Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   ...   77

N1(6) mart 2013
12
Redaksiyadan:
Ustad yazıçımız, bir çoxumuzun müəllimi olmuş 
Sabir Əhmədlinin arxivində hələ çoxlu çap olunmamış 
əsərlər var. “Yazı” böyük nasirin ailəsi ilə əlaqə sax-
layaraq onun arxivindən çap olunmamış əsərlərindən 
nümunələr istəmişdi. Onlar bizə iki hekayə  təqdim 
etmişdilər. Birini dərgimizdə oxumusunuz. İkinci 
hekayəni təqdim edirik.
SABİR  
ƏHMƏDLİ
GÖR-GÖTÜR DÜNYASI
(hekayə)
Dava bitəndən sonra, uzaq ölkələri – Avropanın 
ne çə  şəhərini görmüş, Almaniyanı basıb-bağlamış 
doğ ma yurda qayıdıb gəlmiş  oğlanların, kişilərin iş-
güc dən yana o baş-bu baş idarələrə addımlamağını 
gör mək ürəkləri coşdururdu. Uşaqlar onları gözdən 
qoy mur,  yeniyetmələr həsəd aparırdılar. Bir cıqqılı 
qə sə bə dən gedib, uzaq-uzaq diyarları görəsən, sağca 
qayı dıb gələsən evinə. O vurhavurdan, o çarpışmadan 
sonra, burada, kiçicik bir obada onlara layiq iş tapılma-
yacaqdımı? Hələ ev-eşikdə dolanır, yeyib-içib dincəlir, 
hərbi libaslarını geyib, orden-medalları döşlərində par-
laya-parlaya Çinar altında, Bazarbaşında dost-tanışla 
əhvallaşır, başlarına gələnnən, davadan, Almaniyadan, 
Avropa şəhərlərindən söhbət açırdılar.  
Bunların arasında bir oğlan vardı, hamıdan yara-
şıqlı, ötkəm idi. Ayaqlarında uzunboğaz çəkmə, yum-
şaq dəridən, düymələri qızıl tək parlayan köynək, enli 
kəmər, başında bir papaq vardı, bir elin yaraşığı. Bu, 
kazak papağıydı, iri, dəri papağın üz çevrəsi qırmızı, 
xara məxmərdi, üstdən çal-çarpaz ağ zeh tikilmişdi. 
Döşündə orden, medal oynayırdı.  Əskər geyimində, 
kazak görünüşündə görünmək necə də fərəhli olsa da, 
ilk günlər qəsəbə arasında göründükdən sonra, çəkildi 
evinə, həyətinə. Atası davadan qabaq rəhmətə getmişdi, 
bir özü, bir bacısı, bir də anasıydı. Qoyub getdiyi köhnə 
mülkə diqqət elədi, dib-dəhnədən gözdən keçirdi. Bir 
gün o, əskər paltarını soyunub, fəhlə geyimi geydi, ora-
dan, əskərlikdən bir kombinzon gətirmişdi,onu geydi. 
On qom gömgöy qarğı gətirtdi. Həyətin çəpəri sökülüb 
tökülmüşdü. Obaşdan qalxdı, köhnə çəpəri aşırıb, yerə 
qoyub,  əvəzinə bir elə çitəmə çitədi ki, baxanın ağlı 
gedərdi. Gömgöy qarğı-qamış çitəmənin kəndlərdəki  
çal-çəpərə heç bir bənzəyişi yoxdu.
Bu  əskərin dolanıb gəldiyi ölkələrdə, bəlkə  də, 
bizim Arazbardakı  təki  şam, qamışlıq yoxdu. Onlar 
çitəmə hörə bilməzdilər. Qamış ayrı cür, elə bir səliqə 
və gözəlliklə toxunmuşdu ki, onu bir kimsə  bu sayaq 
çitəyə bilməzdi. Həyət-bağça bir zümrüd haləyə salın-
dı. Sonra keçdi artırmaya, səkiyə, darvazadan kanda-
racan gələn cığıra. Yaxındakı çaylağın daş-qəmbərilə 
buranı da büsbütün döşəyib, elə  səliqəyə saldı ki, bu 
arada, məhəllələrində  nə elə  cığır vardı, nə  səki. Bu 
işləri görüb bitirdikdən sonra, bir səhər həyət qapısında 
dayanıb baxdı atadan qalma evin dam-divarına.
İki otaqlı mənzil, aradan dəhliz keçirdi. Həyətin ge-
risi, qabağı güllükdü, yaşıllıqdı. Bunlara hələ toxun ma-
dı. Evin səmti, baxışı onu açmırdı. Qolunu çırmayıb gi-
rişdi evin kəllə divarına. Oradakı pəncərəni söküb qoydu 
yerə. Onun əvəzinə pəncərə yerinə bir qapı bağladı, taxta 
çərçivəsini özücə həyətdə qurduğu dəzgahda rəndələdi, 
yondu, geydirib  bitişdirərək qoydu o pəncərənin yerinə. 
Beləliklə, pəncərə qapı ilə əvəz olundu. Kandarı düzəltdi. 
Arada bir çətinlik ortaya çıxdı. Ertəsi evin bu biri divarı-
na kecəndə kərpiç ovuldu, uçub töküldü yerə.
- A bala, özünə iş açdın. Oturmuşduq, dam-divarı 
yer-yerində evdi, nə olub buna axı?
Divarin uçub tökülməyi,onun üstdən taxtapuşun 
da  əyilməyi ananı, bacını qorxuya salsa da, davadan 
sağ-salamat qayıtmış yaraşıqlı oğulun könlünə toxun-
madılar, qoy görək indi neyləyir.
Mehman oğlan həyətdə palçıq qatdı, kərpiç kəsdi. 
Yayın qızmar günüydü, ana, bacı günlərini eşikdə 
sovurdular. Evə girmirdilər. Çörəklərini də  həyətdə, 
qızılgüllərin talvarı altında yeyirdilər. Payız gəlib, ya-
ğışlar başlayınca beləcə, çölçülüklə yaşaya bilərdilər.
 Kərpiçlər qurudu, Mehman uçub tökülmüş divarı 
hörməyə başladı. Qədim mülk ayıbalası çiy kərpiçdən 
tikilmişdi. Evin baş divarını da özünün palçıq qatıb 
USTAD  DƏRSLƏRİ – YAZIЧININ  ARXİVİNDƏN


Rüblük ädäbiyyat därgisi
13
çərçivəylə  kəsdiyi kərpiçdən hördü, qaldırdı taxtapu-
şun altınacan. Sonra keçdi arxa divara.
Bala, ora yaxşıdı,- anası dilləndi,- hələ ağrı-acı ca-
nından çıxmayıb, özünü incitmə. Sağ gəlmisən, canına 
qulluq elə!- Davanın havasına qızışma!- demədi.
Oğlanın qurub-yaratmaq, dəyişmək həvəsi gün-
gündən qızışırdı. Bir gün hördüyünü o biri gün sö-
küb qoyurdu yerə, o biri gün başladığını  aşırıb bir 
baş qa hörgünün himini qoyurdu. Hamısı başa yetib 
düzəlhadüzəldə, yadına nə düşür, gözünün qabağına 
harada, hansı ölkədə gördüyü ev, bağça, həyət gəlirsə, 
yenidən başlayırdı.
Qurban olum, tay dəymə,  əlin-qolun ağrımasın. 
Dədəyin mülkünü  əməlli-başlı suyuma saldın,- deyə-
rək, qızılgüllü talvarda simavar qaynadan anası oğlunu 
da nışdırmaq istədi.
Bir səhər yuxudan sava qalxmış ana-bala gördülər 
ki, oğlan qalxıb dama, taxtapuşu götür-qoy edir.
Qızın hövlnak olduğunu görüb ana yalvardı: - Tay 
dinmə, keçib, qoy nə bacarır, eləsin.
Taxtapuşun qabırğaları, sallamalar büsbütün işdən 
çıxıbmış. Əl dəyən təki qopub çökmüşdü. O, çürümüş 
sallamaları, nazik, cansız taxtapuş qabırğalarını söküb 
qurmağa, düzəltməyə başladı.
Səhərlər anası gözəl çay dəmləyirdi. Gül mürəb-
bəsindən qənddanlara töküb qoyurdu gül kolunun al-
tında, taxta masada açdığı süfrəyə. Təndir çörəyi,  şi-
rin çay, pendir. Yeyirdilər, içirdilər. Oğlanın fikri-zikri 
daş-divarda, pəncərələrdə idi. Tezcənək qalxır, başla-
yırdı quruculuğa. Onun o üzdəki təpəcikdən qazıyıb 
gətirdiyi, çarpayının dəmir torunda xəlbirdən keçırdıyı 
torpaqdan palçıq qatıb kəsdiyi kərpiçlər yaxşı quruma-
yıbmış. Divarın bu birinə keçəndə yandan çökdü...
İşin ağır getməyini görüb  bacı və ana da qoşul-
maq istəyirlər.
Mən yüz evi alt-üst dağıdıb gəlmişəm. Burada bir ev 
tikəcəyəm uçurduqlarımın əvəzinə. Dəftər, qələm götürdü, 
çəkdi, pozdu. Bir dəftəri cürbəcür ev şəkilləri, cizgilərlə 
bütüncə doldurdu. Birində evin qənşəri, o birində arxası, 
birində qoşa pəncərə, birində qapı, dəh liz...
Səhər obaşdan başlayır, axşam toran qovuşana-
can  əlləşirdi. Gündüzün gün işığında çatdırıb görə 
bilmədiyini gecələr elektrik lampasının gur şöləsində 
görürdü. Şunuru uzadıb çıxarmışdı eşiyə, asmışdı hey-
va ağacından, birini də qaldırmışdı dama.
Gecə ana-bala üstüaçıq otaqda yatır, pıçıldaşırdılar:
- Payız gəlir. Yağışlar başlayacaq. Mehman bizi 
damsız qoymasa yaxşıdı.
Davadan dönən igid oğlanlardan birinin ona elçi 
düşəcəyi günün həsrətilə qovrulan bacı dörd il üzünə 
həsrət qaldığı sevimli qardaşının könlünə toxunmaq, 
onun qolunu soyutmaq istəmirdi. Qardaşı anasına, ba-
cısına  iki çamadan təpili ərməğan, sovqat gətirmişdi. 
Bacısı özləri üçün də seçib götürmüş, ərgən qardaşının 
hələ bilinməyən sevgilisi - gəlinləri üçün də ayırmışdı. 
Bacısı geyinib çıxanda  əyin-başı davadan sapsağlam 
qayıtmış qardaşının başındakı kazak papağından az 
heyrət oyatmırdı.
Qoy evləri də ürəklərincə olsun. Görünür, əskər 
orada, Germaniyada gördüyü evləri, imarətləri unuda 
bilmir. Köhnə daxmanı gördüklərinin çeşidinə salmaq 
istəyir qardaşı. Daha yaxşı,  əyin-baş  təki ev-eşik  də 
qəşəng, gözəl olsun. Hər gün yenidən söküb, yenidən 
qurur,yaradırdı
Qənşər divar çat verdi. Görünür, bunun palçığına 
saman az qatmışdı. Samandan xoşu gəlmirdi. Evin, 
insan yaşayan binanın divarından saman, küləş gö-
ründü, oldu tövlə. Sök qoy yerə!- dedi. Gecə-gündüz 
qəsəbənin yalındakı sarı torpaqdan əl arabasında daşı-
mağa başladı. Palçıq qatdı, kombinizon-şalvarın balaq-
larını dizinə çırmayıb bütün günü palçıq ayaqladı. Bacı 
da qardaşına qoşuldu.
- Çiy kərpiç çirkin şeydir,- dedi. Avropada evlər 
bişmiş  qırmızı  kərpiçdən tikilir. Poladdan möhkəm 
olur. Min ildə bircə qəlpəsi qopmur. Yaraşıqlı, qəşəng 
olur. Bişmiş  kərpiçlə evi istədiyin qurluşda tikib, 
cürbəcür naxış hörə bilərsən,- anasını, bacısını başa sal-
dı. Təndirxanaya göz qoydu. Bir yaxşı təndirləri vardı, 
dədə-babadan qalma, qədim ustalar tikmişdi. Oğulun 
külüngü  yönəldi təndirxanaya. Bacısı işdən qayıdanda 
gördü güllüyün o yanındakı təndirdən bircə kalafa qa-
lıb. Qardaşı təndirin bişmiş kərpiçlərini söküb, ondan 
bir kürə hörmüşdü. Ana baxdı qıza, qız baxdı anaya. 
Doğrusu, ölkələr, dünyalar görüb qayıtmış övlad işə 
elə can-başla, düşüncə ilə girişmişdi, ana, qız onun qu-
ruca yerə çalışıb-çarpışdığını  ağıllarına gətirmirdilər. 
Əl-qol, ayaq, baş, bütün vücudu bu əsgər oğlanın  cəlb 
olmuşdu evin yenidən qurulmasına, ata yurdunun kök-
köməşli, başdan-binadan abadlaşdırılmağına.
Qonşu uşaqlar, qız-gəlin qarğıları aralayıb, çəpər 
başından boylanıb tamaşaya başladılar. Gülpəri xalanın 
həyətinin bu  yanından tüstü qalxır, göyə millənirdi. 
Dedilər bəs burada bir zavod açılıb, indiyədək görün-
məmiş qəza baş vermişdir. Doğrusu, elə o sayaqdı. Bu, 
bütün mahalda ilk kərpiç zavodu idi.
Uzun illər bir evin, bir məhlənin çörəyini bişirmiş 
təndir kərpiçlərinin üstünə bu dəfə Mehmanın səliqə ilə 
qəlibdən çıxardığı  kərpiçlər düzüldü; qaydasını, sah-
manını oxuyub öyrənmişdi. Nə sayaq bişirmək gərəkdi 
kərpiçi.  İlk kərpiçlər dava illərinin qara qalacları  təki 
çıxdı, çat-çutu vardı, ovulub töküləni də. Qıraqda soyu-
yandan sonra oğlan kürədən cıxmışı qoşa əlində götürüb, 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə