Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə63/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   151

 

316 


fonda  ulduzlar  kimi  səpələnmiĢ  iri  qızıl  onluqlar  təsvir 

olunan səhnəsi, suflyor budkası, hətta tamaĢaçılar da var idi. 

Nikanor  Ġvanoviç  ona  təəccübləndi  ki,  tamaĢaçıların 

hamısı  kiĢi,  hamısı  da  nəyə  görəsə  saqqallı  idi.  Bundan 

baĢqa,  teatr  zalında  stulların  olmamasına  və  bütün 

tamaĢaçıların  tərtəmiz  silinmiĢ  sürüĢkən  döĢəmədə 

oturmasına heyrətləndi. 

Adamların 

çoxluğundan 

və 


düĢdüyü 

mühitin 


qəribəliyindən  çaĢmıĢ  Nikanor  Ġvanoviç  bir  az  tərəddüddən 

sonra  hamı  kimi  döĢəmədə  bardaĢ  qurub,  sağlam  görkəmi 

olan saqqallı kürən adamla solğun sifətli, saç-saqqal basmıĢ 

vətəndaĢın  arasında  özünə  yer  elədi.  Oturanların  heç  biri 

təzə gələn tamaĢaçıya fikir vermədi. 

Bu  vaxt  zınqırovun  cingiltisi  eĢidildi  və  zalın  iĢığı 

söndü,  pərdə  yanlara  çəkildi,  kreslo,  üstünə  qızıl  zınqırov 

qoyulmuĢ  stol  olan  arxası  qara  məxmər  örtüklü  səhnə 

iĢıqlandı. 

Səhnənin  dalından  smokinq  geyinmiĢ,  üzü  tərtəmiz 

qırxılmıĢ, saçını ortadan ayırmıĢ xoĢ sifətli gənc artist çıxdı. 

TamaĢaçılar  arasında  canlanma  əmələ  gəldi,  hamı  səhnəyə 

downloaded from KitabYurdu.org



 

317 


tərəf  çevrildi.  Artist  budkaya  yaxınlaĢıb  əllərini  bir-birinə 

sürtdü. 


– Oturmusunuz?  –  yumĢaq  bariton  səslə  soruĢub  zala 

gülümsədi. 

– OturmuĢuq,  oturmuĢuq,  –  tenor  və  bas  səslər  zaldan 

xorla cavab verdi. 

– Hm... – artist fikirli halda pıçıldadı, – baĢa düĢmürəm, 

necə  də  bezmirsiniz. Hamı  indi  adam  kimi  küçələrdə  gəzir, 

siz  isə  bürkülü  zalın  döĢəməsinə  mıxlanıb  qalmısınız! 

Doğrudanmı,  proqram  belə  maraqlıdır?  Amma  hərənin  bir 

Ģeydən xoĢu gəlir, – artist fikrini filosofcasına tamamladı. 

Sonra səsinin tembrini və tonunu dəyiĢib uca, Ģən səslə 

elan etdi: 

– Beləliklə,  proqramımızın  növbəti  nömrəsi  evlər 

komitəsinin sədri və pəhriz yeməkxanasının müdiri Nikanor 

Ġvanoviç Bosoydur. Buyursun Nikanor Ġvanoviç! 

Artistin  cavabı  aramsız  alqıĢlar  oldu.  Nikanor 

Ġvanoviçin  heyrətdən  gözləri  bərəldi,  lampanın  iĢığından 

əliylə qorunan  konferansye  isə baxıĢları ilə onu oturanların 

downloaded from KitabYurdu.org




 

318 


arasından tapıb, barmağı ilə mehribancasına səhnəyə çağırdı. 

Nikanor Ġvanoviç səhnəyə necə çıxdığını özü də bilmədi. 

Qabaqdan,  aĢağıdan  gözlərinə  rəngbərəng  lampaların 

iĢığı düĢdüyündən, zal tamaĢaçılarla birlikdə o saat qaranlığa 

qərq oldu. 

– Beləliklə, Nikanor Ġvanoviç, bizə nümunə göstərin, – 

gənc artist səmimiyyətlə dedi, – valyutanı təhvil verin. 

Sükut  çökdü.  Nikanor  Ġvanoviç  nəfəsini  dərib  astadan 

dilləndi: 

– Allaha and olsun ki... 

Ancaq o, bu sözləri deməyə macal tapmamıĢ bütün zal 

hiddətlə uğuldadı. Nikanor Ġvanoviç özünü itirib susdu. 

– Sizi  doğru  anladımsa,  –  proqramın  aparıcısı  dedi,  –

 

Allahaand içmək istəyirdiniz kı, sizdə valyuta yoxdur? 



– O, mərhəmətlə Nikanor Ġvanoviçə baxdı. 

– Elədir ki var, yoxdur, – Nikanor Ġvanoviç cavab verdi. 

– Belə,  –  artist  dilləndi,  –  nəzakətsizliyə  görə  üzr 

istəyirəm:  vur-tut  sizinlə  arvadınızın  yaĢadığı  mənzildəki 

ayaqyolundan tapılan dörd yüz dollar oraya bəs necə düĢüb? 

downloaded from KitabYurdu.org




 

319 


– Möcüzədir! – qaranlıqdan kimsə açıq-aydın kinayə ilə 

dedi. 


– Elədir  ki  var,  möcüzədir,  –  Nikanor  Ġvanoviç  qeyri-

müəyyən  ünvana,  artistə,  ya  da  qaranhq  zala  çəkinə-çəkinə 

cavab  verdi.  –  Cin-Ģəyatin,  dama-dama  paltarlı  tərcüməçi 

gizlicə qoyub. 

Yenə  qəzəbli  uğultu  zalı  baĢına  götürdü.  Sakitlik 

çökəndə artist dedi: 

– Gör necə nağıllar dinləməli oluram! Dörd yüz dolları 

gizlicə qoymaq! Bax, siz hamınız valyuta möhtəkirlərisiniz! 

Sizə  bir  mütəxəssis  kimi  müraciət  edirəm  –  bu  iĢ 

ağlabatandırmı? 

– Biz valyuta möhtəkirləri deyilik, – teatrda incik səslər 

eĢidildi, – ancaq bu iĢ ağlabatan deyil. 

– Sizinlə  büsbütün  Ģərikəm,  –  artist  qətiyyətlə  dedi,  – 

sizdən soruĢuram: nəyi gizlicə qoyarlar? 

– UĢağı! – kimsə zaldan qıĢqırdı. 

– Tamamilə doğrudur, – proqramın apancısı təsdiq etdi, 

– uĢağı, anonim məktubu, bəyannaməni, saat mexanizmi ilə 

iĢləyən  bombanı,  gizlicə  qoyulan  çox  Ģey  var,  ancaq  dörd 

downloaded from KitabYurdu.org



 

320 


yüz  dolları  heç  kim  gizlicə  qoymaz,  çünki  dünyada  o  cür 

gicbəsər  yoxdur,  –  artist  üzünü  Nikanor  Ġvanoviçə  tutub 

narazılıqla və məyus halda əlavə etdi:  

– Məni  dilxor  elədiniz,  Nikanor  Ġvanoviç!  Ancaq  mən 

sizə güvənirdim. Beləliklə, bizim nömrəmiz baĢ tutmadı. 

Nikanor Ġvanoviçi zaldan fitə basdılar. 

– O,  valyuta  möhtəkiridir!  –  zaldan  qıĢqırdılar,  – 

belələrinin ucbatından biz nahaq yerə əziyyət çəkirik! 

– Onu söyməyin, – konferansye mülayimcəsinə dedi, – 

o,  peĢman  olacaq.  –  Və  yaĢ  dolu  mavi  gözlərlə  Nikanor 

Ġvanoviçi süzdü. – Di öz yerinizə gedin, Nikanor Ġvanoviç! 

Bundan  sonra  artist  zınqırovu  çalıb  hündürdən  elan 

etdi: 

– Fasilə, yaramazlar! 



Gözlənilmədən  hansısa  teatr  proqramının  iĢtirakçısına 

çevrilən Nikanor Ġvanoviç sarsılmıĢ halda yenə döĢəmədə öz 

yerini  tutdu.  Bu  vaxt  zala  qaranlıq  çökdü  və  divarlarda  od 

tutub  yanan  qırmızı  sözlər  peyda  oldu:  "Valyutaları  təhvil 

verin!" Sonra yenə pərdə çəkildi və konferansye dəvət etdi: 

– Sergey Qerardoviç Dunçil səhnəyə buyursun. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə