Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə46/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   151

 

231 


– Sizin  saatdır?  Buyurun  alın,  –  dama-dama  paltarlı 

sırtıqcasına  gülümsəyərək,  çirkli  ovcunda  tutduğu  saatı 

karıxmıĢ Rimskiyə uzatdı. 

– Beləsi  ilə  tramvaya  minmə,  –  hekayəçi  astadan  və 

Ģən-Ģən qrimçiyə pıçıldadı. 

Ancaq  piĢik  özgə  saatı  ilə  göstərilən  nömrəni  kölgədə 

qoydu. Qəfil divandan durub, dal ayaqlarının üstündə güzgü 

qoyulan stola yaxınlaĢdı, pəncəsiylə qrafinin ağzından tıxacı 

çıxardı,  stəkana  su  töküb  içdi,  tıxacı  yerinə  qoyub  qrim 

əsgisiylə bığlarını sildi. 

Hamının  matı-mutu  qurumuĢdu,  qrimçi  isə  heyranlıqla 

pıçıldadı: 

– Ax, əladır! 

Bu  yerdə  zəng  üçüncü  dəfə  bərkdən  çalındı  və  hamı 

maraqlı  nömrə  görmək  həvəsiylə  geyinmə  otağından  çölə 

axıĢdı. 


Bir dəqiqə sonra tamaĢa zalında Ģarlar söndü, lampadan 

pərdənin  aĢağısına  qırmızımtal  iĢıq  düĢdü  və  pərdənin  iĢıq 

gələn  arasından  tamaĢaçıların  qarĢısına  əzik  frakda,  köhnə 

köynəkdə, üzü qırxılmıĢ, kök, uĢaq kimi Ģən bir adam çıxdı. 

downloaded from KitabYurdu.org



 

232 


Bu,  bütün  Moskvada  yaxĢı  tanınan  konferansye  Jorj 

Benqalski idi. 

– Beləliklə,  vətəndaĢlar,  –  Benqalski  uĢaq  kimi 

gülümsədi,  –  indi  sizin  qarĢınızda  çıxıĢ  edəcək...  –  bu 

yerdəBenqalski  sözünü  kəsdi  və  baĢqa  intonasiya  ilə 

danıĢdı: 

– Görürəm  ki,  üçüncü  hissədə  tamaĢaçıların  sayı  daha 

da artıb. Bu gün Ģəhərin yarısı buradadır! Bu yaxınlarda bir 

tanıĢımla  görüĢəndə  ona  dedim:  "Niyə  bizə  gəlmirsən? 

Dünən  Ģəhərin  yarısı  bizdə  idi".  O  isə  mənə  cavab  verdi: 

"Mənsə o biri yarısında yaĢayıram!" – Benqalski pauza verdi 

ki,  indi  hamı  güləcək,  ancaq  heç  kim  gülmədiyinə  görə 

sözünə davam etdi: – ... Beləliklə, qara magiya seansları ilə 

çıxıĢ  edir  xaricdən  gəlmiĢ  məĢhur  artist  müsyö  Voland! 

Amma biz, əlbəttə, sizinlə birlikdə baĢa düĢürük ki, – 

bu 


yerdə  Benqalski  müdrik  bir  təbəssümlə  gülümsədi,  – 

dünyada belə bir Ģey yoxdur və bu, mövhumatdan baĢqa bir 

Ģey deyil, sadəcə, maestro Voland fokus texnikasına yüksək 

səviyyədə yiyələnib, bunu da, yəni həmin texnikanın ifĢasını 

ən  maraqlı  hissədə  görəcəksiniz,  bizsə  hamılıqla  həm  bu 

downloaded from KitabYurdu.org




 

233 


texnikanın,  həm  də  onun  ifĢasının  tərəfində  olduğumuza 

görə buyursun cənab Voland! 

Bütün  bu  naqqallıqdan  sonra  Benqalski  əllərini 

qoĢalayıb,  salamlaĢırmıĢ  kimi  pərdə  tərəfə  yellədi və  pərdə 

xıĢıltı ilə yanlara sürüĢdü. 

Cadugərlə  uzun  köməkçisinin  və  dal  ayaqlarının 

üstündə yeriyən piĢiyin səhnəyə çıxması tamaĢaçılara ləzzət 

elədi. 


– Kreslo  verin,  –  Voland  astaca  əmr  etdi  və  elə  həmin 

saniyə səhnədə kreslo peyda oldu, – əzizim Faqot, mənə de 

görüm,  –  kresloda  oturan  Voland,  görünür,  "Korovyev"dən 

də baĢqa soyadı olan dama-dama paltarlı oyunbazdan xəbər 

aldı, – sənə elə gəlmirmi ki, Moskva camaatı xeyli dəyiĢib? 

Cadugər havadan kreslonun peyda olmasına heyrətlənib 

susmuĢ tamaĢaçılara göz gəzdirdi. 

– Elədir, messir, – Faqot-Korovyev astadan cavab verdi. 

– Doğru  deyirsən.  ġəhər  camaatı  çox  dəyiĢib, 

görkəmlərini  nəzərdə  tuturam,  yeri  gəlmiĢkən,  Ģəhərin  özü 

kimi.  Geyimlərdən  danıĢmağa  belə  dəyməz,  ancaq  bu... 

adları nədir... tramvaylar, avtomobillər peyda olub... 

downloaded from KitabYurdu.org



 

234 


– Avtobuslar, – Faqot hörmətlə dedi. 

TamaĢaçılar  diqqətlə  qulaq  asdıqları  bu  söhbətinqeyri-

adi  fokuslara  giriĢ  olduğunu  düĢünürdülər.  Səhnənin  arxası 

artistlərlə,  fəhlələrlə  dolu  idi  və  onların  arasında  Rimskinin 

rəngi qaçmıĢ narahat sifəti görünürdü. 

Səhnənin yan tərəfinə sığınmıĢ Benqalskinin sifətindən 

çaĢqınlıq  oxunurdu.  O,  yaranmıĢ  pauzadan  istifadə  edib, 

qaĢlarını azca qaldıraraq dedi: 

– Xaricdən gəlmiĢ artist texniki baxımdan inkiĢaf etmiĢ 

Moskvaya,  həmçinin  moskvalılara  heyran  qaldığını  bildirir, 

–  bu  yerdə  Benqalski  iki  dəfə  gülümsədi,  əvvəlcə  parterə, 

sonra isə yuxarı yarusa. 

Voland,  Faqot  və  piĢik  baĢlarını  konferansye  tərəfə 

döndərdilər. 

– Məgər  mən  heyran  qaldığımı  dedim?  –  cadugər 

Faqotdan soruĢdu. 

– Əsla yox, messir, siz heyran olduğunuzu demədiniz, – 

o cavab verdi. 

– Bəs onda bu adam nə deyir? 

downloaded from KitabYurdu.org




 

235 


– O,  sadəcə,  yalan  danıĢdı!  –  dama-dama  paltarlı 

köməkçi  bütün  teatrın  eĢidəcəyi  gur  səslə  dedi  və 

Benqalskiyə  müraciətlə  əlavə  etdi:  –  Təbrik  edirəm  sizi, 

vətəndaĢ yalan-palan! 

Yuxarı  yarusda  gülüĢdülər,  Benqalski  isə  diksinib 

gözlərini bərəltdi. 

– Ancaq  məni,  əlbəttə,  avtobuslardan,  telefonlardan  və 

baĢqa... 

– Aparaturalardan! – dama-dama paltarlı pıçıldadı. 

– Tamamilə  doğrudur,  minnətdaram,  –  cadugər  yoğun 

səslə  aram-aram  danıĢırdı,  –  daha  əhəmiyyətli  məsələlər 

maraqlandırır: bu Ģəhər camaatı daxilən dəyiĢibmi? 

– Bəli, cənab, bu, çox əhəmiyyətli məsələdir. 

Səhnə arxasındakılar döyüküb bir-birinin üzünə baxırvə 

çiyinlərini  çəkirdilər,  Benqalski  pörtmüĢdü,  Rimskinin  isə 

rəngi  qaçmıĢdı.  Bu  vaxt, sanki,  yaranan  həyəcanı  hiss  edən 

cadugər dedi: 

– BaĢımız söhbətə qarıĢıb, əzizim Faqot, tamaĢaçılar isə 

darıxmağa baĢlayıblar. Əvvəl-əvvəl bizə sadə bir Ģey göstər. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə