Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə70/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   151

 

351 


çıxarıb  necə  vurnuxduqlarını,  plaĢa  necə  büründüklərini, 

atabaxan  əsgərlərin  qara  atları  yedəkləyib  yolla  necə 

qaçdıqlarını  Levi  yüksəklikdən  yaxĢı  görürdü.  Alay  yola 

düĢürdü,  burası  aydındı.  Levi  üzünə  çırpılan  tozdan  əliylə 

qorunaraq,  tüpürə-tüpürə  düĢündü  ki,  görəsən,  atlı  dəstənin 

getməyə  hazırlaĢmağı  nə  deməkdir?  O,  baxıĢlarını  yuxarı 

qaldırdı 

və 


tünd-qırmızı 

hərbi 


ləbbadədə 

edam 


meydançasına  qalxan  adamı  görə  bildi.  XoĢbəxt  sonluğun 

havası keçmiĢ vergiyığanın ürəyini sərinlətdi. 

Quldurların əzabının beĢinci saatında dağa qalxan adam 

YerĢalaimdən  buyruqçusunun  müĢayiətilə  çapıb  gələn 

koqorta  komandiri  idi.  Əsgər  cərgəsi  Siçovulqıranın  əlinin 

iĢarəsiylə aralandı və kenturion tribuna rəsmi təzim etdi. O, 

Siçovulqıranı  kənara  çəkib  nəsə  pıçıldadı.  Kenturion  ikinci 

dəfə  rəsmi  təzim  edib,  dar  ağaclarının  dibindəki  daĢların 

üstündə  oturmuĢ  cəlladlara  tərəf  getdi.  Tribun  isə  üçayaqlı 

kətildə  oturan  adama  doğru  yönəldi  və  bu  adam  hörmətlə 

ayağa qalxıb tribuna qarĢı gəldi. Tribun ona da astadan nəsə 

dedi  və  hər  ikisi  dar  ağaclarına  tərəf  getdi.  Məbəd 

keĢikçilərinin rəisi də onlara qoĢuldu. 

downloaded from KitabYurdu.org




 

352 


Siçovulqıran dar ağaclarının yanında yerə atılmıĢ, bir az 

əvvəl  cinayətkarların  paltarı  olan,  cəlladların  götürməkdən 

imtina  etdiyi  cır-cındıra  iyrənə-iyrənə  göz  gəzdirərək, 

cəlladlardan ikisini çağırıb əmr etdi: 

– Arxamca! 

Yaxınlıqdakı  dar  ağacından  xırıltılı  səslə  oxunan 

mənasız  bir  mahnı  eĢidilirdi.  Dar  ağacında  çarmıxa  çəkilən 

Hestas  edamdan  üç  saat  keçəndə  milçəkdən  və  günün 

istisindən  ağlını  itirmiĢdi,  indi  üzüm  barədə  sakitcə  nəsə 

zümzümə  eləyirdi  və  çalma  ilə  örtülmüĢ  baĢını  hərdən 

tərpədəndə  milçəklər  həvəssiz-həvəssiz  onun  sifətindən 

qalxıb yenidən qayıdırdılar. 

Ġkinci dar ağacındakı Dismas o birilərdən artıq əziyyət 

çəkirdi,  çünki  huĢunu  itirməmiĢdi  və  qulağını  çiyninə 

toxundurmaq üçün baĢını hərdən ağır-ağır gah sağa, gah sola 

döndərirdi. 

O  ikisinə  baxanda  ĠeĢua  bəxtəvər  idi.  Elə  ilk  saatda 

bayılmağa  baĢladı,  sonra  çalmalı  baĢını  sallayıb  huĢunu 

tamam  itirdi.  Buna  görə  də  milçəklər,  böyənəklər  ona  elə 

daraĢmıĢdılar,  qaynaĢan  qara  həĢərat  topasından  üzü 

downloaded from KitabYurdu.org



 

353 


görünmürdü.  Ġri  böyənəklər  paçasının  arasına,  qarnına, 

qoltuğunun altna qonub, çılpaq sarı bədənini sorurdu. 

BaĢlıqlı  adamın  iĢarəsinə  tabe  olub,  cəlladın  biri  əlinə 

nizə götürdü, o biri isə dar ağacının yanına vedrə və süngər 

gətirdi.  Cəllad  nizəni  qaldıraraq,  ĠeĢuanın  dartılıb  dar 

ağacının  köndələn  taxtasına  kəndirlə  bağlanan  əllərinə 

vurdu. Qabırğaları irəli çıxmıĢ bədən titrədi. Cəllad nizənin 

ucunu  onun  qarnında  gəzdirdi.  ĠeĢua  baĢını  qaldırdı  və 

milçəklər  vızıltı  ilə  uçdu,  çarmıxa  çəkilən  adamın  ĢiĢib 

tanınmaz hala düĢmüĢ sifəti, süzülən gözləri göründü. 

Qa-Nosri  kirpiklərini  aralayıb  aĢağı  baxdı.  Adətən, 

aydın olan gözləri indi bulanmıĢdı. 

– Qa-Nosri! – cəllad dedi. 

Qa-Nosri  ĢiĢmiĢ  dodaqlarını  tərpədib,  xırıltılı  boğuq 

səslə cavab verdi: 

– Nə istəyirsən? Niyə mənə yaxınlaĢmısan? 

– Ġç!  –  cəllad  dedi  və  su  hopdurulmuĢ  süngər  nizənin 

ucunda  ĠeĢuanın  dodaqlarına  sarı  uzandı.  Onun  gözlərində 

sevinc  iĢartıları  göründü,  dodaqlarını  süngərə  yapıĢdırıb 

downloaded from KitabYurdu.org




 

354 


acgözlüklə sormağa baĢladı. QonĢu dar ağacından Dismasın 

səsi eĢidildi: 

– Ədalətsizlikdir! Mən də onun kimi qulduram. 

Dismas dartındı, ancaq tərpənə bilmədi, əlləri üçyerdən 

kəndirlə köndələn vurulmuĢ taxtaya bağlanmıĢdı. O, qarnını 

çəkdi, dırnaqlarını taxtanın uclarına iliĢdirdi, baĢını ĠeĢuanın 

çəkildiyi  çarmıxa  tərəf  döndərdi;  Dismasın  gözlərindən  kin 

yağırdı. 

Meydançanı  toz  bürüdü,  əməllicə  qaranlıq  oldu.  Toz 

burulğanı ötüb-keçəndən sonra kenturion qıĢqırdı: 

– Ġkinci dar ağacındakı danıĢmasın! 

Dismas  susdu.  ĠeĢua  süngərdən  dodaqlarını  aralayıb 

sözünü  mehribancasına,  həm  də  hökmlə  deməyə  çalıĢdı, 

ancaq bunu bacarmadı və xırıltılı səslə cəlladdan xahiĢ etdi: 

– Ona da ver içsin! 

Get-gedə  qaranlıqlaĢırdı.  YerĢalaimə  tələsən  buludlar 

artıq  göyün  yarısını  tutmuĢdu,  qara  su  və  odla  dolu 

buludların qabağınca qaynayan ağ buludlar gəlirdi. Təpənin 

lap  üstündə  ĢimĢək  çaxıb  göy  guruldadı.  Cəllad  süngəri 

nizədən çıxardı. 

downloaded from KitabYurdu.org



 

355 


– YaĢasın alicənab igemon! – o, təntənəli səslə astadan 

deyib, nizəni yavaĢca ĠeĢuanın ürəyinə sancdı. ĠeĢua titrəyib 

pıçıldadı: 

– Ġgemon... 

Qan qarnı ilə aĢağı axdı, alt çənəsi əsdi və baĢı sallandı. 

Ġkinci  dəfə  ildırım  çaxanda  cəllad  artıq  Dismasa  su 

içirdirdi və eyni qaydada: 

– YaĢasın igemon! – deyərək onu da öldürdü. 

Ağlını  itirmiĢ  Hestas  cəlladı  yanında  görcək 

qorxudanqıĢqırdı, ancaq süngər dodaqlarına toxunanda nəsə 

bağırıb,  diĢləriylə  ondan  bərk-bərk  yapıĢdı.  Bir  neçə 

saniyədən  sonra  onun  da  bədəni  kəndirlərin  imkan  verdiyi 

qədər aĢağı sallandı. 

Cəlladların  və  kenturionun  arxasınca  baĢlıqlı  adam, 

onun  dalınca isə  məbəd  keĢikçilərinin  rəisi  gəlirdi.  BaĢlıqlı 

adam  birinci  dar  ağacının  yanında  ayaq  saxlayıb,  qana 

bələnmiĢ  ĠeĢuanı  diqqətlə  süzdü,  ağ  əlini  onun  pəncəsinə 

toxundurub böyründəkilərə dedi: 

– Ölüb. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə