Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə66/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   151

 

331 


– Hə,  soruĢmaq  istəyirəm,  xalan  özününküləri  harada 

gizlətdiyini  deməyib?  –  konferansye  ona  nəzakətlə  papiros 

və  yanan  kibrit  çöpü  uzatdı.  O,  papiros  çəkə-çəkə,nədənsə, 

qüssə ilə gülümsədi. 

– Ġnanıram,  inanıram,  –  Artist  köks  ötürdü,  –  bu  simic 

qarı  nəinki  qohumuna,  heç  Ģeytana  da  bunu deməz.  Amma 

neyləməli,  onda  insani  hisslər  oyatmağa  cəhd  göstərək. 

Bəlkə,  onun  sələmçi  ürəyində  hələ  bütün  tellər  çürüməyib. 

YaxĢı yol, Kanavkin! 

Və  xoĢbəxt  Kanavkin  getdi.  Artist  özgə  kimin  valyuta 

təhvil vermək istədiyini soruĢdu, ancaq cavabı sükut oldu. 

– Qəribə  adamlardır,  vallah–  artist  çiyinlərini  çəkdi  və 

pərdə onu gizlətdi. 

Lampalar söndü, bir müddət qaranlıq oldu, əsəbi tenor 

səslə kimsə uzaqda oxuyurdu. 

"Orada bir yığın qızıl var, hamısı da mənimdir!" 

Sonra uzaqdan iki dəfə alqıĢ səsləri eĢidildi. 

– Qadın  teatrında  bir  xanım  təhvil  verir,  –  Nikanor 

Ġvanoviçin  kürən  saqqallı  qonĢusu  qəfil  dilləndi  və  köks 

ötürərək  əlavə  etdi,  –  eh,  əgər  qazlarımın  dərdi  olmasaydı! 

downloaded from KitabYurdu.org



 

332 


Əzizim,  mənim  Lianozovda  döyüĢkən  qazlarım  var. 

Qorxuram mənsiz qırılarlar. Qazlar zərif olur, onlara qulluq 

lazımdır... Eh, əgər qazlarımın dərdi olmasaydı! PuĢkinlə isə 

məni heyrətləndirmək olmaz, – o, yenə köks ötürdü. 

Bu  vaxt  zal  iĢıqlandı  və  qapıların  hamısından  içəri  ağ 

qalpaqlı,  əli  çömçəli  aĢpazlar  doluĢdu.  AĢpazlar  zala  Ģorba 

dolu çən və doğranmıĢ qara çörək yığılmıĢ tabaq gətirdilər.  

TamaĢaçılar  arasında  canlanma  əmələ  gəldi.  ġən 

aĢpazlar  teatr  həvəskarlarının  arasında  Ģütüyərək,  kasalara 

Ģorba töküb, çörək paylayırdılar. 

– Yeyin,  uĢaqlar,  –  aĢpazlar  qıĢqırırdılar,  –  valyutaları 

da  təhvil  verin!  BoĢ  yerə  burada  niyə  oturursunuz?  Bu  yalı 

hortdatmaq  elə  vacibdir?  Get  evə,  necə  lazımdır  gillət,  ye, 

olsun əla! 

– Məsələn,  sən  niyə  burada  qalmısan,  dədə?  –  gonbul 

qırmızıpeysər  aĢpaz  bilavasitə  Nikanor  Ġvanoviçə  müraciət 

edərək,  içində  vur-tut  bircə  kələm  yarpağı  üzən  Ģorba 

kasasını ona uzatdı. 

– Yoxdur!  Yoxdur!  Mənim  yoxumdur!  –  Nikanor 

Ġvanoviç dəhĢətli səslə qıĢqırdı, – baĢa düĢürsən, yoxdur! 

downloaded from KitabYurdu.org



 

333 


– Yoxdur?  –  aĢpaz  hirslə  bağırdı,  –  yoxdur?  –  o, 

mehriban  qadın  səsiylə  soruĢdu,  –  yoxdur,  yoxdur,  –  o, 

feldĢer Praskovya Fyodorovnaya çevrilib təskinlik verdi. 

Praskovya  Fyodorovna  yuxudan  ayılmaq  bilməyən 

Nikanor  Ġvanoviçin  çiyinlərindən  tutub,  mehribancasına 

silkələdi. AĢpazlar yoxa çıxdılar, teatr pərdələriylə bir yerdə 

uçulub  dağıldı.  Nikanor  Ġvanoviç  göz  yaĢlarının  arasından 

müalicəxanadakı  otağını,  iki  ağ  xalatlını,  ancaq  öz 

məsləhətləriylə  adamı  təngə  gətirən  sırtıq  aĢpazları  yox, 

həkimi  və  əlində  kasa  yox,  içində  Ģpris  olan  tənziflə  örtülü 

boĢqab tutmuĢ yenə həmin Praskovya Fyodorovnanı süzdü. 

– Axı  bu  nə  deməkdir,  –  iynə  vurulana  qədər  Nikanor 

Ġvanoviç acı-acı dedi, – mənim yoxumdur, yoxumdur! Qoy 

valyutanı PuĢkin təhvil versin. Yoxdur! 

– Yoxdur, yoxdur, – mərhəmətli Praskovya Fyodorovna 

onu sakitləĢdirdi, – yoxa çarə də yoxdur. 

Ġynədən  sonra  Nikanor  Ġvanoviç  rahatlandı  və  heç  bir 

yuxu görmədən yatdı. 

Ancaq  onun  qıĢqırıqlarının  yaratdığı  həyəcan  120-ci 

otağa  da  sirayət  elədi,  xəstə  oyanıb  öz  baĢını  axtarmağa 

downloaded from KitabYurdu.org



 

334 


baĢladı,  118-ci  otaqda  isə  naməlum  master  narahat  oldu, 

barmaqlarını  qəmli-qəmli  Ģaqqıldadıb,  aya  baxa-baxa 

ömrünün  sonuncu  dərdli  payız  gecəsini,  zirzəmidə  qapının 

altından düĢən iĢıq zolağını və pəriĢan saçları xatırladı. 

Həyəcan 118-ci otaqdan eyvanla uçub Ġvana çatdı və o, 

yuxudan oyanıb ağladı. 

Ancaq  həkim  narahat  olmuĢ  bu  dərdli-ələmli  adamları 

tez sakitləĢdirdi və onlar yuxuya getdilər. Ġvan hamıdan gec, 

çayın  üzərində  dan  söküləndə  yuxuladı.  Bütün  bədənini 

suvaran dərmanlardan sonra rahatlıq dalğa kimi onu ağuĢuna 

aldı.  Bədəni  yüngülləĢdi,  mürgü  baĢını  dumanlandırdı.  O, 

yuxuya  getdi  və  son  eĢitdiyi  sübh  çağı  meĢədəki  quĢların 

civiltisi oldu. Ancaq quĢlar da tezliklə susdu və Ġvan yuxuda 

gördü  ki,  günəĢ  artıq  Keçəl  Dağın  arxasına  enir  və  bu  dağ 

ikiqat mühasirəyə alınıb... 

 

 



 

XVI fəsil 

EDAM 

downloaded from KitabYurdu.org




 

335 


 

GünəĢ  artıq  Keçəl  Dağın  arxasına  enirdi  və  bu  dağ 

ikiqat mühasirəyə alınmıĢdı. 

Günortaya  yaxın  prokuratorun  yolunu  kəsən  həmin 

süvari  ala  löhrəm  yeriĢlə  Ģəhərin  Hevrov  qapısından  çıxdı. 

Artıq  onun  üçün  yol  hazırlanmıĢdı.  Kappadokiya 

koqortasının  piyadaları  adamları,  qatır  və  dəvələri  kənara 

sıxıĢdırmıĢdılar  və  ala,  göyə  toz  qaldıraraq  löhrəm  yeriĢlə 

yolayrıcına  –  Vifleyemə  və  Ģimal-qərbə  –  Yaffaya  aparan 

yola  çıxdı.  Ala  Ģimal-qərbə  doğru  çapdı.  Həmin 

kappadokiyalılar 

yol 


kənarına 

səpələnmiĢdilər 

və 

YerĢalaimə  bayrama  tələsən  bütün  karvanları  əvvəlcədən 



yolun  qırağına  çəkmiĢdilər.  Kappadokiyalıların  arxasında 

yalnız  otun  üstündəcə  qurduqları  müvəqqəti  çadırlarından 

çıxan  zəvvarlar  dayanmıĢdılar.  Təxminən,  bir  kilometr 

gedəndən sonra ala Ġldırımsürətli legionun ikinci koqortasını 

ötüb, daha bir kilometr yol qət edərək Keçəl Dağın ətəyinə 

çatdı. Burada atdan tökülüĢdülər. Komandir alanı taqımlara 

böldü  və  onlar  Yaffadan  qalxan  bircə  yolu  açıq  saxlayıb, 

təpənin ətəyini mühasirəyə aldılar. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə