Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə35/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   151

 

175 


dərhal  buraya  gətirəcəklər  və  yenə  həmin  otaqda  qalmalı 

olacaqsınız. 

– Alt  paltarının  buna  nə  dəxli?  –  Ġvan  çaĢqınlıqla 

döyükdü. 

– Əsasən Ponti Pilatın dəxli var. Ancaq elə alt paltarının 

da. Axı dövlətin verdiyi dəyiĢəyi əyninizdən çıxarıb, sizə öz 

geyiminizi  verəcəyik.  Sizi  isə  buraya  alt  paltarında 

gətiriblər.  Buna  baxmayaraq,  siz  öz  mənzilinizə  heç  də 

getmək  fikrində  deyilsiniz,  ancaq  mən  buna  eyham 

vurmuĢdum.  Sonra  Pilatdan  danıĢacaqsınız...  və  məsələ 

aydındır! 

Bu vaxt Ġvan Nikolayeviç qəribə bir hal keçirdi. Elə bil, 

iradəsi sındı, hiss etdi ki, gücsüzdür, məsləhətə ehtiyacı var. 

– Bəs onda nə edim? – bu dəfə artıq ürəksiz soruĢdu. 

– Di çox gözəl! – Stravinski dedi, – bu, məntiqli sualdır. 

Mən  indi  sizin  baĢınıza,  əslində,  nə  gəldiyini  deyəcəyəm. 

Dünən  sizi  kimsə  bərk  qorxudub,  Ponti  Pilat  haqqında 

söhbətlərlə,  baĢqa  Ģeylərlə  qanınızı  qaraldıb.  Siz  isə 

əsəbiləĢmiĢ,  sarsıntı  keçirmiĢ  adam,  Ponti  Pilat  haqqında 

danıĢa-danıĢa Ģəhəri dolaĢmısınız. Tamamilə təbiidir ki, sizi 

downloaded from KitabYurdu.org



 

176 


dəli biliblər. Sizin xilasınızın indi yalnız bir yolu var  – tam 

sakitlik. Siz hökmən burada qalmalısınız. 

– Axı onu mütləq tutmaq lazımdır! – Ġvan artıq, az qala, 

yalvardı. 

– YaxĢı, gərək elə özünüz onun arxasınca düĢəsiniz? Bu 

adama  qarĢı  bütün  Ģübhələrinizi,  ittihamlarınızı  kağıza 

yazın. Sizin ərizənizi lazımi yerə göndərməkdən asan nə ola 

bilər  və  əgər  siz  güman  etdiyiniz  kimi,  bu  adam 

cinayətkardırsa,  hər  Ģey  çox  tezliklə  aydınlaĢar.  Ancaq  bir 

Ģərtlə:  beyninizi  zora  salmayın,  Ponti  Pilat  haqqında 

mümkün  qədər  az  fikirləĢin.  Adama  çox  Ģey  danıĢarlar! 

Ancaq hər sözə inanmaq lazım deyil. 

– BaĢa düĢdüm! – Ġvan qətiyyətlə dedi, – xahiĢ edirəm, 

mənə kağız-qələm versinlər. 

– Kağız  və  gödək  karandaĢ  verin,  –  Stravinski  kök 

qadına əmr etdi, Ġvana isə dedi: – Ancaq məsləhət görürəm 

ki, bu gün yazmayasınız. 

–  Yox,  yox,  elə  bu  gün,  hökmən  bu  gün,  –  Ġvan 

həyəcanla dedi. 

downloaded from KitabYurdu.org




 

177 


– Di  yaxĢı,  bircə  beyninizi  yormayın.  Bu  gün  bir  Ģey 

alınmaz, sabah alınar. 

– O aradan çıxacaq! 

– Əsla, – Stravinski inamla dedi, – sizi əmin edirəm ki, 

o,  heç hara  gedə  bilməz.  Və  bilin  ki,  burada  sizə hərtərəfli 

kömək  edəcəklər,  bunsuz  isə  sizin  iĢlər  alınmaz.  Məni 

eĢidirsiniz? – Stravinski birdən mənalı-mənalı soruĢub, Ġvan 

Nikolayeviçin  hər  iki  əlini  tutdu.  Onun  əllərini  öz  əllərinin 

arasına alaraq, Ġvanın gözünün içinə xeyli baxıb təkrar etdi: 

–  Sizə  burada  kömək  edəcəklər...  məni  eĢidirsiniz?..  Sizə 

burada  kömək  edəcəklər...  sizə  burada  kömək  edəcəklər... 

Siz  rahat  olacaqsınız.  Burada  sakitlikdir,  hər  Ģey  rahatdır... 

Sizə burada kömək edəcəklər... 

Ġvan  Nikolayeviç  birdən  əsnədi,  üzünün  ifadəsi 

mülayimləĢdi. 

– Bəli, bəli, – o, astadan dedi. 

– Çox  gözəl!  –  Stravinski  söhbəti  öz  adəti  üzrə 

yekunlaĢdırıb  ayağa  durdu,  –  hələlik!  –  Ġvanın  əlini  sıxıb, 

qapıdan  çıxhaçıxda  saqqallıya  tərəf  dönüb  dedi:  –  Hə, 

oksigen də verin... vannalar da qəbul etsin. 

downloaded from KitabYurdu.org



 

178 


Bir  neçə  saniyədən  sonra  Ġvanın  qarĢısında  nə 

Stravinski,  nə  də  onun  baĢının  dəstəsi  var  idi.  QarĢı 

sahildəki  Ģam  meĢəsi  günorta  günəĢinin  iĢığında  pəncərə 

barmaqlıqları  arasından  göz  oxĢayırdı,  yaxınlıqda  isə  çay 

parıldayırdı. 

 

 



 

IX fəsil 

KOROVYEVĠN HOQQALARI 

Moskvanın  Sadovaya  küçəsindəki  mərhum  Berliozun 

yaĢadığı  302-bis  №-li  binanın  mənzil  yoldaĢlığının  sədri 

Nikanor  Ġvanoviç  Bosoy  cümə  axĢamına  keçən  gecədən 

əməlli-baĢlı cəncələ düĢmüĢdü. 

Artıq  bildiyiniz  kimi,  gecəyarısı  Jeldıbinin  iĢtirakı  ilə 

binaya  gələn  komissiya  Nikanor  Ġvanoviçi  çağırıb, 

Berliozun  öldüyünü  ona  xəbər  verdi  və  birlikdə  50  №-li 

mənzilə getdilər. 

Orada  mərhumun  əlyazmaları  və  əĢyaları  möhürləndi. 

Həmin vaxt qulluqçu Qrunya və əhlikef Stepan Boqdanoviç 

downloaded from KitabYurdu.org




 

179 


mənzildə  yox  idi.  Komissiya  Nikanor  Ġvanoviçə  bildirdi  ki, 

mərhumun  əlyazmaları  araĢdırılmaq  üçün  götürülür, 

mərhumun  mənzil  sahəsi,  yəni  üç  otağı  (zərgər  arvadının 

kabineti,  qonaq  və  yemək  otaqları)  mənzil  yoldaĢlığının 

sərəncamına  keçir,  əĢyaları  isə  varisləri  tapılana  qədər 

mənzildə qalacaq. 

Berliozun  ölüm  xəbəri  qeyri-adi  bir  sürətlə  bütün 

binaya yayıldı və cümə axĢamı səhər saat yeddidən Bosoya 

telefonla  zəng  vurmağa,  sonra  isə  mərhumun  mənzil 

sahəsinə iddia edən ərizələrlə Ģəxsən gəlməyə baĢladılar. Ġki 

saatın içində Nikanor Ġvanoviç otuz iki belə ərizə qəbul etdi. 

Bu ərizələrdə yalvarıĢ, hədə, böhtan, xəbərçilik, mənzili 

öz  hesabına  təmir  etdirəcəyinə  vəd  vardı,  dözülməz 

darısqallıq, quldurlarla bir mənzildə yaĢaya bilməmək səbəb 

göstərilirdi.  Bunların  arasında  31  №-li  mənzildə  bilavasitə 

pencəyin  cibinə  qoyulan  pelmenin  oğurlanması  təsvir 

olunmuĢ  ərizənin  bədii  məziyyətlərinə  heyran  qalmaya 

bilmirdin, iki nəfər özünü öldürəcəyini deyirdi, biri isə gizli 

hamiləliyini etiraf edirdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə