Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix08.10.2017
ölçüsü4,43 Kb.
#3860
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

12
Magistrantın kitab və ilk mənbələr üzərində işi, plan
yazması, kоnspеkt, icmal tutması, tеzis hazırlaması,
yaradıcılıq işi, rеfеrat, kurs işi,  еlmi dərnəklərdə məşğul
оlması,  еlmi sеminarlar və kоnfranslarda, müsabiqələrdə,
sərgilərdə, elmi klublarda iştirakı,  intеrnеt mərkəzində
elmi
fəaliyyəti,
pеdaqоji-psiхоlоji

mеtоdik
araşdırmalarda iştirakı, layihələr hazırlaması, trеninqlər və
s. magistrantı  magistraturada  təhsilinin yеkunu оlan
dissertasiya
işinin 
müdafiəsinə
qədər
iddiaçının
mütəхəssis kimi inkişafını təmin еdən mərhələlərdir.
Dissertasiya işi magistrantın tam müstəqil,  yaradıcı
iş sistеminin sоn mərhələsidir. Təhsil müddətindəki aldığı
nəzəri biliklərin, təlim-idrak fəaliyyətinin yеkunudur, nəti-
cəsidir.
Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyə-
tini, mövzunun aktuallığını, tədqiqatının əsas istiqamətlə-
rini, elmi yеniliyini, nəzəri və praktik əhəmiyyətini əldə
еtdiyi nəticələri sərbəst və müstəqil оlaraq şərh еtməyi ba-
carmalıdır.
Dissertasiya işinin müdafiəsinə hazırlıq uzun müddət
sürən gərgin zеhni əməyin məhsuludur. Dissertasiya işinin
yazılmasında  magistrantda bir sıra idrak qabiliyyətləri,
tədqiqatçılıq bacarıqları ilə yanaşı, gələcək mütəхəssisə
хas оlan müsbət əхlaqi kеyfiyyətlər də fоrmalaşır,  оnun
bir şəхsiyyət kimi inkişafı təmin еdilir.


2. TƏDQİQAT İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ
ƏSAS ANLAYIŞLARI
Dissertasiya işi  ilə əlaqədar ədəbiyyatın  öyrənilməsi
və materialın seçilməsi ilkin aparılan tədqiqat işidir. Ədə-
biyyatın öyrənilməsi ciddi tədqiqat işidir. Buna gərə də ki-
tablar,  məqalələr  oxunarkən əldə qələm  olmalı,  qeydlər
edilməli, çıxarışlar aparılmalıdır. Elmi ədəbiyyatın  öyrə-
nilməsi bir neçə mərhələdə ola bilir:
1. Əsərlə, onun başlıqları ilə,  mündəricatla ümumi
tanışlıq
2. Əsərin ümumi məzmunu ilə ilkin tanışlıq
3. Materialın ardıcıllıqla oxunması
4. Əsərin  lazım  olan  müəyyən  hissəsini  oxumaq və
qeydlər aparmaq
5. Tədqiqat  işi  ilə bilavasitə bağlı  olan və ya  maraq
doğuran hissəni çıxarış etmək
6. Yazılmış materiala tənqidi yanaşmaq
7. Dissertasiya üçün yalnız lazım olan hissələri qeyd
etmək.


14
Ədəbiyyatın  öyrənilməsində belə bir  üsul  da  təklif
etmək olar: Dəftərxana kitabını ortadan şaquli xətlə iki ye-
rə bölmək  olar. Sol  tərəfdə oxunmuş  materiallardan  çıxa-
rışlar etmək, sağ tərəfdə isə həmin çıxarış haqqında qeyd-
lər  aparmaq,  mətnin  mühüm,  vacib  olan  hissələrini
ayırmaq olar.
Oxunmuş material haqqında çox düşünmək, nəticələr
çıxarmaq lazımdır. Bu  proses  mövzu  üzərində işlərin  ta-
mamlanmasına  qədər  davam  edəcəkdir. Bu  zaman tədqi-
qatçının  öz  fikirləri  ilə oxunmuş  material  birləşəndə yeni
biliklər meydana gələcəkdir.
Materiallardan  edilmiş  çıxarışları  səliqəli,  oxunaqlı
etmək lazımdır ki, gələcəkdə onlardan istifadə etmək rahat
və asan olsun.
Tədqiqatçının  işini bir inşaatçıya  bənzətmək  olar. O
səbr və diqqətlə lazımi tikinti materiallarını toplayır. Onla-
rı  ciddi  qaydalarla,  müəyyən  sistemlə düzür  və binanı
ucaldır. Əgər hər hansı bir material çatışmazsa və ya key-
fiyyətsiz olarsa tikilən  bina da  yararsız olar və uçar. Təd-
qiqatçının  da  bütün  materialları  sağlam və keyiyyətli  ol-
malıdır ki, onun əsəri yararlı və keyfiyyətli olsun.
Magistrant  pedaqogikanın  nəzəriyyəsi,  tarixi  və ya
metodika  sahəsində elmi  tədqiqat  işlərinə başlarkən  hər
şeydən əvvəl  pedaqoq  alimlərin  yazı  dilinə,  işlətdikləri
terminlərə,  pedaqoji  anlayışlara  fikir  verməli,  onların
mənalarını başa düşməlidir. Elm dilinin özünəməxsus xü-
susiyyətləri  vardır. Bu  dil  bədii,  publisistik və s. dildən
fərqlənir. Magistrant  elmi  dili  mənimsəməli  və dissertasi-
yasını da elmi dildə yazmalıdır.


Tədqiqatçı- magistrant dissertasiya işini yazarkən bir
sıra  pedaqoji  anlayışlarla, pedaqoji terminlərə,  elmi –
tədqiqat  işlərinə aid  kəlmələrlə və söz  birləşmələri ilə
rastlaşacaqdır. Onların  mənalarını,  təyinatını  bilmədən
dissertasiya  işini  uğurla  başa  çatdırmaq  olmaz. Bu
baxımdan onların  bir  neçəsinin  mənalarını və təyinatını
açıqlamağı faydalı hesab edirik.
Dissertasiyanın  avtoreferatı – iki  latın  sözündən
(autos-özüm və refero- bildirirəm) əmələ gəlmişdir. Müəl-
lif öz əsərinə dair qısa, yığcam şərh yazır, dissertasiyasının
əsas  müddəalarını ümumiləşmiş  şəkildə bir  neçə səhifədə
qısa, yığcam şəkildə şərh edir. Avtoreferat elə yazılmalıdır
ki,  oxucu  dissertasiyanın əsas  müddəaları,  məzmunu
haqqında məlumat ala bilsin. Əlbəttə qısa, yığcam yazmaq
heç  də asan  məsələ olmayıb xüsusi  bacarıq və istedad
tələb edir. Deyirlər alman yazıçısı Volter dostuna uzun bir
məktub  yazmış  və məktubunun  sonunda yazmışdır:
“Dostum, məni bağışla, qısa yazmağa vaxtım yoxdur”.
Tədqiqatın aktualallığı- seçilmiş  mövzunun və ya
problemin vacibliyini, əhəmiyyətliliyini fakt  və dəlillərlə
əsaslandırmaqdır.
Tədqiqatın fərziyyəsi – Fərziyyə ərəb  sözü  olub
təxmini  mülahizə,  güman,  ehtimal,  zənn mənalarını bildi-
rir. Fərziyyə bu və ya digər fakt və ya hadisənin aydınlaş-
dırılmasında,  izahında  elmi  öngörümdür,  proqnozdur,
irəlidə nəzərdə tutulan elmi nəticədir.


16
Konsepsiya- tədqiqatın  məqsəd  və vəzifələri,  həlli
yolları müəyyənləşdirilərkən əsas fikir, ideya, elmi-nəzəri
baxişlar sistemidir.
Kateqoriya - Tədqiq  edilən  predmetin əsas  tərəflə-
rini,  daxili  mahiyyətini əks  etdirən  məntiqi  təfəkkür  for-
masıdır.
İdeya – Müəyyən nəzəriyyələr, baxışlar, fikir və dü-
şüncələr sistemidir.
Açar  sözlər – Elmi əsərin  və ya  hər  hansı  bir  elmi
sənədin səciyyəvi cəhətlərini, məzmununu əks etdirən söz-
lər və ya söz birləşməsidir.
Aprobasiya –latın  (approbatio)  sözü  olub,  bəyən-
mək,  təsdiq  etmək  deməkdir. Magistrant  dissertasiyasını
aprobasiyadan  keçirir. Yəni  bəyənmə,  təsdiqləmə mərhə-
ləsindən keçirir. Beləki,  Magistrantın  dissertasiyasına  ve-
rilən müsbət rəylər, müzakirələrdə tədqiqatın bəyənilməsi,
qənaətbəxş  qiyməti,  mövzu  ilə bağlı  məqalələrin  çap
edilməsi,  konfranslarda  çıxışları tədqiqatın  aprobasiyası
hasab olunur.
Annotasiya –Latın  (annotatio)  sözündən əmələ
gəlmişdir. Dissertasiyanın,  buraxılış  işinin,  yaxud  bir  ki-
tabın,  monoqrafiyanın çox yığcam,  qisa  xülasəsidir,  məz-
munudur. Məsələn, əlinizdə tutduğunuz  metodik  vəsaitin
əvvəlində vəsaitin  annotasiyası  verilmişdir. Yəni  vəsait
nədən bəhs edir.
Tədqiqat metodları (yun. methodos – tədqiqat yolu,
idrak yolu, üsul) – hərəkət qaydası, fəaliyyət qaydası,


Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə