Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

Rüblük ädäbiyyat därgisi
153
ra sevişməyə başladılar. O azca aralıda o biri cütlüyün 
ayaq üstdə dayanıb öpüşdüklərinə  də tamaşa etdi. O 
qumsallığı keçib səkiyə çatdı, skamyaların birində otu-
rub ayağındakı qumu təmizlədi. On dəqiqədən sonra 
artıq otağındaydı, işığı yandırmadan ayaqqabıları çıxa-
rıb, yatağına uzandı.
Az keçməmiş qapı döyüldü .
- Cənab Snid.
- Bəli.
Qapı açıldı, gələn evin sahibəsi xanım Konners 
idi. Xanım Konners altmış beş yaşında kifir bir qadın 
idi. O qaranlıqda xanımın üzünü heç cür seçə bilmirdi 
və bundan xeyli şad idi. 
- Sup bişirmişəm, istəyirsiniz isti-isti bir qab 
gətirim ?
- Yox istəmirəm.
- Bəsdirin siz allah cənab Snid. Yaxşı, ləzzətli sup-
dur! Qoy bir qab gətirim için! 
- Yaxşı gətirin.
O yatağıdan qalxdı, stulda oturub gözləməyə baş-
ladı. Xanım Konners az sonra bir qab supla qayıtdı, o 
içəri girəndə qapının arasını açıq qoydu və dəhlizdən 
düşən işıq  şüaları düz onun ayağına və dizinə  qədər 
çatırdı, xanım Konners də supla dolu boşqabı və qaşığı 
məhz həmin yerə, döşəmənin üstünə qoydu.
- Sizin xoşunuza gələcək cənab Snid, mən nəyi 
bilməsəm də supu qəşəng bişirirəm.
- Çox sağ olun.
O oturub supa baxdı. Sapsarı sidiyi xatırladırdı. 
Toyuq supu idi, amma içində heç ət gözə  dəymirdi, 
supun içindəki yağ köpükləri diqqətini çəkdi. Xeyli 
müddət eyni vəziyyətdə donub qaldı. Sonra qaşığı gö-
türüb siyirməyə atdı, boşqabı götürüb pəncərənin qar-
şısına keçdi, pəncərənin bir tayını açıb, supu sakitcə 
ordan yerə boşaltdı. Yerdən zəif buxar havaya qalxıb 
gözdən itdi. Boşqabı şkafın içinə qoydu, qapının arası-
nı örtdü və yenidən yerinə uzandı. Otaq dünənkindən 
daha qaranlıq idi, qaranlığı sevirdi, qaranlıqdan nə isə 
məna tap bilirdi. Diqqətlə okeanın səsini dinləməyə 
başladı. Bir müddət səsi dinləyib, sonra o biri üzünə 
çevrildi, Nəfəs aldı. Dərindən nəfəs aldı və öldü.
Çeviri: Namiq Hüseynli
UILYAM 
FOLKNER
USTAD  DƏRSLƏRİ
Nobel nitqi
Anlayıram ki, bu mükafat mənə deyil, mənim 
əməyimə verilir. Lakin şöhrət və  şəxsi mənfəət üçün 
çəkdiyim bir əməyə deyil, indiyədək insan qəlbində 
mövcud olmayanı  oyatmaq üçün nəzərdə tutulan, iz-
tirab və tər içində ömür sərf etdiyim işimə verilir. Ona 
görə də mən bu mükafatı  bir müvəkkil kimi alıram. 
Mükafatın maddi hissəsini sərf etmək üçün  müka-
fatın amalına və bütün tarixinə layiq sahə tapmaq çətin 
olmayacaq. Amma mənə göstərilmiş diqqəti də eynilə 
dəyərli istifadə etmək niyyəti  ilə ömürlərini ağır və 
əzablı yazıçı  işinə  sərf etmək qərarı vermiş  gənclərə 
elə bu kafedradan müraciət etmək istəyirəm. İnanıram 
ki, nə vaxtsa mən dayandığım bu yerdə duracaq həmin 
o adam da məni eşidəcək. 
 Çağımızın faciəsi uzun müddətdir mübtəla oldu-
ğumuz və öyrəşdiyimiz ümumi heyvani qorxudur. İn-
sanın sora biləcəyi ruhi suallarından yalnız biri qalıb: 
bizi nə vaxt məhv edəcəklər? 
Ona görə  də  gənc yazıçılar insan qəlbinin öz-
özüylə mübarizəsini unudublar – həqiqi  ədəbiyyatı 
do ğuran isə  məhz budur, iztiraba və  zəhmətə layiq 
yalnız budur.Yazıçıya bu haqda düşünmək gərəkdir. 
O, qorxunun rəzil bir hiss olduğunu anlamalıdır, elə 
ki bunu anladı, qorxunu birdəfəlik unutmalı, yoxluğu 
bütün bədii əsərləri keçici və tez unutduran qəlb düz-
günlüyü, məhəbbət,  şərəf,  şəfqət, qürur, həmdərdlik, 
fədakarlıqdan başqa  bütün hissləri öz emalatxanasın-
dan süpürüb atmalıdır. 
Nə qədər ki, o belə etməyib, onun əsərlərinin başı 
üstündən bir lənət asılacaqdır. O, məhəbbətdən deyil, 


N1(6) mart 2013
154
şəhvətdən, itkisiz məğlubiyyət və  ümidsiz qələbədən, 
həm də  ən dəhşətlisi isə odur ki, şəfqətsiz və iztirab 
çəkmədən yazacaq. 
O, həmdərd olmadan dərddən yazacaq və yaz-
dıqları heç kimin qəlbində iz buraxmayacaq. O, insan 
qəlbi haqqında deyil, insan bədəninin fəaliyyəti haq-
qında yazacaq.
Nə  qədər ki, yazıçı bunu anlamayıb, o kənar 
müşahidəçi kimi insanın məhvindən yazacaqdır. Mən 
insanın məhv olacağı  fikrini rədd edirəm. Zülmət 
kənarının qırmızı  şəfəqləri üstündəki tənha qayadakı 
tale zənginin sonuncu zərbəsi səslənib sönəndən sonra 
belə «insanın daha bir  zəif, amma eşidiləcək səsi var» 
deyərək, hər  şeyə dözüb «insan ölməzdir» söyləmək 
çox asandır. Mən bunu qəbul etmirəm. 
Mən insanın nəinki duruş  gətirəcəyinə, həm də 
qalib olacağına inanıram. O, səsi eşidiləcək deyə yox, 
xarakterinə, qəlbinə görə, fədakarlığına, həmdərd ola 
bilməyinə, razılaşmadığına görə əbədidir. 
Yazıçının, şairin  borcu  bu  haqda  yazmaq, insanın  du-
ruş gətirə bilməsi, qəlbləri  möhkəmlətməsi  üçün  yaz-
maq, kişilik,  şərəf, ümid, qürur, iztirab, şəfqət, 
fədakarlıq hisslərini daim xatırlatmaq üçün yazmaq 
lazımdır. Bəşəriyyətin bəzəyi də məhz bu şeylərdir. 
Şairin səsi adi əks-səda ola bilməz, o dayaq ol-
malıdır, qələbə üçün, insana  duruş gətirə bilmək üçün 
əsas, özül olmalıdır.
Çevirən Etibar Əliyev
PABLO 
NERUDA
Nazim Hikmətə
Niyə öldün Nazim? Sənin türkülərin olmadan nə edəcəyik
İndi
Sənin bizi qarşıladığında o gülüşün kimi bir bulaq tapa 
 
 
 
 
biləcəyik yenidən?
Sənin qürurun olmadan, sərt sevgin olmadan nə edəcəyik?
 
Baxışına oxşayan baxış hardan tapılacaq
Odla suyun birləşdiyi, həqiqətə səsləyən, kədərli və mərd   
 
 
 
 
     bir sevinclə dolu
Qardaşım, necə yeni duyğular, fikirlər qazandırdın mənə,
Dənizdən əsən sərt külək alsa  idi onları qarşısına
Buludlar kimi, yarpaq kimi uçar-düşərdilər
Orada, uzaqlarda
Yaşar ikən özün üçün seçdiyin
Və ölümdən sonra səni qucaqlayan torpağa
 
Hədiyyə edirəm sənə Çilinin qış  xrizantemalarından 
      
 
 
 
bir 
buket
Və soyuq ay işığının cənub dənizləri üzərində parıldayan
Xalqların mübarizəsini və mübarizəmi mənim
Və boğuq uğultusunu kədərli təbillərin, öz yurdundan…
 
Qardaşım mənim, fədakar  əsgərim, necə  də  təkəm 
 
 
 
 
            dünyada sənsiz
Sənin çiçəkləmiş bir gilas ağacına oxşayan üzün olmadan
Dostluğumuzdan mənə bərəkət olan
Rəhmət kimi susuzluğumu yatıran və qanıma güc qatan
 
Zindanlardan qopup gəldiyində qarşılaşmışdıq səninlə
Quyu kimi, qapqara zindanlardan.
Vəhşiliklərin, zorbalıqların, kədərlərin quyuları
Əllərində izi var idi əziyyətlərin
Gözlərində Qəzəbin oxlarını axtardım
Amma sən parlaq bir ürəklə gəldin
Yaralar və işqılar içində


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə