Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə44/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   151

 

221 


tramvaya  mindi, sonra  kəsilmiĢ  baĢla bağlı  epizoda  qayıtdı. 

BaĢ məsləhətçinin əvvəlcədən hər Ģeyi xəbər verməsi Ponti 

Pilatı onun yadına saldı və daha artıq inandırıcı olması üçün 

Ġvan  qərara  aldı  ki,  prokuratorun  qan-qırmızı  astarlı  ağ 

plaĢda Ġrodun sarayının sütunları arasına daxil olduğu andan 

hər Ģeyi büsbütün yazsın. 

Ġvan  cidd-cəhdlə  iĢləyirdi,  yazdığını  pozurdu,  yeni 

sözlər  əlavə  edirdi,  hətta  Ponti  Pilatın,  daha  sonra  dal 

ayaqları  üstündə  duran  piĢiyin  Ģəklini  çəkməyə  çalıĢdı. 

Amma Ģəkillər də kömək etmədi, nə qədər yazırdısa, Ģairin 

ərizəsi bir o qədər dolaĢıq və anlaĢılmaz olurdu. 

Uzaqdan  kənarları  tüstü  kimi  burulan  qorxunc  bulud 

görünüb Ģam meĢəsini örtəndə, külək qalxanda Ġvan hiss etdi 

ki,  heydən  düĢüb,  ərizənin  öhdəsindən  gələ  bilməyəcək, 

səpələnən vərəqləri yığmadı və sakitcə acı-acı ağladı. 

Tufan qalxanda rəhmdil feldĢer Praskovya Fyodorovna 

Ģairə baĢ çəkdi, onun ağladığını görüb narahat oldu, ĢimĢək 

xəstəni  qorxutmasın  deyə  pərdəni  çəkdi,  vərəqləri 

döĢəmədən yığıb həkim dalınca qaçdı.  

 

downloaded from KitabYurdu.org




 

222 


Həkim  gəldi,  Ġvanın  qoluna  iynə  vurub  onu  əmin  etdi 

ki,  daha  ağlamayacaq,  indi  hər  Ģey  keçib-gedəcək,  hər  Ģey 

unudulacaq. 

Həkimin  sözləri  düz  çıxdı.  Tezliklə  çayın  o  tayındakı 

Ģam  meĢəsi  əvvəlki  görkəmini  aldı,  buludlardan  təmizlənib 

yenə  durulan  göyün  altında  son  ağacına  kimi  göründü,  çay 

da  sakitləĢdi.  Ġynə  vurulan  kimi  Ġvanın  qüssəsi  dağılmağa 

baĢladı və Ģair indi rahatca uzanıb göy qurĢağına baxırdı. 

AxĢama  qədər  beləcə  davam  elədi,  o  hətta  göy 

qurĢağının  yoxa  çıxdığını,  Ģər  qarıĢdığını,  Ģam  meĢəsinin 

qaraldığını da bilmədi. 

Ġsti  süddən  içib  Ġvan  yenə  uzandı  və  fikirlərinin 

dəyiĢdiyinə  özü  də  məəttəl  qaldı.  Lənətə  gəlmiĢ  cüvəllağı 

piĢik  daha  ona  idbar  görünmürdü,  kəsik  baĢ  onu 

qorxutmurdu  və  bunları  fikrindən  çıxarıb  düĢündü  ki, 

əslində, klinika heç də pis deyil. Stravinski ağıllı və məĢhur 

adamdır, onunla iĢ görmək çox xoĢdur. Üstəlik də, tufandan 

sonra hava ləzzətli və təmizdir. 

Xəstəxana yatırdı. Səssiz dəhlizlərdə tutqun ağ lampalar 

sönmüĢdü, onların əvəzinə, qaydaya uyğun olaraq, zəif mavi 

downloaded from KitabYurdu.org



 

223 


gecə lampaları yanırdı və dəhlizdəki rezin ayaqaltıların üstü 

ilə  ehtiyatla  gəzən  feldĢer  qadınların  ayaq  səsləri  qapının 

arxasında get-gedə seyrəlirdi. 

Ġndi  Ġvan  xoĢ  bir  üzgünlüklə  uzanıb,  gah  tavandan 

yumĢaq  iĢığı  süzülən  abajurunaltındakı  lampaya,  gah  da 

qaralmıĢ  Ģam  meĢəsindən  qalxan  aya  baxa-baxa  özüylə 

söhbət edirdi. 

–  Əslinə  qalanda,  Berlioz  tramvayın  altına  düĢdüyünə 

görə  axı  mən  niyə  belə  həyəcanlanmalı  idim?  –  Ģair 

fikirləĢdi.  –  Ġndi  də  cəhənnəmə  ki, ölüb! Bir  yana  baxanda, 

nəyimdir  mənim,  əmim  oğludur,  dayım  oğludur?  Dərindən 

götürsək,  mərhumu  heç  düz-əməlli  tanımırdım  da. 

Doğrudan,  axı  onun  haqqında  mən  nə  bilirdim?  Heç  nə, 

bircə onu ki, keçəldir və son dərəcə bəlağətli danıĢmağı var. 

Sonra,  vətəndaĢlar,  –  Ġvan  kiməsə  müraciətlə  öz  çıxıĢını 

davam  etdirdi,  –  bir  Ģeyi  aydınlaĢdıraq:  mənə  izah  edin 

görüm, bomboĢ qara gözü olan bu müəmmalı məsləhətçiyə, 

cadugərə,  professora  nəyə  görə  hirslənmiĢdim?  Tuman-

köynəkdə,  əlimdə  Ģam  boĢ  yerə  onun  dalınca  düĢməyim 

nəyə lazımdı, hələ restorandakı hoqqabazlıq nəydi?  

downloaded from KitabYurdu.org



 

224 


 

– Amma  axı,  –  qəfil  içindən,  ya  qulağının  dibindən 

gələn  acıqlı  bir  səslə  əvvəlki  Ġvan  yeni  Ġvana  dedi,  – 

Berliozun  baĢının  kəsiləcəyini  o,  əvvəlcədən  bilirdi?  Necə 

həyəcanlanmayasan? 

– Bu nə söhbətdir, yoldaĢlar! – yeni Ġvan köhnə, əvvəlki 

Ġvana  etiraz  etdi,  –  hətta  uĢağa  da  aydındır  ki,  burada  bir 

əmma var. O, yüz faiz qeyri-adi və müəmmalı bir adamdır. 

Ancaq  ən  maraqlısı  da  elə  budur!  Bu  adam  Ponti  Pilatı 

Ģəxsən  tanıyır,  bundan  da  maraqlı  nə  ola  bilər?  Patriarx 

gölündə  hay-küy  qaldırmaqdansa,  Ponti  Pilatın  və  həbs 

edilmiĢ  Qa-Nosrinin  sonra  baĢına  nələr  gəldiyini  ondan 

nəzakətlə soruĢmaq daha ağıllı iĢ olmazdımı? 

Ancaq  gör  mən  neylədim!  Əslində,  ciddi  hadisədir  – 

jurnal  redaktoru  tramvay  altına  düĢüb!  Amma  buna  görə 

jurnalı  bağlamayacaqlar  ki!  Axı  neyləyəsən:  insan  əbədi 

deyil, çox düzgün deyiblər ki, qəflətən ölə də bilər. Di Allah 

rəhmət eləsin ona! BaĢqa bir redaktor qoyacaqlar, hətta, ola 

bilsin, əvvəlkindən də bəlağətli danıĢacaq. 

downloaded from KitabYurdu.org




 

225 


Yeni Ġvan bir az mürgüləyib, istehza ilə köhnə Ġvandan 

soruĢdu: 

– Onda mənə nə ad vermək olar? 

– Axmaq!  –  Ġvanların  heç  birinə  aid  olmayan, 

məsləhətçinin  yoğun  səsinə  çox  bənzəyən  kiĢi  səsi  aydınca 

dedi. 


Ġvan  nəyə  görəsə  "axmaq"  sözündən  incimədi,  hətta 

buna yarıyuxulu halda gülümsədi. Yuxu Ġvanı aparırdı, artıq 

fil ayaqlı palmaları görürdü, piĢik də yanından keçdi, ancaq 

qorxunc  deyildi,  Ģən  idi  və  Ġvan  artıq  yuxuya  gedirdi  ki, 

birdən  dəmir  barmaqlıq  səssizcə  yana  sürüĢdü  və  ay 

iĢığından gizlənən müəmmalı bir adam eyvanda peyda olub, 

Ġvana barmağını silkələdi. 

Ġvan qorxub çəkinmədən çarpayıda dikəldi və eyvanda 

dayanan  kiĢini  gördü.  Bu  kiĢi  barmağını  dodağına  aparıb 

pıçıldadı: 

– Ssss! 

 

 



 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə