Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə25/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   151

 

124 


Həkim  Ryuxinə  təzim  etdi,  ancaq  gözü  Ġvan 

Nikolayeviçdə idi. 

O,  qaĢlarını  çatıb  acıqlı-acıqlı  oturmuĢdu,  həkimi 

görəndə heç qımıldanmadı da. 

– Həkim,  –  Ryuxin  qorxa-qorxa  Ġvan  Nikolayeviçə 

baxıb, nədənsə, sirli-sirli pıçıldadı, – bu, tanınmıĢ Ģair Ġvan 

Bezdomnıdır...  bilirsiniz...  biz  içkidən  əmələ  gələn 

qarabasmadan ehtiyatlanırıq... 

– Çox içirdi? – həkim dilucu soruĢdu. 

– Yox, içirdi, ancaq daha elə də yox ki... 

– Ġçəndə  gözünə  tarakanlar,  siçovullar,  Ģeytanlar,  küçə 

itləri görünmürdü ki, onları tutmaq üçün cummurdu ki? 

– Yox, – Ryuxin diksindi, – mən onu dünən, bir də bu 

gün səhər görmüĢdüm. O, tamamilə sağlam idi... 

– Bəs  niyə  alt  tuman-köynəyindədir?  Yataqdan  tutub 

gətirmisiniz? 

– Həkim, o, restorana bu görkəmdə gəlib... 

– Aha, aha, – həkim məmnunluqla dedi, – bəs üzü niyə 

cızılıb? Kiminləsə dalaĢıb? 

downloaded from KitabYurdu.org




 

125 


– Hasardan yıxılıb, sonra restoranda birini vurdu... yenə 

kimlərisə vurdu... 

– Belə, belə, belə, – həkim Ġvana tərəf döndü, – salam! 

– Salam,  ziyankar!  –  Ġvan  bərkdən  acıqlı-acıqlı  cavab 

verdi. 

Ryuxin  o  qədər  pərt  oldu  ki,  baĢını  qaldırıb  nəzakətli 



həkimin  üzünə  baxmağa  cəsarət  etmədi.  Ancaq  o  heç 

incimədi,  adət  elədiyi  cəld  hərəkətlə  eynəyini  çıxardı, 

xalatının  ətəyini qaldırıb Ģalvarının dal cibinə qoydu, sonra 

Ġvandan soruĢdu: 

– Sizin neçə yaĢınız var? 

– Hamınız  baĢımdan  rədd  olun!  –  Ġvan  kobudcasına 

cavab verib, üzünü yana çevirdi. 

– Siz  axı  niyə  hirslənirsiniz?  Məgər  mən  sizə 

xoĢagəlməz bir söz dedim? 

– Mənim  iyirmi  üç  yaĢım  var,  –  Ġvan  əsəbi  halda 

dilləndi,  –  sizin  hamınızdan  Ģikayət  edəcəyəm.  Ən  əsas  da 

səndən, iylənmiĢ! – O, üzünü Ryuxinə tutdu. 

– Bəs nəyə görə Ģikayət etmək istəyirsiniz? 

downloaded from KitabYurdu.org




 

126 


– Çünki siz məni, sağlam adamı tutub güclə dəlixanaya 

gətirmisiniz! – Ġvan qəzəblə cavab verdi. 

Bu  yerdə  Ryuxin  diqqətlə  Ġvana  baxıb  üĢəndi:  onun 

gözlərində  dəlilikdən  əsər-əlamət  yoxdu.  Qriboyedovdakı 

bulanıq gözlər əvvəlki kimi aydın idi. 

"Vay dədə! – Ryuxin qorxa-qorxa düĢündü, – o, əməlli-

baĢlı  normal  adamdır.  ĠĢə  bir  bax!  Doğrudan,  axı  biz  onu 

niyə bura gətirmiĢik? Normal adamdır, təkcə sifəti cızılıb..." 

– Siz, – həkim təkayaqlı ağ kətildə oturub sakitcə dedi, 

– dəlixanada deyilsiniz, klinikadasınız, əgər ehtiyac olmasa, 

sizi burada heç kim saxlamayacaq. 

Ġvan  Nikolayeviç  onu  inamsız-inamsız  süzdü,  ancaq 

bununla belə, donquldandı: 

– Allaha Ģükür! Heç olmasa, giclərin içində bir normal 

adam  tapıldı,  giclərin  də  ən  birincisi  zırrama  və  fərsiz 

SaĢkadır! 

– Bu fərsiz SaĢka kimdir? – həkim maraqlandı. 

– Budur, bax, Ryuxin! – Ġvan çirkli barmağını Ryuxinə 

tuĢladı. 

Ryuxin hirsindən yanıb-yaxıldı. 

downloaded from KitabYurdu.org



 

127 


"Halına  yandığım  üçün,  –  acı-acı  düĢündü,  –  bu  da 

mənim sağolum! Doğrudan, elə yaramazın yekəsiymiĢ!" 

– Öz  psixologiyasına  görə  tipik  qolçomaqdır,  –  Ġvan 

Nikolayeviç, görünür, Ryuxini ifĢa etmək fikrinə düĢmüĢdü, 

–  özü  də  proletar  cildinə  girmiĢ  qolçomaqdır.  Siz  bir  onun 

mənasız  sifətinə  baxın  və  bayramlara  həsr  etdiyi  gurultulu 

Ģeirlərlə  müqayisə  edin!  He-he-he...  "Yandırın!"  və 

"dalğalandırın",  ancaq  siz  onun  öz  içində  nə  düĢündüyünü 

bilsəniz,  dəhĢətə  gələrsiniz!  –  Ġvan  Nikolayeviç  pis-pis 

güldü. 


Ryuxin  ağır-ağır  nəfəs  alırdı,  qızarmıĢdı  və  bircə  onu 

fikirləĢirdi  ki,  qoynunda  ilan  bəsləyib,  demə,  əslində,  kinli 

düĢmənin  qeydinə  qalıb.  Ġndi  isə  baĢqa  əlac  yoxdu:  ruhi 

xəstəylə söyüĢməyəcəkdi ki?! 

– Bəs  sizi  niyə  məhz  buraya  gətiriblər?  –  həkim 

Bezdomnıya diqqətlə qulaq asıb soruĢdu. 

– Bu  sarsaqları  görüm  lənətə  gəlsinlər!  Tutub  cır-

cındırla sarıyıb, yük maĢınına basdılar! 

– Ġcazənizlə  sizdən  soruĢum,  niyə  restorana  alt 

paltarında gəlmisiniz? 

downloaded from KitabYurdu.org



 

128 


– Burada təəccüblü heç nə yoxdur, – Ġvan cavab verdi, – 

Moskva  çayında  çimməyə  getmiĢdim,  paltarlarımı 

çırpıĢdırdılar,  bircə  bu  zibil  qalmıĢdı!  Moskvada  çılpaq 

gəzməyəcəkdim  ha!  Olanı  geyindim,  çünki  Qriboyedov 

restoranına tələsirdim. 

Həkim  sual  dolu  baxıĢlarını  Ryuxinə  dikdi,  o  isə 

qaĢqabaqlı halda mızıldadı: 

– Restoran belə adlanır. 

– Aha,  –  həkim  dedi,  –  niyə  belə  tələsirdiniz?  Hansısa 

iĢgüzar görüĢünüz var idi? 

–  Məsləhətçini  tuturdum,  –  Ġvan  Nikolayeviç 

səksəkəylə döyükdü. 

– Hansı məsləhətçini? 

– Siz  Berliozu  tanıyırsınız?  –  Ġvan  mənalı-mənalı 

soruĢdu. 

– Bəstəkarı deyirsiniz? 

Ġvan dilxor oldu. 

– Bəstəkar  nədir?  Hə,  bildim,  amma  yox!  Bəstəkarla 

MiĢa Berliozun soyadları eynidir! 

Ryuxin danıĢmaq istəmirdi, ancaq izah eləyəsi oldu: 

downloaded from KitabYurdu.org



 

129 


– Massolitin  katibi  Berlioz  bu  gün  axĢam  Patriarx 

gölünün kənarında tramvayın altına düĢüb. 

– Bilmədiyin Ģeyi danıĢma! – Ġvan Ryuxinə acıqlandı, – 

orada sən yox, mən olmuĢam! O, qəsdən Berliozu tramvayın 

altına saldı! 

– Ġtələdi? 

– "Ġtələmək"  nədir?  –  hamının  qanmazlığı  Ġvanı  lap 

əsəbiləĢdirdi.–  Beləsinə  itələmək  də  lazım  deyil!  O,  elə 

hoqqalar  çıxarır,  gəl  görəsən!  Berliozun  tramvayın  altına 

düĢəcəyini o, əvvəlcədən bilirdi! 

– Bəs sizdən baĢqa məsləhətçini görən olub? 

– Bədbəxtlikdən, ancaq mənimlə Berlioz görüb. 

– Belə. Bu qatili tutmaq üçün nə kimi tədbir gördünüz? 

–  bu  yerdə  həkim  kənardakı  stolun  arxasında  oturan  ağ 

xalatlı  qadına  sarı  baxdı.  Qadın  bir  vərəq  çıxarıb, 

sütunlardakı boĢ yerləri doldurmağa baĢladı. 

– Tədbir deyəndə... mətbəxdən Ģamı götürdüm... 

– Bunu?  –  həkim  qadının  oturduğu  stolun  üstündəki 

ikonanın böyrünə qoyulan sınıq Ģamı barmağıyla göstərdi. 

– Elə onu və ... 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə