Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

Rüblük ädäbiyyat därgisi
31
məktəb şəkillərimdə sinif yoldaşlarımla 
şəkil çəkdirməmişəm
onların arasına girib gizlənmişəm
hər dəfə 
özümü gözə soxa bilməməkdə qınasan da
mən bilirdim
sinif yoldaşlarım məndən zirək deyillər
sadəcə daha şax dayana bilirlər zamanın üzünə
çəkdirdikləri fotolarda...
beşinci sinifdəydim...
hər gün ağlada-ağlada ayağıma geydirib
məktəbə yolladığın
altı dəlik
dabanı mismarlı
ayaqqabım vardı...
sən o mismarın başına vursan da
ağzına pambıq tıxasan da
bir yol tapıb ayağıma girişirdi
sol tayıydı
sol ayağımı çəkirdim azacıq
mismarın üzündən
razıydım çolaq desinlər
ama mismarı bilməsinlər
mismarı gizli sevgim kimi gizlədirdim
ürəyimə batırdı, ürəyimə...
görmək istəmirəm
əynindəki ağ-qara damalı bu köynəyi
bütün yoxsulluqlarımızın səbəbi kimi
girir gözlərimə
yoxsulluğun bayrağıdır dalğalanır
arıq, sısqa bədənində...
bütün şəkillərində bu uğursuz köynəkdəsən
indi sən öləndə də 
mən səni bu köynəklə xatırlayacam
əynində bu köynək olacaq
cümə axşamları yuxularıma gələndə...
Mövluda
Mövlud, mən ölsəm 
dərddən ölməyəcəm
sevincdən partlayacaq ürəyim...
sevinc adlı o mirət nədisə
mən onu görmədim...
bir gün kətil qoyuram ayağımın altına
asıram özümü
o biri gün 
qaz balonunu açıb buraxıram evə
fısıldaşan ilanlar sarılır boğazımadək...
bir sonrakı gün
damarımı kəsirəm
içində uzandığım ağ vannanı 
qırmızıya boyayıram əməlli-başlı...
Mövlud, mən ölmürəm
ölümü məşq eləyirəm
hələ ki, heç bir ölüm xoşuma gəlmir.
Mövlud, mənə bir kahin tap
Cülyettanın zəhərindən düzəltsin 
içim, cənnətdə oyanım
indi elə bir evdə yaşayıram
bütün pəncərələri
bütün qapıları bir səmtə baxır
üzü günəşə...
günəş evimə elə yaxın ki
pəncərədən əlimi çıxartsam
üzünə toxunacam
mən bir dəfə də onun üzünə baxmamışam...
pəncərələrim də
qapım da olmasa ondan yaxşıdı anlayacağın...
Mövlud, gəlmə
hətta ölmək fikrim doğrudusa da
yetişməzsən...
zarafat edirdim səninlə
qorxma
dərddən ölmərəm mən
ölsəm sevincimdən öləcəm...
ən yaxın dostumla vidalaşırdım sadəcə
elə belə
nə olar nə olmaz
həyata bel bağlamıram mən
insanlar beş dəqiqəlik ayrılarkən belə
əbədilik ayrılırlarmış kimi
ayrılmalıdırlar
Mövlud, gəlmə, yetişməzsən
Bakı-Qazax qatar yolunu çoxdan partladıblar...
o vaqonlardan birində ölmüsən sən...


N1(6) mart 2013
32
İyirmi doqquz yaşıma 
həsr edirəm..
(yaşıdlarım qorxmasınlar, bu yaşda 
qocalmırlar)
qocalmaq istəyirəm
daha saçlarımın 
dənə-dənə ağarmasından əndişələnməmək
dişlərimin bir-bir laxlamasından bezməmək
cavan ölüb getməkdən
uşaqlarımı yetim qoymaqdan 
qorxmamaq  istəyirəm...
qocalmaq istəyirəm
bilirəm onda ölümlər
çox incitməyəcək
mənim olmayan şeylər utandırmayacaq
ağzımda oynayan protezlərim, məsələn...
hələ də modernistsəm  parik taxacam
sadə bir mömin olsam şal
onda ki, qocalmaqdan qorxmayacam
bütün qorxular arxada qalacaq
unudacam gözəlliyimi itirmək qorxusunu...
uzaqgörən falçı kimi 
görmüş olacam
uşaqlarımın gələcəyini
sevimli şəhərimin köhnəliyini-yeniliyini...
bütün həyatım 
oxuyub bitirdiyim kitab kimi
eləcə duracaq ovuclarımda
yenidən oxumaq istərcəsinə
bu kitabı yazanın 
bir az daha uzun yazmadığına 
heyfslənəcəm...
qocalmaq istəyirəm
onda qısqanmayacaq ərim heç bir kişiyə
azad və hürr olacam
əxlaqımda qüsur aramayacaqlar
ah, necə özgür olacam...
qoca nənəm siqaret sümürərdi
acıqlanmazdı atam
siqaret çəkən gənc xanımların əxlaqına 
şübhəsi vardı oysa...
xatırlayıram
gedib-gəlib  “ay sənin birçəyin ağarsın”
alqış edən nənəm bilirmiş
qocalmağın necə gözəl nemət olduğunu...
qocalmaq istəyirəm
küçələrdə azad yeriyə bilən
qadın olmaq istəyirəm
gözəl, ağıllı, namuslu olmağa məcbur olmayan
bir qadın
bir adam
küləyin ətəyini qoparıb-qoparmayacağı 
umrunda olmayan...
artıq təkcə keçmişindən hesab soran
təkcə keçmişinə hesab verən
tək dərdi əriylə qoşa gömülmək olan bir qadın
ağ və qara saçlarımın 
bir-biriylə müharibəsindən bezdim
hər gün birinə haqq verməkdən 
gah qaranı
gah ağı seçməkdən bezdim
qocalmaq istəyirəm
ama gəncliyi qısqanan deyil
gəncliyi qısqandıran birisi kimi qocalmaq
əlbəəttə...


Rüblük ädäbiyyat därgisi
33
(“Bəlkə ancaq gün ərzində hər bir sehrbaz bir, ya iki 
saatlığa xəlvətə  çəkilib qayalıqların, ya da adda-budda 
amma böyük bir ağac boyda bitən kol-kosların arxasında 
yalnız özü-özü ilə təkcə qalırdı. Bu vaxtın adına təkcənəlik 
vaxtı deyirdilər. Bu vaxt onlar üçün müqəddəs vaxt idi...” 
Kamal Abdulla “Sehrbazlar dərəsi” romanından.)
Azad Qaradərəli - Taqorla Eynşteynin məşhur gö-
rüşü var. Eynşteyn soruşur ki, siz dünyanı  kənardan 
müşahidə edən, ona çox da qaynayıb-qarışmayan tanrı ya 
inanırsınızmı? Mən o sualı bir qədər dəyişərdim:  müasir 
dövrümüzdə cəmiyyəti yalnız müşahidə edən, ona o qədər 
də qaynayıb-qarışmayan ədəbiyyatın bir gün öz ye rində 
-  əzəli və əbədi taxtında oturacağına inanırsınızmı?
Kamal Abdullu - Son dərəcə  ağıllı  və son dərəcə 
mürəkkəb bir sualdır. Xırdalamayacağam, çünki uzun 
bir söhbətin mövzusudur bu. Sadəcə belə deyərdim: sən 
deyən məsələlərə çox pessimist baxıram... Mən bu ya-
xınlarda Litvadaydım. Orada Beynəlxalq Kitab Yarmar-
kasında mənim “Seherbazlar dərəsi” romanımın prezn-
tasiyası idi. Min kvadrat metrlik bir ərazi idi, ayrı-ayrı 
keçidlərlə... elə bir yer yox idi ki. Orda kitab olmasın, 
bu ərazi başdan-başa kitablarla dolu idi. Hər yan kitab, 
hər yer nəşriyyatların təmsil etdiyi kitabların satışı... ba-
laca uşaqdan tutmuş böyüklərəcən hamı kitabla nəfəs 
alır. Kimsə oturub nəsə rəngləyir, kimsə kitab oxuyur, 
kimsə kitablara baxır, belə qəribə bir kiniqamaniya – ki-
tab maniyası gördüm orda... o metafora vardı e, “iynə 
atsan yerə düşməz”, mən onun real mənzərəsin gördüm 
orda. Kitaba münasibətin təmizliyi, əlahiddəliyi... bizdə 
kimsə çalışır pul yığsın, kimsə çalışır şəkil yığsın, lit-
valılar kitab yığırlar. Onlar kitab hərisi, kitab vurğunu-
dular, ailəlikcə gəlirdilər o yarmarkaya... bayrama gələn 
kimi... mən həqiqətən də qibtə elədim litvalılara.
A.Q- Dünyanın sanki tarazlıq qanunu pozulmuş ki-
midir. Ədəbiyyat yerini dəyişmiş bu ağırlıq nöqtəsinin 
harasındadır?
K.A-Baxın, yenə litvalılardan danışmaq istəyirəm. 
Litva inkişaf etmiş, kompüterləşmiş ölkədir, amma 
yenə  də onlar əllərini məhz kitaba vurmaq istəyirlər, 
varaqlamaq istəyirlər, kitabın o üzünə, bu üzünə bax-
maq istəyirlər, kompüterdə olmur axı bu... bax onlar 
bu  əşyadan. Bu canlı varlıqdan nəfəs alırlar sanki... 
deyirəm, özüm də, qorxuram ki, inanmayacaqsınız, 
ona görə təkrarlayıram... dillə deyiləsi deyil... dediyi-
niz o tarazlığı litvalılar bu cür görürlər.
A.Q - Ədəbi proses deyilən bir anlayış var. Siz 
buna inanırsınızmı?
K.A - Məncə o ədəbi proses indi yoxdur. Çün-
ki ilk növbədə o ədəbi prosesin olmamasının başlıca 
günahı  ədəbi qəzet-jurnallardadır məncə. “Ədəbiyyat 
qəzeti”ndədir, “Azərbaycan”, “Ulduz” jurnallarındadır... 
Səviyyə çox aşağıdır. Deyim də, mən bir yazı yazanda, 
bilmirəm hara çapa verim. Fikrim çatır, hətta mənim də 
çap problemim var, nə mənada? Adını çəkdiyim qəzet 
və jurnallar o qədər aşağıdadır ki, mən onlarda çap 
olunmaq istəmirəm sadəcə... Ümid qalır “Kulis”, “Kult.
az” kimi saytlara, bir də “525-ci qəzet”ə...
A.Q - Amma fakt budur ki, “Sovremennik”dən 
üzü bu yana ədəbi proses həmişə  qəzet-jurnalların 
ətrafında yaranıb, inkişaf edib? Bizim “Ədəbiyyat və 
incəsənət”, “Azərbaycan” qəzet-jurnallarımız da bir 
zamanlar ədəbi prosesə təsir edə bilirdilər... Tənqid də 
bu sahədə öz sözünü deyə bilirdi...
K.A - Bəli, bəli. Bizim o dərgilər, “Novıy mir” jur-
nalı və sair varıydı və ədəbi proses də belə formalaşırdı. 
İndi sadəcə mənim 5-6 dostum var, yazdığımı verirəm 
onlara, oxuyub, fikirlərini bildirirlər, bu da olur ədəbi 
prosesə  bənzər bir şey... Bilirsiniz, indi tənqidi, təhlili 
qarışıq salırlar... Biri oxuyur, əsəri başa düşmür, başlayır 
onu tənqid etməyə, bunun adını qoyurlar tənqid... Tənqid 
yazıçıya deyil, oxucuya hesablanmalıdır. Yazıçıyla, 
əsərlə oxucu arasında bir növ araçı olmalıdır tənqid... 
Təəssüf ki, bizdə tənqidi ancaq pisləmək və qaralamaq 
ƏDƏBİYYAT  SÖHBƏTLƏRİ
 YAZIЧI KAMAL ABDULLA   
QONAĞIMIZDIR


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə