Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə73/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
159
səslər “Təbii tarix” kitabının yeddinci cildinin, bir-
inci paraqrafının, iyirmi dördüncü bölümündən xəbər 
verir. Bu bölümün mövzusu yaddaşdır, axırıncı sözlər 
belədir: ut nihil non iisdem verbis redderetur auditum.
İreneo səsini heç dəyişmədən məni içəri dəvət 
etdi. O, çarpayısında uzanıb, siqaret çəkirdi. Deyəsən, 
dan yeri ağarana kimi onun üzünü aydın görmədim, 
ancaq siqaretin ani közərməsindən işıqlanan çöhrəsini 
azacıq xatırlayıram. Otaqda sezilməz nəmişlik vardı. 
Mən oturdum və atamın xəstəliyi və teleqramla bağlı 
hadisəni yenidən danışdım.
İndi mən hekayəmin  ən mürəkkəb hissəsinə 
keçirəm, çünki çatdırmaq istədiyim hadisənin bütün 
mənası yarım  əsr  əvvəl baş vermiş (oxucu, yəqin ki, 
elə belə də bilirdi) bu söhbətlə bağlıdır. 
Mən onun itirilmiş sözlərini dəqiqliklə  bərpa 
etməyə çalışmayacam. Daha çox İreneonun mənə 
danışdıqlarına yekun vurmağı vicdanlı hesab edirəm. 
Nəql etməkdə olduğum söhbətin böyük hissəsi orijinal-
dan uzaq və ifadəsizdir. Mən anlayıram ki, hekayəmin 
təsirliliyini qurban verirəm, amma qoy mənim 
oxucularım o gecə tam səslənmiş cümlələri dumanlı da 
olsa təsəvvürlərində canlandırsınlar.
İreneo möcüzəvi yaddaşını  işə salaraq “Təbii 
tarix” kitabında qeyd edilmiş hadisələri latınca və is-
panca sadalamağa başladı:
- Kir - Fars hökmdarı, öz ordusunun hər bir 
əsgərini adı ilə yadda saxlayan adam; Mitridat Evpa-
tor - öz imperiyasında danışılmış iyirmi iki dildə ədalət 
məhkəməsi qurmuş adam; Simonid – mnemotexnikanın 
(yaddaşın inkişaf etdirilməsi texnikası) ixtiraçısı; 
Metrodor – bir dəfə  eşitdiyi  şeyi beynində daim 
təkrarlamaq sənəti ilə yaddaşını məşq etdirirdi. Funes 
belə  şeylərin o vaxt təəccüblü qarşılanmasına bütün 
səmimiyyətilə mat qalırdı.
O, mənə dedi ki, göyümtül atın onu yıxdığı 
həmin yağışlı günə kimi, bütün xristianlar kimi, kar, 
kor, somnabulistik, yaddaşsız birisi idi. (Mən ona 
bundan qabaq da vaxtı dəqiqliklə bilməsini, ayrı-ayrı 
əşya adlarını  dəqiq yadda saxlamasını xatırlatmağa 
çalışırdım - o, mənə  fikir vermirdi). O deyirdi ki, 
iyirmi illik ömrünü sanki yuxuda  yaşayıb: baxaraq 
görməyib, eşidərək anlamayıb, hər şeyi unudub, de-
mək olar ki, hər şeyi. Atdan yıxılarkən, şüurunu itirib, 
özünə  gələndə isə hal- hazırki vəziyyət, dözülməz 
olub – onun yaddaşı o qədər dolğun və parlaq olub ki, 
hətta bu parlaqlıq bütün köhnə və lazımsız xatirələr 
üçün də keçərli idi. 
Bir qədər sonra o anlayıb ki, şikəst olub. Bu fakt 
onu heç də maraqlandırmayıb. O hesab edirdi (və ya 
hiss edirdi) ki, buna da şükür etmək lazımdır. Və indi 
onun qavrayışı və yaddaşı səhvsiz idi.
Biz stola baxarkən şərab və üç stəkan görürük, Fu-
nes isə bu şərabın hazırlanmasında istifadə olunan hər 
şeyi, üzüm budağının bütün bığcıqlarını, yarpaqlarını, 
üzüm gilələrini görürdü. O, 30 aprel 1882-ci ildə, 
gün doğarkən, səmanın cənub hissəsindəki buludların 
formasını xatırlayırdı, yaddaşının köməyi ilə  həmin 
buludların formasını, cəmi bir dəfə gördüyü kitabın 
dəri üzlüyündəki mahircə vurulmuş naxışlarla və 
yaxud xatirəsinin köməyilə avarçəkənin Rio-Neqro 
çayında baş verən Kvebraxo döyüşü zamanı qaldırdığı 
damcılarla müqayisə edə bilirdi. 
Bu xatirələr sadə deyildi, hər vizual obraz yaratdığı 
əzələ  gərginliyi, istilik hissləri və sayrla əlaqədar 
canlanırdı. O, bütün xəyallarını və fantaziyalarını bərpa 
edə bilirdi. O, iki ya da üç dəfə bütün gününü başdan-
başa xəyalında yenidən bərpa edə bildi. O mənə dedi 
ki: mənim xatirələrim, dünya yaranandan bəri yaşamış 
bütün insanlarınkından qat-qat çoxdur. Və yenidən: 
mənim yuxularım sizin oyaq vaxtınıza bənzəyir. Və 
bir də  səhər  şəfəqləri üzümüzə gülənə yaxın: mənim 
yaddaşım zibil qabına bənzəyir, ser. 
Sinif lövhəsinin kənarları, ya düzbucaqlı üçbu-
caq, ya romb formasında olur - biz bunu necə bütöv 
şəkildə  təsəvvür edə biliriksə,  İreneo da bax beləcə 
bizim donuq yaddaşımızda daim dumana qərq olan, 
atın coşğun yalını, dərədəki mal-qara sürüsünü, hər 
dəfə dəyişən alov dilimlərini, ölmüş insanların saysız-
hesabsız gülümsəyişlərini qüsursuz təsəvvür edə bil-
irdi. Onun səmadakı  nə  qədər çox ulduzu ayırd edə 
bildiyini heç təsəvvürümə belə gətirə bilməzdim.
Bax, o, mənə bunları dedi, nə həmin vaxt, nə də 
ondan sonra dediklərinə şübhə etmədim. O vaxtlar nə 
kino, nə də fonoqraf var idi, amma, qəribə, inanılmaz 
olan budur ki, heç kim Funes fenomenini öyrənmədi. 
Həqiqət ondadır ki, biz hamımız özümüzdən sonra 
nəsə qoyuruq, şübhəsiz, ürəyimizin dərinliklərində biz 
hamımız bilirik ki, ölümsüzük və hər bir insan hər şeyə 
nail olacaq və hər şeyi öyrənəcək.
Funesin səsi qaranlığın içindən səslənməyə davam 
edirdi. O mənə dedi ki, 1886-cı ildə o, yeni hesablama 
sistemi  fikirləşib və  cəmi bir neçə günə iyirmi dörd 
mininci ədədə qədər gəlib çatıb. O, dediklərini yazıb 
saxlamamışdı, çünki bir dəfə  düşündüklərini ömür-
lük yaddaşından silə bilmirdi. Fikrimcə onu belə hes-
ablama sistemini yaratmağa məcbur edən ilkin səbəb, 
“otuz üç uruqvaylı” sözünün bir işarə  və bir sözlə 
deyil, iki işarə və üç sözlə ifadə olunmasının verdiyi 
narahatçılıq idi. Sonradan o, öz ekstravaqant qaydasını 


N1(6) mart 2013
160
digər  ədədlərə  də  tətbiq etməyə başladı. Məsələn o, 
yeddi min otuz ədədinin yerinə - Maksimo Peres deyə 
bilərdi, yeddi min qırx ədədinin yerinə isə Qatar deyir-
di. Digər ədədlər, Luis Melinar Lafinur, Olimar, Sera, 
Klub, Kit, Qaz, Kotel, Napoleon, Avqustin de Vedia. 
Beş yüz ədədinin  əvəzinə o sadəcə doqquz deyərdi. 
Hər bir sözün xüsusi işarəsi, daha doğrusu işarənin 
görünüşü var idi. Sonuncular çox mürəkkəb idi... 
Mən izah etməyə çalışırdım ki, rabitəsiz terminlərdən 
ibarət olan bu təmtəraqlı nitq hesablama sistemini əvəz 
etmək üçün əlverişsizdir. Məsəlçün, üç yüz və altmış 
beş demək üçün, üç ədəd yüz, altı ədəd on və beş ədəd 
vahid lazımdır: belə  ədədlər üçün tərkib hissələrinə 
ayırma və sonra onları Zənci Timoti və Qalın Yorğan 
kimi sözlərlə ifadə etmə qeyri-mükündür. Funes məni 
anlamadı, ya da anlamaq istəmədi.
Lokk (ingilis filosofu) XVII əsrdə hər bir əşyanın 
– hər daş, hər quş, hər budağın öz xüsusi adının olduğu 
haqda, sübut edilməz hökmü qəbul etdi (və təkzib etdi). 
Funes də analoji hökmü ortaya atdı, lakin sonra ondan 
imtina etdi, çünki çox ümumi və anlaşılmaz idi. Funes 
meşədə qarşılaşdığı hər ağacı, hər yarpağı xatırlamaqla 
yanaşı, hətta bilavasitə gördüyü və ya təsəvvür etdiyi 
hadisələri də xatırlayırdı. O, bütün keçmiş təcrübələrini, 
təqribən, yetmiş min xatirəyə  qədər azaltmağa qərar 
vermişdi. O daha sonra bu xatirələri, ədədlərin köməyi 
ilə  təsvir etmək istəyirdi.  İki səbəb onu fikrindən 
daşındırdı, ədədlərin sayı sonsuzdur və xatirələri belə 
ifadə etmək faydasızdır. O, bilirdi ki, ölümünə qədər, 
heç bütün uşaqlıq xatirələrini belə, təsnifləşdirib qur-
tara bilməyəcək.
Mənim işarə etdiyim iki layihə (natural ədədlərin 
ardıcıllığı üçün sonsuz lüğət və xatırlanan  şeyləri 
istifadə etmək üçün lazımı düşüncələrin katalo-
qu) sağlam düşüncəyə  sığmır. Amma, onlar bütün 
çatışmazlıqlarına baxmayaraq öz möhtəşəmliklərini 
qoruyurlar. Onlar bizə qarışıq düşünməyə və ya Fune-
sin başgicəlləndirici dünyasının məntiqini anlamağa 
imkan verirlər. Funesin ümumi və  nəzəri ideyalarla 
münasibətdə, tamamailə bacarıqsız olmasını unut-
maq lazım deyil. Bəzi şeyləri anlamaq ona çox çətin 
idi. Məsələn, ümumi it anlayışı o qədər oxşar olma-
yan, müxtəlif ölçüdə, müxtəlif formada, müxtəlif 
rəngdə olan nümunələri birləşdirir ki, bütün bunlar 
onu karıxdırırdı. Və o, düşünürdü: yarıdan çox hissəsi 
görünən itlə (əgər yandan baxılarsa) yarıdan az hissəsi 
görünən it (əgər qabaqdan baxılarsa) niyə eyni ada ma-
lik olmalıdır axı? Güzgüdə onun öz əlləri, üzü hər dəfə 
onu təəccübləndirirdi. Svift yazır ki, Liliputiyanın im-
peratoru ən kiçik əl hərəkətlərini belə, ayırd edə bilirdi. 
Funes də bax beləcə xəstəliyin, kariesin, yorğunluğun 
sakitcə gəlişini fasiləsiz müşahidə etməyi bacarırdı.
 
O, ölümün yaxınlaşmasını, sümüklərinin 
nəmişlikdən sızıldamasını duya bilirdi. O, dəyişkən, 
rəngarəng dünyanın saniyəbəsaniyə  və dözülməz 
dərəcədə  dəqiq, yeganə  və  şüurlu tamaşaçısı idi. 
Babil, London və Nyu-York öz dəhşətli cah-cəlalıyla 
insanların təsəvvüründə gizli bir qorxu yaradır. Əhalinin 
sıx məskunlaşdığı bu şəhərlərdə,  şahə qalxmış bu 
prospektlərdə heç kəs gerçəkliyin istisini və təzyiqini 
bədbəxt İreneonun, kasıb cənubi-amerika fermasındakı 
kimi hiss etmirdi. Onun üçün yatmaq çox çətin idi. 
Yatmaq, dünyadan yox olmaq, itmək deməkdir. Fu-
nes yarıqaranlıqda, kürəyi üstdə çarpayısına uzanaraq 
onların evini əhatə edən cürbəcür evlərin hər bir 
çatlağını və hər bir bəzəyini yaddaşında canlandırırdı. 
(Mən təkrarlamalı olacağam, onun xatirələri arasında 
ən  əhəmiyyətsizi belə, bizim fiziki həzzi və  əzabla 
bağlı qavramalarımızdan daha ətraflı, daha dəqiq 
və daha canlı idilər.) Rayonun şərq tərəfində, hələ 
məhəllələrə bölünməmiş evlərdən ibarət naməlum 
tikililər var idi. Funes onları qara və başdan-ayağa 
qeyri-müəyyənlikdən ibarət formada təsəvvür edirdi. 
Elə olurdu ki, o yuxuya getmək üçün üzünü məhz 
həmin istiqamətə çevirirdi. Həmçinin, elə  də olurdu 
ki, o, özünü arası  kəsilmədən sakit-sakit axan çayın 
dibindəki, heçliyə çevrilən axıntı kimi təsəvvür edərək 
yuxuya gedirdi.
O, əziyyət çəkmədən ingilis, fransız, portuqal və 
latın dillərini öyrənmişdi. Bununla belə, güman edirəm 
ki, onun xüsusi təfəkkür qabiliyyəti yox idi. Düşünmək, 
fərqləri unutmaq, ümumiləşdirmək və yekunlaşdırmaq 
deməkdir. Funesin həddən ziyadə dolğun aləmində bir-
biri ilə təmas quran təfərrüatlardan başqa, demək olar 
ki, heç nə yox idi. 
Şübhəli çöhrənin işıqlanması, günəşin  şərq 
tərəfdəki həyəti işıqlandırması ilə başladı. Məhz, o 
anda mən, bütün gecə  səsini eşitdiyim  şəxsin üzünü 
gördüm.  İreneonun on doqquz yaşı var idi. O, 1868-
ci ildə anadan olmuşdu. O, tuncdan heykəllər kimi 
əzəmətli, Misirdən daha qədim, peyğəmbərlərin və 
ehramların sələfi kimi görünürdü. O an ağlımdan keç-
di ki, mənim hər bir sözüm (hər bir hərəkətim) onun 
möhkəm yaddaşında daima yaşayacaq. Mən yersiz 
hərəkətlərə yol vermək qorxusu ilə, tamam donub 
qalmışdım.  İreneo Funes 1889-cu ildə  sətəlcəmdən 
dünyasını dəyişdi.
Tərcümə:
Ramil Rahiboğlu


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə