Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə60/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   151

 

301 


– Aha...  Aha...  YaxĢı,  yaxĢı...  –  Rimski,  elə  bil, 

danıĢmadı,  oxudu.  Onun  gözləri  parıldadı.  Styopanın 

rüsvayçılıqla 

iĢdən 


çıxarılması 

səhnəsini 

həvəslə 

təsəvvürünə  gətirdi.  QurtuluĢ!  Maliyyə  direktorunun 

Lixodeyev  adlı  bəladan  çoxdan  gözlədiyi  qurtuluĢ!  Bəlkə, 

Stepan  Boqdanoviçin  halı  iĢdən  çıxarılmaqdan  da  betər 

olacaq... – Ətraflı danıĢ! – Rimski suçəkəni stola çırpdı. 

Varenuxa 

ətraflı 

danıĢmağa 

baĢladı. 

Maliyyə 


direktorunun  göndərdiyi  yerə  çatan  kimi  onu  qəbul  edib 

diqqətlə  dinləyiblər.  Əlbəttə,  heç  kim  Styopanın  Yaltada 

olduğu  fikrini  ağlına  belə  gətirməyib.  Hamı  o  saat 

Varenuxanın  fərziyyəsilə  razılaĢıb  ki,  Lixodeyev,  əlbəttə, 

PuĢkindəki "Yalta"dadır. 

– O  axı  indi  haradadır?  –  həyəcanlanmıĢ  maliyyə 

direktoru inzibatçının sözünü kəsdi. 

– Harada  olmalıdır  ki,  –  inzibatçı  riyakarcasına 

gülümsədi, – əlbəttə, ayıltma məntəqəsində. 

– Gör ha! Ay sağ ol! 

Varenuxa  isə  söhbətinə  davam  edirdi.  DanıĢdıqca 

Lixodeyevin  ədəbsizliyi,  yaramazlığı  zəncir  kimi  uzanıb 

downloaded from KitabYurdu.org



 

302 


gedirdi  və  bu  yaramazlıqlar  zəncirinin  hər  sonuncu  halqası 

əvvəlkindən  betər  olurdu.  Təkcə  elə  PuĢkində  teleqrafın 

qarĢısındakı  çəmənlikdə  hansısa  veyl  qarmonçunun 

çalğısına  kef  havasına  teleqrafçı  ilə  qol-qola  rəqs  etməyi 

nəyə  desən  dəyərdi!  Hələ  qorxudan  ciyildəyən  qadınların 

arxasınca qaçmağı! "Yalta"nın özündə bufetçiylə dalaĢmağa 

cəhd göstərməyi! Elə həmin "Yalta"da göy soğanı döĢəməyə 

səpələməyi!  Səkkiz  ĢüĢə  sındırılan  "Ay-Danila"  çaxırı. 

MaĢına  minməyə  qoymayan  taksi  sürücüsünün  sayğacını 

qırmağı.  Styopanın  murdar  hərəkətlərinin  qarĢısını  almaq 

istəyən adamları həbslə hədələməyi. Bir sözlə, iyrənclik. 

Styopa  Moskvanın  teatr  mühitində  yaxĢı  tanınırdı  və 

hamı bilirdi ki, bu adamdan nə desən, gözləmək olar. Buna 

baxmayaraq,  inzibatçının danıĢdıqları  hətta  Styopa üçün də 

həddindən artıq idi. Bəli, həddindən artıq idi. Hətta çox artıq 

idi... 


Rimskinin  dəlib  keçən  baxıĢları  stolun  üstündən 

inzibatçının sifətinə zillənmiĢdi və o nə qədər danıĢırdısa, bu 

baxıĢlar bir o qədər qəmginləĢirdi. Ġnzibatçının öz söhbətini 

bəzədiyi  iyrənc  təfərrüatlar  nə  qədər  həyati  və  canlı 

downloaded from KitabYurdu.org



 

303 


olurdusa,  maliyyə  direktoru  ona  bir  o  qədər  az  inanırdı. 

Varenuxa  deyəndə  ki  Styopa  elə  azğınlaĢıb,  onu  Moskvaya 

qaytarmaq üçün arxasınca gələnlərə müqavimət göstərməyə 

çalıĢıb,  maliyyə  direktoru  artıq  əmin  oldu  ki,  gecəyarısı 

qayıtmıĢ  inzibatçının  danıĢdıqlarının  hamısı  yalandır! 

BaĢdan ayağa yalandır. 

Varenuxa  PuĢkinə  getməyib,  Styopa  özü  də  PuĢkində 

olmayıb.  Kefli  teleqrafçı  olmayıb,  yeməkxanada  ĢüĢə 

sınmayıb,  Styopanı  kəndirlə  sarımayıblar...  –  bunların  heç 

biri olmayıb. 

Maliyyə  direktoru  inzibatçının  yalan  danıĢdığına  əmin 

olan kimi, qorxu ayağından baĢlayıb bütün bədəninə yayıldı 

və yenə iki dəfə ona elə gəldi ki, döĢəmədən üfunət qoxuyan 

rütubətli  hava  qabarır.  Elə  hey  kresloda  qurcuxan,  stolüstü 

lampanın  mavi  kölgəsindən  çıxmamağa  çalıĢan,  guya,  ona 

mane olan lampanın iĢığından qəzetlə qəribə tərzdə qorunan 

inzibatçıdan bir an belə gözünü çəkməyən maliyyə direktoru 

bircə  Ģey  haqqında  fikirləĢirdi  –  bütün  bunlar  axı  nə 

deməkdir?  Gecənin  bu  vaxtı  onun  yanına  gələn  inzibatçı 

sükut  çökmüĢ  bu  kimsəsiz  binada  niyə  belə  həyasızcasına 

downloaded from KitabYurdu.org



 

304 


yalan  danıĢırdı?  Təhlükəni  –  naməlum,  ancaq  dəhĢətli 

təhlükəni hiss etməsi maliyyə direktorunun ürəyini sıxmağa 

baĢladı.  Ġnzibatçının  kələyini,  qəzetlə  çıxartdığı  fokusu 

sezmirmiĢ kimi, maliyyə direktoru özünü o yerə qoymayıb, 

Varenuxanın  nə  uydurduğuna,  demək  olar,  artıq  qulaq 

asmadan zənlə onun sifətinə baxırdı. PuĢkindəki sərgüzəĢtlər 

barədə uydurulmuĢ əhvalatlardan daha anlaĢılmaz olan nəsə 

vardı  və  həmin  "nəsə"  inzibatçının  görkəmindəki, 

hərəkətlərindəki dəyiĢiklik idi. 

O,  kepkasının  ördək  dimdiyi  kimi  uzun  günlüyünü 

üzünə kölgə düĢsün deyə gözünün üstünə nə qədər bassa da, 

qəzeti nə qədər fırlatsa da, sifətinin sağ tərəfində, burnunun 

düz  yanındakı  iri  qançırı  maliyyə  direktoru  görə  bildi. 

Bundan baĢqa, adətən, gümrah görünən inzibatçı indi xəstə 

kimi  solğundu,  boynuna  isə  bu  bürkülü  gecədə,  nədənsə, 

zolaqlı  köhnə  Ģərf  dolamıĢdı.  Əgər  burada  olmadığı 

müddətdə  inzibatçıda  dodağını  sormaq,  marçıldatmaq  kimi 

iyrənc  vərdiĢlərin  əmələ  gəldiyini,  səsinin  birdən-birə 

dəyiĢib  kallaĢdığını,  oğrun  baxıĢlarını  və  gözlərindəki 

downloaded from KitabYurdu.org




 

305 


qorxunu  da  buraya  əlavə  etsək,  cəsarətlə  demək  olardı  ki, 

Ġvan Savelyeviç Varenuxa tanınmaz dərəcədə dəyiĢib. 

Maliyyə  direktorunu  yenə  nəsə  bərk  narahat  edirdi, 

ancaq ĢiĢmiĢ beynini nə qədər zora salsa da, Varenuxaya nə 

qədər  zənlə  baxsa  da,  bunü  baĢa  düĢə  bilmirdi.  Bircə  onu 

əminliklə  söyləyə  bilərdi:  inzibatçı  ilə  yaxĢı  bələd  olduğu 

kreslo  bir  yerdə  tutmurdu, bunda  qeyri-təbii,  qeyri-adi  nəsə 

vardı. 


–  Amma  axır  ki,  öhdəsindən  gəlib  maĢına  basdılar,  – 

Varenuxa  qəzetin  arxasından  baxa-baxa  və  əliylə  qançırı 

örtərək, dil-boğaza qoymurdu. 

Rimski  qəfil  əlini  uzadıb,  barmağını  stola  döyəcləyə-

döyəcləyə, eyni vaxtda ovcu ilə elektrik zənginin düyməsini, 

guya, qeyri-ixtiyari basıb özünü qurutdu. 

Kimsəsiz  binada  zəngin  gur  səsi  hökmən  eĢidilərdi. 

Ancaq zəng çalmadı, düyməcik stolun taxtasına batıb qaldı. 

Düymə iĢləmirdi, zəng xarab olmuĢdu. 

Maliyyə  direktorunun  bicliyi  Varenuxanın  gözündən 

yayınmadı.  Sifətini  turĢutdu,  gözləri  açıq-aĢkar  qəzəblə 

parıldadı: 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə