Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə69/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   151

 

346 


arasından siviĢib qaçaraq arabaya sıçraya bilərdi. Onda ĠeĢua 

əzabdan qurtulardı. 

Bir  saniyə  kifayətdi  ki,  bıçaqla  ĠeĢuanın  kürəyindən 

vurub qıĢqırsın: "ĠeĢua! Mən səni xilas edib, səninlə birlikdə 

ölürəm! Mən, Matvey – sənin sadiq və yeganə Ģagirdin!" 

Əgər  Allah  ona  daha  bir  saniyə  bəxĢ  etsə,  özünü  də 

bıçaqla vurmağa  macal tapıb, dar ağacında ölməkdəncanını 

qurtarardı. Amma sonuncu fıkir Levini, keçmiĢ vergiyığanı 

az  maraqlandırırdı.  Necə  ölməyin  onun  üçün  heç  təfavütü 

yox  idi.  Ġstədiyi  bircə  Ģeydi:  ömründə  kimsəyə,  az  da  olsa, 

pislik etməyən ĠeĢuanın iĢgəncədən canı qurtarsın. 

Plan  çox  yaxĢı  idi,  ancaq  Levinin  üstündə  bıçaq 

olmaması məsələni qəlizləĢdirirdi. Üstəlik, bir qəpik pulu da 

yoxdu. 


Özünü  yamanlayan  Levi  camaatın  arasından  çıxıb, 

təzədən  Ģəhərə  doğru  qaçdı.  Qaynayan  beynində  bircə  fikir 

fırlanırdı:  nə  yolla  olur-olsun,  Ģəhərdən  bıçaq  tapıb,  tezcə 

izdihama yetiĢmək. 

O,  Ģəhərə  girən  karvanların  arasından  siviĢib,  özünü 

Ģəhər  darvazasına  çatdırdı  və  sol  tərəfdə  kiçik  çörək 

downloaded from KitabYurdu.org



 

347 


dükanının  açıq  olduğunu  gördü.  Qızmar  yolla  qaçmaqdan 

təngnəfəs  olmuĢ  Levi  özünü  toxtadıb,  çox  təmkinlə  dükana 

girdi,  piĢtaxta  arxasındakı  sahibəni  salamladı,  nəyə  görəsə 

daha  çox  xoĢuna  gələn  üst  taxçadakı  kömbəni  verməsini 

xahiĢ  etdi  və  qadın  dönəndə  ürəyincə  olan  ülgüc  kimi  iti 

uzun çörək bıçağını ehmalca piĢtaxtadan götürüb, o saat da 

dükandan çölə atıldı. Bir neçə dəqiqədən sonra o yenə Yaffa 

yoluna  çıxmıĢdı.  Ancaq  izdiham  artıq  görünmürdü.  O, 

qaçmağa  baĢladı.  Hərdən  tozun  içinə  sərələnib,  nəfəsini 

dərmək  üçün  hərəkətsiz  uzanmalı  olurdu.  Beləcə  uzanıb, 

qatırla və piyada YerĢalaimə gedən adamları heyrətə salırdı. 

Ürəyinin  təkcə  sinəsində  yox,  baĢında  və  qulaqlarında  da 

vurduğunu eĢidə-eĢidə uzanıb qalırdı. Bir az nəfəsini dərib, 

sıçrayaraq  yenə  qaçmağa  davam  eləyirdi,  ancaq  get-gedə 

taqətdən  düĢürdü.  Nəhayət,  toz  qaldırıb  gedən  izdihamı 

uzaqdan görəndə onlar artıq təpənin ətəyində idi. 

–  Ax,  Allah...  –  Levi  gecikdiyini  anlayaraq  zarıdı.  Və 

gecikdi. 

Edamdan  dörd  saat  keçəndə  Levinin  əzabı  ən  yüksək 

həddə  çatdı  və  o  qeyzləndi.  DaĢın  üstündən  qalxıb,  indi 

downloaded from KitabYurdu.org



 

348 


faydasız  saydığı  oğurluq  bıçağı  yerə  tulladı,  mehtərəni 

tapdalayıb  özünü  susuz  qoydu,  kefisini

23

  baĢından  atdı, 



seyrək saçlarını yolub özünə lənətlər yağdırdı. 

O,  mənasız  sözlər  qıĢqıraraq  özünü  lənətləyirdi, 

bağırırdı,  tüpürürdü,  dünyaya  axmaq  gətirən  ata-anasını 

söyürdü.  

Görəndə  ki  and-aman  və  söyüĢlər  təsir  etmir,  günün 

altında  heç  nə  dəyiĢmir,  gözlərini  qıyıb,  düyünlənmiĢ 

yumruqlarını göyə, Aralıq dənizində batmaq üçün kölgələri 

uzadaraq,  lap  aĢağı  enən  günəĢə  doğru  qaldırdı,  Allahdan 

möcüzə  göstərməsini  istədi.  Tələb  etdi  ki,  Allah  ĠeĢuaya 

dərhal ölüm göndərsin. 

Gözünü  açıb  əmin  oldu  ki,  təpədə  heç  nə  dəyiĢməyib, 

təkcə  kenturionun  sinəsindəki  gümüĢ  Ģir  baĢlarının  parıltısı 

sönüb. GünəĢ öz Ģüalarını üzü YerĢalaimə edam olunanların 

kürəyinə sancırdı. Onda Levi qıĢqrdı: 

– Lənət olsun sənə, Allah! 

                                                 

23

Kefi – çiyinlik 



downloaded from KitabYurdu.org


 

349 


O,  xırıltılı  səslə  qıĢqırırdı  ki,  Allahın  ədalətsizliyinə 

əmin olub, daha ona inanmaq fikrində deyil. 

– Sən  karsan!  –  Levi  bağırdı,  –  kar  olmasaydın,  məni 

eĢidərdin, onu dərhal öldürərdin. 

Levi  gözlərini  qıyıb,  göydən  yağaraq  onun  özünü 

öldürəcək  odu  gözləyirdi.  Bu  da  baĢ  vermədi  və  Levi 

gözlərini  açmadan  göyə  acı  töhmətlər  yağdırmaqda  davam 

etdi. O, qıĢqıra-qıĢqıra hər Ģeydən ümidini üzdüyünü, baĢqa 

allahların, dinlərin də olduğunu deyirdi. Bəli, baĢqa allahlar 

imkan  verməzdi,  heç  vaxt  imkan  verməzdi  ki,  ĠeĢua  kimi 

adam günün altında dar ağacında yanıb qovrulsun. 

– Mən  yanılmıĢam!  –  Ģəsi  batmıĢ  Levi  qıĢqırdı,  –  sən 

Ģər  allahısan!  Ya  da  sənin  gözlərini  məbəddə  yanan  ətirli 

tüstü tamam tutub, qulaqların isə ruhanilərin zil səslərindən 

baĢqa heç nə eĢitmir. Sən hər Ģeyə qadir Allah deyilsən. Sən 

qəlbi  qaranlıq  allahsan.  Qulldurların  allahı,  onların  hamisi 

və ruhu, səni lənətləyirəm! 

Bu  vaxt  keçmiĢ  vergiyığanın  qulağına  nəsə  bir  hənir 

dəydi, ayağının altında nəsə xıĢıldadı. Bir hənir də dəyəndə 

Levi gözünü açıb gördü ki, onun lənətlərinin təsirindən, ya 

downloaded from KitabYurdu.org



 

350 


baĢqa  bir  səbəbdən  dünyada  hər  Ģey  dəyiĢib.  GünəĢ  hər 

axĢam  batdığı  dənizə  çatmadan  yoxa  çıxmıĢdı.  Onu  udan 

qara  bulud  günbatandan  vahimə  ilə  durmadan  yaxınlaĢırdı. 

Buludun kənarları artıq köpüklənirdi, qara ortası sarımtıl iĢıq 

saçırdı.  Guruldayan,  xırıldayan  buludun  içini  hərdən  odlu 

xətlər  doğrayırdı.  Yaffa  yolunda,  çılpaq  Gion  vadisində 

zəvvar  çadırlarının  üstü  ilə  qəfil  qalxmıĢ  küləyin  qovduğu 

toz sütunları uçuĢurdu. 

Levi  dinməzcə  dayanıb,  indicə  YerĢalaimi  ağzına 

alacaq  tufanın  bədbəxt  ĠeĢuanın  taleyində  nəyisə  dəyiĢib-

dəyiĢməyəcəyini  anlamağa  çalıĢdı.  Və  buludları  doğrayan 

ĢimĢəkdən gözünü çəkmədən yalvardı ki, ĠeĢuanın çəkildiyi 

çarmıxı  ildırım  vursun.  Levi  buludların  hələ  tamam 

örtmədiyi,  tufandan  yayınmaq  üçün  quzğunların  qanad 

gərib,  sakitcə  süzdüyü  təmiz  göyə  peĢmançılıqla  baxaraq, 

lənətlər  yağdırmaqda  çox  tələsdiyini  düĢündü.  Ġndi  Allah 

onu eĢitməyəcəkdi. 

BaxıĢlarını  təpənin  ətəyində  gəzdirəndə  süvari  alayın 

səpələndiyi yer Levinin diqqətini çəkdi – orada əməlli-baĢlı 

dəyiĢiklik  baĢ  vermiĢdi.  Əsgərlərin  nizələri  torpaqdan 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə