Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə61/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   151

 

306 


– Niyə zəngi basırdın? 

– Əlim  dəydi,  –  maliyyə  direktoru  əlini  çəkib,  boğuq 

səslə cavab verdi və tərəddüdlə soruĢdu: – Sifətinə nə olub? 

– MaĢın  yırğalandı,  qapının  dəstəyinə  dəydim,  – 

Varenuxa baxıĢlarını yayındırdı. 

"Yalan  deyir!"  –  maliyyə  direktoru  ürəyində  dedi. 

Birdən  gözləri  böyüyüb,  az  qaldı  hədəqəsindən  çıxsın  və 

baxıĢlarını kreslonun söykənəcəyinə zillədi. 

Kreslonun  arxasında,  döĢəmədə  iki  kəsiĢən  kölgə  var 

idi,  biri  qatı  və  qara,  o  biri  zəif  və  boz.  Kreslonun 

söykənəcəyinin  arxa  tərəfinin  və  nazik  ayaqlarının  kölgəsi 

döĢəmədə  aydın  görünürdü,  ancaq  söykənəcəyin  üst 

tərəfində Varenuxanın baĢının kölgəsi görünmürdü, eləcə də 

kreslonun 

altına 

inzibatçının 



ayaqlarının 

kölgəsi 


düĢməmiĢdi. 

"Onun  kölgəsi  yoxdur!"  –  Rimski  ürəyində 

ümidsizcəsinə qıĢqırdı. Onu əsməcə tutdu. 

Rimskinin  heyrətli  baxıĢlarını  izləyərək,  Varenuxa 

ehmalca kreslonun arxasına boylandı və baĢa düĢdü ki, iĢin 

üstü açılıb. 

downloaded from KitabYurdu.org



 

307 


O, kreslodan qalxdı (maliyyə direktoru da belə etdi) və 

portfelini əlində sıxıb, stoldan bir addım geri çəkildi. 

– Məlun...  BaĢa  düĢdü!  HəmiĢə  fərasətli  olub,  – 

Varenuxa hirsindən maliyyə direktorunun düz üzünə istehza 

ilə gülümsəyib, birdən kreslodan qapıya tərəf atıldı və ingilis 

kilidinin düyməsini tez  aĢağı basdı. Maliyyə  direktoru bağa 

baxan  pəncərəyə  tərəf  çəkilərək  ümidsizliklə  geri  boylandı 

və  ay  iĢığının  düĢdüyü  pəncərədə  çılpaq  bir  qızın  ĢüĢəyə 

yapıĢmıĢ  sifətini,  nəfəslikdən  içəri  uzatdığı,  alt  sürgüsünü 

açmağa çalıĢan çılpaq əlini gördü. Yuxarı siyirtmə artıq açıq 

idi. 

Rimskiyə  elə  gəldi  ki,  stolüstü  lampa  sönür  və  yazı 



masası aĢır. Onu, sanki, buz kimi soyuq dalğa vurdu, ancaq 

xoĢbəxtlikdən,  özünü  ələ  alıb  yıxılmadı.  Gücü  pıçıldamağa 

çatdı: 

– Kömək edin... 



Varenuxa qapını kəsdirib oyan-buyana tullanır, havada 

bir xeyli asılı qalıb yırğalanırdı. O, qıc olmuĢ barmaqları ilə 

Rimski  tərəfə  iĢarə  eləyir,  donquldanır,  muĢqurur, 

pəncərədəki qıza göz vururdu. 

downloaded from KitabYurdu.org



 

308 


Qız tələsdi, kürən baĢını nəfəsliyə soxub, əlini bacardığı 

qədər uzatdı, pəncərənin alt sürgüsünü cırmaqladı, çərçivəni 

silkələdi.  Əli  uzanıb,  meyit  rəngi  aldı.  Nəhayət,  ölünün 

göyümtül  barmaqları  sürgüdən  yapıĢıb  çəkdi  və  pəncərə 

açılmağa  baĢladı.  Rimski  astadan  qıĢqırıb  divara  söykəndi, 

portfelini  qalxan  kimi  irəli  tutdu.  BaĢa  düĢdü  ki,  ölümü 

çatıb. 

Pəncərə  taybatay  açıldı,  ancaq  gecənin  sərinliyi,  cökə 



ağaclarının  ətri  yerinə  otağa  zirzəmi  qoxusu  doldu.  Meyit 

pəncərənin qabağına çıxdı. Rimski onun sinəsindəki çürüntü 

ləkələrini aydınca gördü. 

Elə bu vaxt bağdan, proqramlarda iĢtirak edən quĢların 

saxlandığı  tirin  arxasındakı  alçaq  binadan  xoruz  banı 

eĢidildi.  Təlim  görmüĢ  xoruz  Moskvanın  Ģərqində  dan 

yerinin ağardığını hündürdən xəbər verirdi. 

Qızın  sifəti  qəzəbdən  əyildi,  xırıldayaraq  nəsə  söydü, 

Varenuxa  isə  qapının  ağzında  zingildəyib,  havadan 

döĢəməyə yıxıldı. 

Xoruz  yenə  banladı,  qız  diĢlərini  Ģaqqıldatdı,  kürən 

saçları  vız  durdu.  Üçüncü  xoruz  banında  qız  dönüb  bayıra 

downloaded from KitabYurdu.org



 

309 


atıldı. Onun arxasınca Varenuxa tullanıb, uçan kupidon kimi 

üfüqi  vəziyyət  aldı  və  yazı  stolunun  üstündən  keçərək, 

yavaĢca sürüĢüb pəncərədən yoxa çıxdı. 

Bir az əvvəl hələ Rimski olan, saçları qar kimi ağarmıĢ 

qoca yüyürüb, kilidin düyməsini yuxarı qaldırdı və qaranlıq 

dəhlizlə  qaçmağa  baĢladı.  Pilləkənlə  dönən  yerdə  qorxudan 

inildəyə-inildəyə elektrik açarını tapdı və pilləkən iĢıqlandı. 

Əsən, titrəyən qoca pilləkəndə yıxıldı, çünki ona elə gəldi ki, 

Varenuxa yuxarıdan üstünə düĢdü. 

Rimski  aĢağı  cumub  vestibüldə,  kassanın  yanındakı 

stulda  yatan  növbətçini  gördü.  Barmaqlarının  ucunda  onun 

yanından  ötüb  əsas  qapıdan  çıxdı.  Küçədə  bir  az  özünə 

gəldi. O qədər toxtadı ki, baĢını tutub Ģlyapasının kabinetdə 

qaldığını xatırlaya bildi. 

Aydındır  ki,  onun  arxasınca  qayıtmadı,  enli  küçəni 

tövĢüyə-tövĢüyə  qaçaraq  keçib,  kinoteatrın  tinində  uzaqdan 

görünən qırmızımtıl iĢığa tərəf getdi. Bir dəqiqə sonra artıq 

özünü oraya yetirmiĢdi. MaĢın boĢ idi. 

– Leninqrad  sürət  qatarına,  çaypulu  da  verəcəyəm,  – 

qoca ürəyini tutub, zorla nəfəs ala-ala dedi. 

downloaded from KitabYurdu.org



 

310 


– Qaraja  gedirəm,  –  sürücü  nifrətlə  cavab  verib  üzünü 

döndərdi. 

Rimski  portfelini  açıb  əlli  rubl  çıxartdı  və  qabaq 

pəncərədən sürücüyə uzatdı. 

Bir az sonra maĢın Ģaqqıltı sala-sala yel kimi Sadovaya 

dairəsiylə  uçurdu.  MaĢın  sərniĢini  atıb-tuturdu,  Rimski 

sürücünün  qarĢısındakı  sınıq  güzgüdə  gah  onun  Ģən,  gah 

özünün heyrət dolu gözlərini görürdü. 

Vağzal binasının qarĢısında Rimski maĢından atılıb, ilk 

rastına çıxan nömrəli ağ önlük taxmıĢ adama qıĢqırdı: 

– Birinci  dərəcəliyə,  bir  dənə,  otuz  rubl  verəcəyəm,  –

 

onluqları  bürmələyib  portfeldən  çıxartdı,  –  birə 



olmasa, ikiyə, o da olmasa, ümumi vaqona al. 

Nömrəli adam iĢıqsaçan saata baxıb, Rimskinin əlindən 

onluqları qapdı. 

BeĢ dəqiqə sonra sürət qatarı vağzalın ĢüĢə günbəzinin 

altından tərpənib, qaranlıqda gözdən itdi. Rimski də onunla 

birlikdə yoxa çıxdı. 

 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə