Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
157
XORXE LUİS BORXES 
FUNES, YADDAŞ 
M CÖZƏSI
(Hekayə)
Mən onu xatırlayıram (mənim ki, bu xəyali feli 
istifadə etməyə haqqım yoxdur, yalnız bir adam buna 
layiqdir, o da ölüb). Mən onu əlində tutqun rəngli 
həvəsçiçəyi ilə xatırlayıram. O, çiçəyə elə baxırdı ki, 
elə bil, heç kim heç vaxt bu çiçəyi görməyib, halbuki, 
onu gün doğumundan gün batımına qədər, bütün öm-
rün boyu görmək mümkün idi. 
Mən onu ağzında siqaretlə xatırlayıram, onun 
üzü, donuq, qəribə bir tənhalıq içindəki hindu üzünə 
bənzəyirdi. Mən onun düzənlik sakinlərinə xas, dəri 
aşılamaqla məşğul olan, güclü, incə barmaqlarını 
xatırlayıram (mənə belə gəlir). Mən bu əllər arasında 
mate çayını hazırlamaq üçün qabı xatırlayıram. Mən 
evin pəncərəsindəki sarı qamış həsirini, onun arxasında 
isə biçimsiz bataqlıq mənzərəsini xatırlayıram. Mən 
onun səsini xatırlayıram, aramla danışan, incik və 
tutqun insan səsi idi. Bu şərq sahili insanının, hər cür 
müasir italyan sözcüklərindən arınmış səsini indi aydın 
xatırlayıram. Mən onu üç dəfədən artıq görmədim. So-
nuncu dəfə 1887-ci ildə görmüşdüm.
Məncə onu tanıyanların hamısının, onun haqqında 
nəsə yazması çox uğurlu ideyadır. Mənim onun 
haqqında təhkiyəm isə, mümkün olduqca qısa və 
şübhəsiz ki, bəsit və obyektivliyi az əks etdirən olacaq. 
Argentinalı olmaq kimi kədərli bir fakt, mənə təriflərə 
qapılmağa mane olur. Halbuki, əgər hekayəndə bir 
uruqvaylıdan söhbət gedirsə, Uruqvayda təriflərdən 
gen-bol istifadə məcburidir.
Yazıçı, modabaz, Buenos-Ayresdən olan fırıldaqçı 
– Funes mənə qarşı belə acı sözlərdən istifadə etmirdi, 
amma mən tam dərk edirdim ki, onun üçün mən bu 
uğursuz siniflərin nümayəndəsiyəm. Pedro Leonardo 
İpuçi yazırdı ki, Funes üstün insanın müjdəçisi “vəhşi, 
amma xalqına bağlı  Zərdüşt” idi. Mənim üçün bu 
aydındır, amma unutmaq olmaz ki, Funes, Fray-Bentos 
şəhərciyindən olan sadə əyalət adamı idi.
Mən Funeslə birinci görüşümü olduqca aydın 
xatırlayıram. Onu hardasa 84-cü ilin mart, ya da fe-
vral aylarında, axşamüstü, toranlıq vaxtı görmüşdüm. 
Həmin il yayı keçirtmək üçün atam məni özü ilə 
Fray-Bentosa aparmışdı. Mən  əmim oğlu Bernar-
do Xido ilə birlikdə San-Fransiskodakı fermadan 
qayıdırdım. Biz mahnı oxuya-oxuya təpəylə qalxırdıq. 
Bu, mənim xoşbəxtliyimin yeganə  səbəbi deyildi. 
Bürkülü gündən sonra, böyük, açıq-göyümtül rəngli, 
qorxunc buludlar səmanı bürüdü. Cənubdan  əsən 
külək onları qovurdu. Artıq ağaclar dəli kimi titrəyirdi 
və mənim ürəyimə dammışdı ki, (gizli ümidim vardı) 
dəhşətli leysan bizi açıqlıqda yaxalayacaq. Biz atımızı 
tufanla ötüşürmüş kimi çapırdıq. Bir az sonra iki, çox 
yüksək, kərpic səkinin arasında burulan dar bir küçəyə 
girdik. 
Qəflətən hava qaraldı. O an mən arxada sürətli və 
demək olar ki, çətinliklə eşidilən addım səslərini sez-
dim. Gözlərimi qaldırıb dar küçənin çatlaq-çatlaq ol-
muş  səkiləri ilə qaçan bir oğlanı gördüm. O, səkinin 
kənarında sanki yüksələn divar boyunca qaçırmış kimi 
görünürdü. Mən onun belindən düşən gen şalvarını, 
həsir səndəllərini xatırlayıram.  Onun tam qaranlıqda 
və soyuq üzünün fonunda seçilən közərən siqaretini 
xatırlayıram. Bernardo gözlənilmədən ona qışqırdı: 
-“Saat neçədir, İreneo?”.
 İreneo saata göz gəzdirmədən, ayaq saxlamadan 
cavab verdi:
 - “Xuan Fransiskonun oğlu Bernardo, on dəqiqə-
dən sonra səkkiz olacaq”. 
Səsi kəskin və istehzalı idi.
O qədər  fikirli idim ki, əgər  əmim oğlu sualı 
təkrarlamasaydı, indi sitat gətirdiyim dialoq mənim 
diqqətimi cəlb etməzdi. Məncə, o, öz qürurunu və 
İreneonun verdiyi cavaba etinasızlığını göstərmək 
üçün sualı təkrar etdi.


N1(6) mart 2013
158
O,  dedi ki, bizim yolüstündə qarşılaşdığımız 
oğlan, öz qəribəlikləri ilə tanınan Funesdir ki, var. 
Onun qəribəlikləri, ünsiyyətcil olmaması və vaxtı saat 
kimi dəqiq bilməsi idi. O, əlavə etdi ki, İreneo, Mariya 
Klementin Funes adlı şəhər ütüçüsünün oğludur, onun 
atası isə  bəzilərinin dediyinə görə, O`Konnorlu, duz 
sahələrdə həkimlik etmiş ingilis olub. Bəziləri də deyir-
di ki, onun atası vəhşi atların və ya El Salto əyalətindən 
olan əsgərlərin təlimçisi idi. İreneo öz anası ilə birlikdə 
Lorelo ailəsinin kənd evindən bir otağı kirayələyib 
yaşayırdı.
85-86-cı illərdə biz yayı paytaxt Montevideoda 
keçirirdik. Fray-Bentosa isə 87-ci ildə qayıtdıq. Təbii ki
mənə qaranlıq qalan şeylər haqqında tanışlarımdan xəbər 
alıb araşdırırdım, əvvəl-axır növbə “Funes xronometri”nə 
də çatdı. Mənə dedilər ki, bu yaxınlarda San-Fransiskodakı 
rançosunda vəhşi at onu yıxıb və ömürlük şikəst qalıb. Bu 
xəbərin məndə doğurduğu dəhşətli təəssüf hissini bu gün-
ki kimi xatırlayıram: mən onu cəmi bir dəfə görmüşdüm, 
onda da biz atın üstündə San-Fransiskodan qayıdırdıq, o 
isə yüksəklikdə dayanmışdı.  Əmim oğlu Bernardonun 
sözləriylə, hər  şey keçmişin qalıqları ilə qarışmış yuxu 
kimi gözümün önündə canlandı.
Eşitdim ki, İreneo çarpayısından durmur, donuq 
baxışlarla arxa həyətdəki əncir ağacına, ya da hörümçək 
toruna baxır. Qürub çağında o özünün pəncərəyə sarı 
aparılmasına icazə verir. Özünü olduqca qürurlu aparır, 
var gücü ilə insanlara göstərməyə çalışır ki, guya ona 
üz vermiş bədbəxtlik əslində yaxşılığa doğru idi... Mən 
onu iki dəfə, ətrafında amansızca əbədi həbsxana xəyalı 
cızan dəmir barmaqlıqlar arxasında gördüm. Birinci 
dəfə o, gözlərini yummuş, hərəkətsizcə uzanmışdı, ik-
inci dəfə o yenə  də  hərəkətsizcə lavanda budağının 
şirin qoxusuna qapılmış, ətrafın seyrinə dalırdı.
 Bir  qədər lovğalıq kimi anlaşılacaq amma, 
həmin dövrdə  mən latınca öyrənməyə başlamışdım. 
Mənim çemodanımda latın dili biliyimi artıran və 
indi də artırmağa davam edən Lomondun “De Viris 
İllustribus”  əsəri, Kuiçeratın lüğəti, Sezarın  şərhləri, 
Pliniyin yarımçıq, pərən-pərən olmuş “Təbii tarixi”nin 
bir cildi vardı. 
Balaca  şəhərdə  hər  şey qeybət mövzusu olur. 
İreneo özünün ucqar yerdə yerləşən, kiçik fermasında 
bu qeyri-adi kitabların gəlməsindən xəbər tutmuşdu. 
O, mənə “84-cü ilin fevral ayının yeddinci günündə” 
təəssüf ki, qısa baş tutan görüşümüzdən və həmin ildə 
dünyasını dəyişmiş mənim dayım, Don Qreqorio Xi-
donun “İtuzinqo döyüşündə iki vətənə (Uruqvay və 
Argentinaya) ləyaqətli xidməti”ndən bəhs edən rəsmi 
üslubda, təmtəraqlı bir məktub göndərdi. 
Həmçinin o, bu kitablardan istənilən birini və bir də 
lüğəti, müvəqqəti olaraq, ona verməyimi xahiş edirdi. 
Bu xahişini isə belə əsaslandırdı: “Mətnin mahiyyətini 
daha tez anlamaq üçün mənə lüğət lazımdır, çünki 
mən hələ latınca bilmirəm”. O, kitabları olduqca qısa 
müddətdə, yaxşı  vəziyyətdə qaytaracağına söz ver-
irdi. Məktub çox yaxşı  tərtib olunmuş  və  səhfsiz idi, 
həmçinin Andres Belonun yazı üslubundakı kimi y 
hərfi əvəzinə - i, g hərfi əvəzinə - j yazmışdı. Əvvəlcə 
təbii olaraq, mənə elə  gəldi ki, bu zarafatdır.  Əmim 
oğlu məni  əmin etdi ki, burda qəribə heç nə yoxdur, 
bu, İreneonun özünəxas cəhətidir. 
Bilmirdim “Latın dilini öyrənmək üçün lüğətdən 
başqa vasitə tələb olunmur” ideyasını kobudluq sayım, 
cəhalət sayım, yoxsa axmaqlıq. Onu yanlış  fikrindən 
yayındırmaq üçün mən latın dili üçün əsas “Gradus ad 
Parnassum” (latınca olan bu deyim, “məqsədə çatmaq 
üçün lazımlı vasitələr” anlamına gəlir, hərfi tərcümədə 
Parnas zirvəsinə doğru (ilham pərilərinin toplaşdığı 
mifoloji dağ zirvəsi) addımlar deməkdir) olan Kuiçerat 
və Pliniyin əsərlərini göndərdim.
 Fevralın 14-də  mən Buenos-Ayresdən dərhal 
qayıtmaq xahişi ilə teleqram aldım, belə ki atam 
“özünü yaxşı hiss etmirdi”. Qoy buna görə allah məni 
bağışlasın amma, şəhərdən təcili teleqram almaq üstün-
lüyü, bunu Fray-Bentosda hər kəsə göstərmək, lakin 
aldığım pis xəbərlə bu sevinc arasındakı ziddiyyətin 
verdiyi təsəlli, mənə  dərdimi böyütməməyə kömək 
etdi, dözümlülüyüm artırdı  və  qəm dünyasına qərq 
olmamağıma imkan verdi. Əşyalarımı qablaşdırarkən 
mən anladım ki, Qreydusu və “Təbii tarix” kitablarımı 
unutmuşam. Növbəti günün səhəri “Saturn”un lövbəri 
qaldırılmalı idi. Ondan əvvəlki günün axşamı, mən 
şam yeməyindən sonra Funesin evinə doğru yola 
düşdüm. Küçədə təəccüblə aşkarladım ki, gecə heç də 
gündüzdən az bürkü deyil. 
İreneonun anası  məni sadə rançoda qarşıladı. O, 
mənə dedi ki, İreneo arxa otaqdadır və onu qaranlıqda 
axtararkən narahat olmağa gərək yoxdur. Belə ki, 
onda gecənin lal saatlarını şam yandırmadan keçirmək 
vərdişi vardı. Mən daş döşənmiş dar dəhlizlə daxili 
həyətə keçdim. Əsrarəngiz üzüm tənəkləri hər tərəfi elə 
bürümüşdü ki, burda qaranlıq bütün ehtişamı ilə hökm 
sürürdü. Birdən mən İreneonun gülüş doğuran, xeyli uca 
səsini eşitdim. Bu səs latınca danışırdı. Səs (qaranlığın 
içindən səslənirdi) açıq-aydın şövq keçirərək ya trak-
tat, ya dua, ya da ovsun oxuyurdu. Latınca səslər həyəti 
bürümüşdü. Anladığım qədəriylə, bu səslər dolaşıq, 
fasiləsiz, çətin anlaşılan latıncada idi. Sonra həmin 
gecə aramızda keçən böyük dialoqdan anladım ki, bu 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə