Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

N1(6) mart 2013
58
nu bilirəm. Gözlərimi endirib baxıram,  əlində iri bir 
bıçaq var, bıçağı mənə doğru itələyir. Güc verməkdən 
boğazının damarları şişir. Sonra bıçağı burur, ağrıdan 
iflic oluram.
- Ayı, öldürmə məni, - ona yalvarıram.
- Öldürmürəm.
- Bəs neyləyirsən?
- Ciyərini yandırıram. 
- Öldürmə! Mən yaşamaq istəyirəm, - yenə yal-
varıram.
-  İstə, kazyol, bunu kimsə  sənə qadağan eləyə 
bilməz.
- Göynədir, - inildəyirəm.  
- Sən nə  qədər göynəsən,  mənə o qədər ləzzət 
eləyir.
 Sonra bıçağı  çıxardır, ayaq üstə güclə duru-
ram. Səntirləyirəm, ona deyirəm, mənə çaya kimi 
getməyə kömək elə, çaya getmək istəyirəm. Deyir, 
sənin beynində problem olduğundan həyatı dərk eləyə 
bilmədin, nə olsun ora getmək istəyirsən,  insanın hər 
istədiyi olmur,   olmasını istəyəndə   ölümlə olum ara-
sında seçim eləməlisən. Sən də seçimini elədin.
Əlimi sinəmdəki yaranın üstünə qoyub çaya doğru 
addımlayıram. Köynəyim, şalvarım qandan qıpqırmızı 
olub. Hər addım atdıqca da gözlərimin işığı sönür.
Qızılquş başımın üzərində, yan-yörəmdə uçub qıy 
vurur.
Yıxılma! Yıxıldın, qalxa bilməyəcəksən. Adam, 
yıxılma! Quşbeyin, sənə deyirəm, yıxılma. 
Çaynaqlarını arxadan köynyimin boynuna keçirib, 
məni yıxılmağa qoymur.   Beləcə çaya kimi gedirik. 
Suya girib qollarımı geniş açır, fırlanıb,   arxam 
üstə çayın ortasına yıxılıram.
Qızılquş çaynaqlarını köynyimdən çıxarıb havala-
nır, qıy vurur,  səsi çay boyunca yayılır, həyəcan dolu 
səsi tüklərimi ürpədir.
Sular şırıltı ilə axır.
Balaca çoban dumanın yuxarısındakı yamacda   öz 
mahnısını oxuyur. Onun səsi göydən gəlir.
Sev məni, ay sev məni,
Faytona mindir məni.
Apar eşqin bağına,
Doyunca dindir məni.
Pəri pəri, pərvərdigara,
Pərdəçi ağlar …
Sudan yarpız, xəzəl, bir də hardansa uzaqlardan 
qaraqınıq, qoyunqıran qoxusu gəlir,  qatı dumanın ara-
sından bir parça mavi səmanı görürəm.
Bunlar  mənim yer üzündə  eşitdiyim son səslər, 
duyduğum son qoxular, gördüyüm son rənglər olur.
Beynim dayanır.
Mən ölürəm.   
***
- Ayı…ı…
- Nə var, kazyo…ol…
- Məni niyə öldürdün?
- Səni mən öldürmədim.
- Bəs kim öldürdü.
- Heç kim. Sən özün ölümün qabağına getdin. O 
da səni qucaqladı. Dedi, gəl, kazyol, qoy səni bağrıma 
basım.  
***
 Sahil boyunca uzanan daşlı  cığırla gedir, dalğın 
halda axar sulara  baxırdı.  Qızılquş   alçaqdan uçur, az 
qalır  qanadları onun başına toxunsun.  Quşun qanadla-
rının səsini eşidir, amma xəyaldan ayıla bilmirdi. 
Məni sənin arxanca göndərmək istəyirdi, qızıl-
quş deyirdi,  burda darıxır,  sənin nə vaxt gəlib onu 
aparacağını gözləyirdi. Dedim, Rusiyət çox uzaqdır,   
lap elə getdim, dostunu tanımıram,  necə tapacağam? 
Hirsləndi, dedi, sən yaramaz quşsan, Rusiyətə uça 
bilmirsən, amma kəpənəklər bir qitədən digərinə uçur-
lar. Axmaq söz danışırdı, kəpənəklər beş addım uzağa 
uça bilmirlər, qalıb Rusiyətə uçalar.     
Qızılquş bir anlığa havada qanad saxladı, 
hərəkətsiz halda donub qalmışdı, boz, iti gözlərini ada-
ma dikmişdi. Niyə dillənmirsən, sənə danışıram, sənsə 
səsini çıxartmırsan. Eh, mən unutmuşam, sən quş dilini 
bilmirsən axı.
Quş dilini yalnız o bilirdi.
Onu da ayı öldürdü.


Rüblük ädäbiyyat därgisi
59
Baş redaktorun qeydi:
Təxinən 10 il əvvəlin sözüdür. Radioda işləyəndə 
yanıma 6-7-ci siniflərdə oxuyan qayışbaldır bir uşaq 
gətirmişdilər.  Şeirlərini oxudu. Təəccübləndim. Təzə 
nəfəs idi, hələ desəm, yaşından yekə  şeylər yazmış-
dı. Radioda verdim, amma bu az gəldi mənə. “Ul-
duz” jurnalına da göndərdim. Elə o arada jurnalda 
dəyişiklik oldu. Gənclər vəzifəyə gətirildi. Götürüb ora 
zəng vurdum. Səsindən gənc bir adam olduğu bilinən 
birinə  özümü təqdim edən kimi sevincək dedi: “Bu-
yurun, müəllim, siz pis əsər təqdim etməzsiniz. Seçib 
verəcəyik”.  Həmin uşağın – Alik Əlioğlunun şeirləri  
danışdığım adamın – imzasını yaxşı tanıdığım  Mahir 
Mehdinin kəməkliyi ilə  “Ulduz”da çap olundu, amma 
təəssüf ki, o dərgidən nə    mənim, nə Mahirin, nə  də 
bir çox oxucuların umduğumuz hasilə gəlmədi. Və Ma-
hir bir müddət sonra sözün əsl mənasında qeyb oldu. 
Bu yaxınlarda Kulis.az saytı Mahirin yerini də tapdı, 
şeirlərini də  dərc elədi. Biz də bu istedadlı adamın 
yenidən üzə  çıxmasına sevindik. Saytlardan yığdığı-
mız  şeirlərini təkrar çap edirik.  Doya-doya oxuyun. 
Mahirdən isə  yeni şeirlər gözləyirik. “Bir kitab şeir” 
rubrikamızda görüşənədək.
Gizlin heç nə qalmayacaq
Kaş, səsinə, harayına
bircə adam gələ çıxa.
O da səni yıxıb gedə,
qalasan quruca yerdə,
için sökülə-sökülə.
Kaş, çiyninə baş qoymağa
tək bircə adamın ola.
O da səndən çıxıb gedə…
Dalınca qaçasan sən də
yola tökülə-tökülə.
***
Sevə bildiyimdən artıq
sevə bilmərəm…
Bütün sevgilər
yataqda qurtarır.
Yataqdan başlayır
bütün yalanlar…
Yataq xəstəsiyəm,
sevgim yatağa qədər…
***
Pərdə ayrılıqdı.
Ayırır adamları
bir-birindən.
Pərdə ayırır məni
şəhərlərdən, küçələrdən,
adamlardan, addımlardan.
Pərdənin dalından baxıram
şəhərlərə, küçələrə,
adamlara, addımlara.
Dartıb qırıram
bütün pərdələri.
Sındırıram şüşələri.
Nə qədər, havaxtacan
pərdələmək olar,
pərdələnə-pərdələnə
rəndələmək olar?
Pərdəsiz yaşayaq
bir az da.
Dostlardan biri
tez-tez deyirdi:
«pərdəsiz pəncərə
soyunmuş qadına
oxşayır».
Qoy olsun,
pərdəsiz pəncərəni sevirəm,
soyunmuş qadını…
Yaza bilmirəm,
P O E Z İ YA
MAHİR  MEHDİ


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə