Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə62/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   151

 

311 


XV fəsil 

NĠKANOR ĠVANOVĠÇĠN YUXUSU 

 

Klinikanın  119  nömrəli  otağına  yerləĢdirilən  qırmızı 



sifətli  gonbul  adamın  Nikanor  Ġvanoviç  Bosoy  olduğunu 

təxmin etmək elə də çətin deyildi. 

Ancaq  o,  professor  Stravinskinin  qəbuluna  düĢməzdən 

əvvəl baĢqa yerdə olmuĢdu. 

Həmin  baĢqa  yerdən  Nikanor  Ġvanoviçin  xatirində  az 

Ģey  qalmıĢdı.  Yadına  vur-tut  yazı  masası,  dolab  və  divan 

gəlirdi. 

Həyəcandan  və  qanı  sifətinə  vurduğundan  gözləri 

qaralan Nikanor Ġvanoviçlə orada söhbət apardılar, ancaq bu 

söhbət  nəsə  qəribə,  dolaĢıq  alındı,  daha  doğrusu,  heç 

alınmadı. 

Nikanor Ġvanoviçə verilən ilk sual belə oldu:  

– Siz,  Nikanor  Ġvanoviç  Bosoy,  Sadovıdakı  302-bis 

nömrəli binanın evlər komitəsinin sədrisiniz? 

Nikanor  Ġvanoviç  hündürdən  qəhqəhə  çəkib  cavab 

verdi: 


downloaded from KitabYurdu.org


 

312 


– Nikanor  olmağına,  əlbəttə,  Nikanoram!  Ancaq 

məndən nə sədr! 

– Necə  yəni?  –  gözlərini  qıyıb  Nikanor  Ġvanoviçdən 

soruĢdular. 

– Elə o cür, – o cavab verdi, – əgər mən sədr olsaydım, 

gərək həmin an baĢa düĢəydim ki, o, cin-Ģəyatindir! Özgə nə 

olasıydı?  Gözlüyünün  ĢüĢəsi  çatlayıb...  baĢdan-ayağa  da 

cındırın içində... Onun harası tərcüməçiydi! 

– Kim  haqqında  danıĢırsınız?  –  Nikanor  Ġvanoviçdən 

soruĢdular. 

– Korovyev  haqqında!  –  Nikanor  Ġvanoviç  qıĢqırdı,  – 

bizim  əllinci  mənzilə  soxulub. Yazın:  Korovyev. Onu  təcili 

tutmaq lazımdır! Yazın: altıncı qapı, oradadır. 

– Valyuta  sizdə  haradandır?  –  Nikanor  Ġvanoviçdən 

səmimiyyətlə soruĢdular. 

– Allah  haqdır,  Allah  böyükdür,  –  Nikanor  Ġvanoviç 

dedi, –  hər Ģeyi  görür,  mənim  də  yolum  orayadır. Heç  vaxt 

əlimdə  tutmamıĢam,  valyutanın  nə  olduğunu  da 

bilməmiĢəm! Pis iĢlərimə görə Allah məni cəzalandıracaq, – 

Nikanor  Ġvanoviç  köynəyinin  yaxasını  gah  açıb,  gah 

downloaded from KitabYurdu.org



 

313 


bağlayıb, gah da xaç çevirib hissiyyatla sözünə davam etdi, 

–  almıĢam!  AlmıĢam,  ancaq  öz  sovet  pulumuzla!  Pulla 

qeydiyyata  götürmüĢəm,  danmıram,  olub.  Bizim  katib 

Prolejnyov  da  az  aĢın  duzu  deyil!  Açığını  desək,  bütün 

oğrular evlər idarəsindədir. Ancaq mən valyuta almamıĢam! 

Özünü 


axmaq 

yerinə 


qoymayıb, 

dollarların 

ventilyasiyada  necə  peyda  olduğunu  danıĢmasını  ondan 

tələb  edəndə  Nikanor  Ġvanoviç  diz  çöküb,  parket  taxtasım 

udacaqmıĢ kimi ağzını açaraq yırğalandı. 

– Ġstəyirsiniz,  –  o  böyürdü,  –  torpaq  yeyərəm, 

almamıĢam. Korovyev isə Ģeytandır. 

Səbrin  də  bir  həddi  var  və  masa  arxasındakılar  artıq 

səslərini  qaldırıb,  Nikanor  Ġvanoviçi  qandırdılar  ki,  adam 

dilində danıĢmağın vaxtıdır. 

Bu  zaman  yerdən  sıçrayıb  qalxan  Nikanor  Ġvanoviçin 

bağırtısı otağı doldurdu: 

– Odur!  Odur,  dolabın  arxasındadır!  Ġstehza  ilə 

gülümsəyir!  Gözlüyü  də...  Tutun  onu!  Otağa  müqəddəs  su 

çiləyin! 

downloaded from KitabYurdu.org




 

314 


Nikanor  Ġvanoviçin  rəngi  ağardı,  əsə-əsə  havada  xaç 

çəkdi, qapıya qaçıb geri qayıtdı, hansısa duanı oxudu, sonra 

ağzına gələni çərənləməyə baĢladı. 

Tamamilə  aydın  oldu  ki,  Nikanor  Ġvanoviçlə  söhbət 

etməyə  dəyməz.  Onu  çıxarıb  ayrı  otağa  saldılar,  orada 

nisbətən sakitləĢdi, yalnız hıçqıra-hıçqıra dua oxuyurdu. 

Əlbəttə  ki,  Sadovıya  getdilər  və  50  №-li  mənzilə  baĢ 

çəkdilər.  Ancaq  Korovyev  adlı  adamı  tapmadılar,  bu  adda 

adamı  binada  heç  kim  tanımırdı  və  görməmiĢdi.  Mərhum 

Berliozun  və  Yaltaya  getmiĢ  Lixodeyevin  yaĢadığı  mənzil 

tamamilə  boĢ  idi,  kabinetdəki  Ģkafların  üstünə  vurulmuĢ 

surğuclu  möhürlərə  əl  dəyməmiĢdi.  Sadovıdan  eləcə  də 

qayıtdılar,  amma  karıxmıĢ  və  məyuslaĢmıĢ  evlər  idarəsinin 

katibi Prolejnyovu da özləriylə apardılar. 

Nikanor  Ġvanoviçi  axĢam  Stravinskinin  klinikasına 

gətirdilər.  Orada  çox  narahatlıq  yaratdığına  görə,  ona 

Stravinskinin  resepti  əsasında  iynə  vurdular  və  yalnız 

gecəyarıdan  keçmiĢ  Nikanor  Ġvanoviç  hərdən  iztirabla 

inildəyərək 119 №-li otaqda yuxuya getdi. 

downloaded from KitabYurdu.org




 

315 


Ancaq  vaxt  ötdükcə  qurcuxmağı,  inildəməyi  kəsdi, 

rahat,  aramla  nəfəs  almağa  baĢladı  və  onu  otaqda  tək 

qoydular. 

Nikanor  Ġvanoviç  gün  ərzində  keçirdiyi  həyəcanların 

təsiriylə  yuxu  gördü.  Əlində  qızıl  Ģeypur  olan  adamlar  onu 

çox  təntənəylə  iri,  laklanmıĢ  qapılara  tərəf  aparırdılar. 

Həmin  qapıların  ağzında  Nikanor  Ġvanoviçi  müĢayiət 

edənlər  onun  Ģərəfinə  tuĢ  çaldılar,  sonra  göydən  gələn  gur, 

yoğun kiĢi səsi sevincək dedi: 

– XoĢ  gəlmisiniz,  Nikanor  Ġvanoviç!  Valyutanı  təhvil 

verin. 

Xeyli 


təəccüblənmiĢ 

Nikanor  Ġvanoviç  baĢının 

üstündəki qara səsgücləndiricini gördü. 

Sonra  birdən  özünü  qızıl  suyuna  çəkilmiĢ  tavanından 

büllur  çilçıraqlar,  divarlanndan  kenketlər

20

  asılmıĢ  teatr 



zalında  gördü.  Hər  Ģey  kiçik,  ancaq  çox  zəngin  teatrlarda 

olduğu  kimi  idi.  Məxmər  pərdələri  örtülü,  tünd-qırmızı 

                                                 

20

Kenket – odluğu yağla doldurulmuş çəndən aşağıda olan lampa 



downloaded from KitabYurdu.org


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə