Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə31/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   151

 

155 


– Yarım saatdan sonra, – Styopa dəstəyi asıb, qıjıldayan 

baĢını əllərilə sıxdı. Ax, nə pis iĢ oldu! Onun yaddaĢına axı 

nə olub, vətəndaĢlar? Hə? 

Dəhlizdə  belə  çox  ləngimək  yaxĢı  çıxmırdı  və  Styopa 

dərhal  plan  qurdu:  nə  yolla  olur-olsun,  bu  qəribə 

yaddaĢsızlığını  gizlətsin,  indi  isə  ilk  növbədə  əcnəbidən 

bicliklə öyrənsin ki, Styopaya həvalə edilən Varyetedə o, bu 

gün məhz nə göstərmək istəyir. 

Styopa  dəstəyi  qoyub  dönəndə  tənbəl  Qrunyaran 

çoxdan  silmədiyi  dəhlizdəki  güzgüdə  Ģüvül  kimi  uzun, 

eynəkli (ah, kaĢ Ġvan Nikolayeviç burada olaydı! Bu adamı o 

saat  tanıyardı!)  qəribə  bir  adamı  aydınca  gördü.  O  isə 

görünüb,  həmin  an  da  yoxa  çıxdı.  Styopa  həyəcan  içində 

dəhlizi diqqətlə gözdən keçirdi və ikinci dəfə diksindi, çünki 

güzgüdə  bu  dəfə  iri  qara  piĢik  əks  olunub,  eləcə  də  yoxa 

çıxdı. 


Styopanın ürəyi düĢdü, o səndələdi. 

"Bu  nədir?  –  fikirləĢdi,  –  yoxsa  dəli  oluram?  Əksini 

gördüklərim haradan çıxdı?!" – O, dəhlizə tərəf qorxa-qorxa 

qıĢqırdı: 

downloaded from KitabYurdu.org



 

156 


– Qrunya, bu nə piĢikdir belə, burada gəzir? O, haradan 

gəlib? Ondan baĢqa yenə kimsə var? 

– Narahat  olmayın,  Stepan  Boqdanoviç,  –  Qrunyanın 

deyil,  yataq  otağından  qonağın  səsi  eĢidildi,  –  mənim 

piĢiyimdir.  ƏsəbiləĢməyin.  Qrunya  isə  yoxdur,  mən  onu 

vətəninə,  Voronejə  göndərdim,  çünki  Ģikayətlənirdi  ki, 

çoxdandır siz ona məzuniyyət vermirsiniz. 

Bu  sözlər  o  qədər  gözlənilməz  və  mənasız  idi  ki, 

Styopa  qulağının  səsə  düĢdüyünü  güman  etdi.  ÇaĢqınlıq 

içində  cəld  yataq  otağına  tərəf  qaçdı  və  kandarda  donub-

qaldı. Saçları biz-biz oldu, alnını tər basdı. 

Qonaq yataq otağında artıq tək deyildi, baĢının dəstəsi 

də  burada  idi.  Dəhlizdə  gözünə  görünən  həmin  tip  ikinci 

kresloda  oturmuĢdu.  Onu  indi  aydın  gördü:  bığları  quĢ 

tükünə bənzəyirdi, gözlüyünün ĢüĢəsinin biri parıldayırdı, o 

biri  isə  ĢüĢəsizdi.  Ancaq  yataq  otağında  bundan  da  betəri 

vardı:  zərgər  arvadının  yumĢaq  kətilində  ədəbsizcəsinə 

yayxanmıĢ  nəhəng  qara  piĢik  bir  pəncəsində  araq  dolu 

stəkan,  o  birində  macal  tapıb  turĢuya  qoyulmuĢ  göbələyə 

batırdığı çəngəl tutmuĢdu. 

downloaded from KitabYurdu.org



 

157 


Yataq  otağının,  onsuz  da,  zəif  olan  iĢığı  Styopanın 

gözlərində  tamam  sönməyə  baĢladı.  "Demək,  beləcə  dəli 

olurlar!" – düĢündü və yıxılmamaq üçün qapıdan yapıĢdı. 

– Görürəm  bir  az  təəccüblənibsiniz,  əzizim  Stepan 

Boqdanoviç,  –  Voland  diĢi  diĢinə  dəyən  Styopaya  dedi,  – 

ancaq 


təəccüblü 

heç  nə  yoxdur.  Bunlar  mənim 

müĢayiətçilərimdir. 

Bu  vaxt  piĢik  arağı  baĢına  çəkdi  və  Styopanın  əli 

qapıdan aĢağı sürüĢdü. 

– MüĢayiətçilərimə qalmaq üçün yer lazımdır,– Voland 

sözünə  davam  etdi,  –  deməli,  bizlərdən  hansımızsa  bu 

mənzildə artığıq. Mənə elə gəlir ki, artıq olan məhz sizsiniz! 

– Onlardır,  onlardır!  –  dama-dama  paltarlı  uzundraz 

Styopa haqqında cəm halında danıĢaraq keçi kimi mələdi, –

 

ümumiyyətlə,  onlar  son  vaxtlar  murdar  iĢlərlə 



məĢğuldurlar.  SərxoĢluq  edirlər,  öz  mövqelərindən  sui-

istifadə  eləyib  qadınları  yoldan  çıxarırlar,  heç  bir  iĢ 

görmürlər, çünki heç nə bacarmırlar, onlara tapĢırılan iĢdən 

baĢları çıxmır. Rəhbərliyin gözünə kül üfürürlər! 

downloaded from KitabYurdu.org



 

158 


– Dövlət maĢınını havayı yerə ora-bura qovurlar! – piĢik 

də göbələyi çeynəyə-çeynəyə Ģər atdı. 

Styopa  döĢəməyə  yıxılıb  taqətsiz  əliylə  qapını 

cırmaqlayanda  mənzildə  dördüncü  və  sonuncu  hadisə  baĢ 

verdi.  Bədənnüma  güzgünün  içindən  balaca,  ancaq  kürəyi 

xeyli  enli,  baĢında  yumru  Ģlyapa,  ağzından  çölə  sallanmıĢ 

köpək  diĢləri,  onsuz  da,  iyrənc  olan  sir-sifətini  lap  eybəcər 

hala salan bir məxluq çıxdı. Üstəlik də, kürən idi. 

– Mən,  –  təzə  gələn  söhbətə  qoĢuldu,  –  ümumiyyətlə, 

baĢa  düĢmürəm,  bu  adam  necə  direktor  olub,  –  kürən  get-

gedə  lap  burnunda  danıĢırdı,  –  mən  arxiyerey

16

  olduğum 



qədər o da direktordur! 

– Sən  arxiyereyə  oxĢamırsan,  Azazello,  –  piĢik  öz 

boĢqabına sosiska qoya-qoya dedi. 

                                                 

16

Arxiyerey 



–  xristian  kilsə  iyerarxiyasında:  yepiskop, 

arxiyepiskop, mitropolit (yun. archiercus – baĢ keĢiĢ)

 

downloaded from KitabYurdu.org




 

159 


– Mən də elə bunu deyirəm, – kürən burnunda danıĢaraq 

dedi və Volanda tərəf dönüb hörmətlə əlavə etdi: – Messir

17



icazə verin, onu Moskvadan rədd eləyim. 



– PiĢt!!! – piĢik tüklərini qabardıb birdən bağırdı. 

Yataq  otağı  Styopanın  baĢına  fırlandı,  gicgahı  qapıya 

dəydi və huĢunu itirə-itirə fikirləĢdi: "Mən ölürəm..." 

Ancaq  ölmədi.  Gözlərini  açıb  özünü  bir  daĢın  üstündə 

oturan  gördü.  Ətrafında  nəsə  uğuldayırdı.  Gözünü  əməlli-

baĢlı açanda gördü ki, uğuldayan dənizdir, hətta dalğalar, az 

qala,  ayaqlarına  çırpılır  və  sözün  kəsəsi,  dalğaqıranın  lap 

ucunda oturub, ondan aĢağıda mavi dəniz bərq vurur, arxada 

– dağların baĢında isə gözəl bir Ģəhər görünür. 

Belə  vəziyyətdə  necə  hərəkət  edəcəyini  bilmədiyindən 

Styopa  dizləri  əsə-əsə  qalxıb,  dalğaqıranın  üstü  ilə  sahilə 

tərəf getdi. 

Dalğaqıranda  bir  adam  dayanıb,  papiros  çəkə-çəkə 

dənizə  tüpürürdü.  O,  Styopaya  mat-mat  baxıb  daha 

                                                 

17

Messir – orta əsrlərdə İtaliyada adlı-sanlı feodallara hörmət əlaməti olaraq verilən 



ad; sonralar din xadimlərinin, hüquqşünasların adının qarşısında işlədilib. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə