Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə3/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   2   3   4   5   6   7   8   9   ...   77

Rüblük ädäbiyyat därgisi
7
Azərbaycan miflərlə  zəngin ölkədir. Mifologiya 
canımızda, qanımızdadır. Elə torpağımız da mifik bir 
gücə malikdir. Ona görə zaman-zaman bura – miflər 
ölkəsinə    başvurular çox olub. İskəndər də, Keyxos-
rov da, Pompey də, nə bilim daha kimlər, kimlər... 
Bəlkə uzun illər bu torpaqda sirli bir qoxu duymuşdu 
bu yadellilər? Nə bilim? O sirli qoxu sonra neftə dö-
nüb baş bəlamız olanacan, daha bir sirli qoxu da vardı 
bu torpaqda: poeziya adında. Uzun zaman bizimlə yad 
dildə danışan  şairlərimiz bu sirli varlığı Quran qədər 
sevdirmişdilər hökmdarlara da, rəiyyətə də.(Elə Quran 
da şeirlə yazılıb axı, özü də yad dildə.)
900 il məsafədən boylansaq, 9 əsrin o üzündə o 
dövrün adamına az oxşayan bir qadın şair görəcəyik. 
O da yad dildə yazıb, amma tarixi fəth edə bilib. Bu 
Nizami müasiri Məhsəti Gəncəviydi. Bəlkə bir qədər 
tarixin kül-torpağına batmış bu xanım yazarı daha ya-
xından tanıyaq? Tanıyaq. Görək tarix ondan nə saxla-
yıb. (Tarix deyirik, amma bu saxlanc daha çox mifik 
təfəkkürə - dastana əsaslanan saxlancdır)
Məhsəti hər sahədə  birincilik qazanmışdır. O, 
ilk məşhur Azərbaycan  şairəsi, ilk şahmatçı qadın, 
ilk görkəmli qadın musiqiçi idi. Onun tərcümeyi-halı 
rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin 
həyatı barədə  məlum olan faktlarsa hər halda həmin 
dövrün müsəlman cəmiyyətinin anlayışında həddən 
artıq qeyri-adiliyi ilə fərqlənir. Rəvayətlərə əsasən, o, 
Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını  mu-
siqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində 
böyük eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri 
içərisində  Gəncənin Xərabat məhəlləsində yaşayan 
gənc sənətkarlara, dərzilərə, əyiricilərə və başqalarına 
həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur:
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum bilmədim əlimdən saldım,
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyən-
ləşmiş  səhifələr olduqca azdır. Məhsəti Gəncəvi 
təqribən 1089-cu ildə  Gəncə  şəhərində doğulmuş  və 
ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl 
adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs 
kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə 
bir neçə  rəvayət vardır. Bunlardan birində deyilir ki, 
guya Sultan Səncərlə söhbətlərindən birində  Mənicə 
öz mühitində hamıdan kiçik və görünməz olduğunu 
söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, 
meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya 
"meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. 
Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin 
"Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə 
görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən 
ibarətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, 
başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay 
xanım") sözlərindən düzəlib.       
Anım
Mÿhsÿti Gÿncÿvi – 900
 
 


N1(6) mart 2013
8
Məhsəti yaxşı təhsil almış və əsərlərindən də gö-
ründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: 
Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, 
Zuzən, Arran və s.Bir müddət o,  Sultan Səncərin sara-
yında yaşamış, onun qəbullarında və burada keçirilən 
ədəbi məclislərdə  iştirak etmişdir. Deyilənlərə görə, 
Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan 
qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: 
"Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bu-
lanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni 
"Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və 
onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün 
çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin 
və onun oğlu Sultan Mahmudun saray həyatında ya-
xından iştirak etmişdi.
Böyük  şairənin həyatı barədə  məlumatlar  əsasən 
"Məhsəti və  Əmir  Əhməd" dastanından götürülüb. 
Dastanda onun Nizami Gəncəvinin yanında basdırıldı-
ğı göstərilir. 
     
RÜBAİLƏR
Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər elədi divan.
Deyəsən əhd etmiş, dolandıqca hey
Məni də özüylə hərlətsin dövran.
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək!
Qənaət əzizlər, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
Bu dünya bir qızıl kuzəyə bənzər, 
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Mümkünsə, hamamçı camaat üçün,
Hamam qızdırmasın, söyləyin bu gün.
Mən səhər suyunu göz yaşlarımdan, 
Odunu qəlbimdən elərəm bütün.
Xidmətdən qovulmuş bir kəsdir ürək,
Adın-sanın yoxsa, həyatdan əl çək.
Bu dünya elə bir karvansaradır
Ki, qara pula da dəyməzmiş, gerçək.
Eşqin mənbərinə çıxandan ki biz
Eşqdən başqa söz bilmədik hərgiz.
Bizim bu mənzilə ayaq qoymasın
Eşq ilə yanmayan, buz kimi hissiz.
Dad ürək əlindən, dad eşq əlindən,
Çoxları tək düşdüm bu möhnətə mən.
Ürəkdir səbəbi bu ahü-zarın,
Dad ürək əlindən, dad eşq əlindən,


Rüblük ädäbiyyat därgisi
9
“Müsyo Jordan və dərvı̇ş Məstəlı̇ 
şah”  ı̇ngı̇lı̇s dı̇lı̇ndə çap olunur
Mirzə  Fətəli Axundovun 
200 illik yubileyinə töhfə olaraq 
Bakı Kitab Klubu onun «Müsyo 
Jordan və  dərviş  Məs təli  şah» 
komediyasının ingi 
lis dilində 
nəşrini təqdim edir. Əsərin in-
gilis dili nə  tərcüməçisi Seyran 
Ağa bəy li dir. Pyes 2 dildə - in-
gilis və Azərbaycan dillərində 
nəşr olunub.Bu il nəşrin təqdimatı gözlənilir... Kita-
bın nəşr, yayım və satış hüququ Bakı Kitab Klubuna 
məxsusdur.
Qurban Səidin “Əli və Nino” ro-
manı  rumın dilində
Uzun illər müəllifinin kim -
liyi  böyük mübahisələrə  səbəb 
olan, axırı ki, əsl müəllifinin 
Qurban Səid olduğu təsdiqlənən 
(Təsdiqləndimi?) “Əli və Nino” 
romanının dünya turnesi davam 
edir. Dərgimizin saylarından 
birində  xəbər vermişdik ki, bu 
gözəl roman Hollivudda ekran-
laş dırılacaq. Bu günlərdə isə  məlum olub ki, “Əli və 
Nino”  Rumıniyada rumın dilində  nəşr olunub. Əsəri 
rumun caya Buxarest Universitetinin rus və slavyan dilləri 
kafedrasının professoru Antonnetta Olteanut çevirib. Kitab 
Rumıniyanın “Ali” nəşriyyatında çap olunub. Bu günlərdə 
Buxarestdə kitabın təqdimetmə mərasimi olub. 
Kamal Abdullanın 
“Sehirbazlar  dərəsi”  romanı  
litva dilində  nəşr olunub
 
  
Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı 
Litvada çap olunub. Maraqlıdır  ki, Azərbaycan müstəqillik 
əldə etdikdən sonra bu kitab Litva dilinə tərcümə edilən 
ilk bədii əsərdir. Romanı orijinaldan tərcümə edən və ön 
sözün müəllifi Lione Lapinskijenedir.
Romanın dərcindən sonra 
Litvada “Sehrbazlar dərəsi”nin 
ədəbi və elmi qurumlarda bir 
neçə təqdimat mərasimi  keçi ri lib. 
Ən geniş və təntənəli təq di mat  isə 
Litva Beynəlxalq Ki tab Yarmar-
kasında baş tutub. Müəllifin də 
qatıldığı  təqdimat mərasimində 
edukoloqlar,  ədə biy yat çılar, jur-
na list lər, Azərbaycanın Litvadakı diaspor təşkilatının 
nümayəndəsi və başqaları çıxış ediblər.
İtalyalı   şair  Xocalıya  şeir  
həsr  edib
Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində 
italiyalı şair və bəstəkar Davide Qualtieri “Xocalı” şe-
irini təqdim edib. Şeiri Azərbaycan dilinə Qulu Ağsəs 
uyğunlaşdırıb. Onun sətri tərcüməsi isə Mais Nuriyevə 
məxsusdur. Şeiri oxucuların diqqətinə təqdim edirik.
DAVİD QUALTİERİ
(İtaliya)
 Xocalı 
Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada    
belə cinayət ola…
Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…
Ədəbiyyat xəbərləri


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə