Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə27/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   151

 

135 


və  tirlərə keçirilmiĢ  iri  tağalaqlar, çınqıl  topaları, kanalların 

Ģırımladığı  torpaq  –  bir  sözlə,  hiss  olunurdu  ki,  Moskva 

yaxındadır, döngəni burulan kimi üstünə gəlib səni ağuĢuna 

alacaq. 


MaĢın  Ryuxini  silkələyir,  atıb-tuturdu,  üstündə 

oturduğu  ağac  parçası  altından  qaçırdı.  Qabaqcadan 

trolleybusla  getmiĢ  milisionerlə  Panteleyin  tulladıqları 

restoran  dəsmalları  bir  yerdə  durmurdu.  Ryuxin  onları 

yığmaq  istədi,  ancaq  nədənsə,  hirslə  donquldandı: 

"Cəhənnəm 

olsunlar! 

Deyəsən, 

elə, 

doğrudan  da, 



səfehləmiĢəm..."  –  və  təpiklə  vurub,  onlara  baxmamağa 

çalıĢdı. 

Ovqatı  əməllicə  pozulmuĢdu.  Xəstəxana  onda  ağır  iz 

buraxmıĢdı.  Ryuxin  nəyin  ona  əzab  verdiyini  tapmağa 

çalıĢırdı.  YaddaĢına  həkk  olunmuĢ  göy  lampalı  dəhlizmi? 

Dünyada dəlilikdən betər bədbəxtliyin olmadığı fikrimi? Hə, 

hə,  əlbəttə,  bu  da  ona  əzab  verir.  Ancaq  bu  axı  ümumi 

fikirdir.  Yenə  nəsə  var.  Axı  nədir  o?  Ġnciklikdir,  elədir  ki 

var. 

downloaded from KitabYurdu.org




 

136 


Hə,  hə,  Bezdomnının  onun  üzünə  dediyi  ağır  sözlər. 

Bədbəxtlik onda idi ki, bu sözlərdə həqiqət vardı. 

ġair  daha  ətrafına  baxmırdı,  gözünü  yük  maĢınının 

silkələnən  çirkli  döĢəməsinə  dikib,  özünə  əzab  verə-verə 

sızıldamağa, nəsə mızıldamağa baĢladı. 

Hə, Ģeirlər... Onun otuz iki yaĢı var! YaxĢı, bəs sonra? 

– Sonra ildə nə qədərsə Ģeir yazacaq. – Qocalana qədər? 

– Hə,  qocalana  qədər.  –  Bu  Ģeirlər  ona  nə  verəcək? 

ġöhrət  gətirəcək?  "Cəfəngiyatdır!  Heç  olmasa,  özünü 

aldatma.  Pis  Ģeir  heç  vaxt  adama  Ģöhrət  gətirməz.  Bəs  bu 

Ģeirlər niyə pisdir? Həqiqəti, həqiqəti dedi! – Ryuxin özünə 

qarĢı amansız idi. – Yazdıqlarımın heç birinə inanmıram!.." 

Əsəbi, qanıqara Ģair yırğalandı, ayağı altındakı döĢəmə 

daha  silkələnmirdi.  Ryuxin  baĢını  qaldırdı  ki,  artıq  çoxdan 

Moskvadadır,  üstəlik  də,  dan  yeri  ağarıb,  buludlar  qızılı 

rəngə boyanıb, onun yük maĢını bulvara dönən yerdə, baĢqa 

maĢınların  cərgəsində  tıxaca  düĢüb  və  yaxınlıqdakı 

postamentin  üstündə  duran  metal  insan  baĢmı  azca  əyib 

laqeydliklə bulvara baxır. 

downloaded from KitabYurdu.org




 

137 


XəstələnmiĢ  Ģairin  baĢından  qəribə  fikirlər  keçirdi. 

"Bəxtli  olmağın  əsl  nümunəsidir...  –  bu  yerdə  Ryuxin  dik 

ayağa durdu, əlini qaldırıb, nəyə görəsə acığını heç kimlə iĢi 

olmayan  çuqun  insanın  üstünə  tökdü,  –  həyatda  hansı 

addımı atıbsa, baĢına nə gəlibsə, hər Ģey onun xeyrinə olub, 

hər Ģey ona Ģöhrət gətirib! Axı o nə edib? Anlaya bilmirəm... 

Bu sözlərdə  fövqəladə  nəsə  var ki:  "Tufan qarı  sovurub?.." 

BaĢa  düĢmürəm!..  Bəxti  gətirib,  bəxti  gətirib!  –  axır  ki, 

Ryuxin acı bir nəticəyə gəldi və yük maĢınının tərpəndiyini 

hiss  etdi,  –  atəĢ  açdı,  ağqvardiyaçı  atəĢ  açıb  budunu 

parçaladı və əbədiliyini təmin etdi..." 

MaĢınlar  hərəkətə  gəldi.  Əməlli-baĢlı  xəstələnən,  hətta 

qocalan  Ģair  heç  iki  dəqiqə  keçməmiĢ  Qriboyedovun 

eyvanına  daxil  oldu.  Eyvan  artıq  boĢalmıĢdı.  Küncdəki  bir 

məclis yekunlaĢmaq üzrə idi, araqçınlı tanıĢ konferansye isə 

əlində bir qədəh "Abrau" məclisin mərkəzində vurnuxurdu. 

Dəsmalla  yüklənmiĢ  Ryuxini  Arçibald  Arçibaldoviç 

çox  mehriban  qarĢıladı,  lənətə  gəlmiĢ  cır-cındırdan  onun 

canını qurtardılar. Əgər Ryuxin klinikada və yük maĢınında 

bu  qədər  əldən  düĢməsəydi,  gördüklərini  bir  az  da  bəzəyib 

downloaded from KitabYurdu.org



 

138 


danıĢmaqdan,  yəqin,  ləzzət  alardı.  Ancaq  indi  o  halda 

deyildi, üstəlik, bir elə diqqətli olmasa da, yük maĢınındakı 

iĢgəncədən  sonra  Ryuxin  ilk  dəfə  indi  dəniz  quldurunun 

sifətinə  zəndlə  baxıb  baĢa  düĢdü  ki,  o,  Bezdomnı  haqqında 

suallar  versə  də,  hətta  "ay-ay-ay!"  desə  də,  əslində, 

Bezdomnının taleyinə tamamilə biganədir və ona bir damcı 

da ürəyi yanmır. "Əhsən! Düz də eləyir!" – Ryuxin hikkəylə 

düĢündü  və  Ģizofreniya  haqqında  söhbətini  yarımçıq  kəsib 

xahiĢ etdi: 

– Arçibald Arçibaldoviç, araq pis olmazdı... 

Dəniz qulduru canıyananlıqla pıçıldadı: 

– Anlayıram...  bu  dəqiqə...  –  və  ofisianta  əliylə  iĢarə 

elədi. 

On  beĢ  dəqiqə  sonra  Ryuxin  tək-tənha  oturub,  baĢa 



düĢərək  və  razılaĢaraq  ki,  daha  onun  həyatında  heç  nəyi 

dəyiĢmək  olmaz,  ancaq  unutmaq  olar,  balığın  üstünə  əyilib 

qədəhi qədəh dalınca boĢaldırdı. 

BaĢqaları  kef  eləyəndə  Ģair  gecəni  hədər  yerə 

xərcləmiĢdi  və  indi  baĢa  düĢürdü  ki,  onu  geri  qaytarmaq 

mümkün  deyil.  BaĢını  lampadan  qaldırıb  göyə  baxmaq 

downloaded from KitabYurdu.org



 

139 


kifayətdi  ki,  gecənin  birdəfəlik  əldən  getdiyini  anlayasan. 

Ofisiantlar stolların üstündən süfrələri tələsik yığıĢdırırdılar. 

Yatıb  yuxularını  almıĢ  piĢiklər  eyvanın  böyür-baĢında 

qaçıĢırdı. Gün bütün ağırlığıyla Ģairin üstünə çökürdü. 

 

 

 



 

 

 



VII fəsil 

PĠS MƏNZĠL 

 

Əgər  səhərisi  gün  Styopa  Lixodeyevə  desəydilər: 



"Styopa,  bu  dəqiqə  durmasan,  səni  güllələyəcəklər!"  – 

Styopa 


halsız-halsız 

mızıldayardı: 

"Güllələyin,  nə 

istəyirsiniz eləyin, ancaq durmayacağam". 

Durmaq  nədir,  ona  elə  gəlirdi  gözlərini  də  aça  bilməz, 

çünki  gözünü  açan  kimi  ildırım  çaxıb  baĢını  parça-parça 

edəcək.  BaĢında  zəng  çalınırdı,  yumulu  gözlərinin  içində 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə