Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə32/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   151

 

160 


tüpürmədi.  Bu  vaxt  Styopa  belə  bir  hoqqa  çıxardı:  papiros 

çəkən yad adamın qarĢısında diz çöküb dedi: 

– Yalvarıram, söyləyin, bu hansı Ģəhərdir? 

– Yox bir! – daĢqəlbli papirosçəkən çəmkirdi. 

– Mən  sərxoĢ  deyiləm,  –  Styopa  xırıldadı,  –  mən 

xəstəyəm,  baĢıma  nəsə  bir  iĢ  gəlib,  mən  xəstəyəm... 

Haradayam? Bura hansı Ģəhərdir? 

– Tutaq ki, Yaltadır... 

Styopa  astadan  ah  çəkib  yanı  üstə  yıxıldı,  baĢı 

dalğaqıranın gündən qızmıĢ daĢlarına dəydi. 

 

VIII fəsil 



PROFESSORLA ġAĠRĠN QARġIDURMASI 

 

Yaltada  Styopanın  huĢu  baĢından  çıxdığı  vaxt,  yəni 



gündüz  saat  on  ikinin  yarısında  uzun  sürən  dərin  yuxudan 

sonra  Ġvan  Nikolayeviç  Bezdomnının  huĢu  özünə  qayıtdı. 

Bir müddət o, ağ pərdəsi arxasından günəĢin hiss olunduğu, 

açıqrəngli metaldan qəribə dolabça qoyulmuĢ ağ divarlı yad 

otağa necə gəlib düĢdüyünü anlamağa çalıĢdı. 

downloaded from KitabYurdu.org




 

161 


Ġvan  baĢını  silkələyib  ağrımadığına  əmin  oldu  və 

xatırladı  ki,  müalicəxanadadır.  Həmin  fikir  Berliozun 

ölümünü  yada  saldı,  ancaq  Ġvan  indi  elə  də  sarsıntı 

keçirmədi.  Yuxudan  sonra  Ġvan  Nikolayeviç  sakitləĢmiĢdi, 

düĢüncəsi  də  aydınlaĢmıĢdı.  Təmiz,  yumĢaq,  rahat  yaylı 

çarpayıda bir müddət hərəkətsiz uzanan Ġvan yanındakı zəng 

düyməsini  gördü.  Lüzum  olmadan  əĢyalara  toxunmağa 

vərdiĢ  etdiyindən  düyməni  basdı.  O,  zəng  səsi  eĢidəcəyini, 

ya  kiminsə  gələcəyini  gözlədiyi  halda  tamamilə  baĢqa  Ģey 

baĢ  verdi.  Ġvanın  yatağının  ayaq  tərəfində  üstünə  "Ġçmək" 

yazılmıĢ tutqun silindr iĢıqlandı. Bir müddətdən sonra silindr 

fırlanmağa baĢladı və nəhayət, "Dayə" sözü göründü. Aydın 

məsələdir ki, bu fəndgir silindr Ġvanı heyrətləndirdi. "Dayə" 

sözünü "Həkim çağırın" yazısı əvəz etdi. 

– Hm... – silindrdən baĢ çıxara bilməyən Ġvan söyləndi. 

Bu  yerdə  təsadüfən  bəxti  gətirdi:  "FeldĢer  qadın"  yazısında 

Ġvan  düyməni  ikinci  dəfə  basdı.  Silindr  astaca  cingildəyib 

dayandı  və  söndü.  Ağ  xalatlı,  qəĢəng,  dolu  bir  qadın  otağa 

daxil olub Ġvana dedi: 

– Sabahınız xeyir! 

downloaded from KitabYurdu.org



 

162 


Hazırkı  Ģəraitdə  salamlaĢmağı  yersiz  saydığına  görə 

Ġvan  cavab  vermədi.  Doğrudan  da,  sağlam  adamı 

müalicəxanaya  salıblar,  özlərini  də  elə  aparırlar, guya,  belə 

lazımdır! 

Qadın  isə  halını  pozmadan,  sifətində  mehriban  ifadə, 

düyməni  bir  dəfə  basmaqla  pərdəni  yuxarı  çəkdi  və 

döĢəməyə  qədər  çatan  seyrək  barmaqlıqlar  arasından  içəri 

gün  iĢığı  doldu.  Barmaqlığın  arxası  eyvan  idi,  o  yanda 

qıvrıla-qıvrıla  axan  çay  görünürdü,  çayın  qarĢı  sahilindəki 

Ģam meĢəsi göz oxĢayırdı. 

– Buyurun, vanna qəbul edin, – qadının əlinin hərəkətilə 

daxili  divar  aralandı,  vanna  otağı  və  gözəl  təchiz  olunmuĢ 

tualet göründü. 

Ġvan qadınla danıĢmamaq qərarına gəlsə də, parıldayan 

krandan  suyun  necə  ĢırhaĢırla  vannaya  axdığını  görüb, 

özünü saxlaya bilmədi və kinayə ilə dedi: 

– Gör ha! Elə bil, "Metropol"dur! 

– Heç də yox, – qadın qürurla cavab verdi, – ondan qat-

qat yaxĢıdır. Belə avadanlıq heç xaricdə də yoxdur. Alimlər, 

downloaded from KitabYurdu.org




 

163 


həkimlər  xüsusi  olaraq  bizim  klinikaya  baxmağa  gəlirlər. 

Bizdə hər gün əcnəbi turistlər olur. 

"Turist" sözünü eĢidən kimi Ġvan dünənki məsləhətçini 

xatırladı. QaĢqabağını sallayıb, acıqlı-acıqlı baxaraq dedi: 

– Əcnəbi  turistlər...  Bu  əcnəbi  turistləri  yaman 

xoĢlayırsınız!  Ancaq  onların  arasında  hər  cürəsi  var.  Misal 

üçün,  mən  dünən  eləsiylə  tanıĢ  oldum,  heç  tayı-bərabəri 

yoxdur! 


Az  qaldı  Ponti  Pilat  haqqında  danıĢsın,  amma  özünü 

saxladı,  baĢa  düĢdü  ki,  bu  söhbətin  qadına  heç  bir  dəxli 

yoxdur və qadının ona köməyi dəyə bilməz. 

Vanna  qəbul  edən  kiĢiyə  nə  lazımsa,  demək  olar, 

hamısı  yuyunmuĢ  Ġvana  dərhal  verildi:  ütülü  köynək,  alt 

tumanı,  corab.  Ancaq  bu  hələ  harasıdır:  qadın  dolabın 

qapısını açıb ondan soruĢdu: 

– Nə geyinmək istəyirsiniz – xalat, ya pijama? 

Bu  yeni  mənzildə  qalmağa  məhkum  olan  Ġvan  qadının 

zəhlətökənliyindən  az  qaldı  əlini-əlinə  Ģappıldatsın,  ancaq 

dinməzcə  barmağıyla  pambıq  parçadan  tikilmiĢ  al-qırmızı 

pijamanı göstərdi. 

downloaded from KitabYurdu.org



 

164 


Sonra Ġvan Nikolayeviçi boĢ, səssiz dəhlizlə çox böyük 

bir  kabinetə  gətirdilər.  Əla  avadanlıqla  təchiz  olunmuĢ  bu 

binadakı  hər  Ģeyə  kinayə  ilə  yanaĢmağı  qərara  alan  Ġvan 

dərhal kabineti özlüyündə "fabrik-mətbəx" adlandırdı. 

Buna  əsas  da  vardı.  Nikelli  alətlərlə  dolu  kiçik  və 

böyük  ĢüĢə  dolablar  yan-yana  düzülmüĢdü.  Burada  son 

dərəcə  mürəkkəb  quruluĢlu kreslolar, parlaq qapaqlı  ĢiĢman 

lampalar,  çoxlu  ĢüĢə  qab,  qazla  yanan  odluqlar,  elektrik 

məftilləri və heç kimə məlum olmayan cihazlar var idi. 

Kabinetdə Ġvanı ağ xalat geyinmiĢ üç nəfər – iki qadın, 

bir kiĢi qarĢıladı. Nələrsə soruĢmaq məqsədilə onu ilk əvvəl 

küncdəki stolun arxasına apardılar. Ġvan vəziyyəti götür-qoy 

etməyə  baĢladı.  QarĢısında  üç  yol  var  idi.  Birincisi  onu  lap 

Ģirnikdirirdi:  bu  lampaların,  müəmmalı  əĢyaların  üstünə 

atılıb, onları qırıb-dağıtsın, nahaq yerə saxlandığına bu yolla 

etirazını  bildirsin.  Ancaq  bugünkü  Ġvan  dünənkindən  xeyli 

fərqlənirdi  və  birinci  yol  ona  Ģübhəli  göründü:  birdən  onun 

əməlli-baĢlı  dəli  olduğuna  inanarlar.  Ona  görə  birinci  yolu 

Ġvan rədd etdi. Ġkinci yol var idi: dərhal məsləhətçi və Ponti 

Pilat  haqqında  danıĢmaq.  Di  gəl,  dünənki  təcrübə  göstərdi 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə