Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə30/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   151

 

150 


– Dünən  sizin  kabinetinizdə  bu  Ģəxsi  ötəri  gördüm, 

ancaq  sifətinə  bircə  dəfə  baxmaq  kifayətdir  ki,  onun  əclaf, 

aravuran, ikiüzlü, yaltaq olduğunu anlayasan. 

"Tamamilə  doğrudur!"  –  Xustovun  xarakterinin  belə 

düzgün, dəqiq, yığcam təsviri Styopanı heyrətləndirdi. 

Hə,  dünənki  gün  hissə-hissə  tamamlanırdı,  ancaq 

narahatlıq  Varyetenin  direktorundan  hələ  əl  çəkməmiĢdi. 

Çünki dünənki gündə böyük bir boĢluq var idi. Nə deyirsiniz 

deyin, bu beretli adamı Styopa dünən qətiyyən görməmiĢdi. 

– Magiya  professoru  Voland,  –  Styopanın  çətinə 

düĢdüyünü  görən  qonaq  dedi  və  hər  Ģeyi  yerli-yataqlı 

danıĢdı. 

O,  xaricdən  Moskvaya  dünən  gündüz  gəlib,  dərhal  da 

Styopanın  yanına  təĢrif  buyurub,  Varyete  ilə  birlikdə 

qastrollara  çıxmağı  təklif  edib.  Styopa  Moskva  vilayətinin 

tamaĢalar  komissiyasına  zəng  vuraraq  bu  məsələni 

razılaĢdırıb  (rəngi  ağaran  Styopa  gözlərini  döydü),  yeddi 

çıxıĢ üçün professor Volandla müqavilə bağlayıb (Styopanın 

ağzı  açıla  qaldı),  ĢərtləĢiblər  ki,  Voland  bu  gün  saat  onda 

downloaded from KitabYurdu.org




 

151 


bəzi  detalları  dəqiqləĢdirmək  üçün  onun  yanına  gəlsin... 

Budur, Voland da gəlib! 

Qapını üzünə Qrunya açıb; deyib ki, o özü indicə gəlib, 

burada  müvəqqətidir,  Berlioz  evdə  yoxdur,  əgər  qonaq 

Stepan Boqdanoviçi görmək istəyirsə, qoy özü yataq otağına 

keçsin. Stepan Boqdanoviç elə bərk yatır ki, onu oyatmağa 

cürət etmir. Stepan Boqdanoviçin nə halda olduğunu görən 

artist  Qrunyanı  araq,  qəlyanaltı  almaq  üçün  yaxınlıqdakı 

qastronoma, buz üçün isə aptekə göndərib və... 

– Ġcazə  verin,  sizinlə  hesablaĢım,  –  qanı  lap  qaralan 

Styopa sızıldayıb, pul kisəsini axtarmağa baĢladı. 

– Bu  nə  sözdür!  –  qastrolçu  ona  bu  barədə  danıĢmağa 

imkan vermədi. 

Nəhayət, araq və qəlyanaltı  məlum oldu, ancaq Styopa 

ağlamalı vəziyyətdə idi: o, müqavilə barədə qətiyyən heç nə 

xatırlamırdı və öldürsələr də, xeyri yoxdu, dünən bu Volandı 

görməmiĢdi. Hə, Xustov olmuĢdu, Voland isə yox. 

– Ġcazə  verin,  müqaviləyə  baxım,  –  Styopa  astadan 

xahiĢ etdi. 

– Buyurun, buyurun... 

downloaded from KitabYurdu.org



 

152 


Styopa  kağıza  göz  gəzdirdi  və  quruyub  qaldı.  Hər  Ģey 

yerli-yerində  idi.  Birincisi,  Styopanın  öz  dəsti-xəttiylə 

çəkdiyi  göz  çıxaran  qol!  Yan  tərəfdən  maliyyə  direktoru 

Rimskinin  öz  əliylə  yazdığı  çəpəki  icazəsi  ki,  yeddi  çıxıĢa 

görə artist Volanda çatası otuz beĢ min rubldan on min rubl 

ödənilsin.  Üstəlik  Volandın  artıq  on  min  aldığı  barədə 

verdiyi qəbz də burada idi. 

"Bu nə iĢdir belə?!" – bədbəxt Styopa fikirləĢdi və baĢı 

hərləndi.  Yoxsa  zəhrimara  qalmıĢ  yaddaĢ  pozğunluğu 

baĢlayır?!  Ancaq  təbii  ki,  müqavilə  təqdim  olunduqdan 

sonra təəccübləndiyini göstərmək, sadəcə, ədəbsizlik olardı. 

Styopa  qonaqdan  bir  dəqiqəliyə  icazə  istəyib,  zəng 

vurmaqüçün  elə  corabla  dəhlizə  qaçdı.  Qaça-qaça  mətbəxə 

sarı qıĢqırdı: – Qrunya! 

Ancaq  heç  kim  cavab  vermədi.  Berliozun  dəhlizin 

yanındakı  kabinetinə  tərəf  baxanda  donub-qaldı.  Qapının 

dəstəyindəki  kəndirdə  surğuclu  iri  möhür  var  idi.  "Salam 

əleyküm!"  –  içində  kimsə  qıĢqırdı.  "Bircə  bu  çatmırdı!"  – 

Styopanın  beyni  qarıĢdı,  fikri  min  yerə  getdi,  heç  biri  də 

aparıb  bir  yana  çıxarmadı.  Bir  yandan  qara  beretli,  soyuq 

downloaded from KitabYurdu.org



 

153 


araq  və  ağla  sığmayan  müqavilə  ilə  bağlı  müəmma,  bu 

azmıĢ kimi, buyuracaqsınız, qapıda da möhür. Kimə desəniz 

ki  Berlioz  nəsə  törədib  –  inanmaz,  vallah,  inanmaz!  Ancaq 

bu da möhür! Hə... 

Tərs  kimi,  jurnalda  çap  olunmaq  üçün  bu  yaxınlarda 

Mixail  Aleksandroviçə  sırıdığı  məqalə  barədə  xoĢagəlməz 

fıkirlər  də  elə  bu  yerdə  Styopanın  beynindən  keçdi.  Öz 

aramızdır, sarsaq bir  məqalə idi! Həm də vecsiz, verdikləri 

nə puldu ki... 

Məqalə  barədə  fikirlərin  arxasınca  Ģübhəli  bir  söhbət 

yadına düĢdü, səhv etmirdisə, bu söhbət aprelin iyirmi dördü 

axĢamı elə burada, yemək otağında Mixail Aleksandroviçlə 

Ģam  eləyərkən  olmuĢdu.  Bir  yana  qalanda,  əlbəttə,  bu 

söhbəti  sözün  həqiqi  mənasında  Ģübhəli  adlandırmaq 

olmazdı (Styopa belə söhbətə yol verməzdi), ancaq lazımsız 

bir  mövzuya  toxunmuĢdular.  VətəndaĢlar,  o  söhbətdən  çox 

asanca  yayınmaq  da  olardı.  Çapa  qədər,  heç  Ģübhəsiz,  bu 

söhbət tamamilə boĢ Ģey sayıla bilərdi, di gəl çapdan sonra... 

"Ah, Berlioz, Berlioz! – Styopa yanıb-yaxıldı. – Axı bu, 

ağıla sığmır!" 

downloaded from KitabYurdu.org



 

154 


Ancaq 

kədərlənmək 

uzun 

sürmədi  və  Styopa 



Varyetenin  maliyyə  direktoru  Rimskinin  kabinetinin 

nömrəsini  yığdı.  Styopa  naqolay  vəziyyətdə  qalmıĢdı: 

birinci  müqavilə  göstəriləndən  sonra  Styopanın  onu 

yoxlamasından  əcnəbi  inciyə  bilərdi,  maliyyə  direktoru  ilə 

danıĢmağın  özü  də  çox  çətindi.  Doğrudan  da,  axı  necə 

soruĢasan: "Mən dünən magiya professoru ilə otuz beĢ min 

rubl  məbləğində  müqavilə  bağlamamıĢam  ki?"  Belə 

soruĢmaq yaramaz! 

–  Bəli!  –  dəstəkdə  Rimskinin  sərt,  xoĢagəlməz  səsi 

eĢidildi. 

– Salam,  Qriqori  Daniloviç,  –  Styopa  astadan  dedi,  – 

Lixodeyevdir.  Məsələ  belədir...  hm...  hm...  bu...  artist 

Voland...  mənim  yanımdadır...  Belə  ki...  soruĢmaq 

istəyirdim, bu axĢam üçün nə fikirləĢmisiniz? 

– Hə, cadugər? AfiĢalar indi hazır olacaq. 

– Aha, – Styopa zəif səslə dedi, – di hələlik... 

– Bəs siz tez gələcəksiniz? – Rimski soruĢdu. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə