Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə67/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   151

 

336 


Bir  müddət  keçmiĢ  alanın  arxasınca  ikinci  koqorta 

təpəyə  yetiĢdi və onlardan bir az hündürə qalxıb, dağı üzük 

kimi dövrəyə aldı. 

Nəhayət,  Mark  Siçovulqıranın  komandanlığı  altında 

kenturiya  gəlib  çatdı.  Kenturiya  yolun  kənarlarına  düzülüb 

cərgə  ilə  addımlayırdı,  bu  iki  cərgənin  arasında  isə 

boynundan  ağ  lövhə  asılmıĢ  üç  məhkum  məxfi  keĢikçi 

dəstəsinin  mühafizəsi  altında  arabada  gətirilirdi.  Lövhələrin 

hər  birinə  arami  və  yunan  dillərində  "Quldur  və  qiyamçı" 

yazılmıĢdı. Məhkum arabasının arxasınca təzə yonulmuĢ dar 

ağacları,  kəndirlər,  bellər,  vedrələr  və  baltalar  yüklənmiĢ 

arabalar  irəliləyirdi.  Bu  arabalarda  altı  cəllad  oturmuĢdu. 

Onlardan  arxada  at  belində  kenturion  Mark,  YerĢalaim 

məbədlərinin  mühafizə  rəisi  və  sarayın  qaranlıq  otağında 

Pilatın  ötəri  görüĢ  keçirdiyi  həmin  o  baĢlıqlı  Ģəxs  gəlirdi. 

Mərasimi  əsgər  cərgəsi  tamamlayırdı,  dəhĢətli  istinin 

qorxutmadığı və maraqlı hadisəni görmək həvəsində olan iki 

minə yaxın adam isə onların arxasınca düĢmüĢdü. 

ġəhərdən  gələn  həvəskarlara  indi  izdihamın  sonuna 

maneəsiz buraxılan, marağını saxlaya bilməyən zəvvarlar da 

downloaded from KitabYurdu.org



 

337 


qoĢulmuĢdular.  Qafiləni  müĢayiət  eləyən  və  Pilatın 

günortaya 

yaxın 

dediklərini 



təkrarlayan 

carçıların 

qıĢqırıqları  altında  mərasim  Keçəl  Dağa  doğru  uzanıb 

gedirdi. 

Ala  ikinci  qata  hamını  buraxdı,  kenturiya  isə  ikinci 

qatdan  yuxarıya  yalnız  edama  dəxli  olanları  buraxdı,  sonra 

cəld  manevr  edərək  izdihamı  təpənin  dövrəsi  boyunca 

dağıdıb  seyrəltdi  və  kütlə  yuxarıdan  piyadaların,  aĢağıdan 

süvari dəstəsinin arasında qaldı. Ġndi kütlə edamı piyadaların 

seyrək cərgəsi arasından görə bilərdi. 

Beləliklə,  mərasim  əhlinin  dağa  qalxmasından  üç 

saatdan çox vaxt keçmiĢdi, günəĢ artıq Keçəl Dağın arxasına 

enmiĢdi, ancaq hələ də dözülməz isti idi və hər iki cərgədə 

dayanan əsgərlər bu istidən  əziyyət  çəkirdilər, darıxmaqdan 

bezmiĢdilər,  ürəklərində  hər  üç  quldura  lənətlər  yağdırıb, 

onların tezliklə ölməyini arzulayırdılar. 

Təpənin  aĢağısında,  açıq  saxlanmıĢ  yolda  dayanan 

balacaboy, köynəyinin arxası tərdən qaralmıĢ ala komandiri 

tez-tez  birinci  taqımdakı  dəri  vedrəyə  yaxınlaĢıb,  sudan 

ovuclayıb  içir,  çalmasını  isladırdı.  Bir  az  yüngülləĢib  geri 

downloaded from KitabYurdu.org



 

338 


qayıdır və dikə qalxan tozlu yolu yenə obaĢ-bubaĢa ölçürdü. 

Uzun  qılıncı  qaytanla  bağlanmıĢ  çəkmələrini  döyəcləyirdi. 

Komandir  öz  süvarilərinə  dözüm  nümunəsi  göstərmək 

istəyirdi, ancaq əsgərlərə yazığı gəldiyindən, yerə sancılmıĢ 

nizələrdən  piramida  düzəldib,  üstünə  ağ  plaĢ  atmağa  icazə 

vermiĢdi. 

Suriyalılar 

amansızcasına 

yandırıb-yaxan 

günəĢdən  elə  bu  örtüyün  altında  daldalanırdılar.  Vedrə  tez 

boĢalırdı  və  müxtəlif  taqımlardan  olan  süvarilər  su  dalınca 

növbə  ilə  dağın  ətəyindəki  qobuya,  bu  cəhənnəm  istisində 

sısqa  tut  ağaclarının  aladəmgil  kölgəsində  qurumaqda  olan 

bulanıq  çaya  tərəf  yollanırdılar.  SüstləĢmiĢ  atları  saxlayan 

atabaxan  əsgərlər  də  baĢlarını  kölgəyə  soxub  darıxa-darıxa 

elə burada dayanmıĢdılar. 

Əsgərlərin  üzgünlüyü,  onların  quldurları  söyməyi 

anlaĢılan idi. Nifrət etdiyi YerĢalaim Ģəhərində edam zamanı 

qarıĢıqlıq  düĢəcəyindən  ehtiyatlanan  prokuratorun  qorxusu, 

xoĢbəxtlikdən,  çin  çıxmadı.  Edamdan  dörd  saat  keçəndən 

sonra  yuxarıdakı  piyadalar  və  aĢağıdakı  atlılar  cərgəsinin 

arasında,  gözlənildiyinin  əksinə  olaraq,  bir  adam  da 

qalmamıĢdı.  Kütlə  günün  istisindən  qaçıb,  təzədən 

downloaded from KitabYurdu.org




 

339 


YerĢalaimə  qayıtmıĢdı.  Ġki  Roma  kenturiyasının  mühasirə 

xəttindən  kənarda  təpəyə  necə,  hardan  gəlib  çıxdığı  məlum 

olmayan  vur-tut  iki  sahibsiz  it  var  idi.  Ancaq  isti  onları  da 

təntitmiĢdi  və  onlar  yerə  uzanıb,  qızmıĢ  daĢların,  torpaqda 

qıvrılan  iri  tikanlı  bitkilərin  arası  ilə  Ģütüyən,  günəĢdən 

qorxmayan yeganə canlı olan yaĢıl belli kərtənkələlərə fikir 

vermədən dil çıxarıb ləhləyirdilər. 

Nə  ordu  yeridilmiĢ  YerĢalaimdə,  nə  burada  – 

mühasirəyə  alınmıĢ  təpədə  heç  kim  məhkumları  qaçırmağa 

cəhd göstərmədi və kütlə Ģəhərə qayıtdı, çünki doğrudan da, 

bu  edamda  maraqlı  bir  Ģey  yox  idi,  Ģəhərdə  isə  axĢam 

girəcək Pasxa bayramına artıq hazırlıq gedirdi. 

Süvarilərdən  çox  ikinci  qatdakı  Roma  piyadaları 

əziyyət çəkirdi. Kenturion Siçovulqıran əldə nizə, ayaq üstə 

saxladığı  əsgərlərə  yalnız  dəbilqəni  çıxarıb,  suda  isladılmıĢ 

ağ sarğı örtməyə icazə vermiĢdi. Özü də elə o cür, intəhası, 

islanmamıĢ  sarğıda,  hətta  köynəyinin  üstündəki  gümüĢ  Ģir 

baĢlarını,  ayaq  sipərini,  qılınc  və  xəncərini  çıxarmadan 

cəllad  dəstəsinin  yaxınlığında  gəziĢirdi.  Təpəsini  deĢən 

günəĢ  kenturionun  eyninə  də  gəlmirdi  və  günün  altında 

downloaded from KitabYurdu.org



 

340 


qaynayan  gümüĢ  parıltısı  kimi  göz  deĢən  Ģir  baĢlarına 

baxmaq olmurdu. 

Siçovulqıranın  eybəcər  hala  salınmıĢ  sifətində 

yorğunluq, narazılıq sezilmirdi və elə görünürdü ki, nəhəng 

kenturion  bütün  günü,  bütün  gecəni  –  bir  sözlə,  nə  qədər 

desən, beləcə gəziĢmək gücündədir. Elə beləcə, əlini nömrəli 

ağır  mis  qurĢağına  qoyub  gəzsin,  beləcə,  qaĢqabaqlı 

baxıĢlarla  gah  dar  ağacında  çarmıxa  çəkilmiĢ  məhkumları, 

gah  cərgədəki  əsgərləri  süzsün,  qarĢısına  çıxan  insan 

sümüklərini,  ya  xırda  daĢ-kəsəyi  tüklü  çəkmələrinin  burnu 

ilə yenə o cür soyuqqanlılıqla kənara atsın. 

BaĢlıqlı  adam  dar  ağacından  bir  az  aralıda,  üçayaqlı 

kətildə  laqeyd  görkəmdə  oturub,  bikarçılıqdan  hərdənbir 

əlindəki çubuqla qumu eĢirdi. 

Legionerlərin  mühasirə  cərgəsinin  arxasında  bircə 

adamın  da  olmadığını  söyləmək  düzgün  deyildi.  Bir  adam 

var  idi,  sadəcə,  onu  hamı  görmürdü.  O,  edama  baxmaqdan 

ötrü  daha  əlveriĢli  olan,  dağa  qalxmaq  üçün  açıq  saxlanan 

yol  tərəfdə  dayanmamıĢdı,  təpənin  dik, keçilməz  uçurumlu, 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə