Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə66/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

Rüblük ädäbiyyat därgisi
145
dayanıb dura bilirdilər, deyəsən çariçadan başqa yerdə 
qalan babillilərin hamısı bunların ikisinin də birdən Ba-
bil çarı olmasını istəməyə başlamışdılar. Nizələr sınıb, 
atlar yorulanda Zadiq çoxbilmişliyini işə saldı: o, göy 
geyimli döyüşçüyə arxadan yaxınlaşıb onun tərkinə sıç-
radı, sonra isə onu əl-qol açmağa qoymayıb itələyərək 
yerə saldı. Bundan sonra isə  yəhərə oturub, atını yerə 
sərələnmiş Otamın yörəsində çapmağa başladı. Hamı 
bir ağızdan qışqırmağa başladı: “yaşasın ağ paltarlı dö-
yüşçü!” Onda Otam acıqla yerindən qalxıb qılıncını sı-
yırdı; Zadiq də atdan enib qılnca əl atdı. Onlar yenidən 
döyüşməyə başladılar, bu dəfə də sıra ilə ya biri, ya da 
o biri, öz gücü ilə çevikliyinə görə üstün görünməyə 
başladı. Dəbilqələrindəki lələklər, dizliklərindəki zireh-
li lövhələr,  əyinlərindəki zirehin dəmir halqalar, güclü 
qılınc çalışlarından tikələnib yan-yörəyə  səpələnməyə 
başladı. Döyüşçülər, biri-birinin başına, köksünə tuşla-
dıqları qılıncları ilə havanı deşməyə, kəsməyə başladı-
lar, onlar irəli cumur, geri çəkilir, biri-birinin sayıqlığını 
sınayır, yenidən irəli-geri tullanır, ilan kimi qıvrılır, aslan 
kimi sıçrayırdılar. Toqquşan qılınclardan topa-topa qı-
ğılcımlar yaranıb yan-yörəyə səpələnirdi. Zadiq birdən 
bütün gücünü toplayıb dayandı, sonra yalançı tərpənəşi 
ilə yağısını çaşdırdı, girəvəyə salıb onu yerə sərdi, yara-
ğını tutub əlindən aldı. 
– Ey ağpaltarlı igid, – deyə Otam hayqırdı, – Babi-
lin çarlığı ancaq sənə yaraşır!
Çariça sevindiyindən özünə yer tapa bilmirdi. 
Bütün yarışçıları, o sıradan ağ geyimli, göy geyimli 
döyüşçüləri də onlar üçün ayrılmış otaqlara apardı-
lar. Hamısı lal olan qulluqçular onlara yemək verdilər. 
Zadiqə çariçanın cırtdan qulluqcusu qulluq eləyirdi. 
Sonra bütün yarışçılara ertəsi günə kimi dincəlməyi 
buyurdular, sonrakı gün yarışda üstün gəlmiş döyüşçü 
öz parolunu göstərib, böyük maqın qarşısında üzünü 
açmalı, kim olduğunu hamıya bildirməli idi. 
Zadiq çariçanı necə  dəlicəsinə sevsə  də, o gecə 
yorğunluqdan daş kimi ağır bir yuxuya dalmışdı. Onun-
la yanaşı olan otaqda gecələyən  İtobadın isə gözünə 
yuxu getmirdi. O, gecə yarısı qalxaraq Zadiqin otağına 
keçdi, onun ağ geyimini götürüb yerinə özünün yaşıl 
geyimini qoydu. 
Dan yeri açılandan sonra o, böyük maqın yanı-
na gəlib özünün bu yarışmada hamıya üstün gəldiyini 
yekəbaşcasına bildirdi. Bu hamı üçün çox gözlənilməz 
olsa da onun yarışmanı qazandığını tanımalı oldular. 
Zadiq isə hələ də yuxuda idi. Zadiqin yerinə başqasının 
ortaya çıxdığını görüb, keçirdiyi sarsıntıdan üzülmüş  
Astarta Babilə qayıtdı. Zadiq yuxudan ayılanda yarı-
şı izləməyə gələnlərin çoxu artıq dağılışıb getmişdiər. 
Zadiq ayağa qalxıb öz geyiminin yoxa çıxdığını, onun 
yerinə yaşıl geyimin qoyulduğunu gördü, çıxılmazlıq-
dan onları əyninə geyməli oldu. O, böyük bir anlaşıl-
mazlıq, çaşqınlıq içində otağından çıxıb stadiona gəldi. 
Stadionda qalan izləyicilər onu görən kimi fitə basdı-
lar. Sonra onu çevrələyib sataşmağa, gülüb ələ salmağa 
başladılar. Deyəsən buçağacan hansısa insanın bunca 
alçaldılmağı görünməmişdi. Zadiq özünü toplayıb, qı-
lıncını sıyıraraq, onu ələ salan adamları qovub başından 
dağıtdı. Ancaq o indi nə edəcəyini bilmirdi. O, daha ça-
riçanı görə bilməzdi, öz ağ geyimini onun bağışladığını 
deyib onu geri istəyə də bilməzdi, belə eləyərsə bunun-
la çariçanı çox pis bir duruma sala bilərdi. Beləliklə də 
çariçanın qüssədən təkliyə qapıldığı bu anlarda Zadiq 
də başını itirmiş, nə eləyəcəyini kəsdirə bilməyəcək 
bir duruma düşümüşdü. Zadiq öz-özünə başına gələn 
uğursuzluqları düşünərək, onları bircə-bircə gözləri 
qarşısından keçirməyə başladı: taygöz ola biləcəyinə 
görə ona dönük çıxmış ilk sev 
gilisindən tutmuş, 
yaraq-yasağının itməsinə kimi baş verən bütün olayla-
rı düşünərək o, Fərat çayının qırağaı ilə təkbaşına ad-
dımlayır, düşdüyü sonuncu çıxılmaz durumu uğursuz 
ulduz altında doğulmasına yozurdu: “Bax yuxudan gec 
ayılmaq gör nə demək imiş; mən az yatsaydım, indi Ba-
bilin çarı, Astartanın  əri olardım. Mənim bilginliyim, 
düzgünlüyüm, igidliyim mənə ancaq uğursuzluqlar 
gətirir”. O, bərk sarsılmış, ara vermədən özünün uğur-
suz bəxtini söyməyə başlamışdı, birdən ona elə gəldi, 
bu dünyanın işlərini kimsəyə acımayan bir kor alın 
yazısı yönətməkdədir: o, yaxşılıqsevər insanları basıb 
əzir, yaramazları isə yuxarı başa çəkir. Bir az öncə xalqı 
üstünə güldürən, əynindəki bu yaşıl geyim də onu bir 
yandan bezdirmişdi. O, yolda üzləşdiyi bir alverçiyə bu 
bahalı geyimi bağışlayıb, onun yerinə bir xalat, bir də 
bir papaq alıb  əynini dəyişdi. Bu paltarla da o, Fərat 
çayının qırağı ilə baş alıb getməyə başladı, Zadiq bərk 
sarsılmışdı, dayanmadan onu belə çıxılmaz duruma sa-
lan kor taleyə qarğışlar yağdırmaqda idi.
Zahid
65
Bir az yol gedəndən sonra o, qurşağınacan uzanan 
ağ saqqallı, görkəmi sayğı doğuran bir zahidlə üzləşdi. 
Qoca oturmuş,  əlində tutduğu kitabı oxumağa qapıl-
mışdı. Zadiq onun yanında dayanaraq, qocaya baş əyib 
sayğılarını yetirdi. Zahid də onu çox incə, çox da yax-
şı bir davranışla qarşılayıb salamladığından, Zadiqin 
ürəyində dayanıb onunla danışmaq istəyi yarandı. O, 
zahiddən hansı kitabı oxuduğunu soruşdu.


N1(6) mart 2013
146
– Bu alın yazılarının kitabıdır,–zahid cavab verdi. 
– İstəyirsinizsə verim oxuyun.
Zadiq kitabı aldı, çoxlu dil bildiyinə baxmayaraq, 
kitabda yazılanları oxuya bilmədi. Bu isə onun kitabda 
nə yazıldığını öyrənmək istəyini bir az da alovlandırdı.
– Mənə elə  gəlir, siz nədənsə çox qüssəlisiniz,–
qoca dilləndi.
– Mənim başıma gələnlərdən qüssələnməmək 
olmur,–deyə Zadiq cavab verdi.
– Məni özünüzə yol yoldaşı götürsəniz, – zahid 
dedi, – buna görə üzülməzsiniz; mən indiyənəcən çox 
qaragünlü insanların yaralı ruhlarının üstünə balzam 
töküb onları ovundura bilmişəm.
Zadiqin ürəyində, birdən birə, qocanın gör kə minə
uzun ağ saqqalına, əlindəki kitaba qarşı güclü bir sayğı 
baş qaldırdı. Qocanın danışdığı sözlərdən nə isə böyük 
bir bilginlik sezilirdi. Qoca, danışmağa başalayıb: alın 
yazısından, düzgünlükdən,  əxlaqdan, yüksək insanlıq 
dəyərlərindən, insanın gücsüzlüyündən, yaxşılıqlardan, 
yamanlıqlardan elə gözəl, elə kövrək danışırdı, Zadiq 
bir anlığına bütün dərdlərini undub qocaya ürəkdən 
bağlandığını duymağa başladı. O, Babilə qayıdana 
kimi qocadan ayrılmayıb, ondan bütün bilmədiklərini 
soruşub öyrənməyi kəsdirdi.
Qoca Zadiqin bu təklifini eşidincə dedi:
– Sözün düzü, mən özüm bunu sizə demək 
istəyirdim. Ancaq bir iş var, mənimlə yoldaşlığa baş-
lamazdan qabaq gərək ulu Hürmüzdə and içib, bu iki 
şərti boynunuza götürəsiniz: mən sizdən ayrılmayana 
kimi məndən aralanmayacaqsınız, bir də  nə eləsəm 
mənə qarşı çıxmayacaqsınız.
Zadiq qocanın sözündən çıxmayacağına and 
içəndən sonra, onunla qoşalaşıb yola düşdülər.
Axşamüstü yolçular çox gözəl bir qəsrə gəlib çat-
dılar. Zahid qapıçıya yaxınlaşıb özü ilə yoldaşının bir 
gecəlik qonaq olmaq istədiklərini dedi. Yaxşı geyimli-
gecimli, üst başından qulluqçudan çox ağaya oxşayan 
qapıçının onlara yuxarıdan aşağı baxdığı açıq-aydın 
duyulurdu, o yolçuları saray qulluqçusunun yanına 
ötürdü, qulluqçu isə onları ağalarının çox varlı, bəzək-
düzəkli otağına gətirdi. Şam yeməyində onları stolun 
qurtaracağında oturtdular, ev yiyəsi nə onları dindir-
di, nə  də heç dönüb onlara sarı baxdı. Ancaq onları 
da stolun arxasında oturan başqaları kimi çox dadlı 
yeməklərə qonaq elədilər. Onları çox gözəl yatacaqlar 
qoyulmuş bir otağa gətirib, yuyunmaq üçün hərəsinə 
su dolu, qızıldan düzəldilmiş, daş-qaşla bəzədilmiş bir 
ləyən verdilər. Ertəsi gün yuxudan qalxanda isə qulluq-
çu onların hərəsinə bir qızıl verib: “hara istərsəniz itilib 
gedə bilərsiniz” – deyərək yola saldı. 
Yola çıxandan sonra Zadiq dilləndi:
– Ev yiyəsi çox yekəbaş adam olsa da, ancaq 
mənə elə  gəlir çox geniş ürəkli bir adamdır; onun 
qonaqsevərliyi yüksək soydan olduğunu göstərir. – Za-
diq bu sözləri deyərkən, qocanın çantasının ağzınacan 
nə iləsə dolduğunu duydu, göz yetirib qocanın onlara 
yuyunmaq üçün verilən qızıl ləyəni çantasına qoyub 
götürdyünü gördü. Zadiq qocanın qızıl ləyəni oğurla-
dığını anlasa da, ona heç nə demədi.
Günortaya yaxın gəlib çatdıqları  kənddə, zahid 
çox varlı, həmdə çox simic olan birisinin qapısını dö-
yüb bir neçə saatlığına qonaq qalmaq istədiklərini bil-
dirdi. Qoca, cındır geyimli qulluqçu onları çox qaba 
qarşılayıb, at tövləsinə apardı, bir azdan onlara günorta 
yeməyi olaraq bir az çürük zeytun, boyatımış çörək, 
qıcqırmış pivə gətirdi. Zahid bundan qabaqkı qəsrdəki 
kimi, iştahla gətirilən yeməyi yedi, üstündən də pivə 
içdi, qoca qulluqçu isə onlar nəsə oğurlamasınlar deyə 
başlarının üstünü kəsdirib durmuşdu, üz-gözündən on-
ların çıxıb getmələrini gözlədiyi açıq-aydın duyulur-
du. Zahid günorta yeməyini qurtarandan sonra dünən 
aldıqları iki qızılı  çıxarıb qulluqçuya verdi, onlara 
göstərdiyi qulluğa görə sağolunu bildirdi. Sonra isə 
ona, ağası ilə görüşmək istədiyini bildirdi. Matı-qutu 
qurumuş qulluqçu onları ağasının yanına apardı. Zahid 
ona üz tutub dedi:
– Ey böyük ürəkli insan, sizin qonaqsevərliyinizin 
qarşılığında bu kiçik sovqatımı bizdən götürməyinizi 
diləyirəm. Bu qızıl ləyən sizin göstərdiyiniz sayğıdan 
qat-qat dəyərsiz olsa da, onu götürməyinizi istərdim.
Simicin gözləri kəlləsinə çıxdı, oturduğu yerə ya-
pışıb qaldı. Zahid onun özünə gəlməsini gözləmədən, 
qızıl ləyəni qulluqçuya verib, yola düzəldi. Bir az ara-
lanandan sonra Zadiq ondan soruşdu:
– Atam mənim, sizin bu gördüyünüz işi necə 
anlamalı? Siz heç başqa adamlara oxşamırsınız; bizi 
gərəyincə qonaqlayan birinci ev yiyəsinin daş-qaşla 
bəzədilmiş qızıl ləyənini oğurlayıb, onu bizi it yerinə 
saymayan bu simicə bağışlayırsınız.
– Mənim balam, – qoca cavab verdi, – bizim birn-
ci evində qonaq olduğumuz o yekəbaş, bundan sonra 
öz var-yatırı, daş-qaşı ilə öyünməkdən çəkinəcək, bu 
simic isə qonaqlarını sayğı ilə qarşılamağa çalışacaq-
dır. Belə şeylərə görə təəcüblənməyin, arxamca gəlin. 
Zadiq yol yoldaşı olduğu qocanı heç cür anlaya 
bilmirdi, o, kim idi: ağlını itirmiş birisi, yoxsa çox bil-
gin bir ağsaqqal? Ancaq qoca çox özünə arxayın danış-
dığından, bir də ona qarşı çıxmayacağına söz verdiyinə 
görə, Zadiq ondan ayrılmaq istəmədi.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə