Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə9/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

N1(6) mart 2013
22
yalan danışmırlar mənə nə vaxtdı
vədlər vermirlər
arzularımın çin olacağına dair
daha ağladığımı gizləyirəm utancla
üzümü ətəyinə siləsi kimsəm yox...
bundan möhkəm ağlayardım
səsim duyulsun deyə
artıq içimə axıdıram yaşları...
qaraçuxa kimi addımbaaddım
izləyənim yox
tökdüyümü yığan
yıxdığımı qaldıran yox!
bezərdim bir zamanlar
gah əlində boşqab
gah canlıq
bir cüt corab
dalımca gəzməyindən
indi səndən ötrü darıxıram, ay ana!
kürəyimi soyuq divarlar
alnımı buz pəncərələr
ürəyimi zalım adamlar apardı
qoyma, gəl! 
Güzgüdəki qadın
Onda ki, heç bir sirrin yox idi sənin
Təzə qar kimi soyuq və ağdın 
Belə gizli-gizli heç ağlamazdın
Güzgüdəki qadın!
Gözlərini dəyişmək istəyirsən
Sürmələr, rənglər çəkirsən
Linzalar taxırsan rəngbərəng
Gözün yenə boylanır gözlər içindən
Sən bu baxışları sevmirsən çoxdan
Güzgüdəki qadın! 
Yalan da olsa 
gözəl görünmək istəyir
çəkdirdiyi şəkillərdə
hər qadın
Özü olmasa  da olar şəkildəki üz
Görmək istədiyi kimi olmalı, sadəcə
Güzgüdə də eləcə 
Xoşun gəlir güzgülər yalan desin
Güzgüdəki qadın!
Dur, sındırma güzgüləri
Güzgünün günahı yox
Sənin üzün köhnədi
Sənin ətin köhnədi
Buna güzgü neyləsin?
Gəlmə, üstümə gəlmə
Düşüb sınarsan 
Güzgüdəki qadın!  
Yaşamaq kimi tutarlı səbəb
Əsgər! 
Ölümdən qorxmağın var...
Bu qorxundan utanmağın var...
Utanma, 
Başqaları da qorxurlar
Padşahlar da ölümdən qorxur...
Tarixdəki bütün qəhrəmanlar da 
qorxublar ölümdən
Yaşamaq kimi tutarlı səbəbləri 
var qorxmağa.
Xəstələnməkdən qorxursan
Ishaldan belə  qorxursan
Evdə, ananın yanında
 səni qorxutmayan çox şey
Qorxudur indi
Gecələr yuxular qorxudur
Gündüzlər xəyallar
Burda utanılası bir şey yox
Başqaları da qorxmuşlar
Padşahlar da qorxurlar!
Yəni,  qorxaq deyilsən
Demək istədiyim o.
Özünə dərd edib
Içini yemə
Qarabaşağını ye
Südünü iç səhərlər
Qüvvətlən, 
Qollarına təpər gəlsin
Sən məni qoruyacaqsan
Mənsə sənə şeir yazacam
Gülməli olsa da, bu elə belə olacaq...
Sən kiçikkən anan da səni qoruyurdu
Yuxularını qoruyurdu


Rüblük ädäbiyyat därgisi
23
Səni dişləmək istəyən 
həşəratları qovmaq üçün
Min oyundan çıxırdı
Miçətkən qururdu yatağının üstündə
Pəncərələri açmağa imkan vermirdi
Evdə heç kimi səsini çıxarmağa qoymurdu
Körpə balam yatsın deyirdi
Yatsın böyüsün deyirdi. 
Soyuqdan qoruyurdu
Istidən qoruyurdu
Yıxılmaqdan
 pəncərədən düşməkdən qoruyurdu
Xəstələnib ölməkdən qoruyurdu...
Insanlar bir-birini qorumalı 
Bir-birini savunmalı görürsənmi?
Sən hücuma keçəndə arxandakı
Sağındakı
Solundakı əsgərlər də 
səni qoruyacaq həm də
Sən öndəkiləri qoruyacaqsan
Bu belə olmalı
Qoruna-qoruna 
Qoruya-qoruya
Söykənə-söykənə yaşamalı insan
Qorxduğunu böyük bir utanc kimi gizləməyə
Çalışırsan
Anan da səni qaranlıq və 
ağaclığın içindən keçirib aparanda
Bax belə qorxurdu
Sən balaca oğlandın
Elə bilirdin anan heç kimdən
Qorxulu əjdahalardan belə qorxmur
Ananı qəhrəman yapan səndin
Sənə olan sevgisiydi
Məni sev əsgər
Mən vətənəm
Mənim uğrumda ölməkdən qorxma
Qorxunu yen
Mən səni mədh eləyən şeirlər yazacam...
əlimi kəssələr də yazacam!
Mənim də bir oğlum var
O da böyüyüb əsgər olacaq
Körpədi hələ 
Çox körpə
Yeriyəndə elə bilirəm qanadlanıb uçacaq
Barmaqlarının ucunda yeriyir
Ayaqlarını yerə belə basa bilmir...
Mən ona baxanda səni düşünürəm
Sən də körpə olmusan, 
Onda da sənin yaşdakı əsgərlərin 
Ölüm qorxuları vardı
Vuruşdan qorxarlardı
Sənin qorxun onlardan mirasdı
Sənin  də  qorxunu
oğluma ötürəcəyindən qorxuram
Onu da düşmən qalasına 
götürəcəyindən  qorxuram
Bu müharibə heç bitməyəcək 
Qisas qiyamətə qalacaq deyə qorxuram
Əsgər, mən səni qınamıram
Ölümdən qorxmaq üçün hamının
Yaşamaq kimi tutarlı səbəbi var,
Anlayıram.
Uşaqlara həsr
Darıxma, qoca
Akvariumun içində darıxan balıqlar üçün 
Sən də akvariumdasan...
Sən də maraqlısan...
Darıxma, qoca
Nəvələrinə baxdıqca 
Uşaqlıq dostlarını xatırlayırsan, bilirəm
Mən ürək oxuyanam
Ürəyinin sirrini heç kimə vermərəm... 
Uşaqlıq dostun Əli yaşdadı...
Qızının yeddi yaşlı oğlu Əkbər
Ikiniz də eyni qızı sevirdiniz
Məhəllənin gözü
İdrisin qızı Jaləni...
Bir-birinizə qısqanmırdınız
Iki dost arasında elə gözəl bölmüşdünüz 
Jaləyə olan sevgini
Gecəylə gündüzü bölən ayla günəşin yerinə olsam 
Paxıllıq edərdim sizə...
Jaləgilin bağında dəfnə ağacı vardı
Kəndinizdə başqa heç kimdə yox idi o ağacdan 
İdris paxıllığından heç kimə  vermirdi bağında əksin...
Sənə elə gəlirdi həmişə dəfnə qoxuyur Jalə
Son gördüyündə
Böyük oğlunun kiçik qızı Lalə yaşdaydı... 
Sən hətta ürəyində də Jalənin adını Laləyə 
verməyə
Utanmışsan, ehhh....
Gizlətdiyin o bircə hərf ələ verməz səni, qorxma,


N1(6) mart 2013
24
Darıxma, qoca,
Darıxma...
Sən bilmirsən, nələr gəldi Jalənin başına
Onu dostun Əli də sevmədi axıradək...
Əli də atıb şəhərə getdi
Jaləni unutdu
Yəqin ki,  o da sənin kimi Jaləni xatırlayır hardasa
Nəvəsinin adını Lalə qoyub...
Kəndin burnufırtıqlı uşağı olmuşdu 
Jalənin ərə getdiyi Həmid
Artıq dəfnə qoxusu da gəlmirdi Jalədən
Gəlsəydi də o qoxunu Həmid bilməzdi...
Adam deyildi Həmid...
Yox, saxlayım burda
Deməyim heç nə
Gəl Jaləni böyütməyək
Lalə yaşda qalsın həmişə
Üstündən dəfnə qoxusu gəlsin
Özünü darıxdırma
Darıxma,qoca
Minlərlə 
rəngbərəng maşının ürəyini  təmir eləmisən
Öz ürəyin də dəmirdən olsaydı, 
Açıb qurdalansaydın içində
Lazımsız bir-iki detal çıxartsaydın
Rahat olardın bəlkə ...
Kövrəlməzdin
Darıxmazdın
Ağlamazdın gizlinlərdə...
Qarğıdan düzəltdiyiniz atınız yadındamı
Gah Əli minərdi çapardı dağlara uşaq xəyalıyla
Jalə tərkində 
Gah sən... 
Bu oyunda ən çox sevinən Jaləydi bircə
Növbəsiz otururdu atın üstündə
Arabir dalaşırdınız da 
Jalənin yox
Qarğı atın üstündə...
Ürəyini təmir elədiyin maşınların 
heç birinə minmədin
Heç vaxt maşının olmadı sənin
Həmişə arxasınca baxdın gedənlərin...
Qarğı ata çatanı olmadı heç...
Səndən gözəl heç kim anlamadı
 onların dilini halbuki...
Qırmızı bir jiqulu sevdan vardı
Lalə rəngində olmalıydı
Nəvən Lalə çağırır səni
Topu qaçmış oturacağın altına
Darıxma qoca, darıxma
Gecdi, apar nəvələrini 
Anaları narahat olar indi...
Sabah da gətirərsən uşaqları
Oturarsan parkdakı 
ən hündür dəfnə ağacının altında
Jalə də qoşular Laləyə 
oynayarlar burda
Əli də gedib-gəlib əl eləyər sənə
Salxım söyüdün saçlarının arasından... 
                                                1 iyun, 2012
 Azadlıq
nə qədər ki, çiçəklər dibçəklərdə yaşamırdılar
quşlar qəfəslərə
balıqlar akvariumlara salınmamışdı
əhilləşdirilməmişdi heyvanlar...
hörülməmişdi 
dərin və qaranlıq zindanlar 
kimsə bilmirdi azadlığın nə olduğunu
halbuki o zamanlar da 
böyük bir kürənin içində
ölümün qaçılmazlığıyla barış içində
yaşayırdı hər kəs.
 
  qəhrəmanın fotosu
həyat şirin deyil qəhrəman,
yaşamaq şirindisə də...
ağrılarımızdı bizə sevdirən hər şeyi
mədəmiz  qazınmasa
aclığı bilməzdik
nemətləri sevməzdik...
ciyərimiz yanmasa
suya tapınmazdıq
qaranlıqlara ilişib yıxılmasaydıq
işıq dirəkləri sancmazdıq torpağın bağrına
kilometrlərcə...
həsrəti olmasaydı sevgililərin
sevərmiydik bu qədər
vurulmasaydıq düşmən əliylə
vətən nədi
dostluq nədi bilərmiydik heç...
həyat acılarıyla 
şirini daddırır bizə...
şəkillər çəkdir, qəhrəman


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə