286
sobanın yanına qayıda bildim. Qapını açdım, çünki istidən
sifətim, əllərim alıĢıb-yanırdı və pıçıldadım:
– Hiss elə ki, mənə bədbəxtlik üz verib. Gəl, gəl, gəl!
Ancaq heç kim gəlmirdi. Soba guruldayırdı, pəncərəyə
yağıĢ çırpılırdı. Bu vaxt son əhvalat baĢ verdi. Mən
siyirmədən ağır, qalın romanı və qaralama dəftərlərimi
çıxarıb yandırmağa baĢladım. Bunu etmək çox çətindi, çünki
yazılı kağızlar pis yanır. Dırnaqlarım sına-sına dəftərləri
cırıb, odunların arasına dürtürdüm və odçəkənlə vərəqləri
qurdalayırdım. Arada kül məni əldən saldı, alov üzümü
qarsaladı, ancaq mən geri çəkilmədim və roman var gücü ilə
müqavimət göstərsə də, axır ki, məhv oldu. TanıĢ sözlər
gözümə dəyirdi, alov səhifə boyunca aĢağıdan-yuxarı
qalxırdı, ancaq sözlər yenə də üzə çıxırdı. Yalnız kağız
yanıb qaralanda sözlər itirdi və mən odçəkənlə
amansızcasına onların axırına çıxırdım.
Bu vaxt kimsə astadan pəncərəni tıqqıldatdı. Ürəyim
çırpındı və mən sonuncu dəftəri oda atıb, qapını açmağa
cumdum. Kərpic pillələr zirzəmidən həyətə açılan qapıya
downloaded from KitabYurdu.org
287
çıxırdı. Ayaqlarım dolaĢa-dolaĢa qapıya qaçıb yavaĢdan
soruĢdum:
– Kimdir?
Və səs, onun səsi cavab verdi:
– Mənəm.
Zənciri, kilidi necə açdığımı xatırlamıram. O, otağa
keçən kimi sinəmə sıxıldı, saçları dağınıq, üz-gözü, pal-
paltarı tamam suyun içində idi, özü də titrəyirdi. Mən ancaq
bu sözləri deyə bildim:
– Sənsən... sənsən? – səsim tutuldu və biz aĢağı qaçdıq.
O, artırmada paltosunu çıxardı, tez-tələsik birinci otağa
keçdik. Astadan qıĢqıraraq, yanan sonuncu kağız qalağını
yalın əllə sobadan çıxarıb döĢəməyə atdı. O saat otağı tüstü
bürüdü. Mən odu tapdaladım, o isə divana yıxılıb hönkürtü
ilə ağladı.
O sakitləĢəndə mən dedim:
– Bu romanı görməyə gözüm yoxdur, mən xəstəyəm.
Mən qorxuram.
O, ayağa qalxdı:
downloaded from KitabYurdu.org
288
– Ġlahi, sən nə yaman xəstəsən. Axı nəyə görə, nəyə
görə? Ancaq mən səni xilas eləyəcəyəm, xilas eləyəcəyəm.
Bu nə iĢdir belə!
Mən onun tüstüdən və ağlamaqdan ĢiĢmiĢ gözlərini
görürdüm, soyuq əllərinin alnımı sığalladığını hiss edirdim.
– Mən səni sağaldacağam, sağaldacağam, – kürəyimə
sığınıb mızıldandı, – sən onu bərpa edərsən. Niyə, niyə mən
özümdə bir nüsxə saxlamadım!
O, hirsindən diĢlərini qıcayıb yenə nələrsə dedi. Sonra
dodaqlarını bir-birinə sıxaraq, qarsalanmıĢ vərəqləri toplayıb
qaydaya salmağa baĢladı. Romanın ortalarından hansısa fəsil
idi, dəqiq yadımda deyil. QarsalanmıĢ vərəqləri səliqə ilə
üst-üstə yığıb kağıza bükdü, lentlə bağladı. Onun bütün
hərəkətləri artıq özünü ələ aldığından, qətiyyətindən xəbər
verirdi. O, çaxır istəyib, içəndən sonra sakitcə dedi:
– Yalanın axırı, bax, belə olur, ona görə daha yalan
danıĢmaq istəmirəm. Mən elə indi sənin yanında qala
bilərəm, ancaq bu cür etmək istəmirəm. Ġstəmirəm həmiĢəlik
onun yadında qalsın ki, yanından gecə qaçmıĢam. O, heç
vaxt mənə pislik etməyib. Onu qəfil çağırdılar, zavodlarında
downloaded from KitabYurdu.org
289
yanğın baĢ verib. Ancaq tez qayıdacaq. Onunla sabah tezdən
danıĢacağam, deyəcəyəm ki, baĢqasını sevirəm və həmiĢəlik
sənin yanına gələcəyəm. Cavab ver, bəlkə, sən bunu
istəmirsən?
– Zavallım mənim, zavallım, – dedim, – qoymaram ki,
sən belə eləyəsən. Məni yaxĢı heç nə gözləmir, istəmirəm ki,
sən də mənimlə bir yerdə məhv olasan.
– Səbəb təkcə budur? – o, gözlərimin içinə baxdı.
– Təkcə budur.
O, coĢqunluqla sinəmə sıxıldı, boynumu qucaqlayıb
dedi:
– Mən səninlə bir yerdə məhv olmaq istəyirəm. Səhər
sənin yanındayam.
Həyatımdan son yadımda qalan – artırmadan düĢən iĢıq
zolağı, bu iĢıq zolağında onun dağınıq saçları, bereti və
qətiyyət dolu baxıĢlarıdır. Bir də çöl qapının kandarındakı
qara silueti və ağ bağlamanı xatırlayıram.
– Mən səni ötürərdim, ancaq geri tək qayıtmaq halında
deyiləm, mən qorxuram.
downloaded from KitabYurdu.org
290
– Qorxma. Bir neçə saat döz. Səhər tezdən yanında
olacağam. – Bu, ondan eĢitdiyim son sözlər oldu.
– Sss! – Xəstə sözünü qəfil kəsib barmağını qaldırdı, –
bu gün nəsə narahat aylı gecədir.
O, eyvanda gözdən itdi. Ġvan dəhlizdən gələn təkər
səsini eĢitdi, kimsə hıçqırdı, ya astaca qıĢqırdı.
Sakitlik çökəndə qonaq qayıtdı və xəbər verdi ki, 120-ci
otağa yeni adam gətiriblər. Gətirilən adam baĢının
qaytarılmasını xahiĢ edir. Hər iki həmsöhbət narahat halda
susdu, sakitləĢəndən sonra yarımçıq söhbəti davam
etdirdilər. Qonaq ağzını açıb danıĢmaq istədi, ancaq
doğrudan da, narahat gecə idi. Dəhlizdən hələ də səslər
eĢidilirdi və qonaq Ġvanın qulağına elə astadan pıçıldamağa
baĢladı ki, Ģair ilk kəlməni eĢitmədi:
– O, məni tərk eləyəndən on beĢ dəqiqə sonra pəncərəm
döyüldü...
Pıçıldadıqları, görünür, xəstəni çox həyəcanlandırırdı.
Sifəti tez-tez səyriyirdi. Gözlərində qorxu və qəzəb yanıb-
sönürdü. Çoxdan eyvandan uzaqlaĢmıĢ ay səmti əliylə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |