Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

N1(6) mart 2013
40
Pamidorlar  da yetişir.
Vitaminlərdən ayı da yararlanmağı qərara alır, yenə 
də hansısa terapeya ilə məşğul olacağını deyir,  iri bir 
boşqab, balaca taxta və ov bıçağı ilə bostana gəlir. Taxta-
nı bostanın kənarındakı yastı daşın üstünə qoyur, deyir, 
kazyol iş var, mən arıqlamalıyam,    yoxsa belə gedərsə 
ciddi problemlərim ola bilər. Yağ,  ət,  şəkər dilimə 
vurmamalı,  əsasən meyvə-tərəvəzlə keçinməliyəm. 
Tərəvəzə varam! Özümüz üçün əkdiyimiz sahədən 
xeyli xiyar, pamidor, bibər, reyhan-şüyüd yığıb gəlir. 
Yaxınlıqdakı bulaqda tərəvəzləri yuyur, ov bıçağı ilə 
taxtanın üstündə  xırda-xırda doğrayıb boşqaba yığır, 
boşqab dolandan sonra üzərinə duz səpib, çəngəllə 
yeməyə başlayır.      Mənə  dəxli yoxdu, necə yeyir, nə 
yeyir, amma bu zaman çıxartdığı əcaib səslər, ağzının 
marçıltısı, fısıltısı əsəblərimi cırmaqlayır.
Bu əməliyyatı hər gün təkrarlayır, həm də gündə 
iki-üç dəfə, növbəti əməliyyata başlamamış onun yanı-
na gəlirəm, o taydakı yamacda otlayan ağappaq qoyun-
ları göstərirəm.
- Görürsən? – soruşuram.
- Hə, - kal cavab verir.
- Onlar nə yeyirlər?
- Ot.
- Yağ yeyirlər, ət, şəkər yeyirlər?
- Yo…ox, - başını  yırğalayır. -  Kazyol, sən 
nə demək istəyirsən? Məni qoyunlarla müqayisə 
eləyirsən? 
Yox, deyirəm, səni başa salmaq üçün göstərdim 
qoyunları, bütün günü çöldə   ot-ələf yeyirlər, amma 
arıqlamaq  əvəzinə kökəlir,  ətə-qana gəlirlər. Səni də 
bu yediklərin arıqlatmayacaq, bir az da kökələcəksən. 
Mənə key-key baxır, kazyol, düz deyirsən, sənin ba-
şın yaxşı  işləyir, bilirsən nəyə görə? Çünki beynin 
arada dayanıb dincini alır, bizim beynimiz isə fasilə 
vermədən gecə-gündüz işləyir, daima gərginlikdədir, 
ona görə  də  bəzən çaş-baş vururuq. Hər axmaq sözə 
inanırıq.
Ayağa qalxıb boşqaba bir təpik vurur, boşqab   fı-
rıldayıb sahənin qırağındakı daşa dəyərək sınır. Ayının 
birisi, boşqabı sındırıncan mənə verə bilərdi.
Böyürtkənlər da qaralıb, çayın sahilindəki cır alça 
kollarının üzərində  saralan, qızaran alçalar da ada-
mı uzaqdan çağırır. Mən «s» vitamininin tədarükünə 
başlayıram. Bunu mənə  Səid öyrədib, deyərdi, alça-
lar yetişdimi, böyürtkənlər qaraldımı, səhər-axşam   
ye, bir də payızda   itburnu yığıb qurudar, çayını 
dəmləyib içərsən. Ondan sonra buzlu suyun içində yat-
san da, xəstələnməyəcəksən, qrip nədi, nə olan şeydi, 
bilməyəcəksən. 
Onun dediyi kimi eləyir, bekar vaxtım olan 
kimi çayın sahilinə gedir, böyürtikan, alça yeyirəm, 
böyürtkənlər dadlıdı, ləzzət eləyir, cır alçalar isə  nə 
qədər yetişsələr də, bir damarları turşdu, yedikcə sir-
sifətimi büzüşdürürəm. Payızda da mütləq itburnu yı-
ğıb qurudacaq, çayını içəcəyəm. Ondan sonra Səidin 
dediyinin nə  dərəcədə  həqiqət olduğunu yoxlamaq 
üçün buzlu suyun içinə girib yatacağam, görüm soyuq-
layacağam, ya yox?
Qəsəbədən böyürtkən yığmağa qızlar gəlirlər, 
amma onlar mənimlə danışmağa həvəsli deyillər,   su-
allarıma könülsüz cavab verir, sonda isə başlarından 
eləyirlər, ay oğlan, sənin bir iş-gücün yoxmu? Get 
işinlə məşğul ol. 
Aralarında qaraşın, saçları  qıvrım, gözləri daima 
gülən bir qız var, yalnız o   mənimlə söhbət eləyir, so-
ruşduqlarıma cavab verir. Mən də ona   kömək eləyirəm. 
Amma münasibətlərimiz söhbətdən o yana keçmir, 
mən kolların arasındakı taladan söz salan kimi də, qız 
əliylə  mənə getmək işarəsi verib, astadan zümzümə 
eləyir. “Yeri get, alə, nə gündəsən?”   
Ara-sıra narkomanlar da gəlirlər, sahildəki gənda-
laş ların arasına girib orda nəsə yandırırlar. Gələn də qaş-
qabaqları yer süpürür, yuxulu, əzgin görkəmləri  olur,   
gəndalaşların  arasından çıxanda isə gözləri axır, kefləri 
kökəlir, mənə “Brat” deyirlər. “Brat, bizə xiyar verə 
bilərsən?” Mən də xiyar yığıb verirəm, xiyarın pulunu da 
vermək istəyirlər, amma almıram. Narkomanlar da məni 
tərifləyir, canlara dəyən bratan  olduğumu deyirlər.
Bir dəfə  də narkomanlar gələndə ayı bostanday-
dı,   ondan xiyar istədilər, ayı   vermədi,   analarını  
söydü. Onlar  da ayını döydülər.    Bu boyda cəmdəyi 
kiminsə döyə biləcəyini təsəvvür  eləməzdim, arıq, sıs-
qa narkomanlarikicə dəqiqənin içində ayını vurub yerə 
sərdilər,   təpikləməyə başladılar. 
Sonra da pamidor kollarını təpiklədilər, istədikləri 
qədər xiyar yığıb yedilər, birini də yerdə uzanmış ayının 
ağzına verib, getdilər. Yalnız onlar uzaqlaşandan sonra 
ayı yerdən qalxdı, üst-başının tozunu çırpdı. Narko-
manları söyür, onların analarını, bacılarını gözlərinin 
qabağında eləyəcəyini deyirdi.
 Ayıya yaxınlaşıram, deyirəm, nədi,   narkomanlar 
lopunu dağıdıblar?
- Nə…ə? – gözlərini bərəldir.
- Lopunu deyirəm, dağıdıblar!
- Nəyimi dağıdıblar?
- Lopunu! – təkrar eləyirəm.
- Oğraş kazyol! – bağırır.  
Ağzı köpüklənə- köpüklənə məni söyür,   deyirəm
mənim üçün az kişilən, belə hünərin vardı,  gücünü nar-


Rüblük ädäbiyyat därgisi
41
komanlara göstərəydin.  Nədi, boynuna almayacaqsan? 
Elə isə burda kimi yerə yıxıb lopunu dağıdırdılar? 
 Fakt qarşısında qalıb.  Dinmir.   
      
***
Gözlədiyimiz gün gəlib çatır, ayı maşınla xeyli 
yeşik gətirir. Bu gün xiyar-pamidor, badımcan, bibər 
yığmalıyıq, ayı   satmağa aparmalıdı. 
Qəmzəni də gətirib və bu məni xeyli sevindirir. Qadı-
nın gəlişi ilə günün istisində yarpaqları ölgünləşən ağaclar, 
pamidor kolları belə fərəhli   rəng alır, üzə gülümsəyir.
Qadın mənimlə başıyla salamlaşır,   gətirdiyi pala-
zı, samovarı fıstıq ağacının kölgəsinə aparmaqda   ona 
kömək eləyirəm. Palazı sərir, samovarı yandırır. 
- Beynin necədi? – qadın soruşur.
- Yaxşıdı, - deyirəm.
- İşləyir? 
- Hə, - pərt halda deyirəm.
Deyir, mən  sənə görə dua eləyirdim,   beynin  da-
yanmasın deyə, Allaha yalvarırdım. 
Qadının qayğıkeşliyi, halıma yanması  məni 
gövrəldir, amma təkcə beynimlə maraqlanması necə 
olsa mənə toxunur.    
 Hələ tam yetişməmiş, alakal pamidorları plastik 
vedrələrə  yığır, aparıb sahənin kənarındakı yeşiklərə 
boşaldırıq. Pamidorun meyvəsindən başqa hər nəyi 
zəhərlidir, əlim yaşıla boyanır, pamidor kollarının acı 
qoxusu başımı hərləndirir.
Qısa fasilə verib çay içir, sonra xiyar yığmağa 
başlayırıq. Günortaya yaxın yeşikləri doldurur, maşına 
yükləyirik. Ayı deyir,   bunları aparım bazardakı qarda-
şıma verim, uzağı bir saata gəlirəm. 
Maşın sahədən uzaqlaşandan sonra qadın paltar 
sabunu gətirir,  əllərimizi yuyuruq, əllərimizdən yaşıl 
rəngə çalan su axır. Başımı qaldırıb qadını diqqətlə 
nəzərdən keçirirəm, gülümsəyir.  Deyirəm, gedək ora, 
kolların arasındakı balaca talaya.
- Ora  niyə getməliyik? – soruşur.
- Orda sənə bir söz deyəcəyəm.
- Burda de. 
- Yox, orda desəm yaxşıdı, - təkid eləyirəm.
- Başa düşmürəm, - gülür, - niyə o sözü burda deyə 
bilmirsən, gərək mütləq kolların arasında deyəsən?
- Orda sənə bir şey göstərəcəyəm, - mövzunu 
dəyişirəm.
- Nə göstərəcəyini bilirəm, - qadın yenə də gülür.
- Bilirsən?
- Hə.
Əllərini yerə söykəyib, başını arxaya əyərək gülür, 
döşləri deyirsən indicə koftasını yarıb çıxacaq, ağlımı 
başımdan eləyən bu döşlərdən yenə də yapışıb sıxmaq 
istəyirəm, amma qadının hirslənəcəyindən və mənimlə 
ora getməyəcəyindən ehtiyatlanıram. Deyir,  sən yax-
şı  oğlansan, amma ağlın yoxdu. Bax, evlənərsən, ar-
vadına nə istəsən, deyərsən, nə istəsən, göstərərsən. 
Mənimsə ərim var, nə lazımsa deyir, xətri nə istəyirsə
göstərir. 
Qadının  əlindən yapışıram və sanki məni ildırım 
vurur, bədənimdən cərəyan keçir, qadın əlində bu qədər 
istilik olduğunu təsəvvür eləməzdim. Dartıram, deyirəm, 
gedək, hər şey yaxşı olacaq. Gülür, amma ayağa qalx-
mır, deyir, əlbəttə sənin üçün hər şey yaxşı olacaq. Mənə 
qalanda isə məni orda yaxşı heç nə gözləmir.
Hər iki əlindən yapışıb dartıram, könülsüz halda 
ayağa qalxır, dərhal da qəlbimdə ümid duyğuları baş 
qaldırır,      ayağa qalxdısa, yəqin gedəcəkdi. Yarı xoş, 
yarı zor, pöhrəliyə  tərəf aparıram, kolları aralayıb 
özüm keçir, qadını da arxamca dartıram. 
Talaya keçən kimi də şalvarının düyməsini açmağa 
çalışıram, əlini düymənin üstünə qoyub, açmağa imkan 
vermir,   əlini  kənara verir, düyməni açır, şalvarını aşa-
ğı çəkirəm. Könülsüz halda müqavimət göstərir, amma 
şortikini də aşağı çəkməyimə mane ola bilmir, şortiki-
ni də aşağı çəkəndən sonra daha müqavimət göstərmir. 
Əllərini yerə söykəyib, dizlərini də yerə qoyur və ar-
xadan qadını qucaqlayan kimi də  əsim-əsim  əsirəm. 
Lalə nərmənazik idi, bir balaca sıxan kimi, çox öpən 
kimi inciyirdi, amma bu qadın sağlamlıq, gümrahlıq 
rəmziydi, bədənindən od-alov yağırdı, sanki bir topa 
alovu qucaqlamışdım. 
Sonra isə yaşıl çayırların üzərində  bədəninin 
əzilməsinə fikir vermədən arxası üstə yerə yıxıram, qa-
dının ehtiras dolu dodaqlarından, enli alnından, titrəyən 
burun pərələrindən öpdükcə öpür, doymaq bilmirəm. 
Əvvəlcə dinməyən, etiraz eləməyən qadın vaxt uzan-
dıqca təşvişə düşür, məni tələsdirir, tez ol, indicə ərim 
gəlib çıxar. Ara-sıra da başımı əllrinin arasına alıb sı-
xır, beynimin dayanacağından ehtiyat eləyir. 
Qadın   geyinir, daha məni yaxın buraxmır, deyir, 
yaman da yaxşı oldu, belimə azından iyirmi-otuz   çöp 
batıb. Belə desə də, gülür, əslində incimədiyi hiss olu-
nur, öz ürəyincə də olub. Deyir,  sən get çaya, yuyun, 
üstündən iy gələr, ərim şübhəyə düşər. Mən də gedim
samovarı yandırım.
Çardaqdan Lalənin gətirdiyi yaşıl sabunu götürüb 
çaya düşürəm, soyunub elə  təzəcə yuyunmağa baş-
lamışdım, maşın səsi eşidirəm və qorxudan bədənim 
əsir. Uzaqgörənliyinə görə qadına ürəyimdə  təşəkkür 
eləyirəm. Taladan bir az da gec çıxsaydıq, ayı bizi 
birlikdə yaxalayacaqdı.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə