Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Rüblük ädäbiyyat därgisi
25
hamısında gülər görüm üzünü
gülən xatırlasınlar səni indi və həmişə...
silahını bir yana qoy
fotoqrafa tuşlama
sənə milyonlar baxacaq
milyonlara tuşlama... 
yoxsa silahla rəsmini çizəcək rəssamlar
heykəlini yonacaq heykəltəraşlar
şəhərin baş küçəsində...
silahla çıxma uşaqların qabağına
qorxudarsan
varsın silah nədi bilməsinlər
silahların gərək olmadığı zamanlarda
qəhrəman olmağı öyrənsinlər...
gün gələcək
döyüş maşınları
bütün silahlar 
tarixin bir köşəsində
muzey əşyalarına çevriləcək
qılınclar, qalxanlar, dəbilqələr kimi...
əlindəki oyuncaq avtomatla 
qəfil qarşısına çıxanda oğul balalar
qorxmayacaq analar
silahların bir də heç vaxt 
işə düşməyəcəyinə əminliklə
gülüb keçəcəklər...
gülümsə, qəhrəman
rəngli olsun bu şəkil
yaşıllıqlar içində 
üzün çiçək kimi açsın
əgər son fotodusa da
bu foton sənin
sülh naminə savaşdığının sübutu olsun!
  Nazlı bəbə
səni  əllərindən tutub 
gələcəyə aparan böyüklər
ayaqlarından tutub keçmişə çəkəcək sonra
nazlı bəbə
bir yerə qədər
bir yer var orda
“dur!” işarəsi göstərəcəklər sənə
bu  işarənin altındakı tıxacda
sıxılacaq ürəyin
acı bir təəssüf hissi gəmirəcək beynini
nazlı bəbə
sən hələ qığılda
böyü
böyüməyə davam et
hələ kimsə böyüməyə qadağa qoymadan
böyü,
sığma dörd yanı barmaqlıqlı beşiyinə
barmaqlıqlar hələ çox olacaq
zaman dar
nazlı bəbə
səni azad etsəm
hara gedərsən?
məni azad etsələr
getməyə yerim yox...
yalançılar,
hanı dünya böyük
kainat sonsuzdu?!
Pəncərə
qarşı küçədən baxan pəncərə
nə kədərlisən
bəbəklərin islanmış
kirpiklərin pərişan
çocuqluğumda çəkdiyim
rəsmlərdən çıxmısan
ordakı kimi tənhasan
axşamkı yağışdan sonra
bu səhər də
qadınlar əllərində dəsmallarla
silməyə qoşmuş
sevgili pəncərələrinin göz yaşlarını
qadının yoxmu
anan yoxmu
bacın yoxmu
qarşı küçədən baxan pəncərə
nə kədərlisən...
Sevgidə kompleksli qadın
   sevimlim Yıldız Tilbəyə ithaf...
 
bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...


N1(6) mart 2013
26
ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.
küsdümsə,
əyilir üzüm
çatılır qaşım
yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...
hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...
yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi yəqin...
indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm 
əvvəlcə...
Xocalıdan sonra
Xocalıdan sonra 
Gecələr gecə olmadı
Qaranlıq zindan oldu
Xocalıdan sonra 
Çox qar yağdı
Heç birində əylənə bilmədik ürəyimizcə
Yağan hər qar yağışı
Xocalını xatırlatdı
Orda öldürülən uşaqların qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı inan ki...
Körpə balam
Təkcə qocaları
Uşaqları 
Qadınları 
Kişiləri öldürmədilər
Insanlığa inamımızı öldürdülər
Sabaha, 
Hər şeyin yaxşı olacağına
 inamımızı güllələdilər...
Özümüzə inamımızı vurdular
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər
Xocalıdan sonra
Xəbər gəldi ki
Mingəçevir SES-ni partladacaqlar
Su basacaq kəndimizi
“görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı ölümün 
pəncəsindən?!”
Eşitmişdim atam əmimlə dərdləşəndə  
 Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim
Hələ də öyrənə bilməmişəm...
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu  şeylər göstərirlər
Yenə Xocalını göstərirlər
Xocalıdan sonra
Dayımı gördüm televizorda
Həyatında ilk və son dəfə televizora düşmüşdü
Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:
“bacı, baxarsız ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında”
Uşaq ağlımla sevinmişdim
Özümü indi də bağışlamıram
Sən baxma televizora
Körpə bala
Sən oyuncağınla oyna
Inamla böyü
Televizorda gördüklərin səni qorxutmasın
Xocalıda insanlar insanları öldürmədi ki...
Heç adam da adamı öldürərmi?!


Rüblük ädäbiyyat därgisi
27
Sənin kimi  mənə də
Öyrədilən  ilk kəlmədi “cızza!”
Yəni, “əlin yanar, toxunma!”
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora
Üzünü o yana çevir
Cızza!!!
Əmanət
Allahım, 
nə gözəl yaratmışdın məni
baxanların dili tutulurdu
heyrətdən səni çağırırlardı:
“Ay Allah, bu nə qəşəngdi?” deyə...
tombul-tombul  əllərim vardı
nar qırmızısı yanaqlarım
üstünə iz düşməmiş qar kimi
yumşaqdım
kövrəkdim
danışa bilmirdim
amma gözlərimlə
bədənimlə
varlığımla
hayqırırdım qorxularımı
onlarsa ağzıma əmzik basırdılar ki, susum.
Allahım, 
gör məni kimlərə əmanət etdin?
döyüldüm
incidildim
ac buraxdılar
haqqıma əl qoydular
əzdilər sinək kimi...
o insanlar ki, 
çağalığımda mənə yaman həvəsiyirdilər
yanağımı dartırdılar
burnumu sıxırdılar
toppuş əndamıma şappıldadırdılar
“ay səni Allah saxlasın” deyirdilər
yaxalarını kənara çəkirdilər
gör məni nə hallara gətirdilər?
qudurtdular  
dişləyən quzğun köpəklər
bir də baxdım  
bütün şəkillərimdə boynubükükəm
bir də baxdım  
adam öldürmüşəm
qatiləm
bir də baxdım 
qan damır gözlərimdən
bir də baxdım  
cinlər ölkəsindəyəm
əmanətinə xəyanət etdilər, Allahım
daha körpələri heç kimə əmanət etmə
özün muğayat ol.
Gender problemi
ey insanlar
heyvanlara da
dişi-erkək adları verməyin
gender problemi soxmayın 
bir də aralarına
yazıqların bir sürü dərdi var
istisi
soyuğu
aclığı
susuzluğu
dünyanın hər cür halı var...
qadınlarınız oğul doğarkən
sevinirsiz
qoyunlarınız dişi doğarkən sevinirsiz
əcaib adamlar
qəribə adamlar....
nə oldu, 
aslandan qorxdunuzmu
dediniz:
“aslanın erkəyi, dişisi olmaz”
insanı sevib də
“insanın qadını, kişisi olmaz”
deyə bilməzsinizmi?
2012-nin şeiri
mən  quş olmalıydım
həm də qu quşu olmalıydım
yumurtalarımı belə
özgə quşların yuvalarında 
yumurtlamalıydım
mən havanın qızıyam
torpağın yox


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə