Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə68/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   151

 

341 


göyün  lənətlədiyi  susuz  yarğandan  bərk-bərk  yapıĢan  sısqa 

əncir ağacının yaĢamağa çalıĢdığı quzey üzündə dayanmıĢdı. 

Edamın iĢtirakçısı yox, yeganə tamaĢaçısı lap əvvəldən, 

yəni  dörd  saatdı  məhz  heç  bir  kölgəsi  olmayan  bu  ağacın 

altındakı daĢın üstündə oturmuĢdu. Bəli, edamı görmək üçün 

o,  pis  mövqe  seçmiĢdi.  Ancaq  hər  halda,  oradan  da  dar 

ağacları,  mühasirə  xəttindən  içəridə  dayanan  kenturionun 

sinəsindəki iki gümüĢ Ģir baĢının parıltısı görünürdü, bu da, 

yəqin,  gözə  çarpmaq  və  heç  kimin  onu  narahat  etməsini 

istəməyən adam üçün tamamilə kifayət idi. 

Ancaq  dörd  saat  bundan  əvvəl,  edamın  baĢlanğıcında 

bu adam özünü heç də belə aparmamıĢdı və çox tez nəzərə 

çarpa  bilərdi,  ona  görə  indi  bir  kənarda  daldalanmağa 

üstünlük vermiĢdi. 

Ġzdiham  cərgəni  keçib  yüksəkliyə  təzəcə  qalxmıĢdı  ki, 

o,  özünü  yetirdi.  Nəfəsi  təngiyirdi,  adamları  itələyə-itələyə 

təpəyə  doğru  qaçırdı  və  mühasirə  zəncirinin  onun,  eləcə  də 

hamının  qarĢısında  qapandığını  görəndə  əsəbi  qıĢqırıqları 

eĢitməzliyə  vurub,  əsgərlərin  arasından  məhkumların  artıq 

arabadan  endirildiyi  edam  yerinə  keçməyə  sadəlövhcəsinə 

downloaded from KitabYurdu.org



 

342 


cəhd  göstərdi.  Buna  görə  nizənin  küt  tərəfiylə  sinəsindən 

möhkəm  zərbə  aldı  və  ağrıdan  yox,  ümidsizlikdən  qıĢqırıb 

geri  sıçradı.  Onu  vuran  legioneri  can  ağrısını  hiss  etməyən 

adam kimi dumanlı və tamamilə laqeyd baxıĢlarla süzdü. 

Sinəsini tutub, Ģimal tərəfdən keçməyə cərgədə bir aralı 

yer  tapmaq  üçün  öskürə-öskürə,  nəfəsi  kəsilə-kəsilə  qaçıb 

təpəni  dolandı.  Ancaq  gec  idi.  Dairə  qapanmıĢdı.  Və 

dərddən sir-sifəti əyilmiĢ adam artıq arabadan düĢürülən dar 

ağaclarının göründüyü yerə adlamaq cəhdlərindən əl çəkəsi 

oldu.  Bu  cəhdlərdən  heç  nə  alınmayacaqdı.  Üstəlik  də,  onu 

tuta  bilərdilər,  bu  gün  həbs  olunmağı  isə  heç  cür  ona  sərf 

eləmirdi. 

Beləcə, o, yarğana tərəf getdi, ora sakitlik idi, heç kim 

də ona mane olmurdu. 

GünəĢdən  və  yuxusuzluqdan  gözləri  qızarmıĢ  bu 

qarasaqqal  adam  indi  daĢın  üstündə  oturub  darıxırdı.  O, 

sərgərdan  dolaĢmaqdan  köhnəlmiĢ,  mavi  rəngi  bozarmıĢ 

tallifinin

22

 yaxasını açıb gah köks ötürür, nizənin zədələdiyi, 



                                                 

22

Tallif – kişilərin ibadət zamanı paltarın üstündən geyindiyi bürüncək 



downloaded from KitabYurdu.org


 

343 


çirkli  tərin  islatdığı  sinəsinə  baxır,  gah  dözülməz  ağrı  ilə 

gözlərini  göyə  qaldırıb,  leĢ  havasına  yüksəklikdə  artıq 

çoxdandı  dövrə  vuran  üç  quzğunu  süzür,  gah  ümidsiz 

baxıĢlarını  sarı  torpağa,  yarıçürümüĢ  it  kəlləsinə  və  onun 

ətrafında qaçıĢan kərtənkələlərə zilləyirdi. 

Bu  adamın  əzabı  elə  çox  idi  ki,  hərdən  öz-özünə 

danıĢırdı. 

–  Of,  mən  axmağam!  –  oturduğu  yerdə  dərdli-dərdli 

yırğalanıb,  qaramtıl  sinəsini  cırdı,  –  axmaq,  arvad,  qorxaq! 

LeĢəm mən, adam deyiləm! 

O susub baĢını aĢağı dikdi, sonra taxta mehtərədəki ilıq 

sudan içib yenə dirçəldi, əlini gah tallifin altından sinəsində 

gizlətdiyi bıçağa, gah da qarĢısındakı daĢın üstünə qoyduğu 

mürəkkəbqabıyla  nazik  çubuğun  yanındakı  perqamentə 

uzatdı. 

Bu perqamentdə artıq bəzi qeydlər edilmiĢdi: 

"Dəqiqələr  ötür,  mən  Levi  Matvey  Keçəl  Dağdayam, 

ancaq ölüm hələ yoxdur!" 

Sonra: 

"Gün əyilir, ölüm isə yoxdur". 



downloaded from KitabYurdu.org


 

344 


Ġndi  Levi  Matvey  nazik  çubuqla  ümidsizcəsinə  belə 

yazırdı: 

"Allah! Nə üçün ona qəzəbin tutub? Ona ölüm göndər". 

Bunları yazıb, içini çəkə-çəkə yenə sinəsini cırdı. 

Levinin  ümidsizliyi  ĠeĢuaya  və  ona  üz  verən  dəhĢətli 

uğursuzluqla,  bundan  baĢqa,  Levinin  fikrincə,  onun 

buraxdığı  ağır  səhvlə  bağlı  idi.  Srağagün  gündüz  ĠeĢua  və 

Levi,  YerĢalaim  ətrafındakı  Vifaniyada  bir  bostançının 

qonağı  olmuĢdular  və  ĠeĢuanın  moizələri  onun  son  dərəcə 

xoĢuna gəlmiĢdi. Hər iki qonaq gündüz bostanda iĢləyib ev 

sahibinə  kömək  etdi,  axĢamın  sərinində  isə  YerĢalaimə 

getmək fikrində idilər. Ancaq ĠeĢua nəyə görəsə tələsdi, dedi 

ki, onun Ģəhərdə təcili iĢi var və günortaya yaxın çıxıb getdi. 

Levi  Matveyin  ilk  səhvi  bax  elə  bunda  idi.  Niyə,  niyə  onu 

tək getməyə qoydu! 

AxĢam  Matvey  YerĢalaimə  gedə  bilmədi.  DəhĢətli  bir 

xəstəlik  onu  qəfil  yaxaladı.  Titrədirdi,  bədəni  od  tutub 

yanırdı, diĢi diĢinə dəyirdi, hər dəqiqə su istəyirdi. Heç hara 

gedə  bilmədi.  Bostanın  çardağında  çulun  üstünə  yıxılıb, 

cümə günü səhər açılana, xəstəlik qəfil necə yaxalamıĢdısa, 

downloaded from KitabYurdu.org



 

345 


eləcə  də  qəfil  ondan  əl  çəkənə  qədər  orada  sərələnib  qaldı. 

Taqəti  olmasa  da,  ayaqları  əssə  də,  nəsə  bir  bədbəxtlik  üz 

verəcəyi  ürəyinə  damdığından,  ev  sahibiylə  xudahafizləĢib 

YerĢalaimə  yollandı.  Orada  bildi  ki,  ürəyi  onu  aldatmayıb. 

Bədbəxtlik  baĢ  vermiĢdi.  Prokurator  hökmü  elan  edəndə 

Levi izdihamın arasında idi. 

Məhkumlar  dağa  aparılanda  Levi  Matvey  camaatın 

arasında  əsgər  cərgəsinin  böyrü  ilə  qaçaraq,  heç  olmasa, 

burada olduğunu, onu son dəqiqəsində atmadığını, onun tez 

ölməyi üçün dua etdiyini ətrafdakılara sezdirmədən nə yolla 

isə  ĠeĢuaya  çatdırmağa  çalıĢırdı.  Ancaq  uzaqlara,  onu 

apardıqları  yerə  baxdığından  ĠeĢua,  əlbəttə,  Levini 

görmürdü. 

Kütlə  yarım  verst  getmiĢdi  ki,  əsgər  cərgəsinin  lap 

böyründə  izdihamın  təntitdiyi  Matveyin  ağlına  birdən  sadə 

və dahiyanə bir fikir gəldi, tezqızıĢan olduğundan o saat da 

özünə lənət yağdırdı ki, niyə bu fikir ağlına əvvəl gəlməyib. 

Əsgərlərin  cərgəsi  sıx  deyildi.  Aralarında  məsafə  var  idi. 

Cəld  tərpənsə,  hesabını  düzgün  götürsə,  iki  legionerin 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə