Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə55/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   151

 

276 


– Doğrusu,  mən  hərdən  romanı  ona  qısqanırdım,  – 

Ġvanın aylı eyvandan gələn gecə qonağı pıçıldadı. 

Qadın  uzun  dırnaqları  olan  nazik  barmaqlarını  saçının 

arasına  salıb  yazılanları  təkrar-təkrar  oxuyur,  oxuya-oxuya 

həmin bu papağı tikirmiĢ. Hərdən aĢağıdakı rəflərin yanında 

domuĢub,  ya  stula  çıxıb,  əsgiylə  yüzlərlə  kitabın  tozunu 

alırmıĢ.  Qadın  ona  Ģöhrətə  çatacağını  deyir,  onu 

tələsdirirmiĢ  və  elə  həmin  vaxt  onu  master  adlandırmağa 

baĢlayıb.  Qadın  artıq  Ġudeyanın  beĢinci  prokuratoru 

haqqındakı  son  sözləri  gözləyirmiĢ,  xoĢuna  gələn  ayrı-ayrı 

cümlələri uzada-uzada hündürdən təkrar edir və həyatının bu 

romanla bağlı olduğunu deyirmiĢ. 

Avqustda baĢa çatan romanı tanımadıqları bir makinaçı 

qadına veriblər,  o isə  əsəri  beĢ nüsxədə  çap  edib.  Nəhayət, 

gizli sığınacağı tərk eləyib, həyata çıxmağın zamanı yetiĢib. 

– Və  mən  roman  əlimdə  həyata  çıxdım,  elə  onda  da 

həyatım sona çatdı, – master pıçıldayıb baĢını aĢağı dikdi və 

sarı  hərflərlə  üstünə  "M"  yazılmıĢ  qara  papaq  bir  xeyli 

hüznlə  yırğalandı.  Sonra  danıĢdıqları  bir  az  əlaqəsiz  idi. 

downloaded from KitabYurdu.org




 

277 


Bircə onu anlamaq olurdu ki, o vaxt Ġvanın qonağının baĢına 

nəsə bədbəxt hadisə gəlib. 

– Mən ilk dəfəydi ədəbiyyat aləminə qədəm qoyurdum, 

artq  hər  Ģey  qurtarıb,  məhv  olduğum  aydındır,  ancaq  onu 

yenə  dəhĢətlə  xatırlayıram!  –  master  ağır-ağır  pıçıldayıb 

əlini  qaldırdı.  –  Bəli,  o,  məni  yaman  heyrətə  saldı,  özü  də 

necə saldı! 

– Kim?  –  Ġvan  həyəcanlanmıĢ  müsahibinin  sözünü 

kəsməkdən  ehtiyat  edərək,  zorla  eĢidiləcək  bir  səslə 

pıçıldadı. 

– ƏĢi, redaktor, axı deyirəm, redaktor. Həmin o redaktor 

romanı  oxudu.  Mənə  elə  baxırdı,  guya,  diĢim  ĢiĢib,  ağzım-

gözüm  əyilmiĢdi,  baxıĢlarını  yayındırıb  hətta  altdan-altdan 

qımıĢdı.  Səbəbsiz  yerə  kağızlan  əziĢdirib  xısın-xısın  güldü. 

Mənə gic-gic suallar verməyə baĢladı. Roman haqqında heç 

nə  danıĢmadan  kimliyimi,  haradan  peyda  olduğumu, 

çoxdanmı  yazdığımı,  haqqımda  əvvəllər  niyə  heç  nə 

eĢidilmədiyini  soruĢdu,  hətta,  mənim  fikrimcə,  lap  axmaq 

bir  sual  da  verdi:  bu  qəribə  mövzuda  roman  yazmağı  kim 

mənim ağlıma salıb? 

downloaded from KitabYurdu.org



 

278 


Nəhayət,  məni  bezdirdi,  birbaĢa  soruĢdum  ki,  romanı 

çap edəcək, ya yox? 

Bu  vaxt  baĢladı  vurnuxmağa,  nəsə  mızıldadı,  sonra 

bildirdi  ki,  bu  məsələni  təkbaĢına  həll  eləyə  bilməz,  gərək 

mənim  əsərimlə  redaksiya  kollegiyasının  baĢqa  üzvləri, 

tənqidçilər  Latunski,  Ariman  və  ədəbiyyatçı  Mstislav 

Lavroviç də Ģəxsən tanıĢ olsun. 

Ġki  həftə  sonra  gəldim  və  yalan  danıĢmaqdan  gözləri 

burnuna sarı çəpləĢmiĢ bir qız məni qəbul etdi. 

– LapĢyonnikovadır,  redaksiyanın  katibi,  –  qonağın 

qəzəblə təsvir etdiyi aləmi yaxĢı tanıyan Ġvan gülümsədi. 

– Ola bilsin, – qonaq onun sözünü kəsdi, – nə isə, artıq 

kifayət  qədər  çirklənmiĢ  və  əzilmiĢ  romanımı  qız  mənə 

qaytardı.  Gözlərimə  baxmamağa  çalıĢaraq  LapĢyonnikova 

bildirdi  ki,  redaksiya  ikiillik  materialla  təmin  olunub,  ona 

görə  də  mənim  romanımın  çapı,  onun  sözü  ilə  desək, 

mümkünsüzdür. 

– Bundan  sonra  mən  nə  xatırlayıram?  –  master 

gicgahlannı sıxaraq mızıldadı, – hə, titul səhifəsini bəzəyən 

downloaded from KitabYurdu.org




 

279 


qırmızı  ləçəkləri,  bir  də  sevgilimin  gözlərini.  Hə,  o  gözləri 

mən xatırlayıram. 

Qonağın  söhbəti  get-gedə  lap  dolaĢıq  olurdu,  fikrini 

axıra 


çatdırmırdı. 

Əyri 


yağıĢlardan, 

zirzəmidəki 

ümidsizlikdən  nələrsə  danıĢdı,  yenə  harasa  getdiyini  dedi. 

Astadan qıĢqırdı ki, onu mübarizə aparmağa təhrik etdiyinə 

görə  qadını,  az  da  olsa,  günahlandırmır,  yox, 

günahlandırmır! 

– Yadımdadır,  qəzetdəki  lənətə  gəlmiĢ  əlavə  vərəq 

yadımdadır,  –  qonaq  iki  barmağı  ilə  havada  qəzet  vərəqi 

çəkərək  mızıldadı  və  Ġvan  baĢa  düĢdü  ki,  hansısa  baĢqa 

redaktor özünü master adlandıran adamın romanından böyük 

bir parçanı çap edib. 

Onun  sözlərinə  görə,  üstündən  heç  iki  gün  keçməmiĢ 

baĢqa  bir  qəzetdə  tənqidçi  Arimanın  "DüĢmən  redaktorun 

qanadı  altında"  məqaləsi  çap  olunub.  Məqalədə  yazılıbmıĢ 

ki,  Ġvanın  qonağı  redaktorun  baĢısoyuqluğundan  və 

nadanlığından istifadə edərək, mətbuata Ġsa Məsih haqqında 

mədhiyyə dürtüĢdürməyə cəhd göstərib. 

downloaded from KitabYurdu.org




 

280 


– A,  yadımdadır, yadımdadır!  – Ġvan qıĢqırdı. – Ancaq 

sizin soyadınızı unutmuĢam! 

– Təkrar  edirəm,  mənim  soyadımı  bir  kənara  qoyaq,  o 

daha yoxdur, – qonaq cavab verdi. – Məsələ onda deyil. Bir 

gün sonra baĢqa qəzetdə Mstislav Lavroviç imzası ilə baĢqa 

məqalə  peyda  oldu.  Müəllif  öz  məqaləsində  piratçılığa  və 

onu mətbuata dürtüĢdürmək (yenə lənətə gəlmiĢ həmin söz!) 

fıkrinə  düĢən  bu  ikona  çəkənə  zərbə  endirməyi,  həm  də 

möhkəm zərbə endirməyi təklif edirdi. 

Bu  "piratçılıq"  sözündən  yerimdə  quruyub  üçüncü 

qəzeti açdım. Burada iki məqalə var idi: biri – Latunskinin, 

o  biri  –  "Ü.E."  hərfləriylə  imzalanmıĢdı.  Sizi  inandırıram, 

Ariman  və  Lavroviçin  yazıları  Latunskinin  məqaləsinin 

yanında  toya  getməli  idi.  Təkcə  onu  demək  kifayətdir  ki, 

Latunskinin  məqaləsi  "BarıĢmaz  köhnə  təriqətçi"  adlanırdı. 

Haqqımda  yazılan  məqaləyə  elə  aludə  olmuĢdum,  onun 

(qapını  bağlamağı  unutmuĢdum)  əlində  islanmıĢ  çətir  və 

qəzetlə  qarĢımda  dayandığını  hiss  etmədim.  Gözləri  alıĢıb-

yanırdı,  titrəyən  əlləri  soyuq  idi.  O,  əvvəlcə  məni  öpmək 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə