Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə75/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
163
Mən hələlik onu göstərmək istədim ki, söz vaqon, 
araba, yəni yalnız daşyıcı deyil ki, deyəsən, nə  fərqi 
var, ərəb, ya türk sözü olsun?! Məsələnin bu qoyulu-
şundan sonra «niyə dilimizdə öz sözlərimiz çox olma-
lıdır?» sorusunun, yəni sualının cavabı qalır, maraq 
doğursa, onu da açmaq olar. 
23.09.2009.
Dilimiz dəyişməlidir ki, «girdirmə» düşüncələri 
soxuşdurmaq çətin olsun  
(İrəlidə dedim ki, sözlər təkcə vaqon, cümlələrsə 
qatar kimi daşıyıcılar deyillər. Dil həm də kosmosdur. 
İndi isə ərəb-fars sözlərinin dilimizdəki basırığını ara-
dan götürmək ideyasının xeyrinə başqa arqumentləri 
axtaraq).
Alınma sözlər bütün dillərdə olsa da...
Kimsə deyə bilər, nə fərqi var, «məfhum» sözünü 
işlədək, ya «anlayış» sözünü? Nə fərqi var, «həqiqət» 
olsun, ya «doğru», «gerçək», olsun, «şey», «cisim» ol-
sun, ya «nəsnə»?
Düzdür, elə-belə, gündəlik danışıqda elə fərqi yox-
dur. Küçədə sataşqan oğlan qıza türkün sözü «gözəl»in 
yerinə farsın sözü «qəşəng»i deyəndə bundan nə onun 
özünə, nə də qıza bir fərq olmur. Ancaq bu fərqsizlik 
durumunda belə, institutda oxuduğumuz zaman bizim 
bəzilərimizdə kompleks vardı ki, niyə dilimiz çox, lap 
çox təmiz deyil, dilimizdə bu qədər  ərəb-fars sözləri 
var. Bəzi yazılar bizi ovundururdu: dünyada heç yerdə 
təmiz dil yoxdur. İndi sırf rus sözləri kimi qavradığımız 
«tovar» sözü bizim «davar/tavar» sözündən çıxıb, «den-
qi» isə «damğa/tanqa» sözünün fonetik çevrimidir. 
Öyünmək üçün istənilən qədər belə kəlmələr tap-
maq olardı. Ancaq bizlər o vaxt yenə ovunmurduq
çox istəyirdik ki, bir gün gəlsin, danışığımızda  ərəb-
fars sözlərini çıraqla axtarsınlar. Bu, bir vaxtlar gənc 
filoloqların arzusu idi və bəlkə indiki filoloq nəslindən 
olan gənclərin də istəyi budur. 
Öz sözlərimizin önəmi
Bəs, danışıq dilini qoyub, elmi dili götürsək, bura-
da necə? Fərqi var, ya yoxdur? 
Fərqi var, özü də çox böyük. O mənada yox ki, 
biz elmi dilimizdən «həqiqət», «səhv», «təhkiyə», «in-
formasiya» kimi sözləri çıxarıb atmalıyıq. Bu sözlərin 
qədrini bilmək lazımdır və elmi dilin yaxşı işləməsində 
onların rolu xeyli böyükdür. 
Bəs onda nəyə görə  gərəklidir ki, elmi düşüncə 
üçün aparıcı sözlərin arasında öz sözlərimizin payı çox 
olsun? Mən istərdim bu suala cavab axtaraq. 
pSözlərin təpəri
İş burasındadır ki, ərəb-fars sözləri bizim dilimizdə 
pəncərənin  şəklinə oxşayırlar, pəncərənin özünə yox. 
Pəncərənin  şəklini açıb  əlini çölə  çıxara bilməzsən, 
qalxıb ondan həyətə tullana bilməzsən. Pəncərənin özü 
olanda isə açırsan hava gəlir, səslər gəlir. Öz sözlərimiz 
gerçək pəncərələrdir, pəncərə şəkilləri deyil!
Bizim öz sözlərimizin çoxunun törədiciliyi, bu-
daqlanması var: məsələn, «bildirmək», «bilmək», «bil-
diriş», «bilinməz», «bilməzə», «bilərəkdən» sözləri 
sistem içində, şəbəkə düzənində bir-birinə bağlıdırlar. 
Ancaq  ərəb-fars sözlərini götürsək, bizim dilimizdə 
onların çoxu «qısır»dır. Yəni törədici gücləri yoxdur, 
çünki öz doğma mühitlərindən qıraqdadırlar. Ərəb-fars 
sözləri dilimizdə QISIR OLDUQLARI üçün də dilə az 
enerji verirlər. Belə sözlərlə yüklənmiş dil azərbaycanlı 
düşüncəsinə enerjili, sistemtörədici vasitə vermir. 
Tərsinə, düşüncənin açılıb budaqlanmasına  əngəllər 
qoyur.
Ərəb-fars sözləri ilə yüklənmiş Azərbaycan türk-
cəsinin bir eybi də var. Bu yük fikir mimikriyası yaratma-
ğa yardımçı olur. Biologiyada mimikriya buqələmunlar 
kimi hansı canlınınsa boyasını dəyişməklə yanında dur-
duğu daşa və s.-yə özünü oxşatmasını bildirir. «Düşüncə 
mimikriyası» deyəndə  mən onu göstərmək istəyirəm 
ki, düşüncə yoxdur, onun yamsılanması, oxşartısı var 
(«yada salaq «girdirmə»», «geydirmə» sözlərini də). 
Azərbaycanca nə  qədər yazı var ki, ərəb-fars sözləri 
sayəsində yüksək avaz və görüntü qazanıblar. Ancaq 
ondakı «zəmin», «təbəddülat», «təmin» və s. sözlərini 
öztürkcəyə çevirəndə  fikirsizlik, girdirməlik həməncə 
üzə çıxır.
01.10.2009.
“Anlamın” mənası
«Təpik-deyimlər»
Fəlsəfədə, mədəniyyətdə nələrisə lay-lay açmağa 
imkan verən çox «adi geyimli» deyimlər mənə yaman 
ləzzət verir. Belə deyimlər, yumağı vuran təpik kimi-
dir, dəyəndə yumaq diyirlənərək açılır. Bax, bu təpik-
deyimlərdən biri mənim ağlıma «məna» və ya Anadolu 
türklərinin işlətdiyi «anlam»la bağlı gəldi. 
Niyə birdən-birə bu məsələdən danışmaq istədim? 
Ona görə ki, bizim camaat tez-tez «məna» sözünü 
işlətsə də soruşanda bəlli olur ki, «məna»nın mənasını 
«hiss edirlər», di gəl bilmirlər. Yeri gəlmişkən, azər-
bay canlılar üçün aktual olan «deyə bilib-bilmə mək» 
məsələsinə  də toxunum. Bizim adamlar çox tez-tez 
özlərini bilmək, bilik bolluğunda duyurlar, ancaq 
gileylənirlər ki, bildiklərini deyəmmirlər. Ünlü bir fi-


N1(6) mart 2013
164
losof olan Lüdviq Vitqenşteyn isə söyləmişdi ki, sən 
yalnız deyə bildiyini bilirsən. Deyəmmirsənsə, deməli, 
bilmirsən. Artırım ki, «deməyi» yalnız sözlərlə bağ-
lamayaq. Sən hansısa düşüncəni sözün çatmayanda 
əl-qolunla, üz-gözünlə anlada bilirsənsə, bu da bir 
deməkdir, laldili kimi…
Bəs bu söylədiklərim bizim üçün nədən aktualdır? 
Ondan ki, qoy, bir çox adamlar silkələnib ayılsınlar: 
onlar bilməlidirlər ki, deyə bilmədiklərini bilmirlər! 
Ona görə də «bilirəm, ancaq danışıq qabiliyyətim ol-
madığından söyləyə bilmirəm» cümləsi ilə gözə kül 
üfürməsinlər, nə özlərinin, nə bizim.
Anlamın düsturu
İndi isə  mənanın nəliyini (nə olmasını) açan 
bəzəksiz-düzəksiz deyim: bir şeyin mənası onun bildir-
dikləridir. Türklərin «anlamı» bunu başqa cür açır: bir 
nəsnənin anlamı onun anlatdıqlarıdır. Bundan çıxanlar: 
əgər sənin geyimin pintidirsə, onun mənası sənin pinti-
liyin olacaq, çünki bildirilən bu pintilikdir. 
Dünyada asan mənalar var, bir də var, çətin tapı-
lan mənalar. Pintilik asan tapılan anlamlardandır. An-
caq əgər “hacı toyunda” toy yiyəsinin göz yumdusuilə 
qəhvə fincanında kimlərəsə içki gətirilirsə, bunun anla-
mı, yəni bildirdiyi nədir? Toy yiyəsinin dini ikiüzlülü-
yü? Niyə ikiüzlülük? Çünki bir üzü Allaha möminliyi 
göstərir, o biri üzü içən dostlarına üzgörənliyi. 
Bəlkə göstərdiyim eyləmin bildirdiyi odur ki, bu 
Azərbaycanda heç bir fundamentalist İslam ideyasınıa-
xıra çatdırmaq olmur? Bu axırıncı söylədiyimdən mil-
li mentalitetimizlə bağlı  nəsə ciddi elmi düşüncələrə 
çıxmaq olar. Ona görə  də: bir nəsnənin, olayın çətin 
tutulan mənasını  sən deyə bilirsənsə, deməli, həmin 
mənanı bilirsən.
Mənanın tapılmasına bir örnək
İndi isə bu soruya baxaq: həyatın mənası  nədir? 
Mənim söylədiyimdən itələnsək, demək olar ki, hər 
hansı adam üçün həyatın mənası  nə üçün yaşamağın 
cavabında onun üçün bilinənlərdir. Yəni səndən soru-
şandaki, yaşamaq sənin üçün nəyi bildirir, bu sual ya-
şamağın mənasına yönəlik sorudur. Adamların xeylisi 
bu sualın fərqinə varmırlar, ona görədə ailələri üçün və 
ya özləri üçün yaşayırlar, ancaq bilmirlər ki, yaşamla-
rının mənası ailələridir və ya özləridir. Axı, soruşanda 
bunu deyəmmirlərsə, deməli, bilmirlər. 
Başqa xeyli adamsa həyatlarını elə-belə  gəzinti 
kimi yaşayırlar – deməli, onların həyatının prinsipial 
mənası yoxdur, yəni mənasız yaşayırlar.
Adamlar var ki, həyat onlara başqalarına fay-
dalı olmağı bildirir, deməli, həyatın mənası da bu 
olur. Bir variantda «başqaları» «özümüzünkülər»lə 
mənalandırılır – yəni sən sən olmayanlara «biz» deyib 
özümüzünküləşdirirsən, sonra da özün-özün üçün yox, 
«özümüzünkülər» üçün çalışırsan-vuruşursan.  İkinci 
variantda isə başqalarını özgələrlə eyniləşdirib məhz 
özgələrinə yaxşı olmaq ərənliyini göstərmək istəyirsən. 
Beləcə, xeyli ilginc məsələlərə çıxmaq olar, hamısı da 
gördüyünüz kimi adi bir deyimin təpik vurub açdıqla-
rıdır. Azərbaycanda ələ salmaq üçün, nifrət etmək üçün 
«təpik-deyimlər» çoxdur. Ancaq bilmirəm, düşünmək 
üçün də çoxmudur?!        
    20. 10.2010.
«Qöte»nin «Höte»yə çevrilməsində azərbay can lı-
ların «meymunu yada salmaq» şakəri
Bir ayıb söz
«Göte» sözünü mən hələlik çoxlarının dediyi 
kimi yazıram ki, problemə girə bilək. Neçə onillərdir, 
Azərbaycan  ədəbi dili və dildə  ədəbli görünmək 
istəyən azərbaycanlılar üçün bu sözün deyilişi ciddi 
problemə çevrilib. Onun sondakı «e» fonemini çıxan-
da «gündəyməzi» bildirən türkün sözü ilə tam üst-üstə 
düşməsi onillər öncə dürlü ayıbörtmə əməliyyatlarını 
işə salmışdı. Ancaq çox dəyiş-düyüşdən sonra axırki bir 
variant norma statusunu qazandı. İndi hamı «Höte» ya-
zır və «Höt»də «meymunun» (Mirzə Fətəliyə rəhmət) 
yada düşməməsindən rahatlanır.
Bu olaya didil məsələsi deyil, ciddi kültür prosesi 
olduğu üçündür ki, onu yazımın hədəfi edirəm. 
İndi birinci soru: nədən, məsələn, «Döte», «Vöte» 
yox, məhz «Göte»? 
  
Rus orfoyepiyasının azəri orfoqrafiyasına təsiri 
Bunda bizimkilərə kodu və ya presedenti rus ədəbi 
dilində «h»nın olmamasına görə «q» və ya «g»nın 
işlənməsi verir. Bu səbəbdən «İlham» sözü rusca-
da «İlqam», «Hüseyn» isə «Quseyn» olub. Eləcə  də 
«Hamletin», «Qamlet», «Hitlerin» «Gitler» olması rus 
dilinin fonetik və ya fonoloji kəsirindən gəlir. Ancaq 
bütün Sovet dönəmində ruslarla yaxın yaşayışımız ona 
gətirmişdi ki, «Hamlet»in «Qamlet», «Hitler»in «Git-
ler» olmasına bizimkilər elə öyrəşmişdilər ki, hətta ori-
jinalın necə olmasını da unutmuşdular.
Bu durumda kimlərsə «q» ilə başlayan ingilis sö-
zünün  əslində necə olmasını bilməyəndə avtomatik 
«h» yazır və bəzən hətta təsadüfən düz alınır, məsələn, 
«Qamiltonu» «Hamilton» yazanda olduğu kimi. Beləcə, 
«Göte»nin «Höte» yazılmasında bu məntiq işləyir: əgər 
«h»nı «q»ya çeviriblərsə, «q»nı da «h»ya çevirmək olar. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə