Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə54/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   151

 

271 


– Qızılgülü sevirəm.  

O  saat  da  dediyimə  peĢman  oldum,  çünki  o, 

günahkarcasına gülümsəyib, öz güllərini qanova atdı. Bir az 

karıxsam  da,  gülləri  qaldırıb  ona  uzatdım,  ancaq  o, 

gülümsəyərək  gülləri  itələdi  və  mən  onları  əlimdə  aparası 

oldum. 


Bir müddət dinməzcə getdik, sonra gülləri əlimdən alıb, 

daĢ döĢənmiĢ küçəyə atdı, qara əlcəkli əlini qoluma keçirdi 

və biz yanaĢı addımladıq. 

– Sonra, – Ġvan dedi, – xahiĢ edirəm, hər Ģeyi danıĢın. 

– Sonra?  –  qonaq  sualı  təkrar  etdi,  –  nə  olasıdır  ki, 

sonrasını özünüz də baĢa düĢə bilərdiniz. – O, qəfil axan göz 

yaĢını paltarının sağ qolu ilə sildi. – Qatil tində qarĢına necə 

qəfil çıxırsa, eĢq də eləcə, qəfil qarĢımıza çıxıb, hər ikimizin 

ürəyindən vurdu! 

Ġldırım belə vurur, ölüm adamı bu cür qəfil yaxalayır. 

Amma sonralar o danıĢırdı ki, elə deyil, biz, əlbəttə, bir-

birimizi  lap  çoxdan,  tanımadan,  görmədən  sevmiĢik.  Onda 

hələ  baĢqa  adamla  yaĢayırdı,  mən  isə  o  vaxt  onunla,  adı 

nəydi... 

downloaded from KitabYurdu.org



 

272 


– Kiminlə? – Bezdomnı soruĢdu. 

– Di... onunla... onunla... – qonaq çırtma çaldı. 

– Siz evli olmusunuz? 

– Hə  də,  mən  elə  çalıĢıram  yadıma  salam...  onunla... 

Varenka,  Maneçka...  yox,  Varenka...  zolaqlı  da  paltarı  var 

idi... muzeydə... nə isə, yadımdan çıxıb. 

...Hə,  o  deyirdi,  əlindəsarı  güllər  həmin  gün  ona  görə 

evdən  çıxıb  ki,  mən,  nəhayət,  onu  tapam  və  əgər  bu  baĢ 

verməsəydi, 

özünü 


zəhərləyəcəkmiĢ, 

çünki 


həyatı 

mənasızmıĢ. 

Bəli,  eĢq  bizi  bir  anda  yaxaladı.  Mən  bunu  elə  həmin 

gün bir saatdan sonra, Ģəhəri hiss etmədən gedib çıxdığımız 

çay qırağında, Kreml divarlarının yanında baĢa düĢdüm. 

Biz elə danıĢırdıq, sanki, dünən ayrılmıĢdıq, sanki, bir-

birimizi çoxdan tanıyırdıq. RazılaĢdıq ki, sabah yenə həmin 

yerdə, Moskva çayının kənarında görüĢək; elə görüĢdük də. 

May  günəĢi  baĢımıza  nur  ələyirdi.  Və  tezliklə,  tezliklə  bu 

qadın mənim gizlin arvadım oldu. 

O,  hər  gün  yanıma  gəlirdi,  mən  isə  onu  səhər  tezdən 

gözləməyə  baĢlayırdım.  Bu  gözləmək  özünü  stolun 

downloaded from KitabYurdu.org



 

273 


üstündəki  əĢyaların  yerini  dəyiĢməklə  büruzə  verirdi. 

Gəlməyinə  on  dəqiqə  qalmıĢ  balaca  pəncərənin  qarĢısında 

oturub,qulaq  kəsilirdim  ki,  görüm,  köhnə  doqqaz  qapısı 

tıqqıldayacaqmı? ĠĢin tərsliyinə bax: onunla görüĢənə qədər 

bizim  həyətə  az  adam  gələrdi,  daha  doğrusu,  heç  kim 

gəlməzdi,  ancaq  indi  elə  bilirdin  bütün  Ģəhər  buraya  axıĢır. 

Doqqazın  qapısı  tıqqıldayırdı,  ürəyim  tıqqıldayırdı  və 

təsəvvür  edin,  sifətim  bərabərindəki  kiçik  pəncərədə 

hökmən  kiminsə  çirkli  çəkmələri  görünürdü.  Bıçaqitiləyən. 

Axı bizim binada bıçaqitiləyən kimə lazımdı? Nə itiləyəcək? 

Hansı bıçağı? 

O, doqqazın qapısını bir dəfə açırdı, ancaq buna qədər 

ürəyim, ən azı, on dəfə çırpınırdı. Yalan demirəm. Sonra isə, 

onun  gəlmək  vaxtı  yetiĢəndə,  saatın  əqrəbləri  günortanı 

göstərəndə,  qara  dəri  bantları  polad  toqqa  ilə  bərkidilmiĢ 

tufli  doqqazın  qapısı  çırpılmadan,  demək  olar,  səssizcə 

pəncərədə görünənə qədər ürəyimin çırpıntısı kəsmirdi. 

O,  hərdən  Ģıltaqlıq  edirdi,  ikinci  pəncərədə  ləngiyib, 

tuflinin  ucu  ilə  ĢüĢəni  tıqqıldadırdı.  Mən  dərhal  həmin 

downloaded from KitabYurdu.org




 

274 


pəncərəyə  qaçırdım,  ancaq  tufli  də,  iĢığın  qabağını  kəsən 

qara ipək də yoxa çıxırdı, mən qapını açmağa gedirdim. 

Sizi  əmin  edirəm  ki,  bizim  əlaqəmizdən  heç  kimin 

xəbəri yox idi, ancaq heç vaxt belə olmur. Nə əri bilirdi, nə 

tanıĢları. Zirzəmisi mənə məxsus olan köhnə binada, əlbəttə, 

yanıma  hansısa  qadının  gəldiyindən  xəbərləri  vardı, 

görmüĢdülər, ancaq adını bilmirdilər. 

–  Bəs  o  kim  idi?  –  məhəbbət  tarixçəsiylə  son  dərəcə 

maraqlanan Ġvan soruĢdu. 

Qonaq əlinin iĢarəsiylə bildirdi ki, o, heç vaxt heç kimə 

bunu deməyəcək və söhbətinə davam etdi. 

Ġvana  məlum  oldu  ki,  master  və  naməlum  qadın  bir-

birini elə möhkəm seviblər, ayrı dura bilmirlərmiĢ. Yasəmən 

koluna  və  hasara  görə  həmiĢə  alaqaranlıq  olan  zirzəmidəki 

iki  otağı  Ġvan  artıq  aydınca  təsəvvür  edirdi;  köhnə  qırmızı 

mebel, yazı stolu, onun üstündə hər yarım saatdan bir zəng 

vuran  saat,  rənglənmiĢ  döĢəmədən  qurum  bağlamıĢ  tavana 

qədər yığılmıĢ kitablar, bir də soba. 

Ġvan bildi ki, qonaq və onun gizli arvadı Tverskaya ilə 

dalanın tinində onları taleyin rastlaĢdırdığına, həmiĢəlik bir-

downloaded from KitabYurdu.org



 

275 


biri  üçün  yarandıqlarına  görüĢlərinin  elə  ilk  günündən 

inanıblar. 

Qonağın  söhbətindən  Ġvan  sevgililərin  günlərini  necə 

keçirdiyini  bildi.  O  gələn  kimi  ilk  növbədə  önlük  taxıb, 

yazıq xəstənin nəyə görəsə fəxr etdiyi həmin əlüzyuyan olan 

dar  artırmada,  ağacdan  düzəldilmiĢ  masanın  üstündəki  ağ 

neftlə  iĢləyən  pilətəni  yandırır,  səhər  yeməyi  hazırlayıb 

birinci  otaqda,  ovalĢəkilli  stolda  süfrə  açırmıĢ.  May  ayında 

leysan  yağıĢlar  baĢlayanda,  sel-su  gurhagurla  tutqun 

pəncərələrin  yanından  qapının  ağzına  axaraq,  sonuncu 

sığınacağı  basmaq  təhlükəsi  yaradanda  sevgililər  sobanı 

qalayıb, kartof biĢirirmiĢlər. Buğu qalxan kartofun qabığının 

qarası  əllərini  bulayırmıĢ.  Zirzəmidən  gülüĢ  eĢidilirmiĢ, 

yağıĢ  bağdakı  ağacların  sınmıĢ  körpə  budaqlarını,  ağ 

salxımlarını torpağa tökürmüĢ. 

Tufanlar  səngiyib  bürkülü  yay  gələndə,  güldanda 

çoxdan  həsrətində  olduqları,  hər  ikisinin  sevdiyi  qızılgüllər 

peyda  olub.  Özünü  master  adlandıran  adam  qızğın  surətdə 

öz  romanı  üzərində  iĢləyir,  naməlum  qadın  da  bu  romanla 

nəfəs alırmıĢ. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə