Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə36/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   151

 

180 


Nikanor  Ġvanoviçi  evinin  dəhlizinə  çağırırdılar, 

qolundan  tuturdular,  nəsə  pıçıldayırdılar,  göz  vururdular  və 

borclu qalmayacaqlarını deyirdilər. 

Bu iĢgəncə gündüz saat birə iĢləmiĢə qədər davam etdi, 

axırda  Nikanor  Ġvanoviç  öz  mənzilindən  idarənin  həyət 

qapısının böyründəki otağına qaçdı, ancaq görəndə ki burada 

da  onu  gözləyirlər,  oradan  da  qaçdı.  Asfalt  döĢənmiĢ 

həyətdən  keçib,  dabanqırma  arxasınca  gələnlərdən  birtəhər 

canını  qurtararaq,  binanın  altıncı  çöl  qapısından  girdi  və 

murdar  50  №-li  mənzilin  yerləĢdiyi  beĢinci  mərtəbəyə 

qalxdı. 

Kök  Nikanor  Ġvanoviç  qapının  ağzında  nəfəsini  dərib 

zəngi  basdı,  ancaq  qapını  açan  olmadı.  Zəngi  bir  neçə  dəfə 

də basıb donquldanmağa və astadan söyməyə baĢladı. Ancaq 

yenə  açmadılar.  Nikanor  Ġvanoviçin  səbri  tükəndi,  evlər 

idarəsinə  məxsus  açar  dublikatlarının  topasını  cibindən 

çıxarıb, qapını hökmlə açdı və içəri keçdi. 

–  Ay  ev  qulluqçusu!  –  Nikanor  Ġvanoviç  yarıqaranlıq 

dəhlizdə  qıĢqırdı.  –  Adın  nədir  sənin?  Qrunyasan-nəsən? 

Yoxsan? 


downloaded from KitabYurdu.org


 

181 


Heç kim cavab vermədi. 

Onda  Nikanor  Ġvanoviç  kabinetin  qapısındakı  möhürü 

qopartdı,  qatlama  metrəni  portfelindən  çıxarıb  kabinetə 

girdi. 


Girməyinə  girdi,  ancaq  qapının  ağzında  heyrətdən 

quruyub qaldı, hətta diksindi. 

Mərhumun  stolunun  arxasında  əynində  dama-dama 

pencək, baĢında jokey papağı, gözündə eynək arıq, uzun bir 

adam oturmuĢdu... bir sözlə, həmin Ģəxs. 

– Siz  kimsiniz,  vətəndaĢ?  –  Nikanor  Ġvanoviç  qorxa-

qorxa soruĢdu. 

– Bah! Nikanor Ġvanoviç, – yad adam xırıltılı tenor səslə 

qıĢqırıb  yerindən  sıçradı,  zorla  sədrin  əlini  tutub  silkələdi. 

Bu salamlaĢma Nikanor Ġvanoviçin heç də xoĢuna gəlmədi. 

– BağıĢlayın,  –  o,  Ģübhə  ilə  dedi,  –  siz  kimsiniz?  Siz 

rəsmi Ģəxssiniz? 

– Eh, Nikanor Ġvanoviç! – naməlum adam səmimiyyətlə 

cavab  verdi.  –  Nə  deməkdir,  rəsmi  Ģəxs,  ya  qeyri-rəsmi 

Ģəxs?  Bunlar  qarĢınızdakı  adama  sizin necə baxmağınızdan 

asılıdır,  Nikanor  Ġvanoviç,  bütün  bunlar  Ģərti  və  qeyri-

downloaded from KitabYurdu.org



 

182 


müəyyən Ģeylərdir. Bu gün mən qeyri-rəsmi Ģəxsəm, sabah 

bir  də  gördün  oldum  rəsmi  Ģəxs!  Əksinə  də  olur,  Nikanor 

Ġvanoviç. Özü də necə olur! 

Bu  mühakimə  evlər  idarəsinin  sədrini  qətiyyən  qane 

etmədi.  Ümumiyyətlə,  hər  Ģeydən  Ģübhələnən  adam 

olduğuna  görə  belə  nəticəyə  gəldi  ki,  qarĢısındakı  bu  dil-

boğaza  qoymayan  adam  məhz  qeyri-rəsmi  Ģəxsdir,  deməli, 

avaranın biridir. 

– Axı  siz  kimsiniz?  Soyadınız  nədir?  –  Sədr  get-gedə 

səsini  qaldırmağa  və  hətta  naməlum  adamı  sıxıĢdırmağa 

baĢladı. 

– Mənim soyadım... – vətəndaĢ bu kobudluğu vecinə də 

almadı,  –  deyək  ki,  Korovyevdir.  Qəlyanaltı  eləmək 

istəmirsiniz, Nikanor Ġvanoviç? Çəkinməyin! Hə? 

– BağıĢlayın,  –  Nikanor  Ġvanoviç  artıq  hirsini  boğa 

bilmədi,  –  indi  qəlyanaltı  yeridir!  (Nə  qədər  acı  olsa  da, 

etiraf  etmək  lazımdır  ki,  Nikanor  Ġvanoviç  bir  az  kobud 

adam  idi.)  Mərhuma  aid  hissədə  oturmaq  qadağandır!  Siz 

burada nə edirsiniz? 

downloaded from KitabYurdu.org




 

183 


– Siz  bir  oturun,  Nikanor  Ġvanoviç,  –  vətəndaĢ  heç 

halını pozmadı, yaltaqcasına sədrə kreslo təklif etdi. 

Nikanor  Ġvanoviç  lap  özündən  çıxdı,  kresloya  yaxın 

durmayıb bağırdı: 

– Axı siz kimsiniz? 

– Əgər  bilmək  istəyirsinizsə,  mən  bu  mənzildə 

iqamətgah  salan  xaricdən  gəlmiĢ  Ģəxsin  tərcüməçisiyəm,  – 

özünü  Korovyev  adlandıran  kəs  silinməmiĢ  sarı 

çəkmələrinin  dabanlarını  bir-birinə  vurub,  özünü  təqdim 

etdi. 


Mikanor  Ġvanoviçin  ağzı  açıla  qalmıĢdı.  Hansısa  bir 

əcnəbinin,  üstəlik  də,  tərcüməçiylə  birlikdə  bu  mənzildə 

olması onun üçün əməlli-baĢlı sürpriz idi və o, izahat istədi. 

Tərcüməçi  həvəslə  izahat  verdi.  Əcnəbi  artist  cənab 

Voland Varyetenin direktoru Stepan Boqdanoviç Lixodeyev 

tərəfindən 

lütfkarlıqla  dəvət  olunub  ki,  qastrolları 

müddətində, təxminən, bir həftə onun mənzilində yaĢasın və 

Yaltaya  getməli  olduğu  üçün  Lixodeyev  hələ  dünən  xarici 

qonağı qeydiyyata almaq xahiĢilə Nikanor Ġvanoviçə məktub 

yazıb. 

downloaded from KitabYurdu.org




 

184 


– O, mənə heç nə yazmayıb, – sədr təəccübləndi. 

– Siz  öz  portfelinizi  eĢələyin,  Nikanor  Ġvanoviç,  – 

Korovyev təbəssümlə təklif etdi. 

Nikanor  Ġvanoviç  çiynini  çəkib  portfeli  açdı  və 

Lixodeyevin məktubunu tapdı. 

– Necə  olub  ki,  mən  bunu  unutmuĢam?  –  Nikanor 

Ġvanoviç ağzı açılmıĢ məktuba key-key baxıb mızıldadı. 

– Olur,  olur,  Nikanor  Ġvanoviç!  –  Korovyev  Ģaqqanaq 

çəkdi, – unutqanlıq, unutqanlıq, yorğunluq və qan təzyiqinin 

artması,  əziz  dostumuz  Nikanor  Ġvanoviç!  Mən  özüm 

dəhĢətli dərəcədə huĢsuzam. Nə vaxtsa içki süfrəsi arxasında 

öz  tərcümeyi-halımdan  sizə  bir  neçə  fakt  danıĢaram, 

gülməkdən ölərsiniz! 

– Lixodeyev Yaltaya nə vaxt gedəcək?! 

– O  artıq  gedib,  gedib!  –  tərcüməçi  bərkdən  dedi,  – 

bilirsinizmi,  o  artıq  uçur.  Doğrusu,  kim  bilir,  o,  indi 

haradadır!  –  Bu  yerdə  tərcüməçi  əllərini  yel  dəyirmanının 

pərləri kimi yellətdi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə