Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

N1(6) mart 2013
56
- Əşi,   baxıb eləmirəm, - ayı pərt halda dillənir.
- Baxırsan, baxırsan, - narkamanlar əl çəkmir.
 Ayı göyərir, qaralır, narkamanların analarını sö-
yür. Narkamanlar da cumurlar ayının üstünə, bu boy-
da cəmdəyi ikicə  dəqiqədə yerə  sərib,  əzişdirməyə 
başlayırlar. Sonra da əl-ələ tutub, yerə  sərələnmiş 
ayının  ətrafında rəqs eləyib dövrə vurur, meyxana 
deyirlər. Mən kitablardan qədim insanların öz ovla-
rının  ətrafında beləcə dövrə vurub qələbələrini qeyd 
elədiklərini, şənləndiklərini oxumuşam. Indi də narka-
manlar qələbələrini qeyd eləyirlər.
Sonra da elə beləcə meyxana deyə-deyə  çıxıb 
gedirlər. Təpəni aşmaq üzrə olanda narkamanlardan biri 
dəstədən ayrılıb qaçaraq gəlir,  şüvərək, arıq oğlandı, 
mənim hesabımla nəyisə yaddan çıxardıb. Bostandan 
xiyar dərdiyini görəndə başa düşürəm, ayının ağzına 
xiyar verməyi unudub. Xiyarı ayının ağzına soxmağa 
çalışır və elə bu zaman  ayı ayağa qalxıb yapışır narka-
manın boğazından. Uy! Bir əliylə narkamanı göyə qal-
dırıb, o biri əliylə də şaxarrayır.   Bir sözlə narkamanı 
çığırdır,   narkaman cüyüldəyir, əcaib səslər çıxardır, tərs 
kimi dostları da artıq təpəni aşıblar, onun cüyültüsünü 
eşitməzlər. Ayı narkamanı havada fırlayır, ilişdirir, gu…
up! Sanki çayda kənd qızları yaş xalı-xalçanı ağacla çır-
pırlar.  Sonda narkamanın cansız bədənini çayırların ara-
sına atır. Narkaman sürünə-sürünə çaya doğru gedir.    
Ayı məni çağırır, deyir, kazyol, ürəyimdən tikan çı-
xartdım, bu oğraşlardan birini mələtdim, o birilərini də 
mələdəcəyəm. Onlar atılıb düşəndə, çardağın ətrafında 
dəli-cinnilər kimi bədənlərini  əsdirib fırlananda, hələ 
bir o iyrənc meyxanalarını oxuyanda   mənə od qoyub 
yandırırdılar. Sən tryapka da onlara qoşulanda isə, elə 
bil ürəyimin başına qızmar şiş soxdular. Hansı gününə 
atılıb düşürsən? Gördün də, öz gözlərinlə gördün, mən 
onlardan birinin anasını ağlatdım, təzədən hər birinin 
anasını ağladacağam. Sənə söz verirəm, onların ayağı-
nı burdan kəsəcəyəm!
Ayaqlarını  kəsəcəklərinə söz verir və  iş bununla 
da bitir,  kəsə bilmir.
Anasını  ağlatdığı narkaman hələ  də çayırların 
arasıyla sürünür, gedib çaya çata bilməyib. Mən onun 
öləcəyindən ehtiyatlanıram, ayınınsa vecinə deyil, 
əksinə, gözləri gülür. 
Narkaman nəhayət çaya çatır, özünü suya salır, su 
onu dirçəldir, ayağa qalxıb yumruğunu ayıya yelləyir 
və çıxıb gedir.
Ayı   gedəndən sonra bostanın kənarında oturub, 
pamidorla narkamanların gətirdiyi araqdan içirəm, 
araq tünddür,  kefim kökəlir, meyxana deyirəm.
Dur, içkinən qadası, 
Vur, içkinən qadası.
Dünya beş günlükdür.
Ye, içkinən, qadası.
***
Ayı hər iki-üç gündən bir kəndlərə pamidor-xiyar 
satmağa gedir, satıb qayıdır, təzədən yeşikləri dolduru-
ruq və ayı yenidən səfərə çıxır.
Səfərdə neçə gün qalmış olsa belə yalnız getdiyi 
günün axşamı Qəmzə yanıma gəlir.
O gecəni   səbirsizliklə gözləyirəm! 
Həmən gün bulağın  ətəyindəki çəmənlikdən bir 
qucaq çöl çiçəyi yığır, səliqə ilə yatağın dörd bir yanı-
na düzürəm. 
Üzümü qırxır, çaya gedib, bədənimi çay qumuyla 
qıpqırmızı qızarıncaya qədər ovur, sonra   yaşıl sabun-
la tələsmədən tərtəmiz yuyunuram. Hətta  şalvarımı, 
köynəyimi, şortikimi də yuyur, qurumaq üçün sahildəki 
böyürtikan kolunun üstünə sərirəm.  
Çardaqda oturub dizlərimi qucaqlayır, gözlərimi 
qaranlıqda  Qəmzənin gələcəyi səmtə dikirəm. Məndən 
olsa  durub qabağına qaçar, onu yarı yolda qarşılar-
dım. Amma görən olar deyə Qəmzə mənə çardaqdan 
düşməyi qadağan eləyib. Hətta o çardağa qalxıb dörd 
bir yanı çiçək olan yatağa uzanana qədər belə mən aya-
ğa qalxa bilmərəm.
Qadın yatağa uzanır, çiçəklərin qoxusunu burnu-
na çəkib ehtirasla gülümsəyir və yalnız bundan sonra 
mənə əl eləyir. Mən də ayağa qalxmadan soyunur,   isti, 
ətirli qadın bədənini qucaqlayıram. Gecə yarısına kimi 
yatmır, ömrümüzün ən gözəl anlarını yaşayırıq. 
Günlər beləcə davam eləyir.
Axşamçağılar arxı açıb bostanı suvarıram.
Səhərlər, gün qızana kimi   qızarmış pamidorları 
yığıram.
Çayda çimir, alça, böyürtikan yeyir, bəzən qıvrım-
saç qıza da böyürtikan yığmağa kömək eləyirəm. Qız 
ona kömək eləməyimə etiraz eləmir, amma əlinə belə 
azacıq toxunan kimi mənə getmək işarəsi verir: “Yeri 
get, alə, nə gündəsən?”
Boş vaxtlarımda günəşlə, küləklə, axar sularla, qı-
zılquşla danışıram.
Günəşdən soruşuram, sən nə   istisən, adamı yan-
dırırsan. Günəş göz vurur, yellənir, sən istidən qorxma, 
deyir, istidən sənə ziyan gəlməz.
Küləkdən hara belə  tələsdiyini soruşuram, sənə 
nə var, deyir, nəyə görə hara tələsdiyimi sənə de mə-
liyəm? 


Rüblük ädäbiyyat därgisi
57
Xətrimə  dəyir, mən sadəcə küləklə danışmaq 
istəyirdim, amma görünən bu ki, külək mənimlə danış-
maq istəmir. Həm də deməyindən belə çıxır sanki mən 
onun əsməsinə mane oluram. Nəyimə lazımmış, əs nə 
qədər istəyirsən, qabağınımı kəsirəm?
Axar sulardan soruşuram:
- Hara belə axırsız?
Sular şən-şən cavab verirlər:
- Dənizlərə, ordan da okeanlara.
Necə də   maraqlıdır,  əlimi indicə toxundurduğum 
bu su dənizlərə axacaq, dənizin şor sularına qarışacaq, 
ordan da okeanlara axıb, okeanın bir parçası olacaq. 
Demək, mən əlimi okean sularına toxundururam.
Qızılquş isə bir qayda olaraq şikayətlənir, ov tapa 
bilmir, quşlar, ilanlar yoxa çıxıb, göylər, çöllər boşalıb. 
Mənim yeməyimə  şərik olmaq üçün saysız-hesabsız 
bəhanələr uydurur. Quş olasan, balaca başınla on beş 
qramlıq beyninlə bu qədər bəhanələr axtarıb tapasan, 
inanılası deyil.
Söhbət eləmək, danışmaq məni bezdirəndə də fıs-
tıq ağacının kölgəsindəki kötüyün üstündə oturur, bala-
ca çobanların, qaz otaran qızların, toy müğənnilərinin 
mahnılarına qulaq asıram. Göy üzü, yer üzü mahnılarla 
doludu, Azərbaycan çöllərində dolaşan mahnıları külək 
dünya çöllərinə doğru qovub aparır. 
Mən bu mahnıların dünya çöllərində də eşidildiyinə 
əminəm.
***
İlk öncə azan səsi eşidilir, bu səs yeri, göyü 
silkələyir, nədənsə mənə axirəti, dünyanın puçluğunu 
təlqin eləyir.
Hava işıqlanandan, qoyun sürüləri yamaca yayı-
landan sonra balaca çoban oxuyur:
Pəri pərvərdigara, 
Pərdəçi ağlar.
Daha sonra narkamanlar oxuyur:
Hədiyə, ay Hədiyə,
Gəl gedək gədiyə.
Bu qayda ilə də davam eləyir. Toy müğənnisi oxuyur:
Arazam Kürə bəndəm,
Bülbüləm gülə bəndəm.
Qaz otaran qız oxuyur:
Ceyranım, ay ceyranım,
Küsmə məndən, ay ceyranım.
Aşıq oxuyur:
Qadir Allah, məni Əzrayıla özün tapşır,
O dağlara qayıtmayınca can vermərəm ölümə 
mən.
Hərə öz mahnısını oxuyur. 
Azançı, balaca çobanlar, narkomanlar, qaz otaran 
qızlar, toy müğənniləri, aşıqlar,  əkinçilər, biçinçilər, 
qərib ellərdə günlərini keçirənlər.
Hamısını eşidirəm, hamısına qulaq asıram, amma 
balaca çobanların mahnıları   mənə daha doğma gəlir.
Bir də  qərib ellərdə günlərini keçirənlərin.
Ən kədərlisi isə aşığın oxuduğu mahnıdı.
***
Azan səsi məni yuxudan oyadır. Sanki yer üzünə 
yox, başqa sivilizasiyaya, başqa planetə  məxsus olan 
bu səs təkcə yeri-göyü yox, məni də silkələyir. 
Allahu Əkbər!
Allahu Əkbər!
Oyanır, daha yata bilmirəm.
Çardaqdan düşüb ocaq qalayıram. Quru kötüyün 
üstündə oturub ocaqdan qalxan ağımtıl tüstüyə,   quru 
odunları yalayan alovun haça dillərinə baxıram.
Dan yeri sökülür, hava işıqlanır. Çöl səslərlə do-
lur.
Çaya duman çökür, dumandan yuxarıdakı yamac-
ları, təpələri, çölləri  buludların arxasından boylanan 
günəş  qızılı  şəfəqlərə boyayır. Qoyunlarını yamacda 
otaran balaca çoban mahnı oxuyur, ara-sıra özü də 
dumanın arxasında yoxa çıxır, səsi də eşidilməz olur, 
bir azdan isə dumanda xəyal kimi görünməyə başlayır, 
səsi   güclə olsa da eşidilir. 
Mənə elə gəlir bu səs balaca çobanın yox, yerin, 
göyün, dumanın, buludun səsidi.
Ayı   maşını bostanın kənarındakı çayırlıqda sax-
layıb düşür, maşından iki-üç addım aralanan kimi məni 
səsləyir:
- Kazyo….ol! Bura gə…əl!
 Az qala yanındayam, amma bağırır. Gedirəm, əlini 
çiynimə qoyur, gözlərimin içinə baxır. Üşənirəm, onun 
gözlərində danadişiləri öldürərkən olan   ifadə var.
- Sənə ölüm haqda düşünmək lazımdır, demiş-
dim?
- Demişdin, - təsdiq eləyirəm.
- Niyə düşünmədin? Sənə lazım olduğu deyilmiş-
disə, demək, lazımmış. 
Sinəmdən dəhşətli ağrı qopur, bıçaqla vurduğunu 
ilk anda başa düşmürəm, yalnız sinəmdəki  alov kimi 
yandıran göynərtiyə görə onun məni nəyləsə vurduğu-


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə