326
çökmüĢ təsəvvür eləyib, qeyri-ixtiyari düĢündü: "Bu
Kurolesov lap zırramadır ki!"
O isə hey səsini qaldıraraq hələ də günahlarını etiraf
eləyirdi və Nikanor Ġvanoviçi əməlli-baĢlı dolaĢdırdı, çünki
birdən səhnədə olmayan kiməsə müraciət etməyə və
olmayan adamın əvəzinə özü özünə cavab verməyə
baĢladı,həm də özünə gah "hökmdar", gah "baron", gah
"ata", gah "oğul", gah "siz", gah "sən" deyirdi.
Nikanor Ġvanoviç bircə onu anladı ki, artist: "Açarlar!
Mənim açarlarım!" – qıĢqırıb xırıldaya-xırıldaya və ehmalca
qalstukunu çıxararaq, döĢəməyə yıxılıb əzabla öldü.
Kurolesov öləndən sonra qalxıb, frakının Ģalvarından
tozu çırpdı, saxta təbəssümlə gülümsəyib baĢ əydi və seyrək
alqıĢların müĢayiətilə səhnədən getdi. Konferansye isə dedi:
– Biz sizinlə Savva Potapoviçin çox gözəl ifasında
"Xəsis cəngavər"ə qulaq asdıq. Bu cəngavər ümid eləyirdi
ki, Ģux məleykələr uçub yanına gələcəklər və bu cür xoĢ
Ģeylər hələ çox baĢ verəcək. Ancaq gördüyünüz kimi, belə
Ģey baĢ vermədi, məleykələr onun yanına uçub gəlmədilər,
ilham pəriləri ona vergi vermədilər və özü üçün heç bir
downloaded from KitabYurdu.org
327
imarət ucaltmadı, əksinə, valyuta və daĢ-qaĢ dolu sandığın
üstündə iflicdən cəhənnəmə vasil oldu. Sizi xəbərdaredirəm,
əgər valyutanı təhvil verməsəniz, sizin də baĢınıza bu cür,
bəlkə, bundan da betər iĢlər gələcək.
PuĢkin
poeziyasınınmı,
konferansyenin
bayağı
çıxıĢınınmı təsirindən birdən zaldan kimsə çəkinə-çəkinə
dedi:
– Mən valyutanı təhvil verirəm.
– Buyurun səhnəyə! – Konferansye qaranlıq zala göz
gəzdirərək nəzakətlə dəvət etdi.
Səhnəyə balacaboy, sarıĢın, sifətindən üç həftəyə
yaxındı üzünü qırxmadığı hiss olunan bir adam çıxdı.
– BağıĢlayın, soyadınız necədir? – konferansye xəbər
aldı.
– Kanavkin Nikolay, – səhnəyə çıxan adam utana-utana
cavab verdi.
– Aha! Çox xoĢdur, vətəndaĢ Kanavkin, deməli?
– Təhvil verirəm, – Kanavkin sakitcə dedi.
– Nə qədər?
– Min dollar və iyirmi qızıl onluq.
downloaded from KitabYurdu.org
328
– Bravo! Hamısıdır?
Proqramın aparıcısı Kanavkinin düz gözlərinin içinə
baxdı və Nikanor Ġvanoviçə hətta elə gəldi ki, artistin gözləri
Kanavkini rentgen Ģüası kimi dəlib keçdi. Zalda hamı
nəfəsini içinə çəkmiĢdi.
– Ġnanıram! – nəhayət, artist bərkdən deyib baxıĢlarını
çəkdi, – inanıram! Bu gözlər yalan demir. Axı mən sizə
dönə-dönə demiĢəm ki, baĢlıca səhviniz insan gözünün
əhəmiyyətini qiymətləndirməməyinizdir. BaĢa düĢün, dil
həqiqəti gizlədə bilər, göz isə – heç vaxt! Sizə qəfil sual
verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü
ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək
lazımdır və çox inamla onu deyirsiniz, üzünüzün bir cizgisi
də tərpənmir, ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir
anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər
Ģey bitir. O sezilib, yalanınızın üstü açılıb!
Artist bu çox inandırıcı, alovlu çıxıĢını baĢa vurub,
mehribanlıqla Kanavkindən xəbər aldı:
– Harada gizlədilib?
– Preçistenkada, xalam Poroxovnikovagildə...
downloaded from KitabYurdu.org
329
– Aha! Bu... dayanın... yoxsa Klavdiya Ġliniçnanı
deyirsiniz?
– Bəli.
– Hə, hə, hə! Xudmani ev? QarĢı tərəfdə də kiçik
bağça? Əlbəttə, tanıyıram! Bəs siz əmanəti haraya
dürtmüsünüz?
– Zirzəmidə Eynem
21
qutusundadır...
Artist əllərini bir-birinə vurdu.
– Belə Ģeyə rast gəlmisiniz? – o, pərt halda qıĢqırdı.
– Axı pullar kiflənər, nəmlənər! Belə adamlara valyuta
etibar eləmək olarmı? Hə? Vallah, uĢaq kimi safsınız!
Kanavkin qəbahət iĢ gördüyünü özü də anlayıb, kəkilli
baĢını aĢağı dikdi.
– Pul, – artist sözünə davam etdi, – gərək dövlət
bankında, quru və yaxĢı qorunan xüsusi yerdə saxlana, daha
xalanın zirzəmisində yox, onları hətta siçovul da korlaya
bilər! Doğrudan, ayıbdır, Kanavkin! Axı siz uĢaq deyilsiniz!
21
Eynem – Moskvada konditer fabrikinin sahibi; metal monpası qutusu
downloaded from KitabYurdu.org
330
Kanavkin bilmirdi baĢını hara soxsun, elə hey
pencəyinin ətəyini didiĢdirirdi.
– Di yaxĢı, – artist yumĢaldı, – keçmiĢi yada salanın...
– Və birdən əlavə etdi, – hə, yeri gəlmiĢkən, maĢını boĢ
yerə sürməmək üçün birdəfəyə həll eləyək... yəqin, xalanın
da varıdır, hə?
Məsələnin belə Ģəkil alacağını gözləməyən Kanavkin
diksindi və teatra sükut çökdü.
– Eh, Kanavkin, – konferansye tənə ilə dedi, – mən hələ
onu təriflədim də! Gör bir, heç nədən yenə korladı! Mənasız
Ģeydir, Kanavkin! Axı mən indicə göz barədə danıĢdım. Axı
bilinir ki, xalanın da var. Bizi nahaq yerə niyə incidirsiniz?
– Var! – Kanavkin dəli kimi bağırdı.
– Bravo! – konferansye qıĢqırdı.
– Bravo! – zal uğuldadı.
Sakitlik çökəndə konferansye Kanavkini təbrik etdi,
əlini sıxdı, maĢınla Ģəhərə, evinə aparmağı təklif etdi,
pərdənin arxasındakı adama tapĢırdı ki, elə həmin maĢınla
xalanın dalınca gedib, qadın teatrındakı proqrama gəlməsini
xahiĢ etsin.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |