Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə8/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

Rüblük ädäbiyyat därgisi
19
Sevin nənə, babam öldü!
sevin nənə, sevin
babam  öldü...
azadsan indi 
amma baxıram
qandallar biləklərinə yerimiş
bədəninin əzası olmuşlar
açsan belə qopmazlar
uzun zaman ötmüş 
ta altmış il
sən də ömrünü bitirmisən
sevinmə nənə, sevinmə...
heç bilmək istədinmi
necədi dadı dodaq boyasının,
ətri necədi? 
baxdınmı güzgüdə
əndamının necə göründüyünə
ərinin gözlərini necə oxşadığına
yoxsa körpə qızım kimi sən də 
çılpaq bədənindən qorxmusan həmişə?
üşütməsin deyə bükülən ayaqları 
açığa çıxanda 
qorxudan bağırırdı uşaqcığaz... 
“doğduğum uşaqların taleyi necə olacaq”
-deyə sordunmu bir dəfə 
kötəkləyərək sevən ərinə
doğmaq üçün medal verən
hökumətə?
yox, 
sevinmə nənə, sevinmə...
sənin qızların dikdaban geydilər
azacıq boyları artdı sadəcə
ərləriylə uzlaşdı boyları.
dodaq boyası sürdülər
kirşan yaxdılar
gözlərinə qaralar çəkdilər
ərlərindən yedikləri kötəyi gizləsinlər deyə
 heç nə dəyişmədi ki...
sevinmə nənə, sevinmə...
daha sənə qışqırmayacaq
acıqlanmayacaqlar
nə kötək, nə danlaq
izin almadan gedəcəksən
oğlunun, qızının evinə
sevin nənə,
babam öldü! 
babamın adı nə idi, bilirdinmi?
ya sənin adını bilirdimi o?
gözümü açandan sən onu “ədə”
o, səni “az” deyə çağırıb...
daha qarğış eləmə
nə də goruna söymə
olan oldu, nənə 
keçən  keçdi.
Doğum günü
doğum günlərində
yandırılan şamları
o şamları üfürməyi sevmirəm
mənə ölümü xatırladır şam
mən də sənin kimi 
dəyişik keçirmişəm
 ayağıma çəkələklərimi
tərs  geyinmişəm paltarımı
güzgünün qabağında 
oynamışam səhər-axşam
böyüməyə çalışmışam
balacam...
məni təkrar etməyin
hüznlü mahnılara kövrəlməyin
qorxulu nağılları sevməyin
gəlmir xoşuma
mənə bənzəməyin gəlmir xoşuma
sənə çətin olacaq, balacam...
bayramlarda yandırılan
 şamları sevmirəm
“kimin şamı gec sönəcək” 
sınamasını sevmirəm
sevmirəm şam qoxusunu, sevmirəm...
sənə ad günü keçirməyəcəm
yaşını bilmədən yaşayasan
bax bu ağaclar kimi
uçan quşlar kimi
balıqlar kimi
yoxsa bu nədir, nə
hər il qalan həyatının 
hesabını aparasan
uşaq çöplərlə hesabı öyrənən kimi
şamlarla sayasan 


N1(6) mart 2013
20
yanıb keçən illərini
incimə, quzum
şama verdiyim pula
bir cüt sancaq alaram
taxarsan saçlarına... 
  Burdakı qadınlar
burdakı qadınların 
əlləri çatlaq-çatlaq olmuş
pambıq tarlalarında, taxıl zəmilərində
reklam olunan əl kremlərindən 
ən ucuzunu belə 
almağa pulları yox…
gün işığından kiçilmiş gözləri
ürəklərindən aşıb-daşan sevgilərini 
ifadə etməyə yetmir
ovuclarının içi kişi əlindən sərt
qoxlasan saçdıqları yeganə ətir
körpələrindən hopmuş üstlərinə
“məsumiyyət” qoyaq  ətrin şərti 
adını istərsən... 
dodaqları qupquru
öpüşə həsrət
sevgiyə həsrət
cadar-cadar
dodaq boyası sürtməzlər
kobud bir sillədən
partlayan ağızlarının qanıyla
boyanar dodaqlar
bir göz qırpımlıq
yığıb-büküb mavi bir yaylığın arxasında
gizlədilən saçları
bir kobud əl həmləsiylə
açılıb-saçılar
tökülər qara tellər ağ alınlara
onda o kobud əl özü də bilmədən
gözəlliyi artırar
yalnız o zaman
bircə anlıq
qadınının gözəlliyinə inanar
əlin sahibi əlini saxlar
burdakı qadınlar gözəllikləriylə deyil
namuslarıyla öyünərlər
gözəl olmağa həvəsli də deyillər
“gözəl olunca bəxtim olsun”
“gözəlin ağlı olmaz” –deyə
təsəlli edərlər özlərini
indi sənə uzaq ellərdən yazıram
paytaxtlı dostum
burda qadın olmağın bir ayrı zövqü var
burda həyatın özüylə
yağışın özüylə
günəşin özüylə
çarpışır qadınlar
bir köşəyə öturub
heç vaxt rənglənməyən saçlarının 
gün işığından ikiyə bölünmüş uclarını
bir-birindən ayırırlar usanmadan…
yayın cırhacırında 
corab geyinirlər ki,
dabanları korlanmasın 
tozlu-torpaqlı kənd yollarında
şəhərli qadınların dabanlarından 
geri qalmasın
bir gün
bir zalım gün
sevimli ərləri
o şəhərli qadınların
bəzəkli kuklaların dalınca
getməsinlər deyə…   
Bilmədiyim çox şey
bacarmadığım o qədər şey var ki,
mənim balam...
Allahın bir cüt təkərli konkisini
ala bilmədim bu yay
sən də özünü göstərəsən yoldaşlarına,
 məsələn...
bacarmadığım işlər çoxdu, çox...
mən hələ doğru-dürüst ağlamağı bilmirəm
utanmadan oynamağı 
sərhəd qoyuram iki gülüşümün arasına
bir-birinə qarışmasın deyə
biri artıq biri kəm olmasın deyə hesab aparıram...
xahiş eləməyi
kimdənsə bir şey istəməyi
bilmirəm
utana-utana sənə izn alıram müəllimindən...
mən hələ çox şeyi bilmirəm...


Rüblük ädäbiyyat därgisi
21
üzməyi bilmirəm
sudan qorxumu gizlətməyi bilmirəm
bu üzdəndi filmlərdə uşaqlarını
boğulmaqdan qurtaran ata-analar görəndə
qorxuyla sənə sarılmağım...
yalan deyəndə qızarmamaq əlimdən gəlmir...
gözlərimi eynəyin arxasında belə
gizlətmək dünyanın ən zor işi mənimçün...
müəllimini  tərifləyə bilmirəm
sinif yoldaşlarının ata- anaları kimi...
bu üzdən sıxıntın var həmişə
gizlədə bilmirəm içimi ağrıdan şeyləri
üzünə deyirəm dostlarının, müəllimlərinin
mən olmayanda acığımı səndən çıxırlar...
mən hələ çox şeyi bilmirəm, balam...
mən bilmirəm durduğu yerdə 
adama necə hədiyyə alırlar
başına iş gəlməyibsə 
cibinə necə pul basırlar...
hələ sənin xətrinə
dişimi –dişimə tutub öyrəndiyim 
bir para şeylər var...
müəllimlərinin səhvlərinə göz yummağım 
sənin xətrinədir həmişə...
onlar sənə yalan deyəndə 
yalanlarını çıxarmamağım...
çünki o yalanlar hamının 
həqiqət bildiyi yalanlardır
mənim balam...
sən o yalanlara inandıqca rahat yaşayacaqsan
gecələr yuxun
gündüzlər dincliyin qaçmayacaq...
mən çox şeyləri bilmirəm, mənim balam
hər şeyi bildiyimə inandırma özünü
qəlbin inciməsin 
sarsıldıqca inamın...
səhvlər buraxdıqca mən
düşməyim  gözündən
hər kəsin bilmədiyi şeylər var dünyada
başqalarının da bacarmadığı çox şey var ki
mən bacarıram
səni barmaqlarımın ucunda 
qaldıra bilirəm tavana qədər, məsələn
müəlliminin tapşırdığı 
vətən, millət mövzularında
yaxşı inşalar yazıram...
sən indi nə gözünün müzüyünü tökürsən
bir məsələni həll edə bilmirsən deyə...
çox böyük iş olub, pah!
öyrənərsən...
gördünmü bilmədiyim
öyrənməli olduğum nə qədər iş saydım sənə?!
Barış
Sən mənə bir dəfə aldandın cəmi
Mən isə... mən isə...hər addımbaşı
Götür qoy alnımın tən ortasına
Şeytanın evinə atdığın daşı
Daha Adəm olma, insan ol, insan
Mən Həvva deyiləm, qadınam çoxdan
Daha cənnətin yox itirməyə də
Səni Allah atdı, mənisə şeytan.
Mən səni itircək ağlaya bildim
Mən sənlə sevinmək,gülmək öyrəndim
Hər addımda səni təkrar elədim
Yaşamaq öyrəndim, ölmək öyrəndim.
“Şeytanım”  deyərək, əzizləyirsən
Gah da “Şeytan!” deyib qovursan məni
Bilmədim sevirsən, nifrət edirsən
Nə götürürsən, nə qoyursan məni...
Yol da cəza kimi uzandı getdi
Ulduz tək işarmır heç mənzilbaşı
Tanrı məni sənə əmanət etdi
Al məni çiyninə, cənnətə daşı.                    
Ay ana, gəl!
mənə kimsə  dua etmir nə vaxtdı
üstüm açılanda üstümü örtmür
eybim görünsə eybimi örtmür!
yastıq düzmür divarlarla arama
divarlar toxunmasın soyuq əlləriylə...
başımı buz kimi pəncərələrdə  
unuduram tez-tez
səsləmir kimsə
kədərin içindən çəkib almır...


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə