız bir kim sə-
nin boynunu vurmağa gəlir. Zadiq onun qılınc çalışın-
dan yayınıb, İtobadın qılıncının dəstəsinə yaxın yerdən 
öz qılıncını elə çaldı, onun qılıncı qırılıb ancaq dəstəyi 
əlində qaldı. Onda Zadiq İtobadı qamarlayıb yerə sərdi, 
sonra qılıncını zirehin açıq qalan yerindən onun boğa-
zına dirəyib dedi:
– Təslim olun, yoxsa sizi öldürəcəyəm!
Yenə  də  uğursuzluğa düşüb belə bir böyük dö-
yüşçü olan özünün yenilməsindən təəcüblənən İtobad 
dirəşməkdən çəkinib, tərpənməz uzanıb qaldı, onda 
Zadiq yavaşca onun başından dəbilqəni, əynindən zi-
rehi çıxarıb geyindi, sonra isə özünü çariça Astartanın 
ayaqları altına atdı. Orada olan Qadir tanıqlıq eləyib 
bu ağ geyimin Zadiqin olduğuna hamını inandıra bildi, 
bundan sonra isə hamı bir səslə Zadiqi çarlığa seçdilər, 
bu işə hamıdan çox Astarta sevinirdi, bunca ağrı-
acılar çəkəndən sonra çariça sonunda ürəkdən sevdiyi, 
özünə yaraşan sevgili bir ər tapa bilmişdi. İtobad özü-
nü ovundurmaq üçün, ev qulluqçularına bundan sonra 
onu ancaq “əlahəzrət” deyə çağırmalarını buyurmuş-
du. Zadiq çarlığa çatıb, öz ağgünlüyünə qovuşmuşdu. 
O, mələk  İyezradın dediyi sözləri unutmamış, onları 
demək olar hər gün anmaqda idi. O, qum tozcuğunun 


N1(6) mart 2013
150
almaza çevrilməsi nağılını da unutmamışdı. Çariça ilə 
o, alın yazılarının onları çatdırdığı bu uğurlarına görə 
çox sevinirdilər. 
Zadiq şıltaq gözəl Musifəni də unutmadı, onu tap-
dırıb azad elətdirdi. O, quldur Arboqadı yanına gətirib 
öz ordusunda qoşun bölüklərindən birinin başçılığını 
tapşırıb dedi: özünü yaxşı aparsan, işinə can yandırsan, 
daha böyük çin alacaqsan, quldurluq eləsən onda dar 
ağacından asılacaqsan. 
Zadiq Setoku, xanımı gözəl Almonayla birgə ça-
ğırıb, Babilin bütün alver işlərini yönətməyi ona tap-
şırdı. Qadir də onun qayğısından qıraqda qalmadı, o, 
Zadiqin yolunda çəkdiyi əməklərə görə, çarın arxadaşı 
olaraq qaldı, buna görə də, deyilənə görə, yer üzündə 
Zadiqdən başqa doğruçu arxadaşı olan bir çar olma-
mışdı. Astartanın qulluqçusu olan lal cırtdanı da unut-
madılar, ona da bahalı ərməğanlar verdilər. Balıqçıya 
çox yaxşı bir ev verdilər, Orkana: ona çoxlu pulla birgə 
xanımını da qaytarmağı buyurdular. Ancaq balıqçı 
daha ağıllanmışdı, o yalnız pulu götürdü.
Gözəl Zəmirə Zadiqin taygöz olacağına inanıb 
onu atdığına görə, gecə-gündüz özünü qınamaqda 
idi, Əzra isə Zadiqin burnunu kəsmək istədiyinə görə, 
eyzən özünü qarğayırdı. Onları ovutmaq üçün, Zadiq 
ikisinə də çox bahalı sovqatlar göndərdi. Zadiqin uğu-
runu görən Gözügötürməz utandığından adam arasına 
çıxa bilmədi, acığından ürəyi partlayıb öldü. Xalq: ba-
rış, sevinc, bolluq içində yaşamağa başladı. O illər yer 
üzündə ən gözəl çağlar idi: torpağın üstündə yaşayan 
insanlara, onlara sevgi bəsləyən, düzgünlüklə davra-
nan, doğrucul hakimlər böyüklük eləyirdilər. Babildə 
hamı Zadiqə, Zadiq isə Tanrıya arxalanmaqda idi.
Üstü kərtilənmiş(nömrələnmiş) 
sözlərin yozumları
1  Volter bu povesti ilk öncə 1747-ci ildə, “Memnon. Şərq 
povesti” adı ilə çap etdirmişdir. 1748-ci ilin sentyabrın-
da isə “Zadiq” adı ilə çap elətdirərək, sonrakı nəşrlərdə 
də bu adı saxlamışdır. 
2  Səədi (1203-1291) – böyük fars şairidir, Volter bura-
da Səədinin adını ansa da, povestdəki olaylar Səədi nin 
yaşadığı çağlarda baş verməmişdir. Volterin yaşadığı 
çağlarda Səədinin yaradıcılığı Avropada çox yaxşı ta-
nınırdı, onun əsərləri 1634-cü ildə ilk dəfə fransızcaya 
çevrilmişdi. Volter burada Səədinin ayama olaraq gö-
türdüyü Şiraz şəhərinin adını fransızca deyilişə uyğun 
olaraq Şeraa kimi vermişdir.
3  Şiraz sultanının xanımı – Volterin çağdaşları bu ad al-
tında onun XV Lyüdovikin sevgilisi xanım de Pompa-
duru (1721-1764) andığını deyirər.
4  Şəvval—müsəlman təqviminin onuncu ayıdır.
5  Hicri—Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə 
qaçdığı 622-ci ildən başlayan müsəlman təqvimidir. Bu-
rada göstərilən 837-ci hicri ili, 1435-ci ilə uyğundur.
6  Uluğ bəy Məhəmməd Tarağay(1394-1449)—özbək ri-
yaziyyatçısı, astronomu, Topal Teymurun nəvəsi olmuş, 
Səmərqənddə hakimlik eləmişdir.
7  ”Min bir gün” – 1710-12-ci illərdə Fransada çap olun-
muş İran nağılları toplusu anılır, bundan öncə isə, 1704-
cü ildə fransızca “Min bir gecə” nağılları çap olunmuş, 
hər iki kitab Fransada əldən-ələ gəzmişdir.
8  Falestirida – tarixçilərin yazdığına görə amazonların 
çariçası olmuş, Makedoniyalı Aleksanrın görüşünə 
gələrək, ondan oğlu olmasını istəmişdir.
9  Səbanın çariçası – indiki Yəməndə olduğu deyilir, ora-
nın əfsanəvi çariçasının adı Bibliyada da anılmışdır.
10  Zərdüştün birinci kitabı – Avestanın birinci böl mə si  olan 
“Vendidad” anılır. Avesta 1771-ci ildə ilk də fə fransızcaya 
çevrildiyindən Volter Zərdüştün “Avestasını”oxumamışdı, 
burada Zərdüştün adından deyi 
lən sözlər Volterin öz 
sözləridir.
11  Xaldeylər – Əski çağlarda Fars körfəzi sahil lə rində 
yaşamış semit tayfasıdır, onların Babillə, Assuriya ilə 
uzun sürən savaşları olmuşdur.
12  Opkan – burada Volterlə yağılıq eləyən adlı-sanlı aristokrat 
şevalye de Roqanın adındakı hərflərin yeri dəyişdirilərək 
verilmişdir. 1726-cı ildə de Roqan yiyəsizliyə salıb öz 
qulluqçularına Volteri döydürmüşdü. 
13  İmaus – Himalay dağlarının  əski çağlardakı adı ol-
muşdur.
14  Memfis – Misirin əski çağlardakı paytaxtı, Babildən 
çox uzaqda olmuşdur.
15  Hermes – əfsanəvi misir bilgəsi, alimi sayılmışdır.
16  Bu başlığı Volter, o çağlarda çap olunmuş Jan-Batist 
Dyualdonun “Çinin təsviri” kitabında verilmiş bir na-
ğıldan götürmüşdür. 
17  Arnu – Volterin çağdaşı olan fransız əczaçısı idi, o, if-
lici sağaltmaq üçün dərman tapdığını  iddia etmişdir.     
18  Çinavar körpüsü – burada msəlmanların o dünyada ol-
duğunu dedikləri “qıl körpüsü” anılmışdır.
19  Zend  kitabı – Avestanın orta fars dilinə çevrilmiş 
hissəsi belə adlanmışdır.
20  Burada fransız alimi Pitonun yalançı elmi araşdırma-
ları ələ salınır.
21  Volter burada fransız alimi Filipp Lairin elmi araşdır-
malarını ələ salır.
22  Fransız təbiətşünası Sent-İlerin “Hörümçək haqqında 
düşüncələr” kitabı anılır.
23  Burada Volter Fransa Elmlər Akademiyasına şüşədən 
çini almaq üçün proyekt vermiş Rene-Antuan de Re-
omyuru  ələ salır. Volterlə onların arası yox idi, Vol-
ter Fransa Elmlər Akademiyasına seçiləndə Reomyur 
buna qarşı çıxmışdı.
24  Burada Volter, italyan yazıçısı Armeno Kristoforun 
“Üç prinsin səyahətləri və macəraları” kitabına sa-
lınmış ərəb nağılından yararlanmışdır, buna görə onu 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə