Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə59/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   151

 

296 


direktorunu  ürpəndirən  xeyli  adam  yığıĢmıĢdı.  Qadının 

yanında  əynindəki  yay  paltosunu  soyunmağa  çalıĢan  və 

həyəcandan  qolunu  dartıb  çıxara  bilməyən  bir  adam 

vurnuxurdu. 

QıĢqırıqlar, qəhqəhələr  baĢqa səmtdən –  məhz  binanın 

sol  giriĢindən  də  gəlirdi  və  Qriqori  Daniloviç  baĢını 

döndərib,  çəhrayı  alt  paltarında  olan  ikinci  qadını  gördü. 

Qadın  binanın  giriĢində  daldalanmaq  üçün  daĢ  döĢənmiĢ 

yoldan  səkiyə  keçmək  istəyirdi,  ancaq  tamaĢaya  duranlar 

onun  yolunu  kəsirdi  və  öz  sadəlövhlüyünün,  paltar 

hərisliyinin  bədbəxt  qurbanı,  murdar  Faqotun  firması 

tərəfindən  aldadılan zavallı  yalnız bir Ģeyi  arzulayırdı  –  yer 

yarılsın,  yerə  girsin.  Milisioner  fitini  püfləyə-püfləyə  yazıq 

qadına  tərəf  yüyürürdü,  milisionerin  arxasınca  isə  kepkalı 

əhlikef gənclər düĢmüĢdü. ġaqqanaq çəkən, məsxərə çıxaran 

da onlar idi. 

Arıq,  bığlı  faytonçu  atını  birinci  yarıçılpaq  qadının 

üstünə səyirdib, sümükləri çıxmıĢ  ələngəsinin baĢını birdən 

çəkdi. Bığlının ağzı qulağının dibinə getdi. 

downloaded from KitabYurdu.org




 

297 


Rimski  öz  baĢına  qapaz  salıb,  tüpürərək  pəncərədən 

çəkildi. 

O,  bir  müddət  stolun  arxasında  oturub,  küçəyə  qulaq 

verdi.  Fit  səsləri  müxtəlif  yerlərdə  lap  zilə  çıxıb  sonra 

zəiflədi.  Rimskinin  təəccübünə  rəğmən  qalmaqal  çox  tez 

aradan qaldırıldı. 

Hərəkət  etməyin,  məsuliyyətin  acısını  dadmağın  vaxtı 

yetiĢmiĢdi. Üçüncü hissə oynananda aparatlar iĢləyirdi, zəng 

edib hadisə haqqında xəbər vermək, kömək istəmək, hər Ģeyi 

Lixodeyevin üstünə yıxıb, özünü təmizə çıxarmaq lazım idi. 

Lənət  sənə,  Ģeytan!  Əhvah  pozulmuĢ  direktor  iki  dəfə  əlini 

dəstəyə apardı, ikisində də əlini çəkdi. Birdən kabinetin ölü 

sükutunda  aparatın  özü  elə  haray  qopardı  ki,  maliyyə 

direktoru diksindi, onu soyuq tər basdı. "Deyəsən, əsəblərim 

tamam  pozulub",  –  dəstəyi  qaldırıb,  həmin  an  da  geri 

sıçradı,  rəngi  kağız  kimi  ağardı.  Sakit,  eyni  zamanda 

hiyləgər və həyasız qadın səsi pıçıltı ilə dedi: 

– Rimski, heç yerə zəng eləmə, axırı pis olar! 

Səs  dərhal  kəsildi.  Əti  ürpəĢən  maliyyə  direktoru 

dəstəyi yerinə qoyub, nəyə görəsə öz arxasındakı pəncərəyə 

downloaded from KitabYurdu.org



 

298 


sarı qanrıldı. Ağcaqayın ağacının yenicə yarpaqlayan seyrək 

budaqları arasından, ağappaq buludun içində üzən ayı gördü. 

Nə üçünsə Rimski gözlərini budaqlardan çəkə bilmirdi və nə 

qədər baxırdısa, qorxu onu bir o qədər bürüyürdü. 

Nəhayət,  maliyyə  direktoru  gözünü  aylı  pəncərədən 

zorla çəkib ayağa qalxdı. Zəng vurmaq barədə daha söhbət 

belə  ola  bilməzdi,  indi  maliyyə  direktoru  ancaq  bir  Ģey 

haqqında fikirləĢirdi – teatrdan tezcə getsin. 

O qulaq verdi: teatr binasında sakitlikdi. Rimski anladı 

ki,  çoxdandır  bütün  bu  ikinci  mərtəbədə  təkdir  və  həmin 

fikirdən  uĢaq  kimi  qorxdu.  Ġndi  kimsəsiz  dəhlizlə  tək-tənha 

getməli  olduğunu,  pilləkənləri  düĢəcəyini  düĢünəndə  onu 

vahimə basdı. Stolun üstündən hipnozçunun onluqlarını tez-

tələsik  götürüb,  portfelinə  dürtdü,  azacıq  da  olsa,  özünü 

ürəkləndirmək üçün öskürdü. Öskürəyi xırıltılı və zəif çıxdı. 

Bu vaxt ona elə gəldi ki, kabinetin qapısı altından içəri 

üfunət  qoxuyan  rütubətli  hava  dolur.  Maliyyə  direktorunun 

bədənindən  gizilti  keçdi.  Üstəlik,  bu  yerdə  qəfıldən  saat  on 

ikini  vurdu.  Zəngin  səsi  də  maliyyə  direktorunun  canına 

titrətmə  saldı.  Ancaq  qapının  ingilis  kilidinin  açarla  sakitcə 

downloaded from KitabYurdu.org



 

299 


burulduğunu  eĢidəndə  onun  lap  ürəyi  düĢdü.  Tərli,  soyuq 

əlləriylə portfeldən bərk-bərk yapıĢan maliyyə direktoru hiss 

etdi  ki,  əgər  açarın  Ģıqqıldamağı  bir  az  da  çəksə,  dözməyib 

bağıracaq. 

Axır  ki,  qapı  kiminsə  səyi  nəticəsində  açıldı  və 

Varenuxa sakitcə kabinetə girdi. Rimski necə dayanmıĢdısa, 

eləcə  də  kresloya  çökdü,  çünki  dizləri  qatlanmıĢdı.  Havanı 

sinəsinə çəkib yaltaqcasına gülümsədi və astadan dedi: 

– Ġlahi, məni necə də qorxutdun! 

Bəli,  bu  gözlənilməz  gəliĢ  kimi  desən  qorxudardı, 

ancaq  bu  həm  də  böyük  sevinc  idi.  DolaĢıq  düĢən  iĢdə 

kələfin, heç olmasa, bir ucu görünmüĢdü. 

– Di tez danıĢ! Dillən! Dillən! – kələfin həmin ucundan 

yapıĢan Rimski xırıldadı, – bütün bunlar nə deməkdir?! 

– XahiĢ  edirəm,  bağıĢla,  –  gələn  adam  qapını  örtərək, 

boğuq səslə cavab verdi, – dedim, yəqin, artıq getmisən. 

Varenuxa  kepkasını  çıxarmadan  kresloya  sarı  gedib, 

stolun o biri tərəfində oturdu. 

Demək  lazımdır  ki,  Varenuxanın  cavabında  azacıq 

qəribəlik 

vardı, 

həssaslıqda 



dünyanın 

ən 


yaxĢı 

downloaded from KitabYurdu.org




 

300 


stansiyalarının  seysmoqraflarından  geri  qalmayan  maliyyə 

direktorunun dalağı sancdı. Bu nə deməkdir? Əgər Varenuxa 

onun  burada  olmadığını  güman  edirdisə,  maliyyə 

direktorunun  kabinetinə  niyə  gəlirdi?  Axı  onun  öz  kabineti 

var.  Bu  –  birinci.  Ġkincisi:  Varenuxa  binaya  hansı  qapıdan 

girir-girsin,  gecə  növbətçilərindən  birilə  mütləq  rastlaĢmalı 

idi, onların da hamısına deyilmiĢdi ki, Qriqori Daniloviç öz 

kabinetində bir müddət ləngiyəcək. 

Ancaq  bu  qəribəliklə  bağlı  maliyyə  direktoru  çox  baĢ 

sındırmadı. O halda deyildi. 

– Axı  niyə  zəng  eləmədin?  Yalta  ilə  bağlı  bütün  bu 

hoqqabazlıq nə deməkdir? 

– Elə  mən  söylədiyimdir,  –  ağrıyan  diĢi  onu  narahat 

edirmiĢ  kimi  inzibatçı  ağzını  marçıldadaraq  cavab  verdi,  – 

onu PuĢkindəki yeməkxanada tapıblar. 

– Necə  yəni  PuĢkində?!  Moskva  ətrafındakı?  Bəs 

Yaltadan vurulan teleqramlar?! 

– Yalta-zad  nədir!  PuĢkindəki  teleqrafçını  içirdib, 

baĢlayıblar ikisi də Ģuluqluq salmağa, həm də "Yalta" ünvanı 

ilə teleqramlar yollamağa. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə