Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə37/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   151

 

185 


Nikanor  Ġvanoviç  bildirdi  ki,  mütləq  əcnəbini 

görməlidir,  ancaq  tərcüməçidən  rədd  cavabı  aldı:  heç  cür 

olmaz! MəĢğuldur. PiĢiyə təlim keçir. 

–  Əgər  istəyirsinizsə,  piĢiyi  göstərə  bilərəm,  – 

Korovyev dedi. 

Bundan  da,  öz  növbəsində,  Nikanor  Ġvanoviç  boyun 

qaçırdı,  tərcüməçi  isə  dərhal  sədrə  gözlənilməz,  ancaq  çox 

maraqlı bir təklif etdi. 

Cənab  Voland  heç  bir  vəchlə  mehmanxanada  qalmaq 

istəmədiyinə  görə  –  o,  gen-bol  yaĢamağa  öyrəĢib  –  mənzil 

yoldaĢlığı  Volandın  Moskvada  qastrolları  davam  etdiyi  bir 

həftə  müddətində  bütün  mənzili, yəni  mərhumun otağını  da 

ona kirayə verə bilərmi? 

– Axı  mərhum  üçün  təfavütü  yoxdur,  –  Korovyev 

pıçıldadı,  –  Nikanor  Ġvanoviç,  razılaĢın  ki,  indi  bu  mənzil 

ona lazım deyil. 

Nikanor  Ġvanoviç  bir  az  çaĢqınlıqla  etiraz  etdi  ki, 

əcnəbilər  heç  də  Ģəxsi  mənzillərdə  yox,  "Metropol"da 

qalmalıdırlar... 

downloaded from KitabYurdu.org




 

186 


– Sizə  deyirəm  ki,  yaman  dəymədüĢərdir!  –  Korovyev 

astadan  dedi,  –  istəmir  də!  Mehmanxananı  xoĢlamır!  Bu 

əcnəbilər  məni,  bax,  bura  yığıblar!  –  Korovyev  barmağını 

damarları 

görünən  boğazına  toxundurub,  dostcasına 

Ģikayətləndi,  –  inanırsınızmı,  məni  cana  doydurublar! 

Gəlirlər...  Ġt  uĢaqları  ya  casusluq  edirlər,  ya  da  adamın 

əsəbləriylə  oynayırlar:  bu  elə  deyil,  o  belə  deyil!..  Sizin 

idarəyə  isə,  Nikanor  Ġvanoviç,  o,  əməlli-baĢlı  mənfəət 

gətirərdi.  Pula  da  qızırqalanmaz,  –  Korovyev  böyür-baĢına 

baxıb, sədrin qulağına pıçıldadı: – milyonerdir! 

Tərcüməçinin təklifində aydın praktik məna var idi, çox 

abırlı  təklifdi,  di  gəl  tərcüməçinin  danıĢıq  tərzində, 

geyimində və heç nəyə yaramayan iyrənc eynəyində nəsə bir 

abırsızlıq  vardı.  Buna  görə  də  anlamadığı  bir  Ģey  sədrin 

ürəyini  sıxırdı,  buna  baxmayaraq,  o,  təklifi  qəbul  etmək 

qərarına  gəldi.  Çünki  mənzil  yoldaĢlığı,  əfsuslar  ki,  pul 

sarıdan  çox  böyük  korluq  çəkirdi.  Buxar  qızdırıcısı  üçün 

payıza  kimi  neft  almaq  lazım  idi,  ancaq  nəylə  –  məlum 

deyildi.  Əcnəbinin  pulu  hesabına  isə  bəlkə  də,  vəziyyətdən 

birtəhər  çıxmaq  olardı.  Ancaq  iĢgüzar  və  ehtiyatlı  Nikanor 

downloaded from KitabYurdu.org




 

187 


Ġvanoviç  bildirdi  ki,  bu  məsələ,  hər  Ģeydən  əvvəl,  əcnəbi 

turist bürosu ilə razılaĢdırılmalıdır. 

– BaĢa düĢürəm,  –  Korovyev dedi,  – bunsuz  olmaz  ki, 

mütləq lazımdır. Bu da sizin üçün telefon, Nikanor Ġvanoviç, 

təcili  əlaqə  saxlayın. Pula  görə  isə  utanıb  eləməyin,  –  sədri 

dəhlizdəki  telefona  tərəf  çəkə-çəkə  pıçıltı  ilə  əlavə  etdi,  – 

ondan  da  almayıb,  kimdən  alacaqsınız!  Siz  onun  Nitsadakı 

villasını  görəsiniz!  Gələn  yay  xaricdə  olanda  qəsdən  gedib 

baxın – ağzınız açıla qalar! 

Əcnəbi turist bürosu ilə  məsələ telefonla, özü  də sədri 

heyrətləndirəcək  dərəcədə  tez  yoluna  qoyuldu.  Məlum  oldu 

ki,  cənab  Volandın  Lixodeyevin  Ģəxsi  mənzilində  qalmaq 

istəyindən  orada  artıq  xəbərdardırlar  və  buna  heç  bir 

etirazları yoxdur. 

– Di lap gözəl! – Korovyev bağırdı. 

Onun  hay-küyündən  azca  karıxmıĢ  sədr  bildirdi  ki, 

mənzil  yoldaĢlığı  50  №-li  mənzili  bir  həftəliyə  cənab 

Volanda  verməyə  razıdır...  –  Nikanor  Ġvanoviç  bir  az 

duruxub dedi: 

– Günü beĢ yüz rubla. 

downloaded from KitabYurdu.org



 

188 


Bu  yerdə  Korovyev  sədri  lap  çaĢdırdı.  Ağır  piĢiyin 

yumĢaq sıçrayıĢları eĢidilən yataq otağına iĢarə edib, xırıltılı 

səslə dedi: 

– Bir həftəsi üç min beĢ yüzə? 

Nikanor  Ġvanoviç  fikirləĢdi  ki,  o,  yəqin,  indi  əlavə 

edəcək:  "ĠĢtahanız  böyükdür,  Nikanor  Ġvanoviç!"  Ancaq 

Korovyev tamam baĢqa Ģey dedi: 

– Məgər bu puldur! BeĢ min istəyin, verəcək. 

ÇaĢqın-çaĢqın gülümsəyən Nikanor Ġvanoviç özü dəhiss 

etmədi  ki,  Korovyevin  üstündə  görünməmiĢ  sürət  və 

cəldliklə  iki  nüsxədə  müqavilə  yazdığı  mərhumun  yazı 

stolunun  yanına  necə  gedib  çıxıb.  Sonra  Korovyev  əlində 

müqavilə yataq otağına cumub qayıtdı, özü də hər iki nüsxə 

artıq  əcnəbi  tərəfindən  səliqəsiz  Ģəkildə  imzalanmıĢdı. 

Müqaviləyə  sədr  də  qol  çəkdi.  Bu  yerdə  Korovyev  ondan 

beĢ min üçün qəbz istədi... 

– Sözlə, sözlə yazın, Nikanor Ġvanoviç!.. beĢ min rubl... 

– və bu ciddi iĢə uyuĢmayan sözlərlə: – Eyn, svey, drey! – 

Bankdan  çıxmıĢ  beĢ  paçka  təptəzə  pulu  sədrin  qarĢısına 

qoydu. 


downloaded from KitabYurdu.org


 

189 


Korovyevin  bir  ucdan  üyüdüb  tökdüyü  "Pul 

düzgünlüyü sevir", "öz gözünə inan" kimi zarafatları, zərb-

məsəlləri ilə pul sayılıb qurtardı. 

Sədr  pulu  sayıb,  müvəqqəti  qeydiyyat  üçün  əcnəbinin 

pasportunu  Korovyevdən  aldı,  onu,  müqaviləni,  pulu 

portfelə  qoydu  və  özünü  saxlaya  bilməyib  utana-utana 

kontramarka istədi... 

– Bu nə sözdür! – Korovyev nərildədi, – sizə neçə bilet 

lazımdır, Nikanor Ġvanoviç, on iki, on beĢ? 

Son  dərəcə  karıxmıĢ  sədr  izah  etdi  ki,  ona  vur-tut  iki 

kontramarka  lazımdır  –  özünə  və  arvadı  Pelageya 

Antonovnaya. 

Korovyev  o  saat  bloknotunu  çıxarıb,  canla-baĢla 

Nikanor  Ġvanoviç  üçün  birinci  sıraya  ikinəfərlik 

kontramarka  yazdı.  Və  tərcüməçi  bu  kontramarkanı  sol 

əliylə  cəld  Nikanor  Ġvanoviçə  verdi,  sağ  əliylə  isə  Ģax  pul 

paçkasını  sədrin  o  biri  əlinə  dürtdü.  Nikanor  Ġvanoviç  pula 

nəzər salıb qızardı və onu geri itələməyə çalıĢdı. 

– Bu olmaz... – o mızıldadı. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə